___________________________________________________154
ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ
FRANSA PREZİDENTİ JAK ŞİRAKLA
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
İstanbul, «Çırağan sarayı»
18 noyabr 1999-cu il
Heydər Əliyev: Hörmətli cənab prezident. Sizinlə görüşməkdən
məmnun qaldığımı bildirirəm. Mən Sizin Zirvə görüşündəki nitqinizi
böyük maraqla dinlədim. Mən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in
Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər
bəsləyirəm. Sizinlə səmimi dostluq münasibətlərini və Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəxsi
səylərinizi yüksək qiymətləndirirəm. Cənab Jak Şirak, zirvə
görüşündəki nitqinizdə bütün iştirakçı ölkələrin dövlət və hökumət
başçılarının diqqətini bu problemin həllinə bir daha cəlb etdiyinizə
görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bununla belə, diqqətinizi bir daha torpaqlarımızın hələ də işğal
altında qaldığına, yerindən-yurdundan zorla qovulmuş bir milyondan
çox vətəndaşımızın çadırlarda ağır şəraitdə yaşadığına yönəltmək
istərdim, həmçinin xahiş edirəm ki, Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında öz şəxsi səylərinizi
mümkün qədər artırasınız.
Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı haqqında da danışmaq
istərdim. Çünki mən Xəzərin zəngin enerji ehtiyatlarının istifadəyə
verilməsində Fransa şirkətlərinin fəal iştirakını yüksək
dəyərləndirirəm.
___________________________________________________155
J a k Ş i r a k: Hörmətli cənab prezident. Xoş sözlərinizə görə
təşəkkür edirəm. Hər şeydən əvvəl Bakı-Ceyhan əsas ixrac boru
kəmərinin inşası barədə sənədlərin imzalanması münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm. Mən əminəm ki, bu layihənin
beynəlxalq əhəmiyyəti yüksək olacaq, region dövlətlərin və qərb
ölkələrinin iqtisadi yüksəlişi üçün böyük rol oynayacaqdır.
Cənab prezident, mən ATƏT-in zirvə görüşündəki nitqinizi yüksək
qiymətləndirirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizama salınması, regionda sabitliyin və
əmin-amanlığın bərqərar edilməsi üçün Sizin apardığınız müdrik və
uzaqgörən siyasətin tezliklə müsbət nəticələr verəcəyinə əminəm.
Azərbaycanın və Ermənistanın dövlət başçılarının birbaşa
görüşlərinin bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün
əhəmiyyətli olduğunu xüsusi qeyd edərdim.
Nizamasalma prosesində Minsk qrupunun həmsədri kimi öz
ölkəmin də səylərini artıracağını bildirirəm.
Əlbəttə ki, Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi və
dərinləşdirilməsi, bir sıra beynəlxalq və regional problemlər barədə
ətraflı fikir mübadiləsi aparmağı yenə də davam etdirməliyik.
___________________________________________________156
ATƏT-in İCRAÇI SƏDRİNİN VƏ ATƏT-in
MİNSK QRUPUNUN HƏMSƏDRİ OLAN
ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN
PREZİDENTLƏRİ İLƏ GÖRÜŞLƏRİNDƏKİ
SÖHBƏTDƏN
İstanbul, «Çırağan sarayı»
18 noyabr 1999-cu il
Huber Vedrin (Fransanın xarici işlər naziri): Mən görüş
iştirakçılarını səmimi-qəlbdən salamlayıram və bildirirəm ki,
müstəqillik yolu ilə gedən Azərbaycanın və Ermənistanın inkişafı
regionda sülh və sabitlikdən asılıdır. ATƏT-in Minsk qrupunun və
onun həmsədrlərindən biri olan Fransa Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması sahəsində
iş aparır və mən öz ölkəmizin regionda sülhün və sabitliyin bərqərar
edilməsinə hər cür kömək göstərməyə hazır olduğunu nəzərə
çarpdırıram.
Madlen Olbrayt ( ABŞ-ın Dövlət katibi): Bu görüşdən məmnun
olduğumu bildirirəm. Azərbaycan və Ermənistan prezidentlərinin
birbaşa görüşlərinin Ermənistan-Azərbaycan, Daglıq Qarabağ
münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün böyük əhəmiyyət
daşıdığını, bununla yanaşı, Minsk qrupu həmsədrlərinin öz
fəaliyyətlərini genişləndirməyə hazır olduqlarını, ABŞ-ın regionda
sülhün və sabitliyin bərqərar olmasında və münaqişənin tezliklə həll
edilməsində marağı olduğunu bildirirəm.
___________________________________________________157
İqor İvanov ( Rusiyanın xarici işlər naziri): Qafqazda və regionda
sabitliyin bərqərar olunmasına Rusiya böyük əhəmiyyət verir və
nəzərə çarpdırıram ki, bizim ölkəmiz ATƏT-in Minsk qrupunun
həmsədri kimi, münaqişənin dinc vasitələrlə aradan qaldırılmasını
zəruri hesab edir, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa
ikitərəfli görüşlərini dəstəkləyir və bu görüşlərin davam etdirilməsini
zəruri sayır.
Heydər Əliyev: Dünyanın ən qaynar və problemli regionlarından
biri hesab edibn Qafqaz regionunda mövcud olan problemlərə böyük
diqqət yetirdiklərinə, Sizə - görüş iştirakçılarına səmimi
minnətdarlığımı bildirirəm. Müstəqillik yolu ilə irəliləyən
Azərbaycanın inkişafı üçün böyük çətinliklər doğurmuş Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir,
məsələnin sülh yolu ilə nizamlanmasının dönmədən tərəfdarı
olduğumu dəfələrlə bildirmişəm və hazırda sülh əldə olunmasının
həyati zəruriliyini bir daha vurğulayıram.
Mən münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin hələ
də işğal altında qaldığını, bir milyondan çox soydaşımızın çadır
şəhərciklərində ağır vəziyyətdə yaşadıqlarına görüş iştirakçılarının
diqqətini cəlb edərək, bu münaqişənin tezliklə həlli üçün hər cür
səylər göstərilməsini xahiş edirəm.
Mən 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun müəyyən iş
apardığını, lakin hələ hər hansı bir nəticə əldə olunmadığını təəssüf
hissi ilə nəzərə çarpdırıram.
Ermənistan prezidenti ilə apardığımız təkbətək görüşlər daxil
olmaqla keçirilən müxtəlif səviyyəli görüşlərin davam etdirilməsi ilə
yanaşı, Minsk qrupu həmsədrlərinin fəaliyyətinin daha da
gücləndirilməsinin zəruriliyini qeyd etmək istəyirəm.
Mən görüşdə iştirak edən xarici işlər nazirlərinin öz ölkələrinin
həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də
Dostları ilə paylaş: |