Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   17   18   19   20   21   22   23   24   25

dozalar,  habelə  vətəndaşların  (xəstələrin)  diaqnostika  və  müalicəsi  zamanı 

rentgen-radioloji  və  digər  mənbələrdən  aldıqları  dozalar  daxil  deyil.  Şüalanma 

dozalarının  qəbul  olunmuş  hədləri  insan  orqanizminin  və  onun  ayrı-ayrı 

orqanlarının  şüalanmaya  məruz  qalması  zamanı  yol  verilə  bilən  dozaların 

müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər. 

Radiasiya  qəzası  şəraitində  məhdud  zaman  intervalında  sanitariya-gigiyena 

norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə 

bilər. 


Ə

hali  şüalanmaya  məruz  qaldıqda  bu  maddədə  müəyyənləşdirilmiş 

ş

üalanmanın əsas gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin 



müxtəlif  əraziləri  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  konkret 

sanitariya-gigiyena  və  ekoloji  şəraitin,  əhalinin  sağlamlıq  vəziyyətini,  ətraf 

mühitin başqa amillərinin insana təsir səviyyəsini nəzərə almaqla azaldıla bilər. 

Radioaktiv  maddələr  və  digər  ionlaşdırıcı  şüa  mənbələri  ilə  iş  vaxtı 

radioaktiv  şüalanmadan  mühafizə  üzrə  texniki  təhlükəsizlik  haqqında  təlimat 

qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir. 

Radiasiya təhlükəsizliyi  məsələləri üzrə dövlət standartları, tikinti norma və 

qaydaları,  əməyin  mühafizəsi  qaydaları,  sərəncam,  təlimat  metodiki  və  digər 

sənədlər səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilir.  

onlaşdırıcı  şüa  mənbələrindən  istifadə  ilə  əlaqədar  elmi-tədqiqat,  təcrübi-

konstruktor  işləri,  qurğuların  tikilməsi,  onlar  üçün  texnoloji  avadanlığın 

layihələşdirilməsi  və  hazırlanması,  radiasiya  təhlükəsizliyi  vasitələrinin, 

həmçinin  radioaktiv  maddələrin  hasilatı,  emalı  (istehsalı),  daşınması,  nəqli, 

saxlanılması,  istifadəsi,  məhv  edilməsi  və  basdırılması  sahəsindəki  işlər  dövlət 

inhisarında olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 

həyata keçirilir [ 17,18]. 



onlaşdırıcı  şüa  mənbələrinin  istifadəsi  ilə  əlaqədar  fəaliyyət  göstərən 

müəssisələr  və  təşkilatlar  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  üçün 

müntəzəm istehsalat nəzarəti keçirirlər.  

stehsalat  nəzarətinin  həyata  keçirilməsi  qaydası  hər  bir  müəssisə  və  ya 

təşkilat  üçün  onun  işinin  xüsusiyyət  və  şəraiti  nəzərə  alınmaqla  təyin  edilir  və 

radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  müvafiq  icra  hakimiyyəti 

orqanları ilə razılaşdırılır. 

Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  pozuntular  aşkar 

edildikdə  istehsalat  nəzarətini  həyata  keçirən  səlahiyyətli  şəxslərin  pozuntular 

aradan qaldırılanadək ionlaşdırıcı şüa mənbələri ilə aparılan işləri dayandırmaq 

hüququ vardır. 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ictimai birliklər 

radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  fəaliyyət  göstərən 

müəssisələrdə  və  təşkilatlarda  norma,  qayda  və  normativlərin  yerinə 

yetirilməsinə ictimai nəzarət etmək hüququna malikdir. 

Müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə 

ə

laqədar  fəaliyyət  göstərən  müəssisə  və  təşkilatlarda,  habelə  radiasiya  nəzarəti 



aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata 

keçirir, onların effektivliyinin qiymətləndirilməsi işini aparır. 

Radiasiya  təhlükəsizliyinin  qiymətləndirilməsi  aşağıdakılara  əsasən  həyata 

keçirilir: 

-

  ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi; 



-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsində  norma,  qayda  və  gigiyena 

tədbirlərinə əməl olunmasının təhlili; 

-

  radiasiya qəzasının ehtimalı və onun miqyası; 



-

  radiasiya  qəzalarının  qarşısının  alınması  və  onun  nəticələrinin  ləğv 

edilməsinə hazırlıq; 

-

  ionlaşdırıcı  şüa  mənbələrindən  əhalinin  ayrı-ayrı  qruplarının  məruz 



qaldıqları şüalanma dozalarının təhlili; 


-

  müəyyən  olunmuş  normadan  artıq  şüalanma  dozasına  məruz  qalmış 

şə

xslərin sayı. 



Ə

razi,  müəssisə  və  təşkilatların  radioaktiv  təhlükəsizliyə  hazırlığının 

vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında 

ə

ks olunur. 



Ə

razi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və 

tərtib  edilməsinin  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq 

edilir. 


 

onlaşdırıcı  şüa  mənbələrindən  istifadə  ilə  əlaqədar  fəaliyyət  göstərən 

müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsinə  aid  bu  Qanunda  və  digər 



normativ  hüquqi  aktlarda  müəyyən  edilmiş  tələblərə,  normalara, 

qaydalara, normativlərə və təlimatlara əməl edilməsi; 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  tədbirlərin 



planlaşdırılıb həyata keçirilməsi; 

-

  ionlaşdırıcı  şüa  mənbələri  hesab  edilən  yeni  (modernləşdirilmiş) 



istehsalat,  texnoloji  proses,  məhsul,  material  və  maddələrə  dair  insan 

sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin 

aparılması; 

-

  radioloji  şərait  üzrə  müəssisə  və  təşkilatın  ərazisində,  otaqlarda  və  iş 



yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya 

təhlükəsizliyinin  təmin  edilməsi  ilə  əlaqədar  müntəzəm  olaraq  istehsalat 

nəzarətinin həyata keçirilməsi; 

-

  işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu; 



-

  istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya 

müvəqqəti  olaraq  ionlaşdırıcı  şüa  mənbələri  ilə  işləyən  digər  şəxslərin 

attestasiyasının keçirilməsi; 

-

  işçilərin  ilkin  (işə  qəbul  olunarkən)  və  dövri  (müntəzəm)  tibbi 



müayinələrdən keçirilməsi; 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə