Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə17/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   13   14   15   16   17   18   19   20   ...   168

 

53 


lıb “Afərin, afərin!” deyə təbrik etdilər. Üçüncü pərdə başlanan-

da cəsarətlə onlara dedim: “Gedin tamaşa edin, görərsiniz!”

1



Bu pərdədəki oyununu H.Sarabski belə təsvir edirdi: “... Məndə 



elə bir hiss oyandı ki, tamam Hüseynqululuğumu unudub, bir 

Məcnun kəsilmişdim. Səhnə mənim üçün bir səhranı təmsil edir-

di. Mənimlə  iştirak edənləri tanımırdım, gözlərim heç bir şeyi 

görmürdü.  

 

 

 



 

Hüseynqulu Sarabski Məcnun rolunda 



 

Pərdə düşdükdən sonra camaatın məni sürəkli alqışlar içəri-

sində dəfələrlə pərdə qabağına çağırması və yoldaşlarımın pərdə 

                                                 

1

 Sarabski H. “Bir aktyorun xatirələri”. B., 1930, s. 55-56. 




 

54

dalında məni əhatə edib öpmələri mənə o qədər təsir etdi ki, bi-



ixtiyar ağladım”.

1

 



“Leyli və  Məcnun” operasının ilk tamaşasından sonra camaat 

və dostları H.Sarabskini “Məcnun” adlandırdılar. Artist bu adla 

fəxr edirdi. Keçmişdə küçədən keçdikdə onu barmaqla hədələyən 

camaat, indi onu hörmət və  məhəbbətlə göstərirdi.  İlk tamaşada 

Məcnun obrazını böyük məharət və ustalıqla yaradan Hüseynqulu 

Sarabski uzun illər boyu bu rolun əvəzsiz ifaçısı olmuşdur.

2

  

 



 

Bəstəkarın əlyazması 

“Leyli və Məcnun” operasının “Direksion”undan bir parça 

 

                                                 

1

 Sarabski H. “Bir aktyorun xatirələri”. B., 1930, s. 55-56. 



2

 Sovet dövründə  Məcnun rolunun ifaçıları  Ə.Sadıxov, H.Hacıbababə-

yov,  Ə.Əliyev, Q.Əskərov, B.Haşımov olmuşlar. Sonralar bu rolu A.Ba-

bayev, B.Mirzəyev, M.İbrahimov ifa etmişlər. Leyli rolunu inqilabdan əvvəl 

Ə.Fərəcovdan sonra (o, bu rolu yalnız bir dəfə premyerada oynamışdı) Ə.Ağ-

damski və H.Hacıbababəyov ifa etmişdi. Sovet dövründə Leyli rolunun ifa-

çıları S.Qacar, H.Rzayeva, R.Muradova, S.Qədimova, G.Həsənova, N.Məm-

mədova, Z.Xanlarova, S.İsmayılova  və b. olmuşlar. 




 

55 


Bu tamaşanın ilk rejissoru, dediyimiz kimi Hüseyn Ərəblin-

ski, ilk dirijoru isə Əbdürrəhimbəy Haqverdiyev (yalnız premye-

rada) olmuşdu. Sonrakı tamaşalarda operaya Hacıbəylinin özü, 

M.Maqomayev və Z.Hacıbəyov dirijorluq etmişdi. 

 

 

 

“Leyli və Məcnun” operasından səhnə  

Leyli – Z.Xanlarova, Məcnun – A.Babayev. 

 

Əsərin ilk tamaşalarında orkestr bir neçə skripka və tardan 



ibarət idi. Dirijorlar operanı əzbərdən idarə edirdilər. 

İlk dövrdə operanın tamaşaları “direksion” əsasında qoyulur-

du. Həmin “direksion”da hansı muğamların harada, hansı  işti-

rakçı tərəfindən, hansı sözlərlə ifa edilməsi göstərilirdi. 

Muğam epizodları nə “direksiona”, nə də sonralar partituraya 

yazılmamışdı, muğamlar müğənnilər tərəfindən improvizə edi-




 

56

lirdi. Ü.Hacıbəyli qeyd edirdi ki, “müğənnilərin oxuduqları mu-



ğam məqamında mətndən kənara çıxmamaqla improvizə ilə 

məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduq-

ca çox improvizə variantı vardır, ona görə  də  hər bir müğənni 

“Leyli və Məcnun”dan ariyaları öz bildiyi kimi oxuyurdu”

1



 



* * * 

 

Operanın obrazlarının daxili aləmini açan əsas musiqi mate-

rialı muğamlardır. Onlar operada ariyaları, ariozo, reçitativləri, 

ansamblları əvəz edərək demək olar ki, bütün iştirakçıların parti-

yasında vardır. 

 

Ü.Hacıbəyli bu əsərdə muğamlara və onların şöbələrinə mü-

raciət edərkən, zəngin muğam xəzinəsindən yalnız o muğamları 

seçmişdir ki, onlar müəyyən səhnələrin ümum əhval-ruhiyyəsinə 

və personajların xasiyyətinə uyğun gəlsin. Muğamları seçərkən 

Ü.Hacıbəyli xalq musiqi təfəkkürü meyarları ilə hesablaşmış, bu 

anlayışları əsas tutmuşdu. 

O, operanın I pərdəsində  qəhrəmanların   Leyli və  Məcnu-

nun, lirik əhval-ruhiyyəsinə uyğun gələn “Mahur-hindi” və “Se-

gah” kimi açıq ruhlu, lirik xarakterli muğamlardan  istifadə et-

mişdi. Leyli və  Məcnunun qarşılıqlı  məhəbbəti  bu muğamların 

improvizasiyasının şən ruhuna uyğun gəlir. Gələcəkdə Leyli və 

Məcnunun partiyalarında yalnız qüssə, kədər hisslərini doğuran 

muğamlar səslənir. Artıq I pərdədə Məcnunun atasının nigaran-

çılığı ilə əlaqədar olaraq “Çahargah” məqamının  həyəcanlı into-

nasiyaları bu səhnənin lirik  əhval-ruhiyyəsinə  təzad gətirir. Bu 

səhnə gələcək faciənin ekspozisiyası kimi səslənir. 

Dramaturji cəhətdən operanın II pərdəsinin səhnəsi Leylinin 

atasının Məcnunun elçilərinə rədd cavabı verməsi səhnəsidir. Bu 

səhnədən sonra “Şur” muğamının “Şur-Şahnaz” şöbəsində Məc-

nunun partiyası  səslənir. Burada onun iztirabları, onun dərin 

ümidsizlik hissləri verilmişdi.  

                                                 

1

 Sovet dövründə bu operanı idarə edən dirijorlar Niyazi, Ə.Həsənov və 



Ə.Bədəlbəyli olmuşdu, sonralar operaya K.Əliverdibəyov dirijorluq etmişdir. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə