5-ci zonanı əhatə edən ərazilərdə bitkilərin inkişafına müəyyən təsir olsa
da, məhv olmuş bitkilərə rast gəlinmir.
Təcrübə nəticələri göstərir ki, ot bitkiləri meşə örtüyünə nisbətən
ionlaşdırıcı şüalanmaya daha dözümlüdür. Digər tərəfdən radiasiyanın təsiri
kəsildikdən sonra ot bitkiləri daha tez bərpa olunurlar nəinki meşə ağacları.
FƏ
S L II. Elektromaqnit ş
üalanma mə
nbə
lə
ri və
onlardan mühafizə
yolları.
2.1.Sə
naye müə
ssisə
lə
rində
elektromaqnit ş
üalanma tə
sirində
n
mühafizə
yolları.
nsan orqanizminin elektromaqnit şüalanmasından mühafizəsi dedikdə,
ş
üalanma intensivliyinin buraxıla bilən sıviyyəyə qədər aşağı salınması başa
düşülür. Mühafizə konkret üsul və avadanlığın seçilməsi, onların iqtisadi
göstəricilərinin nəzərə alınması və istismarının sadə olması ilə təyin olunur.
Mühafizənin təşkilində aşağıdakılar nəzərdə tutulur:
-
Iş yerlərində şüalanma səviyyəsini qiymətləndirmək və onun mövcud
normativ sənədləri ilə müqayisə etmək;
-
Verilən şərait üçün mühafizənin təmin olunmasında lazımi tədbirlərin və
mühafizə vasitələrinin seçilməsi;
-
Mövcud mühafizə sistemləri üzrə nəzarətin həyata keçirilməsi.
Xarakterinə görə eıektromaqnit şüalanmadan mühafizə kollektiv və fərdi ola
bilər. Belə ki, kollektiv mühafizə bir qrup üçün nəzərdə tutulduğu halda, fərdi
mühafizə hər bir mütəxəssisin , işçi personalın mühafizəsi nəzərdə tutulur.
Bunların həyata keçirilməsinin hər birinin əsasını təşkilatı və mühəndis-texniki
tədbirlərin aparılması tələb edir.
Mühafizənin təşkilatı tədbirlərinə şüalanma mənbəyi olan obyektlərin
yerləşməsinin , şüalanmaya məruz qalan obyektlərin optimal yerləşdirmə
xüsusiyyətlərinin müəyyən edilməsi, şüalanmanın təsirini minimuma endirmək
üçün işçi personalın iş və istirahətinin düzgün təmin olunması , təhlükəli zonaya
düşmə ehtimalında xəbərdarlıq tədbirlərinin həyata keçirilməsinin təşkil
olunmasından ibarətdir.
Hər bir konkret şəraitdə işçinin sağlamlığına təsir göstərə bilən amillər
kəmiyyət və keyfiyyətcə yoxlanılmalıdır. Burada əsas rol oynayan amillərdən
biri də orqanizmin fərdi xüsusiyyətləri və onun funksional vəziyyətidir.
Vaxta görə mühafizə tədbirlərində işçinin ancaq xidməti vəzifəsi ilə əlaqədar
olaraq şüalanmaya məruz qalma ehtimalı təyin olunur. Təsir müddətinin
azaldılması üçün müəyyən tədbirlərin ( işin avtomatlaşdırılması, mühafizə
sisteminin keçirilməsinə sərf olunan müddətin azaldılması və s.) həyata
keçirilməsi ilə yanaşı işçinin şüalanmaya məruz qalma müddəti şüalanmanın
intensivliyindən asılı olaraq normativ sənədlər əsasında təyin olunur.
Mühəndis-texniki tədbirlər o zaman həyata keçirilir ki, təşkilatı tədbirlər
lazımi nəticə vermir.
Fərdi təhlükəsizlik tədbirlərinə nisbətən kollektiv təhlükəsizlik tədbirləri
daha effektli mühafizə üsulu hesab olunur. Bu onunla əlaqədardır ki, bu üsulla
nəzarətin həyata keçirilməsi daha səmərəli və sadə olur. Lakin, nəzarət olunan
sahə çox böyük olduqda , tələb olunan maliyyə vəsaitinin həcmi çox və
mühafizənin təşkili mürəkkəb xarakter alır. Şüalanma intensivliyi yüksək olan
sahələrdə nəzərdə tutulan işlər qısa müddət ərzində həyata keçirilirsə kollektiv
təhlükəsizlik sisteminin yaradılması məqsədəuyğun hesab olunmur. Bu işlərə
qəza vəziyyətində təmir işləri , açıq şüalanma şəraitində ölçü və kökləmə
işlərinin aparılması, təhlükəli zonadan keçilməsi və digər işlər aid edilir. Belə
hallarda fərdi mühafizə avadanlığından istifadə olunur.
Fərdi mühafizə avadanlıqları o halda tətbiq olunur ki, şüalanma səviyyəsi
buraxıla bilən həddi keçir və buna görə də digər tədbirlərin görülməsi mənasız
olur. Bu avadanlıqlar ümumilikdə bütün bədəni və yaxud onun müəyyən
hissəsini qorumaq üçün nəzərdə tutulur. Aşağıdakı cədvəldə elektromaqnit
ş
üalanmadan fərdi mühafizə tədbir və avadanlıqları haqqında məlumat
verilmişdir [ 5].