Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə18/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   14   15   16   17   18   19   20   21   ...   168

 

57 


Bu pərdə  İbn-Səlama  ərə verilmiş Leylinin “Qatar” muğa-

mında oxuduğu solosu ilə bitir. Dramatik cəhətdən çox gərgin

zildə  səslənən bu partiyada Leylinin hədsiz dərdi, fəryadı  əks 

edilmişdi. 

Sonrakı pərdələrdə Məcnun “Bayatı-Şiraz”, “Şüştər”, “Baya-

tı-Kürd” kimi muğamlar ilə xarakterizə edilmişdi. Səhra səhnə-

sində  Məcnunun  əzab və iztirabları  əsasən qəmginlik doğuran 

“Bayatı-Şiraz” muğamı ilə ifadə edilir. Bu səhnəyə böyük təzad 

gətirən mərd xasiyyətli və marş ritmli Nofəlin partiyasıdır ki, 

“Heyratı” zərb muğamı ilə verilmişdi. Bu cür təzad yaradan di-

gər hissə, Məcnunun “Leyli ilə  İbn-Səlamın toyunda oxuduğu 

“Şüştər” muğamıdır. Bu hissədən sonra həmin muğamın əsasın-

da Leyli ilə İbn-Səlamın dueti səslənir. 

Son pərdədə taleyindən şikayət edən Məcnun, özünün qəm-

qüssəsini “Bayatı-Kürd” vasitəsilə izhar edir.  

Operanın ansambl nömrələrindən  ən maraqlısı I pərdədəki 

triodur (iştirakçılar    Məcnun, anası  və atasıdır). Bu trioda 

Ü.Hacıbəyli ilk dəfə olaraq ansamblın hər bir iştirakçısının parti-

yasının fərdiləşdirilməsinə nail olmuşdur. 

Operanın xor səhnələri dramaturji cəhətdən böyük əhəmiy-

yətə malikdir. 

Operanın məşhur “Şəbi-hicran” xoru əsərin proloqunu təşkil 

edərək, onun sanki epiqrafı olmuş və operanın ümumi əhval-ru-

hiyyəsini gözəl ifadə edə bilmişdi.  Xorun  melodiyası xalqındır, 

sözləri Füzulinin “Divan”ından götürülmüşdü. Bu xorun valeh-

edici melodiyası Ü.Hacıbəylini hələ seminariya illərində özünə 

cəlb etmişdi. 

O bu melodiyanı hələ o vaxtlar seminariya yoldaşlarının ifa-

sında skripkada müşayiət edərək səsləndirmişdi. Bu haqda bəs-

təkarın seminariya yoldaşı  Ə.Terequlov belə yazır: “...Üzeyir 

yaxın yoldaşlarının iştirakı ilə “Şəbi-hicran” havasını xorla oxu-

mağa səy göstərirdi. Pis alınmırdı və bu iş yoldaşlarının çox xo-

şuna gəlirdi”

1

.  Operanın iki xoru  “Şəbi-hicran” və ərəblərin son 



                                                 

1

 Terequlov  Ə. Qori müəllimlər seminariyasında. Azərb. EA Xəbərləri, 



1945, № 9, s. 86. 


 

58

xoru  əsəri ümumi haşiyəyə alır. Epik planda verilmiş son xor 



qəhrəmanların faciəsini nəql edərək əsərin epiloqu kimi səslənir. 

Operanın bəzi xorları  səhnə hadisələrinin inkişafına kömək 

edir (məsələn, elçilərin iki xoru, ərəblərin “Söylə bir görək” xo-

ru, Leyli və Məcnunun yoldaşlarının xoru). Xorların bəziləri isə 

operada müəyyən  əhval-ruhiyyə, emosional şərait yaratmaq ro-

lunu oynayır (qızların səhnə arxasında oxuduqları xoru, Məcnu-

nun yoldaşlarının xorunu və s. göstərmək olar). 

Ü.Hacıbəyli qızların birinci xorunda lirik xalq mahnısı “Ev-

ləri var xana-xana”, qızların ikinci xorunda isə “Bu gələn yara 

bənzər” lirik xalq mahnısından istifadə etmişdi.

1

 

“Söylə bir görək” xoru isə məhz “Leyli və Məcnun” opera-



sından sonra məşhur olmuşdu. 

Maraqlıdır ki, bu xorun melodiyası İranın məşhur demokrat 

şairi Mirzəzadə  Eşqinin (1843-1924) 1914-cü ildə yazdığı 

“Rəstaxize Səlatine İran” (“İran şahlarının dirçəlməsi”) muğam 

operasında istifadə edilmişdi. Operanın librettosunda Mirzə-

zadə Eşqi yazmışdı ki, “Söylə bir görək” “ahəngi xüsusi olaraq 

türk (yəni, Azərbaycan – Z.S.) “Leyli və Məcnun”undan götü-

rülmüşdü”

2



Ü.Hacıbəyli “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” mə-



qaləsində operanın nota alınmış epizodları haqda yazırdı ki, bu 

operanın yalnız orkestr musiqisi və xor üçün xalq mahnılarından 

götürülmüş melodiya materialı nota salınmışdı

3



Nota alınmış bu epizodların musiqi dili və bunlarda tətbiq 

edilmiş harmonik vasitələr çox sadədir, bu epizodlar üçün əsa-

sən şəffaf və seyrək harmoniyalar xasdır. 

 

 



                                                 

1

 Hər iki mahnı “Azərbaycan xalq mahnıları” məcmuəsindən götürülmüş-



dür. Not yazısı Səid Rüstəmovundur, B., 1967. 

2

 Bax: “Kulliyyatı Eşqi”, Tehran, 1946, s. 265. Həmin librettoda Eşqi qeyd 



etmişdi ki, operanın müəyyən bir parçası “Qafqaz” (yəni, Azərbaycan    Z.S.

“Segahı” əsasında ifa olunur” (yenə orada, s. 265). “Rəstaxize Səlatine İran” ope-

rası İranda fars dilində səhnədə qoyulan ilk opera olmuşdu. 

3

 Hacıbəyov Ü. Əsərləri, II c., B., 1965, s. 275. 




 

59 


 

 

Bəstəkarın əlyazması 



“Leyli və Məcnun” operasının  

IV pərdəsindən ərəblərin  “Söylə bir görək” xoru 

 

Ü.Hacıbəyli ilk dəfə bu operada çoxsəsliliyin sadə formaları-



nı Azərbaycan xalq musiqisinin təksəsli quruluşu ilə uyğunlaş-

dırmış  və bununla da bəstəkar Azərbaycan məqamlarını major 

və minor sistemiylə birləşməsinə nail olmuşdu. 

“Leyli və Məcnun” operasında Şərq və Qərb, milli və Avro-

pa kimi iki məqam sistemlərinin vəhdətinin həyata keçirilməsi

sonrakı illərdə  həm Ü.Hacıbəylinin özü, həm də digər Azər-

baycan bəstəkarlarının yaradıcılığı üçün xas oldu. 

Bu operanın bir sıra xor epizodlarında, məsələn, Məcnunun 

elçilərinin və ya İbn-Səlamın elçilərinin xorunda və s. Ü.Hacı-

bəyli polifoniyanın ünsürlərini, imitasiyanı tətbiq etmişdi. 

Polifonik ünsürlər operanın bəzi orkestr hissələrinə  də xas-

dır, onların içərisində V pərdənin girişi, “Arazbarı” ritmik muğa-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə