276
Çayçı Mahmud belə uzaq səyahətin səbəbi ilə maraqlanır
(dialoq səhnəsi). Qərib öz sevgilisini axtardığını söyləyir. Onun
partiyasında nağılvarı dalğın xarakterli musiqisi olan kiçik mah-
nı-deklamsiya parçası səslənir. Bu fraqment Qəribin “Kəsmə şi-
kəstə” muğam improvizasiyasının bir növ müqəddiməsidir. Eyni
zamanda iki muğam səhnəsi arasında oxunduğu üçün o, təsnifə
oxşayır.
İkinci pərdə, birinci şəkil. Hadisə Şahsənəmin evində vaqe
olur. Bağçada Şahsənəmin rəfiqələri rəqs edirlər, bahar haqqın-
da, təbiətin gözəlliyi haqda qızların xoru eşidilir. Kiçik bir moti-
vin təkrarından ibarət olan melodiyanın quruluşu diqqəti cəlb
edir. Bu motiv sonuncu dəfə təkrar olunduqdan sonra “Şur” mə-
qamı üçün səciyyəvi olan kadensiya səslənir (tonikanın alçalan
üst aparıcı tonu ilə). Musiqi materialının bu cür quruluşu dairəvi,
yallısayağı rəqslərin melodiyaları üçün səciyyəvidir. Qeyd et-
mək istərdik ki, Azərbaycan xalq mahnıları rəqs melodiyaları ki-
mi də ifa olunurlar. Göstərdiyimiz mahnı belələrinə aiddir.
Şahvələd yaxın adamları ilə səhnədə görünür, səhnənin xor
hissəsi Şahvələdin solo partiyasında öz təcəssümünü tapır. Ma-
raqlıdır ki, bəstəkar bu qəhrəmanı bəm səslə (baritonla) səciyyə-
ləndirir.
Məlumdur ki, bəm kişi səsi Azərbaycan xalq musiqi sənəti
üçün səciyyəvi sayılmır. Təsadüfi deyil ki, muğam operalarında
çox vaxt mənfi surətlər bəm səslərlə xarakterizə olunurlar.
Şahvələd obrazını açan musiqi şux, hətta bir qədər marşsaya-
ğıdır.
277
Bu isə Qəribin lirik partiyası ilə ziddiyyət təşkil edir. Xor
parçası burada Şahvələdin solo ifasının nəqəratı rolunu oynayır.
* * *
Şahsənəm çox kədərlidir. O, yuxuda gördüyü gəncə vurulduğu-
nu rəfiqəsinə danışır. Rəfiqəsi onu sakitləşdirir və “Yaz gəldi” mah-
nısını oxuyur. Bu mahnının sədaları altında qızlar rəqs edirlər. Bu,
Şahsənəmin hissləri ilə həmahəng olan səmimi, şairanə musiqidir.
Şahsənəmin atası bağçaya gəlir. Qızının qəm-qüssəsi atanı
məyus edir. Şahsənəm yuxusunu atasına danışır. Şahsənəmin
partiyasında qızın naməlum gəncə olan dərin hissini təsvir edən
“Mirzə Hüseyn segahı” səslənir.
Daha sonra səhnəyə qızlar gəlirlər. Onlar Şahsənəmin kədə-
rinin səbəbini soruşurlar. Atanın qəmli replikaları xor partiyası-
na qarışır.
Pərdə Şahsənəmlə Qəribin görüş səhnəsi ilə başa çatır. Bura-
da baş qəhrəmanları səciyyələndirən əsas xüsusiyyətlər göstərilir
və onların qarşılıqlı səmimi hissləri öz əksini tapır. Bu səhnənin
əsas musiqi materialı qəhrəmanların ürək çırpıntılarını tərənnüm
edən “Kürd-Şahnaz” muğamı (“Rast” muğamının bir bölməsi)
üzərində qurulmuş dialoqdur. Dialoq səhnələri operada qəhrə-
manların obrazlarının musiqi ifadəliliyini daha da zənginləşdirir.
İkinci pərdənin ikinci şəkli. Şahsənəmgilin bağçası. Şahvələdin
adamları Şahsənəmə elçi gəlirlər. “Eşitmişik, xacə, sənin qızın
278
var” kişi xoru səslənir. Şux və gümrah olan bu musiqi parçası
elə bil ki, öz ağalarının adından danışan elçilərin özlərinə güvən-
diklərini ifadə edir. Burada bəstəkar Azərbaycan xalq mahnısı
üçün səciyyəvi olan melodiyanın kulminasiya nöqtəsindən (bu
halda “re”dən “Rast” muğamının tonika kvintası) “sol”ə qədər
enmsindən istifadə etmişdir.
Bu fraqmentin özünəməxsus quruluşu diqqəti cəlb edir. O,
iki hissəyə bölünür. Onlardan birincisi kuplet rolunu oynayır ki,
o da öz növbəsində üç cümlədən ibarətdir.
İkinci cümlə birincinin dəqiq təkrarıdır, üçüncü isə variant
dəyişikliyinə məruz qalan son iki motivə görə əvvəlkilərdən
fərqlənir. Musiqi onu lirikləşdirən yeni məqam tonallıq rənga-
rəngliyi əldə edir (axı söhbət gözəl Şahsənəm haqqında gedir).
279
Əsas motivin təkrarı prinsipinə əsaslanan belə quruluş melo-
diyaya qəti, əzmkar xarakter verir.
Xorun ikinci hissəsi olan kuplet üçüncü cümlənin bitmiş “li-
rik” intonasiyalarından yaranır. Bu isə ona böyük bədii məna əhə-
miyyəti verir. Bu hissə aşıq musiqisi üçün səciyyəvi olan kaden-
siya oxuması ilə başa çatır. Qərib mövzusu nəqərat kimi səslənir.
Bu, həmçinin Şahsənəmin və ona məftun olmuş Şahvələdin
təriflənməsi parçasının dramaturji əhəmiyyətini bir daha nəzərə
çarpdırır. Şahsənəmin atası elçilərə razılıq verir.
Onlardan sonra Qəribin anası və bacısı Şahsənəmə elçi gəlirlər.
Qadın xoru kədərli əhvali-ruhiyyəni dərinləşdirir, xahiş, həyəcan
intonasiyaları hiss olunur. Əvvəlki xordan fərqli olaraq, bu fraq-
mentin musiqisi dərin ümidsizlik ifadə edir. Onun əsasını nalə into-
nasiyasında qurulmuş “Segah” məqamlı melodiya təşkil edir.
Qərib öz sevgilisini görmək ümidilə bağçaya yol tapır, sevgi
həsrəti ifadə edən “Bayatı-Şiraz” muğamını oxuyur. Şahsənəm
rəfiqəsi Ağca qızla bağçada gəzərkən yuxuya getmiş Qəribi gö-
280
rür. Yuxudan ayılan Qərib dərdini sevgilisinə açır (Qəribin izti-
rab və kədərini ifadə edən “Bayatı-kürd” muğamı səslənir).
1
Qə-
rib onun atasının istəyini yerinə yetirmək ücün uzaq ellərə yola
düşəcəyini qıza söyləyir.
Bu səhnə “Qarabağ şikəstəsi” muğamında öz təcəsümünü
tapmışdır (qəhrəmanların dialoq şəkilli dueti).
Üçüncü pərdə, birinci şəkil. Qəribin Kür sahilindəki sadə evi.
Şahsənəm hər gün buraya – sevgilisinin anası və bacısına baş çək-
məyə gəlir. Burada onu Şahvələd gözləyir. O, qəm-qüssə içərisində-
dir: gözəl Şahsənəmin razılığını almaq üçün o, çox gözləməli olmuş-
dur. Şahvələdin məhəbbəti “Bayatı-Şiraz” muğamı ilə ifadə olunur.
Qızların “Bizim elimizdə yaz yağışı” mahnısı eşidilir. Şahsənəm
də qızlarla qayıqdadır. O, səadətini itirmişdir. Qəribin ölüm xəbəri
qızı dərindən kədərləndirmişdir. Qəribin anası və bacısıyla birlikdə
Şahsənəm də göz yaşları tökür (qızın ürəyindəki həyəcanı təsvir
edən “Şur” muğamı oxunur). Rəfiqələri onu sakitləşdirirlər (“Səbr et,
Sənəm, sən ağlama” xoru). Musiqi öz ifadəliliyi, səmimiliyi, melo-
diyası ilə diqqəti cəlb edir. Demək olar ki, bütün lirik Azərbaycan
xalq mahnıları kimi bu da “Segah” məqamında yazılmışdır.
Burada bəstəkar sadə üçhissəli formadan bəhrələnmişdir.
Onun əsasını mütənasib kvadrat şəkilli quruluş təşkil edir. Qeyd
etməliyik ki, bu parça Azərbaycan bəstəkarlıq təcrübəsində uzun
1
“Bayatı-kürd” – “Şur” muğamının bir bölməsidir. Çox vaxt müstəqil
muğam kimi ifa olunur.
Dostları ilə paylaş: |