Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə16/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   12   13   14   15   16   17   18   19   ...   168

 

50

Orkestrdə tarzənlər də iştirak edirdilər. Lakin hansı melodiya-



nınsa ifası barədə onlar arasında mübahisə yaranmış  və bu mü-

bahisə böyüyüb elə ciddi şəkil almışdı ki, operanın ilk tamaşasına 

tarzənlərdən Qurban Pirimovdan başqa heç kim gəlməmişdi.

1

  



Ü.Hacıbəyli bu boşluğu aradan götürmək üçün tamaşanın 

başlanmasına iki saat qalmış skripka üçün yazılmış partiyaya 

əlavələr etməli olmuşdu. 

Operanın ilk tamaşasından başlayaraq uzun illər boyu mu-

ğam parçalarını tarda müşayiət edən mahir tarzən Qurban Piri-

mov olmuşdu. İlk tamaşının rejissoru Hüseyn Ərəblinski, Məc-

nun rolunun ifaçısı Hüseynqulu Sarabski idi. 

Ü.Hacıbəyli H.Sarabskini 1907-ci ildə “Nicat” cəmiyyətinin 

verdiyi H.Heynenin “Əlmənsur” pyesində görmüş  və onun bu 

pyesdə “Hicaz” oxumasını çox bəyənmişdi. Bu haqda H.Sarab-

ski özü belə yazırdı: 

“Bir gün Qubernski küçədə “Nicat”a getdiyim yerdə o, 

(Ü.Hacıbəyli – Z.S.) mənə rast gəldi və dedi: “Nə gözəl “Hicaz” 

oxudun. Çox xoşuma gəldi. Mən bir “Leyli və Məcnun” operası 

başlamışam. Dedim: “Oynaram”

2



O vaxtlar Üzeyir Hacıbəyli “İslamiyyə” otelində yaşayırdı, 

adresini H.Sarabskiyə verib iki gündən sonra yanına gəlməyi ba-

rədə sözləşdi. Onlar görüşdükdə, bəstəkarın aktyordan yazdığı 

əsərin havalarından oxumağı xahiş etdi. H.Sarabski xatirələrində 

                                                                                                         

ni bilərək ona kömək etmək istəyir. Bu barədə Nofəl Leylinin atasına xəbər 

göndərir, lakin ondan rədd cavabını alaraq vuruşmağa məcbur olur. Həmin 

vuruşda cəngavər Nofəl Leylinin atasına qalib gəlir. Lakin Leylinin atası qızı-

nı artıq özgəsinə, İbn-Səlama ərə verdiyini söyləyir. Nofəl xeyirxah niyyətin-

dən əl çəkməyə məcbur olur. Leyli Məcnuna olan böyük məhəbbətini nəcib 

təbiətli İbn-Səlama açıb söyləyir. İbn-Səlam iztirab çəkir. Məcnunla ayrılığa 

dözə bilməyən Leyli ölür. Leylinin ölümünü bilən Məcnun Leylisiz yaşaya 

bilməyərək onun məzarı üzərinə yıxılıb ölür. Opera Leyli və Məcnunun faciə-

vi məhəbbəti haqda ərəblərin oxuduğu xor ilə bitir. 

1

  Sənədlərdən məlum olur ki, ilk tamaşada  Şirin Axundov da iştirak 



etmişdi. Bax: Üzeyir Hacıbəylinin məktubu. “İrşad” qəzeti, 1908, № 7, 15 

yanvar. Həmin məktubda Üzeyir Hacıbəyli tarzən Şirinə “Leyli və Məcnun” 

operasının birinci tamaşasında iştirak etdiyinə görə öz təşəkkürünü bildirir. 

2

 Sarabski H. “Bir aktyorun xatirələri”. B., 1930, s. 53-54. 




 

51 


qeyd edir ki, “Mən də çox asanlıqla oxudum. Üzeyir daha da hə-

vəsləndi. Ondan sonra hər gün onun yanına gedib, Məcnun rolu-

na hazırlaşdım”.

1



 

“Leyli və Məcnun” operası böyük çətinliklərlə tamaşaya qo-

yulmuşdu. Çətinliklərdən biri də Leyli roluna ifaçı tapmaq mə-

sələsi idi. Axı müsəlman qayda-qanunlarına görə qadınlar səh-

nəyə buraxılmırdı. Uzun axtarışlardan sonra tamaşanın təşkilat-

çıları Əbdürrəhim Fərəcov adlı gözəl səsi olan bir aşbaz şagirdi-

nə rast gəldilər. Ona çox yalvarandan sonra Leyli rolunu oyna-

mağa razı oldu, amma bir şərtlə ki, bunu heç kəs bilməsin.  O, 

bu rolu yalnız premyerada ifa etdi, sonrakı tamaşalarda bu rolu 

müvəffəqiyyətlə ifa edən Ə.Ağdamski (Ə.Bədəlbəyli) oldu. 

İlk tamaşanı xatırlayan Ü.Hacıbəyli yazırdı: “Biz gənclər 

“Leyli və Məcnun” operası üzərində böyük ruh yüksəkliyi ilə iş-

ləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmi-

şik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə müəyyən bir 

nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardı. Bakıda neft səna-

                                                 

1

 Sarabski H. “Bir aktyorun xatirələri”. B., 1930, s. 53-54. 



 Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879-1945) məşhur müğənni, 

aktyor, rejissor, teatr xadimi və pedaqoq olmuşdur. Üzeyir Hacıbəylinin “Leyli və 

Məcnun” operasının ilk tamaşasında Məcnun rolunun ifaçısı kimi böyük uğur 

qazanmış  və bu rolu 400 dəfədən artıq oynamışdır. H.Sarabski Ü.Hacıbəylinin 

digər opera və operettalarından “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və 

Kərəm”, “Şah Abbas və Xurşid Banu”da və hər üç operettasında  baş rollarda  

böyük məharətlə çıxış etmişdir. 1910-cu ildən isə “Rüstəm və Söhrab”, “Ər və 

arvad”, “Arşın mal alan” əsərlərini tamaşaya qoyaraq rejissor kimi  fəaliyyət gös-

tərmişdir. H.Sarabski, həm də 1938-ci idə yazdığı “Köhnə Bakı” adlı maraqlı 

kitabın müəllifidir. O, 1922-ci ildə Azərbaycanın Əməkdar artisti, 1932-ci ildə isə 

Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür. 

O, bir sıra dram əsərlərinin və “Dağlar”, “Muğan” kimi mahnıların da 

müəllifidir. 

Sarabski 1906-cı ildə  təşkil olunan “Nicat” maarif cəmiyyətinin üzvü 

olmuş, onun işində fəal iştirak etmişdir. 

H.Sarabski Azərbaycan  Dövlət Opera və Balet teatrında çalışmış, Ü.Ha-

cıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında muğam sənətindən 

dərs demişdir. Respublikanın bir sıra xanəndələri və artistləri H.Sarabskidən  

dərs almışlar. O, həmçinin xalq yaradıcılıq evinə rəhbərlik edirdi. 

H.Sarabski “Qırmızı Əmək bayrağı” və Böyük Vətən müharibəsi illərin-

də “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. 




 

52

yeçilərinin “Nicat” xeyriyyə cəmiyyəti özünü kulttregerlər və in-



cəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni “Leyli 

və  Məcnun” operasının müəlliflik hüququnu cüzi məbləğ mü-

qabilində həmin cəmiyyətə satmağa məcbur etdi, halbuki o vaxt 

operanın tamaşalarına bilet tapmaq mümkün olmur və böyük gə-

lir götürülürdü”

1



Belə böyük çətinliklərlə hazırlanan “Leyli və Məcnun”un ilk 

tamaşası müəffəqiyyət qazanaraq o dövrün mədəni həyatında 

mühüm hadisə oldu. Nəinki Bakının özündən, habelə başqa şə-

hərlərdən Tiflisdən, Yerevandan, Lənkərandan, Şuşadan, Şama-

xıdan gəlmiş tamaşaçılar teatrın dörd tərəfini tutmuşdular. Bilet 

tapmaq mümkün deyildi. Qonaqların arasında Azərbaycanın 

məşhur şairi Abbas Səhhət də var idi. O, bir qrup ziyalı ilə Şa-

maxıdan xüsusi olaraq bu tamaşaya baxmaq üçün gəlmişdi.  

“Leyli və Məcnun” operasının tamaşalarından sonra o dövrün 

müxtəlif qəzetlərində çoxlu resenziyalar çap edilirdi. Onların bi-

rində belə yazılmışdı: “Leyli və  Məcnun” operasında həqiqətən 

xalq sənətinin təsiri var... hər dəfə ağzına qədər tamaşaçılarla dolu 

salon “Leyli və Məcnun”da nə isə doğma bir şey eşidir, hamı bir 

adam kimi Füzuli qəhrəmanlarının iztirablarını duyur, böyük 

maraqla dramın inkişafını və musiqini izləyir. Operanın ayrı-ayrı 

yerləri, məs.: “Söylə görək” və s. xalq arasında o qədər məşhur-

laşmışdı ki, onları uşaqlar da, böyüklər də öyrənir və oxuyur”

2



Ü.Hacıbəyli operanın müvəffəqiyyətinin qazanmasında ar-

tistlərin, xüsusilə  də  Məcnun rolunun ifaçısı H.Sarabskinin bö-

yük xidmətini qeyd edirdi. 

H.Sarabski bu operanın mahir ifaçısı və təşkilatçılarından bi-

ri olmaqla bərabər, onun ilk tamaşası haqda maraqlı xatirələr də 

yazmışdır. Həmin xatirələrdə o belə yazırdı: “Tamaşa başladıqda 

o qədər camaatla dolu olan salonda elə bir sakitlik əmələ gəldi 

ki, guya burada kimsə yoxmuş. Oyunun birinci, ikinci pərdələri-

ni qorxudan var qüvvəmlə oynayırdım. İkinci pərdə düşdükdən 

sonra yoldaşlarım və teatrda iştirak edənlər mənim başıma yığı-

                                                 

1

 Hacıbəyov Ü. Əsərləri, II cild, B., 1965, s. 275. 



2

 “Баку”, 1911, 6 ноября. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə