Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə8/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   4   5   6   7   8   9   10   11   ...   168

 

24

 



 

I HİSSƏ 

 

ÜZEYİR HACIBƏYLİ  

 

(1885-1948) 

 

 

 

I fəsil 

 

Həyat və yaradıcılığı 

 

Bəşəriyyət tarixində elə  sənətkarlar və  şəxsiyyətlər var ki, 

“...onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və 

hətta ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb ol-

maq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında, … 



 

25 


öləndən sonra da camaata mənfəət verirlər”.

1

 Azərbaycanın dahi 



bəstəkarı Üzeyir Hacıbəylinin dediyi bu sözləri ilk növbədə bəs-

təkarın özünə aid etmək olar. 

Yaradıcılığına XX əsrin  əvvəllərində başlamış, həyatını isə 

onun ortalarında tamamlamış Üzeyir Hacıbəylinin musiqisi və 

bütövlükdə yaradıcılığı biz musiqiçilər üçün və ümumən Azər-

baycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə bi-

lərik ki, bir əsrdən artıq vaxt ərzində çalınan, səslənən Ü.Hacı-

bəyli musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edə-

rək onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. 

Necə ki, Üzeyir bəy xalq musiqimiz haqqında deyirdi ki, ona hə-

mişə “ruh yüksəkliyi və aydınlıq ehtizazı, sabahkı qalibiyyətə 

möhkəm inam, mənəvi büllurluq, alicənablıq,  şücaət və  qəhrə-

manlığı  tərənnüm etmək xas olmuşdur”, eləcə  də Hacıbəylinin 

musiqisi üçün də bu cəhətlərlə bərabər, günəş kimi parlaqlıq, əl-

vanlıq xas olmuşdur. Bütün bu xüsusiyyətlər onun musiqisinin 

mahiyyətini təşkil etmişdir. 

Sənətdə, musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik 

anlayışını Ü.Hacıbəyli qlobal, Qərb və  Şərqin, dünya və milli 

mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi başa düşür-

dü və həll edirdi. 

Azərbaycan musiqisinin gələcək yolu da məhz Ü.Hacıbəyli-

nin irəli sürdüyü, əsasını qoyub apardığı yol oldu. Bu gün Azər-

baycan musiqisinin beynəlmiləl  əhəmiyyət kəsb etməsində 

Ü.Hacıbəyli yaradıcılığının və  şəxsiyyətinin böyük əhəmiyyəti 

vardır. 

Ü.Hacıbəyli dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq ope-

ra sənətinin banisi, “Leyli və Məcnun”, “Koroğlu” kimi təkrarsız 

operaların müəllifi, böyük musiqişünas-alim, bütöv musiqi-es-

tetik konsepsiya yaratmış  nəzəriyyəçi, “Azərbaycan xalq musi-

qisinin  əsasları” adlı elmi əsərin müəllifi, görkəmli dramaturq, 

“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operet-

talarının əlvan, günəşli musiqisi ilə bərabər, həm də bu əsərlərin 

librettolarının müəllifi, alovlu publisist, jurnalist, saysız-hesab-

                                                 

1

 Hacıbəyov Ü. “Həqiqət” qəzeti, 1910, 14 aprel, № 82. 




 

26

sız dəyərli məqalələrin müəllifi, gözəl pedaqoq, Azərbaycan 



bəstəkarları  və musiqişünaslarının istedadlı  nəslinin müəllimi, 

Azərbaycan Bəstəkarlar  İttifaqının sədri, Elmlər Akademiyası-

nın elmi-tədqiqat İncəsənət İnstitutunun rəhbəri, Akademiyanın 

musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbay-

can Dövlət Konservatoriyasının təşkilatçısı, onun rektoru və 

professoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkes-

trinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı idi. 

O, Azərbaycan Dövlət himnlərinin müəllifi olmuş, SSRİ Xalq 

artisti, Dövlət mükafatı laureatı idi. 

Bütün bunlar bizə haqq verir deyək ki, XX əsrin xalqımıza 

bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri 

Üzeyir Hacıbəylidir. Ona Şərq və  Qərb musiqi mədəniyyətləri 

arasında keçilməz səddi aradan götürmək, Azərbaycan musiqisi-

nin gələcək inkişaf yolunu və estetik prinsiplərini müəyyənləş-

dirmək nəsib olmuşdur. Yer kürəsinin milyonlarla insanları Ü.Ha-

cıbəyli musiqisinə qulaq asaraq, bütün kökləri ilə öz xalqının 

folkloru ilə bağlı olan və dünya musiqi mədəniyyətinin nailiy-

yətlərini mənimsəyən sənətkarın yaradıcılığına bələd olurlar. Bu 

yaradıcılıqda Şərqin və Qərbin musiqi ənənələrinin vəhdəti par-

laq bədii obrazlarla əks olunmuş, yüksək humanizm idealları, 

xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir. 

Biz, XXI əsrdən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yara-

dıcılıq yoluna nəzər salsaq, onun təkrarsız, parlaq yaradıcılığının 

əsas sütunları və mərhələləri kimi, xüsusən “Leyli və Məcnun” 

operasını, “Arşın mal alan” operettasını, “Koroğlu” operasını və 

“Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərini göstərmək 

istərdik. Məhz bu əsərlərin yalnız onun yaradıcılığı üçün deyil, 

bütün Azərbaycan musiqisi üçün önəmli mərhələ  əsərləri oldu-

ğunu qeyd etməliyik. Şübhəsiz, biz bəstəkarın digər əsərlərinin – 

“Əsli və Kərəm” və başqa muğam operalarının, “Məşədi İbad” 

operettasının, “Şur” və “Çahargah” fantaziyalarının, “Aşıq saya-

ğı” triosunun, kantatalarının, “Sənsiz” və “Sevgili canan” musiqi 

qəzəllərinin və digər vokal və instrumental əsərlərinin, hər iki 

himninin və sadalamadığımız bir çox əsərlərinin böyük dəyərini 

və rolunu inkar etmək fikrində deyilik. Amma “Leyli və 



 

27 


Məcnun”un Azərbaycanda və eləcə  də  Şərqdə opera sənətinin 

əsasını qoyduğunu, “Arşın mal alan”ın lirik-komik operettasının 

zirvəsi olduğunu və dünya şöhrəti qazandığını, “Koroğlu”nun 

klassik epik-qəhrəmani operasının ənənələrini davam etdirən şah 

əsəri olduğunu, “Azərbaycan xalq musiqisinin əsasları” elmi 

əsərinin Azərbaycanın  ənənəvi  şifahi musiqisini müasir dövrdə 

araşdıran və onun haqqında yazılan ilk elmi əsər olduğunu bir 

daha vurğulayaraq, dediyimiz kimi, məhz bu əsərlərin bəstəkarın 

yaradıcılığı üçün və  həm də Azərbaycan musiqisi üçün çox 

önəmli mərhələ və dönüş əsərləri olduğunu bir daha qeyd etmək 

istərdik. 

 

* * * 



 

Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın 

Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseyn Hacıbəyovun ai-

ləsində doğulmuşdur. Tezliklə Üzeyirin ailəsi Şuşa şəhərinə kö-

çür. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa qədim-

dən bəri özünün musiqi və ədəbi ənənələri ilə məşhur idi. 

Kiçik Üzeyir üçün də Şuşanın musiqi və poeziya hopmuş ab-

havası yaradıcılıq beşiyi olmuşdur. Burada M.Vaqif, X.Natəvan, 

Q.Zakir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.Çəmənzəminli, F.Köçər-

li kimi şair və yazıçılar, məşhur alim, şair, musiqişünas, rəssam 

Mir Möhsün Nəvvab, gözəl tarzən və bu aləti təkmilləşdirən 

Sadıqcan, məşhur xanəndə  və tarzənlar Məşədi İsi, Hacı Hüsü, 

Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məhəmməd 

Fərzəliyev, Məcid Behbudov, İslam Abdullayev, Seyid Şuşinski 

və bir çoxları yaşayıb yaradırdılar. 

Xurşidbanu Natəvan, Həsənbəy Zərdabi, Cabbar Qaryağdıoğlu – 

Azərbaycan mədəniyyətinin üç korifeyi, Üzeyirin yaşlı müasirləri 

idi. Bu üç böyuk xadimin üçü də sanki Üzeyir ömrünün ilkin 

dövrünə  işıq saçmışlar. Cabbarın Məcnunu gözəlliyə  həssas olan 

uşağın qəlbinə ilk sənət toxumları səpmişdir. Az sonra Natəvan onun 

təhsilinə xeyir-dua vermiş, on ildən sonra isə  Həsənbəy Zərdabi 

istedadlı gəncin opera yaratmaq arzusuna havadar çıxmışdır. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə