Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə46/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
183 
3.2. S.Rənimovun roman yaradıcılığının 
bəzi məqamları. «Şamo romanı» 
  
lk kitabını, daha doğrusu "Şamo" romanını 31 
yaşında (1931) çap etdirən S.Rəhimov (1900-
1983) məlum olduğu kimi ədəbiyyata romanla 
gəlmişdir. Bəziləri sənət aləminə romanla qə-
dəm basmağı "nadir bir istisna" (121, səh.10) 
hesab etsə  də, lakin bunu əslində  təbii qəbul etmək lazımdır. 
S.Rəhimovun  ədəbiyyata "nisbətən yaşlı ikən" (Y.Seyidov) 
gəlməsinin səbəbini bədii təsərrüfata romanla gəlməsilə başlama-
ğı mütləqləşdirmək fikrində olmasaq da, bunu nəzərə almamağın 
da tərəfdarı deyilik. Yəni S.Rəhimovun təfəkkürünün romanın 
"təfsilat"ına uyğunluğu, onu rahatsız edən, qərarını  əlindən alan 
mövzunun məhz bədii nəsrin iri formasını tələb etməsi diqqətdən 
kənarda qalmamalıdır.  Ədib "Həyat yolu" əsərində  ədəbiyyata 
romanla gəlməyinin sirlərini müəyyən mənada özü açır: "Dərsdə, 
işdə, tramvayda gur danışıqlar gedən iclaslarda belə  "Şamo" 
məndən üzülmür, beynimi, zehnimi məşğul edirdi" (109, səh.5). 
"Hocazda olarkən müəllim yoldaşımın nağıl etdiyi bir hadisə 
xüsusilə beynimdə dolanır, mənə rahatlıq vermirdi. Odur ki, 
gözlərimlə gördüklərimi, bildiklərimi, eşitdiklərimi cəmləşdirib 
bir  əsər yazmaq istəyirdim" (107, səh.24). Nümunələrdən aydın 
görünür ki, ədibin "beynini, zehnini məşğul" edən, özünün dediyi 
kimi "oxuduğu tarix", "gördükləri, bildikləri, eşitdikləri, nağıl 
edilənlər" ona dinclik vermir, onu məhz hadisələri roman məzmu-
nunda, bu janrın "çərçivəsi"ndə təhkiyə etməyi tələb edirdi. Eyni 
zamanda illər  ərzində  ətə-qana dolmuş, baş qaldırıb yazılmasını 
istəyən  əhvalat da kiçik janrların strukturuna sığan adi əhvalat 
deyildi: "…müsavat hökuməti zamanı bir gün Sultan bəy 
Mağavuza –romanda mənim  Şehli adlandırdığım kəndə  gəlib-
miş… Həmin günü bir göyçək qızı da bir oğlana gəlin gətirib-
lərmiş. Bu qızın bakarətini almaq istəyən Sultan gəlinin 
nişanlısını bir neçə cavan oğlana qatıb səngərə sürdürür, qızı isə 
gecə  gərdəkdən çıxartdırıb birbaşa öz yanına gətirdir…Ertəsi 

______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
184
günü səngərdə güllə  dəyən oğlanın meyitini bir yandan, namu-
suna təcavüz edildikdən sonra rüsvayçılığı  qəbul etməyib özünü 
asan gəlinin də meyitini o biri yandan gətirirlər. Kənd  əhalisi 
məhəbbətləri zalımlar tərəfindən tapdalanan hər iki cavanı qoşa 
dəfn edir…" (107, səh.168). 
Yazıçının Laçın rayonunun Hocaz kəndində müəllim 
işlərkən (1923-1924-cü illər) öyrəndiyi bu əhvalat romanda 
aparıcı  qəhrəmanlarının taleyilə bağlanır: Sultan bəy,  Şamonun 
nişanlısı Qəməri hələ gərdəkdən bakirə ikən Göyərçinin hiyləsi ilə 
gətirtdirib namusuna təcavüz etmək istəyir.  Əhvalatdakı 
"məzmun" romanın süjetinin və müəllif tələbinə uyğun olaraq 
"səngərdə  həlak olan cavan" mübariz inqilabçı, qorxmaz xalq 
qəhrəmanı  Şamonun obrazının yaranmasına təkan vermişdir. 
Nəticədə "…vüsətli lövhələrlə bir çox canlı insan surətləri tə-
cəssüm etdirilən ləyaqətli dastan-roman-epopeya yaranmışdır" 
(58, səh.163). 
"Şamo" romanında miqyaslı milli gerçəklik talelərdən 
keçirilərək dərk olunur. Belə əsərlərdə zaman və xalq qarşısında 
bədii cavabdehliyin meyarı da böyük olur. 
Fikrimizcə müasir romanda baxım müxtəlifliyi ilə yanaşı, 
fərdi təsəvvürlərin təkamülü də ehtiva olunmalıdır. Bu mənada 
"Şamo"nun nəhəng tarixi tablosunda təfərrüatların və ayrıntıların, 
çoxsaylı insan kütlələrinin, çeşidli fərdi düşüncələrin qatlaşması 
təbiidir. Ona görə ki, roman-epopeya olmaqla "Şamo"nun poe-
tikası  həyatın və düşüncənin nəhayətsiz axarına uyğundur. "Şa-
mo"da varlıq intəhasızdır. S.Rəhimov ondan istədiyi qədər 
istifadə etmişdir. Ilk baxışdan belə  təsəvvür də yaranır ki, bütün 
söylənilənlər də  həyatın özü kimi mövcud imiş  və yazıçıya isə 
yalnız onu qələmə almaq qalırdı. 
H.Quliyev "Əsrlə  tən"  əsərində S.Rəhimovun yaradıcılıq 
imkanlarını şəxsi başlanğıcla əlaqələndirərək yazır: "Ədibin taleyi 
xalqın,  əsrin müqəddəratından ayrılmazdır və yazıçı  əsrlə  tən 
durmağı çalışaraq ondan geridə qalmamışdır. Xəlqilik, epiklik, 
dastanvari müfəssəllik və  ləngərlik mövzu, problem əlvanlığı ilə 
qovuşaraq  şəxsiyyətini, yaradıcılıq məziyyətlərini müəyyənləş-


Himalay Ənvəroğlu __________________________
 
 
185
dirir. Xalq həyatının sosial-tarixi reallıqlarını canlandıran S.Rə-
himov haqsevər sənətkar, qüdrətli söz ustası olaraq göz önündə 
canlanır". S.Rəhimov isə belə yazır: "Mənim yaradıcılığımda heç 
bir  şey məni "Şamo" qədər narahat etmir". Məlum olduğu kimi 
"Şamo" Azərbaycan cəmiyyətində ciddi təbəddülatın -"sovet-
ləşmə" kimi ən böyük sınma məqamlarından birini əks etdirən də-
yəri bir bədii örnəkdir. Yəni bir bədii əsər kimi o milli gerçəkliyin 
ifadəsi faktıdır. Milli gerçəklik dedikdə biz bilavasitə xalqın 
konkret ictimai-tarixi mövcudluğunu, varlıq məqamını  nəzərdə 
tuturuq. Bu yazıçının subyektiv istəyindən asılı olmayaraq bədii 
əsərin doğuluşda iştirak edən, fakturada öz əksini tapan 
məqamdır. Deməli, milli sovet gerçəkliyinin faktı olan "Şamo" 
heç  şübhəsiz, öz vaxtında yazılmış  əsərdir.  Əslində sovet dövrü 
Azərbaycan xalqının milli mövcudluğunun kənara atılması müm-
kün olmayan reallığıdır. 
"Şamo" təzadlı dövrün örnəyi olsa da, bir roman-epopeya 
kimi həm laylara müqavimət göstərir, həm də ictimai qatın milli 
gerçəklik faktını üstələməyə imkan vermir. Azərbaycan kəndlisi 
XX  əsrin kataklizmləri ilə üz-üzə  gəlir, münasibətlərdəki 
patriarxal örtük götürülür, ictimai bütövlüyün dağılması ilə 
əlaqədar olaraq sınma baş verir. Məsələn, Azərbaycan kəndi öz 
milli hökumətinin qərarlaşmasına, harmonikləşməsinə mane olur. 
Bolşeviklərin milli hökuməti açıqca gözdən salmalarına biganəlik 
göstərir. Nəticədə sosial dayaqlardan məhrum olan milli gerçəklik 
xarici ekspansiyaya məruz qalır. 
"Şamo" romanının bədii mühiti mürəkkəb, təzadlı  və 
çarpaşıq olsa da vahid axardadır. Əsər bütün "ülgüsü" ilə dövrün 
ictimai-ədəbi kontekstindən doğsa da, gerçəklik hadisələri yazıçı 
təxəyyülündə aldığı formalardan asılı olur. Burada həyat ilə xəyal 
qarışır, milli gerçəklik bədii-estetik biçim alır. Bununla yanaşı 
"sovet həqiqətləri" adekvat bədii ifadəsini tapa bilmir və  əsasən 
roman mühitindən kənarda qalır. Çünki bədii təfəkkürün ölçü və 
miqyasını, estetik idrakın imkanlarını milli gerçəkliklər, onun 
məzmun və xarakteri müəyyən edir. Bu həm də o deməkdir ki, 
milli gerçəkliyin həzm etmədiyini milli ədəbiyyat yaşaya bilmir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
186
Azərbaycan xalqının yaxın keşməkeşli tarixi keçmişindən 
bəhs edən "Şamo" romanında gerçəkliyin inqilabi dəyişmədə 
təsviri, milli keçmişin ictimai-siyasi baxımdan tənqidi kimi ideo-
loji-estetik proyeksiyalar zahiri, keçici olduqları üçün əsərin da-
xili məzmununda və kompozisiyasında yer ala bilmirlər. 
Inqilabi məzmun ekzotik səciyyə daşıdığına görə yaradıcı 
başlanğıca çevrilə bilmir. Konflikt patriarxal intriqalara fon olmaq 
səviyyəsindən yüksəyə qalxa bilmir. 
Romanda milli gerçəkliyin boyalarının  əlvanlığı S.Rəhi-
movun Azərbaycan kəndinə, onun psixologiyasına, arzu və ideal-
larına, yaşam qaydalarına,  əxlaqi-mənəvi varlığına dərindən bə-
lədliyi ilə bağlıdır. Müəllif "gözlərimlə gördüklərimi, bildiklərimi 
cəmləşdirib "Şamo"nun birinci variantını işlədim" –desə də, Şamo 
– Qəmər süjeti bütünlüklə romantik planda çözülmüşdür. 
Daha doğrusu, bu süjetin fəlsəfəsinə görə Şamo milli ger-
çəkliyə  kənardan gəlmə  məqamın ifadəsidirsə, Qəmər milli 
varlığın romantik nəfəsidir, yaşayır və yaşadır. 
"Şamo" romanının konflikti "əsgi dünya" qarşılaşmasının 
tarixi-milli və sosial-psixoloji səciyyəsindən ibarətdir. Bu tipli 
əsərlərdə "Sinfi mübarizənin təsvirində zahirən vulqar-bolşevik 
sxeminin izləri qüvvətli olsa da, alt qatda tragizm özünü açıq-
aşkar hiss etdirir" (80, səh.405). Bu baxımdan "Şamo"da bədii 
obrazı yaradılan Laçınlı Sultan gücü və gücsüzlüyü təmsil etməsi 
ilə milli gerçəkliyin faciəvi məqamıdır (50, səh.130). 
"Şamo" romanı geniş epikliyə meyl etməsi, həyat hadisə-
lərini hərtərəfli göstərməsi, çoxplanlılıq və monumentallığı ilə 
səciyyəvidir. Konkret tarixi zamanın vüsətini və sürətini incə-
ləmək "Şamo" romanının əsas pafosudur. "Şamo"nun konfliktinin 
əsasını ictimai münasibətlərdən doğan ziddiyyətlər təşkil edir. 
Bir-biri ilə çarpışan tərəflərin fonunda cəmiyyət həyatı bədii təhlil 
predmetinə çevrilir. Ona görə  də  "Şamo"nun problematikası ilə 
janrının poetikasının vəhdət təşkil etməsi təbiidir. S.Rəhimovun 
tərcümeyi-halı, həyat yolu mənbə kimi zaman-zaman bədii 
yaradıcılığında yeni bir dəyərlə  təzahür edir. Məsələn, "Ata və 
oğul" povesti (1949) yazıçının uşaqlıq illərinin çözülməsi kimi 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə