Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   17   18   19   20   21   22   23   24   25

-

  işçilərin  (personalın)  iş  yerində  məruz  qaldığı  ionlaşdırıcı  şüalanmanın 

səviyyəsi  və  onların  aldıqları  fərdi  şüalanma  dozaları  haqqında  onlara 

müntəzəm məlumat verilməsi; 

-

  radiasiya  təhlükəsizliyi  sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanlarına 



radiasiya  təhlükəsizliyi  üçün  qorxu  yaradan  qəza  şəraiti  və  texnoloji 

reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi; 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  müvafiq  icra 



hakimiyyəti  orqanlarının  qərar  və  sərəncamlarının,  onların  səlahiyyətli 

nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi; 

-

  radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının 



həyata keçirilməsinin təmin edilməsi; 

-

  radioaktiv  şüa  mənbələri  ilə  işləyən  işçilərin  vaxtaşırı  radiasiya 



təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi. 

ş

çilərin və əhalinin yaşayış və istehsalat binalarında radon, onun parçalanma 



məhsulları, habelə digər təbii radionuklidlərin yaratdığı şüalanma normativlərlə 

müəyyən olunmuş dozadan artıq olmamalıdır.  

Ə

hali  və  işçilərin  təbii  radionuklidlərin  təsirindən  mühafizəsi  məqsədilə 



aşağıdakı tədbirlər həyata keçirilməlidir [ 8]: 

1.

  qamma-şüalanmanın  və  torpaqdan  ayrılan  radonun  səviyyəsini  nəzərə 



almaqla binaların və qurğuların tikilməsi üçün zərərsiz (təhlükəsiz) torpaq 

sahələrinin ayrılması; 

2.

  radonun  binaya  daxil  olmasının  qarşısının  alınması  tədbirləri  nəzərə 



alınmaqla bina və qurğuların layihələşdirilməsi və tikilməsi;  

3.

  yaşayış  bina  və  sənaye  (istehsal)  qurğularının  istismara  qəbul  edilməsi 



zamanı  binaların  daxilindəki  havada  radonun,  təbii  radionuklidlərdən  və 

digər 


radioaktiv 

maddələrdən 

qamma-şüalanmanın 

dozasının 

intensivliyinin  nəzərə  alınması,  tikinti  materiallarında  radiasiya 

təhlükəsizliyi üzrə istehsalat nəzarətinin keçirilməsi; 




4.

  bina  və  qurğuların  istismarı  zamanı  otaqlarda  radonun  və  təbii 

radionuklidlərdə  qamma  və  digər  radioaktiv  şüalanmanın  səviyyəsinin 

nəzərə alınması. 

Bina  və  qurğularda  təbii  radionuklidlər,  qamma-şüalanmanın  və  radonun 

miqdarının  normativlərə  uyğun  olmadığı  halda  bu  bina  və  qurğunun  istifadə 

məqsədi dəyişdirilir. 

Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə cavab verməyən tikinti 

materialları və məmulatlarından istifadə etmək qadağan edilir. 

Ə

rzaq,  qida  məhsulları,  onlar  üçün  xammallar,  içməli  su,  onların  emalı, 



istehsalı, saxlanması, daşınması, satışı (paylanması) və istifadəsi zamanı onlarla 

təmasda  olan  material  və  məmulatlar  radiasiya  təhlükəsizliyi  tələblərinə  cavab 

verməli və bu qanuna uyğun olaraq istehsalat nəzarətində olmalıdır. 

Radiasiya  təhlükəsizliyi  normalarına  cavab  verməyən  sənaye  və  ərzaq 

məhsullarının ölkəyə gətirilməsinə yol verilmir. 

Ə

hali (xəstələr) tibbi rentgen-radioloji müayinədən keçirilən zaman qoruyucu 



vasitələrdən istifadə olunmalıdır. 

Ə

halinin tibbi rentgen-radioloji müayinəsindən keçirilməsi zamanı şüalanma 



dozaları  radiasiya  təhlükəsizliyi  sahəsindəki  qayda,  norma  və  normativlərə 

uyğun olmalıdır. 

Tibbi rentgen-radioloji müayinəsi və müalicəsi zamanı xəstənin tələbi ilə ona 

göstərilən və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nəticəsi barədə 

tam məlumat verilməlidir. 

Epidemioloji  nöqteyi-nəzərdən  təhlükəli  xəstəliklərin  aşkar  edilməsi 

məqsədilə  aparılan  profilaktiki  müayinələr,  habelə  rentgen  müayinəsi  yeganə 

diaqnostik  vasitə  olduğu  hallar  istisna  olmaqla  xəstə  tibbi  rentgen-radioloji 

müayinəsindən keçməkdən imtina edə bilər [ 17]. 

Ə

halinin  ionlaşdırıcı  şüa  mənbələrindən  istifadə,  tibbi  rentgen-radioloji 



müayinə  zamanı  aldığı,  habelə  təbii  radiasiya  fonu  və  ya  texnogen  təsirlə 


dəyişilmiş  radiasiya  fonu  ilə  yaranan  fərdi  şüalanma  dozalarının  uçotu  və  ona 

nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada aparılır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




NƏT CƏ VƏ TƏKL FLƏ

 

Radiasiya  qəzası  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin  olunmasında 

aşağıdakılar əsas götürülməlidir: 

-

  radiasiya qəzasının nəticələrini ləğv etmək üçün nəzərdə tutulan tədbirlər 



zərərdən çox fayda verməlidir; 

-

  radiasiya qəzasının nəticələrinin ləğvi üzrə fəaliyyətin növləri və miqyası 



ionlaşdırıcı şüalanma dozasının maksimum azalmasını təmin etməlidir. 

onlaşdırıcı  şüa  mənbələrindən  istifadə  ilə  əlaqədar  fəaliyyət  göstərən 

müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsinə  aid  bu  Qanunda  və  digər 



normativ  hüquqi  aktlarda  müəyyən  edilmiş  tələblərə,  normalara, 

qaydalara, normativlərə və təlimatlara əməl edilməsi; 

-

  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  tədbirlərin 



planlaşdırılıb həyata keçirilməsi; 

-

  ionlaşdırıcı  şüa  mənbələri  hesab  edilən  yeni  (modernləşdirilmiş) 



istehsalat,  texnoloji  proses,  məhsul,  material  və  maddələrə  dair  insan 

sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin 

aparılması; 

-

  radioloji  şərait  üzrə  müəssisə  və  təşkilatın  ərazisində,  otaqlarda  və  iş 



yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya 

təhlükəsizliyinin  təmin  edilməsi  ilə  əlaqədar  müntəzəm  olaraq  istehsalat 

nəzarətinin həyata keçirilməsi; 

-

  işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu; 



-

  istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya 

müvəqqəti  olaraq  ionlaşdırıcı  şüa  mənbələri  ilə  işləyən  digər  şəxslərin 

attestasiyasının keçirilməsi; 

-

  işçilərin  ilkin  (işə  qəbul  olunarkən)  və  dövri  (müntəzəm)  tibbi 



müayinələrdən keçirilməsi; 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə