Müəyyən olunmuşdur ki, ən yüksək uduculuq qabiliyyətinə malik olan
formalar oyuqları olan konstruksiyalar, piramida və çıxıntıları olan səthlərdir.
Beləliklə, EMŞ ətraf mühitə nüfuz etməsinə imkan verilmir. Güc uducusu
kimi içərisi uducu materiallarla doldurulmuş koaksial və yaxud dalğaötürənin
hər parçasından istifadə olunur. Elektromaqnit enerjisi uducu materiallarda
udularaq istiliyə çevrilir. Uducu element kimi qrafitdən,qumlu sementdən, toz
şə
killi dəmirdən, ağac və sudan istifadə olunur. Traktda şüalanmanı azaltmaq
məqsədi ilə attenuyatordan da istifadə etmək olar.
Ə
gər RT və YT şüalanma mənbəyi binanın işərisindədirsə bu halda
mühafizəni elektromaqnit enerjisinin ekranlaşdırıcı vasitələrədən nüfuz olunma
yerlərində təşkil etmək lazımdır. Bunun üçün radiohermetikliyi artıran
materiallardan istifadə olunmaqla yanaşı uducu yüklərdən də istifadə etmək olar.
Xaricdə yerləşən mənbələrdən mühafizə üçün radioəksetdirici materiallar,
metallaşdırılmış pərdələr və pəncərələrdə metal torlar tətbiq olunur. Qeyd
olunan mühafizə vasitələrinin effektivliyi YT diapazonunda olur. Aşağı
tezliklərdə onların tətbiqi difraksiya hadisəsi ilə əlaqədar olaraq məhdudlaşır.
EMŞ fərdi mühafizənin əsasını birbaşa sönmə prinsipi təşkil edir.
Parçaların ekranlaşdırıcı xüsusiyyəti metallaşdırılmış liflərin xüsusi çəkisindən
asılı olur. Hal-hazırda Rusiyada iki cür ekranlaşdırılmış parçalar buraxılır.
Bunların istehsalı açıq və bağlı növlü metallaşdırma əsasında təmin olunur [ 4].
Birinci növ paltarlar üzərində çox nazik təbəqəli metalla sarınmış pambıq
liflərdən ibarətdir. Belə liflərdən toxunmuş parçalar metal parlaqlığı verir. Bu
parçalar yaxşı ekranlaşdırıcı xüsusiyyətlərə malik olsalar da onlardan geniş
surətdə istifadə olunmur. Bu onunla əlaqədardır ki, bu parçadan hazırlanmış
kostyum ətrafdakılara psixoloji cəhətdən pis təsir göstərir,digər tərəfdən belə
parçalardan istifadə elektrotravma hallarını və K zədələnmələri yaradır.
kinci növ parçalarda metallaşdırma bağlı üsulla aparılır. Belə ki, nazik və
möhkəm mikroməftil bilavasitə pambıq lifin içərisinə salınır.
Eynəklər xüsusi mühafizə paltarlar ilə birlikdə və yaxud ayrıca istifadə
oluna bilər. Eynəyin şüşələri (linzaları) xüsusi materialdan hazırlanır və üzərinə
qurğuşun oksidi çəkilir.
Mühafizə materialları işığa şəffaf olan istənilən materialdan hazırlana
bilər. Maskanın üzərinə xüsusi maddələrdən radioşüalanmanı əks etdirən nazik
təbəqə və yaxud metal tor çəkilir. Maskanın forması və ölçüləri elə seçilir ki,
göz səviyyəsində difraksiya sönməsinin qiyməti mühafizəedici materialın
sönməsindən az olmasın. Mühafizə maskalarında nəfəsalma və istilik
mübadiləsinin təmin olunması üçün onun perimetri boyu deşiklər açılır.
2.2.Fə rdi və mə işə t avadanlıqlarının ş üalanmasından mühafizə
istiqamə tlə ri.
ndiyə kimi mobil telefonların şüalanmasının insan orqanizminə təsir
xüsusiyyətləri demək olar ki, hələ də tam aydınlaşdırılmayıb. Müxtəlif ölkə
alimlərinin bioloji obyektlər üzərində apardıqları çoxsaylı tədqiqat nəticəlri bir
çox hallarda uyğun gəlmir, digər hallarda isə , ümumiyyətlə ziddiyətli xarakter
daşıyır. Mübahisə doğurmayan yeganə fakt odur ki, mobil telefonların
ş
üalanmaları insan orqanizmi üçün zərərlidir. Buna görə də, mobil telefon
istifadəçiləri bir sıra ehtiyat tədbirləri həyata keçirilməlidirlər [ 13 ]:
-
Lazım olmayan hallarda mobil telefondan istifadə etməyin;
-
Fasiləsiz olaraq 3-4 dəqiqədən artıq danışmayın;
-
Uşaqların telefondan istifadə etməsinə icazə verməyin;
-
Telefon alanda elesini seçin ki, onun maksimal şüalanma gücü az olsun;
-
Avtomobildə telefondan istifadə etdikdə çalışın ucadan danışan rabitə
sistemi olan “hands-free” avadanlıqdan istifadə edin. Yaxşı olar ki, onun
antennası maşının üstündə,mərkəzi hissədə yerləşdirilsin.
Mobil telefonla danışan şəxsin ətrafında olanlara telefonun elektromaqnit
ş
üalanmasının heç bir mənfi təsiri yoxdur.
Müxtəlif markalı telefonları və müxtəlif standartları qarşılıqlı müqayisəsini
apararaq aşağıdakı ümumi nəticələrə gəlmək olar :
-
Telefonla nə qədər çox danışılarsa, onun insana təsiri bir o qədər böyük
olur;
-
Insan orqanizminə ən çox təsir göstərən analoq standartlarından NMT450i
və AMPS sistemləridir. Belə ki, bu sistemlərin həm baza stansiyalarının
həmçinin dətelefonun özünün vericisinin gücü böyük olur. Müasir rəqəmli
standartlardan hesab edilən GSM 1800 və GDMA sistemləri insan
orqanizminə daha az təsir göstərirlər;
-
Telefon nə qədər baha olarsa, onun insan orqanizminə təsirinin zəif
olması ehtimalı bir o qədər yüksəkdiir. Telefonda qəbuledicinin
həssaslığının böyük olması eşitmə məsafəsinin artmasına kömək etməklə
yanaşı az güclü vericidən istifadəni mümkün edir;
-
Ola bilər ki, insan sağlamlığına olan təsir bilavasitə mobil telefondan yox,
ümumiyyətlə digər mənbələrdən olan şüalanmalardan və qeyri-normal
həyat tərzi ilə bağlı olsun.
Mikrodalğalı soba aldıqda onun sanitar-gigiyenik normalara cavab verən
sertifikatının olmasını dəqiqləşdirin. Mikrodalğalı sobanın xüsusiyyətlərini
bilərək,onu dövrəyə qoşandan sonra ondan 1,5 m məsafəyə uzaqlaşın.Bu halda
onun heç bir zərərli təsiri müşahidə olunmur.
Mikrodalğalı soba aldıqda çalışın ki, onun enerji tələbatı az olsun. Belə
sobaların sənaye tezliyində yaratdığı maqnit sahəsinin qiyməti aşağı olur.
Bu sistemlərdən mühafizə üçün istifadənin əsas prinsipi ondan ibarətdir ki,
elektromaqnit şüalanmasının səviyyəsi buraxıla bilən hədd daxilində olmalıdır.
Hər bir radioverici qurğu sanitar pasporta malik olur. Bu pasportda onun sanitar-
mühafizə zonasının sərhədləri göstərilir. Ancaq bu pasportun olduğu halda
Dövlət sanitar epidemioloji mərkəzin yerli orqanı stansiyadan istifadəyə icazə
verir.Bu təşkilat periodik olaraq obyektdə nəzarət ölçmələrini həyata keçirir ki,
bunun məqsədi isə şüalanmanın buraxıla bilən səviyyəyə uyğun olmasının
nəzarəti və təsdiqlənməsidir.
Məişət cihazları alarkən onların lazımi sertifikata malik olmalarını yoxlamalı
və mümkün qədər az güclü işlədicilərdən seçilməlidir. Çünki qeyd etdiyimiz
kimi, sənaye tezlikli elektrik işlədicilərində yaranan maqnit sahəsinin qiyməti
ə
sasən işlədicinin gücündən asılı olur.
Mənzildə sənaye tezliklinmaqnit sahəsinin mənbələrinə yeni konstruksiyalı
(“buz bağlamayan”) soyuducular ,müxtəlif tipli qızdırcılar ,televizorlar
Dostları ilə paylaş: |