Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə54/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   50   51   52   53   54   55   56   57   ...   139

___________________________________________________188 

biganə qaldılar. Rəhim Qazıyev satqınlıq etdi, xəyanət etdi. Getdi, 

Qraçovla sövdələşdi və onlar tələb edən, Rusiya tələb edən - bizim 

ekspertlərin tələbi qaldı - imza atıldı. Özü də həmin o Əzizbəyov buna 

imza atdı. Onlar Azərbaycan xalqına böyük xəyanət ediblər. 

Bundan üç gün sonra- ayın 17-də yenə  də hakimiyyət mübarizəsi 

gedirdi. Bilirsiniz ki, mayın 18-də Ali Sovetin sessiyası keçirilirdi. 

Xalq Cəbhəsi Ali Soveti əlinə keçirmək istəyirdi və o vaxt İsa 

Qəmbəri Ali Sovetin sədri seçdilər. O gün də Laçın işğal olundu. Bəli, 

həmin o gün Laçın işğal olundu, çünki onlar hamısı burada 

hakimiyyət mübarizəsi ilə  məşğul idilər, orada da rayonlar işğal 

edilirdi. 

Beləliklə, o vaxt edibn xəyanət, şübhəsiz ki, bizə böyük bir zərbə 

olubdur, Azərbaycanın hərbi potensialına zərbə olubdur. Bunu sizə 

ona görə deyirəm ki, dörd il bundan öncə amerikanlar bu müqavilənin 

yeni  şəraitə uyğunlaşdırılması prosesini başlayarkən biz bunun 

qarşısını alırdıq. Məqsədimiz də o deyildi ki, bunun 

uyğunlaşdırılmasına yol verməyək. Məqsədimiz ondan ibarət idi ki

biz çalışırdıq müqavimət göstərək, çalışırdıq ki, kvotamızı artıraq. 

Amma bizim kvotamızı artırmadılar. 

Mən keçən dəfə demişdim,- Lissabon sammitindən  əvvəl 

Amerikanın böyük nümayəndə heyəti gəldi. Bizdən nə  qədər xahiş 

etdilər, biz buna razı olmadıq. Mənə Lissabonda ən yüksək səviyyədə 

nə qədər müraciət etdilər, mən buna razı olmadım. Amma ondan üç il 

keçibdir. Nə edək?  İndi bu müqavilənin yeni şəraitə 

uyğunlaşdırılmaması,  şübhəsiz ki, ümumi təhlükəni daha da artırır. 

Yəni Rusiya, məsələn,  Şimali Qafqazda bu kvotadan artıq silah 

saxlayır. Amma orada, o müqavilədə cinahlar məsələsi vardır - hansı 

cinahda nə ola bilər. Məsələn, cənub cinahında Rusiya nə qədər silah 

saxlaya bilər. Həddindən artıq silah saxlayır.  İndi, bu müqavilə 

imzalanandan sonra, şübhəsiz ki, hər şey qanunlaşdırıl- 

  

 




___________________________________________________189 

malıdır.  Ona görə  də bu müqavilənin imzalanmasına biz razılıq 

verdik və bu müqavilə imzalandı. 

Hesab edirəm, indi biz burada ağır vəziyyətdə olmağımıza 

baxmayaraq - əgər mənim çıxışımı dinlədinizsə, orada dedim, - 

Azərbaycan, bizim region hərbiləşdirildiyi halda, hərbi silahla 

doldurulduğu bir halda və  nəzarət olmayan - yəni Dağlıq Qarabağı 

deyirəm - bölgədə həddindən artıq silah olduğu halda biz kvotamızın 

az olmasına baxmayaraq belə bir müqavilənin imzalanmasına səs 

vermişik və imzalayırıq. Demək, bu da əsas sənədlərdən biridir, 

imzalandı. Hesab edirəm ki, bu da sammitin ən gözəl nəticəsidir. 

Üçüncüsü, siyasi bəyanat, siyasi bəyannamə. Bu, hər sammitdə 

qəbul olunur. Orada bugünkü reallıqlar  əks olunur - harada hansı 

münaqişə var, harada hansı məsələlər olmalıdır və s. 

Bilirsiniz ki, Lissabon sammitində biz çox mübahisə apardıq ki, 

bizi qane edən sənəd, maddə  qəbul olunsun. Ermənistan buna 

konsensus vermədi. Mən isə bütün sənədə konsensus vermədim. O 

maddə, yəni biz istədiyimiz maddə oradan çıxarıldı. Amma mən bütün 

sənədə konsensus vermədiyimə görə  həmin o maddənin məzmunu

müddəaları ondan geniş  şəkildə ATƏT-in sədrinin bəyanatında  əks 

olundu. Bu bəyanat da 53 dövlətin səs verməsi ilə qəbul edildi. 

Bu dəfə belə bir mübahisə aparmağa ehtiyac yox idi. Orada bizim 

bugünkü reallığı  nəzərə alaraq, hesab edirəm ki, uyğun müddəalar 

göstərililə və xüsusən indi əsas fikir ona yönəldilibdir ki, Azərbaycan 

və Ermənistan prezidentlərinin birbaşa görüşləri yüksək 

qiymətləndirilir. Onu bir çox natiqlər çıxışlarında da dedibr və orada 

da yazılıbdır ki, bu, Minsk qrupunun fəaliyyəti ilə bərabər, məsələnin 

sülh yolu ilə həll olunmasına bizi yaxınlaşdırır. 

Mənim çıxışımı siz eşitmisiniz, oxumusunuz. Mən çox sərt çıxış 

etdim. Eyni zamanda çox konstruktiv çıxış etdim və konstruktivlik də 

ondan ibarətdir ki, mən təklif etdim ki, 

  

 



 


___________________________________________________190 

Cənubi Qafqazda təhlükəsizlik və  əməkdaşlıq paktı yaransın. Bu, 

ciddi bir məsələdir. Çünki bu, sadə bir şey deyildir. Mən orada onun 

şərtlərini də dedim. Yəqin o şərtləri oxumusunuz. Həmin o şərtlər ki, 

buradan xarici silahlar tamamilə çıxarılmalıdır və ikili standartlara yol 

verilməməlidir, terrorizmin, ekstremizmin, seperatizmin və s. - 

bunların qarşısı alınmalıdır, münaqişələr sülh yolu ilə həll olunmalıdır, 

baş vermiş faktlar əsasında qərarlar qəbul edilməməlidir. Mən bunu 

bir çox belə müddəalarla bağladım. Güman edirəm ki, indi biz bu 

sahədə öz işimizi aparacağıq. Çünki belə bir paktın qəbul olunması, 

şübhəsiz ki, Cənubi Qafqazda münaqişələrin aradan götürülməsini 

təmin etməlidir. Biz bunu edəcəyik. Bu da siyasi bəyannamə - üç əsas 

sənəd. Yekunlaşdıraraq onu demək istəyirəm ki, hesab edirəm, bu, çox 

müsbət nəticəli bir sammitdir. Mən bundan çox məmnunam və hamı, 

iştirakçılar da məmnundur. Belə bir məmnunluqla da biz bir-

birimizdən ayrıldıq. 

Ancaq orada bizim üçün və Türkiyə üçün, bizim bölgə üçün daha 

da böyük əhəmiyyət kəsb edən tarixi bir hadisə baş verdi ki, o da 

Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanması idi. 

Müqaviləni Azərbaycan, Türkiyə, Gürcüstan imzaladılar. Sonra 

dövlətlərin öhdəliyinə  dair  siyasi  bəyannamə imzalandı. Bunu 

prezident Klinton imzaladı. Nazarbayev də Qazaxıstanın bizim bu 

Bakı-Ceyhan xəttinə qoşulması barədə bəyanat verdi, o da imzalandı. 

Bir çox başqa sənədlər də imzalandı. Beş il bundan öncə bizim 

başladığımız iş indi öz nəticəsini verdi. Əgər eşitmisinizsə,-mən orada 

çıxışımda da dedim, - biz «Əsrin müqaviləsi»ni yaratmasaydıq Bakı-

Ceyhan olmayacaqdı. Amma Bakı-Ceyhanı da beş il müddətində 

həyata keçirmək üçün çox böyük maneələrin qarşısını aldıq, çox işlər 

gördük. Nəhayət, buna nail olduq. Bu, bizim üçün böyük bir 

hadisədir- həm Azərbaycan üçün, həm Türkiyə üçün. Eyni zamanda 

əgər 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə