Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə2/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   ...   168

 

5

Lakin  əlbəttə ki, ilk növbədə, öz əsərlərində milli musiqi 



folklorunun zənginliyini, rus və Avropa bəstəkarlıq texnikasının 

naliyyətləri ilə üzvi surətdə birləşdirə bilmiş Ü.Hacıbəylinin ya-

radıcılıq irsi Azərbaycan və xarici Şərq ölkələrinin musiqi mədə-

niyyətinin inkişafı üçün parlaq nümunə olmuşdur.  

Ü.Hacıbəylinin Azərbaycanda və ümumən  Şərqdə muğam 

operasının  əsasını qoyan “Leyli və  Məcnun”a, yaradıcılığının 

zirvəsi epik operası “Koroğlu”ya, bütün dünyada məşhur olan 

“Arşın mal alan” operettasına , “Sənsiz” və “Sevgili canan” ro-

mans-qəzəllərinə, elmi-tədqiqat  əsəri olan “Azərbaycan xalq 

musiqisinin əsasları”na cilddə xüsusi fəsillər ayrılmışdır. 

Ü.Hacıbəyli Azərbaycan milli harmoniya və polifoniyasının 

əsasını da qoymuşdur. O, Azərbaycan məqamlarını Avropanın 

major-minor sistemi ilə üzvi surətdə birləşdirə bilmişdir.  

“Öz təbiətinə görə təksəsli olan Azərbaycan musiqisinə çox-

səsliyi tətbiq etmək mümkün deyil” – kimi qəbul edilmiş yanlış 

rəyi alt-üst edərək, Ü.Hacıbəyli böyük ustalıqıla xalq musi-

qisində mövcud olan çoxsəsliyin ünsürlərindən faydalanmış, 

klassik polifoniya prinsipləri əsasında Azərbaycan polifonik üs-

lubun gözəl nümunələrini yarada bilmişdir.  

Ü.Hacıbəyli Azərbaycan musiqisinə yeni “romans – qəzəl” 

janrını da daxil edərək vokal musiqimizin “Sənsiz” və “Sevgili 

canan” kimi incilərini yaratmışdır. O, kamera-instrumental və 

aşıq musiqisinin imkanlarından böyük bacarıq və zövqlə istifadə 

edərək, zərif “Aşıq sayağı” triosunu yazmışdır. 

Ü.Hacıbəyli fantaziya janrında Azərbaycan xalq çalğı alətləri or-

kestri üçün “Çahargah” və “Şur” kimi orjinal əsərlər bəstələmiş, kan-

tata janrını milli musiqimizin geniş imkanlarıyla zənginləşdirmişdir.  

Ü.Hacıbəylinin Böyük Vətən müharibəsi illərindəki fəaliyyə-

ti yüksək vətəndaşlıq hissi, düşmənə qarşı barışmaz mübarizə

qələbəyə inam hissi ilə  aşılanmışdır. Müharibənin başlanğıcın-

dan son qələbəyə qədər onun əsərləri, marşları və mahnıları ak-

tual olmuş və böyük rol oynamışdır. 

Ü.Hacıbəyli Azərbaycan Dövlət himninin müəllifidir. Bu 

himn hər səhər efirdə səslənərək xalqımızı yeni əmək nailiyyət-

lərinə ruhlandırır.  



 

6

İstedadlı ictimai xadim və müəllim Ü.Hacıbəyli Azərbaycan 



Bəstəkarlar  İttifaqının sədri vəzifəsində çalışmış, Azərbaycan 

Dövlət Konservatoriyasının professoru və rektoru olmuş, Azər-

baycan Elmlər Akademiyasının Elmi-Tədqiqat İncəsənət İnstitu-

tunun rəhbəri, Akademiyanın həqiqi üzvü olmuşdur. Ü.Hacıbəy-

li Azərbaycanın istedadlı bəstəkarlar və musiqişünaslar  nəslini 

yetişdirmişdir. 

Ü.Hacıbəyli Azərbaycan musiqisinin inkişafındakı xidmətlə-

rinə görə orden  və medallarla təltif edilmiş, SSRİ Ali Sovetinə 

deputat seçilmişdir. 

İkinci cildin girişində Ü.Hacıbəylinin 1921-ci ildə yazdığı 

“Vəzifəyi musiqiyyəmizə aid məsələlər” proqram məqaləsinin 

əsas tezis və vəzifələri açıqlanır, araşdırılır, dövrün ümumi mən-

zərəsi verilir.  

İkinci cildin birinci hissəsi (birinci fəsil) musiqimizin klassi-

ki ölməz Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr edilir. 

İkinci fəsil “Leyli və Məcnun” operası haqqındadır. Üçüncü fə-

sil “Arşın mal alan” operettasına həsr olunub. Dördüncü - “Kor-

oğlu” operasına, beşinci “Sənsiz” və “Sevgili canan” musiqi qə-

zəllərinə, altıncıda Ü.Hacıbəyli musiqişunas-alim kimi təqdim 

edilir, onun elmi yaradıcılığında nəzəri məsələlər araşdırılır. 

İkinci hissədə XX əsrin əvvəllərində Azərbaycan musiqi mədə-

niyyətində yaranmış yeni janrlar – opera və operettalar haqqında 

diskussiyanın gedişi təhlil və təqdim edilir. 

Quruculuq, təşkilatçılıq dövrünün digər  fəal iştirakçısı, gör-

kəmli bəstəkar Müslüm Maqomayev idi. Əsərin üçüncü hissəsi 

onun həyat və yaradıcılığına həsr edilir (birinci fəsil). İkinci fə-

sildə bəstəkarın “Şah İsmayıl” operası, üçüncü fəsildə isə onun 

“Nərgiz” operası araşdırılır. 

Dördüncü hissədə Azərbaycan musiqi mədəniyyətinin inki-

şafı, dövrün ümumi səciyyəsi verilmişdir. 

Beşinci hissənin birinci fəsli Azərbaycan musiqi mədəniyyə-

tinin qurucularından olan, onun inkişafında mühüm rol oynayan 

bəstəkar Zülfüqar Hacıbəyova, onun həyat və yaradıcılığına həsr 

edilir. Bu hissənin ikinci fəsli onun komediyalarına, üçüncü fəsli 

“Aşıq Qərib” operası haqqındadır. 



 

7

“1920-1930-cu illərdə Azərbaycan musiqi mədəniyyətinin 



inkişafı” haqqında məlumat növbəti altıncı hissədə verilmişdir. 

Yeddinci hissə məşhur rus bəstəkarı M.R.Qliyerin Bakıdakı 

yaradıcılıq fəaliyyətinə  həsr edilir. M.Qliyer dəvət ilə Respub-

likamıza gəlmiş və sifariş ilə opera janrında əsər yazmağa baş-

lamışdı. Qliyerin bəstələdiyi “Şahsənəm“ operası muğam ustadı 

Cabbar Qaryağdıoğlunun və görkəmli müğənni  Şövkət Məm-

mədovanın iştirakı və köməyi ilə yazılmış, İtaliyada təhsil almış 

ilk qadın müğənnimiz Ş.Məmmədovaya ithaf olunmuşdur. 

Səkkizinci hissə gənc ikən həyatdan getmiş, lakin musiqimizin 

inkişafında önəmli iz qoymuş istedadlı bəstəkar Asəf Zeynallı haq-

qındadır. Birinci fəsil onun həyat və yaradıcılığının ümumi xasiy-

yətnaməsinə, ikinci fəsil bəstəkarın vokal əsərlərinə, üçüncü fəsil 

kamera əsərlərinə, dördüncü fəsil simfonik əsərlərinə həsr edilmişdir. 

İkinci cildin sonrakı hissələri istedadlı və görkəmli bəstəkar-

larımız – Əfrasiyab Bədəlbəylinin, Niyazinin, Səid Rüstəmovun 

və Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın həyat 

və yaradıcılığına həsr edilir. Bu hissələrdə məşhur sənətkarları-

mızın mühüm əsərləri təhlil və tədqiq edilir.  

Doqquzuncu “1930-40-cı illərdə Azərbaycan musiqi mədəniy-

yəti”, onuncu hissə  Əfrasiyab Bədəlbəylinin həyat və yardıcılığı 

(birinci fəsil), “Qız qalası” baleti (ikinci fəsil),  Əfrasiyab Bə-

dəlbəylinin publisistik fəaliyyəti (üçüncü fəsil) təhlil edilmişdir. 

Onbirinci hissə dirijor və bəstəkar Niyazinin həyat və yaradı-

cılığı (birinci fəsil), ikinci fəsil “Rast” simfonik muğamı haqqın-

dadır. Üçüncü fəsildə onun “Xosrov və Şirin” operası və “Çitra” 

baleti araşdırılır. Dordüncüdə  bəstəkarın fortepiano üçün pyes-

leri təhlil edilir, beşinci fəsil Niyazinin ifaçılıq üslubunun baş-

lıca xüsusiyyətlərinə həsr olunur. Altıncı fəsil Niyazi və Türkiyə 

musiqi mədəniyyəti haqqındadır. 

 İkinci cildin onikinci hissəsində Səid Rüstəmovun həyat və 

yaradıcılığı (birinci fəsil), onun mahnı yaradıcılığı (ikinci fəsil), 

musiqili komediyaları (üçüncü fəsil), instrumental əsərləri (dör-

düncü fəsil), dirijorluq fəaliyyəti (beşinci fəsil), bəstəkarın peda-

qoji fəaliyyəti (altıncı  fəsil), Səid Rüstəmov və xalq musiqisi 

(yeddinci fəsil) araşdırılmışdır. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə