Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə25/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   21   22   23   24   25   26   27   28   ...   168

 

80

Filmin musiqi redaktoru F.Əmirov idi. Baş rolları H.Məmmədov 



(Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), H.Yegiazarov (Süleyman), 

A.Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahi-

mova (Telli) və b. ifa etmişlər. 

Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının ermənilər ara-

sında uğurunun da ayrıca tarixçəsi vardır. Hələ 1915-ci ildə “Ar-

şın mal alan”ı erməni dilinə  tərcümə edən, Tiflisdə yaşayan 

S.Maqalyan familiyalı erməni, 1921-ci ildə Gürcüstanda Sovet 

hakimiyyəti qurulduqdan sonra Türkiyəyə, oradan Yunanıstana, 

daha sonra da ABŞ-a mühacirət etmiş  və gedərkən “Arşın mal 

alan” operettasının partiturasını da özü ilə aparmışdır. ABŞ-da 

o, “Arşın mal alan”ı tamaşaya qoymuş və böyük qazanc əldə et-

mişdir. Bir sıra ştatlarda, şəhərlərdə – Los Anjeles, Çikaqo, Bos-

ton və s. böyük uğurla gedən “Arşın mal alan”ın proqramlarında 

Ü.Hacıbəylinin adının göstərilməsinə baxmayaraq əsəri təqdim 

edənlər Setraq Vartyan və  tərcüməçi S.Maqalyan “Arşın mal 

alan”ı həmin afişalarda “erməni operettalarının kraliçası” ad-lan-

dırmışlar (bu sözlərin yazıldığı həmin afişanı oxuculara təqdim 

edirik). 

 

 



 

81 


Belə məlum olur ki, ermənilər nəinki “Arşın mal alan”ı mənim-

səmiş, eləcə də Ü.Hacıbəylinin özünü də “özəlləşdirmişlər”. Həmin 

afişada Azərbaycan bəstəkarı,  əsərin müəllifi Ü.Hacıbəylinin 

adının olmasına baxmayaraq, “Arşın mal alan”ın “erməni operet-

tasının kraliçası” adlandırılması yalnız təəccüb və hiddət doğura bi-

lər. Ermənilərin mənimsəmə, oğurlama, özəlləşdirmə metodu və 

prinsipi addım-addım, arşın-arşın, mərhələ-mərhələ  həyata keçiri-

lirdi. 30-cu illərdə ABŞ-da ermənilər tərəfindən çəkilmiş “Arşın 

mal alan” filmində artıq Ü.Hacıbəylinin adı heç yerdə yoxdur. 

1942-ci ildə Azərbaycanın bir sıra yazıçıları  və  mədəniyyət 

işçiləri, şair Osman Sarıvəlli, rejissor Şəmsi Bədəlbəyli və baş-

qaları İranda olarkən Təbriz, Rəşt və başqa şəhərlərdə bədii və 

professional cəhətdən zəif “Arşın mal alan” filminə baxmış, Ba-

kıya qayıdanda bu haqda Üzeyir bəyə məlumat vermişlər. Ü.Ha-

cıbəyli də bu haqda Azərbaycanın o zamanki rəhbəri M.C.Bağı-

rova aşağıdakı məktubla müraciət etmişdir. 



Azərbaycan MK KP katibi yoldaş Bağırova M.C. 

Bizim bir sıra yazıçılarımız və incəsənət işçilərimiz (Osman Sa-

rıvəlli, Məmməd Əkbər, Şəmsi Bədəlbəyli və başqaları) mənə xə-

bər vermişlər ki, 1942-ci ildə  İranın Təbriz və digər  şəhərlərində 

olarkən, Amerikada erməni dilində çəkilmiş “Arşın mal alan” kino-

filmi 1942-ci ilin martın əvvəllərindən Təbriz şəhərinin “Mehr” və 

“Dedeban” kinoteatrlarında, Rəştdə və digər şəhərlərdə görmüşlər. 

Onların dediyinə görə, ssenarinin zəif və  çəkilişin keyfiyyətinin 

aşağı olmasına baxmayaraq film böyük müvəffəqiyyətlə gedir. On-

ların dediyinə görə, filmdə bütünlüklə mənim musiqimdən istifadə 

edilmişdir. Komediyanın süjet xətti, iştirakçıların adları  (Əsgər, 

Vəli, Asya və b.) dəyişdirilməmişdir. Lakin heç yerdə  əsərin  əsl 

müəllifinin adı göstərilməmiş, əksinə musiqinin “müəllifi” kimi na-

məlum Kuşnaryov çıxış etmiş, ssenari müəllifi Manukyan və rejis-

sor Tiqranov göstərilmişdir. Ona baxmayaraq ki, filmdəki hadisələr 

İrana köçürülmüşdür, bütün ifaçıların geyimləri Azərbaycana məx-

susdur (papaq, çuxa, arxalıq və s.). Deyilənlərə görə, “Arşın mal 

alan” musiqili komediyası çox zəif teatr tamaşası səviyyəsində çə-

kilmişdir və filmin xarici ölkələrdə bu cür təhrif edilmiş  şəkildə 

göstərilməsi təbii təəssüf doğurmaya bilməz. 




 

82

Açıq plagiatlığın mövcudluğunu və xarici ölkə tamaşaçıla-



rından əsərin əsl müəllifinin – Sovet vətəndaşının familiyasının 

gizlədilməsini qeyd edərək, yuxarıda göstərilən fakt haqqında 

Sizə məlumat verməyi zəruri hesab edirəm. 

“Arşın mal alan” musiqi komediyasının müəllifi 

SSRİ-nin Xalq artisti, professor Üzeyir Hacıbəyov

Nəhayət, ölkənin (SSRİ-nin) rəhbəri  İ.V.Stalinə bu haqda 

məlumat verildikdə, onun göstərişi ilə 1945-ci ildə “Azərbay-

canfilm” studiyasında təcili “Arşın mal alan” filmi çəkilmiş  və 

bütün dünyada şöhrət qazanmışdır. 

Filmin müvəffəqiyyətində şübhəsiz ki, uğurlu aktyor tərkibi-

nin rolu böyükdür və ilk növbədə SSRİ-nin Xalq artisti Rəşid 

Behbudov  Əsgər rolunun parlaq, təkrarsız ifaçısı kimi qeyd 

olunmalıdır. Sonrakı konsert fəaliyyətində  də  Rəşid Behbudov 

həm ölkəmizdə, həm də xaricdə həmişə repertuarına “Arşın mal 

alan”dan musiqi nömrələrini salırdı və bununla da həm konserti-

nin uğurunu, həm də əsərin şöhrətini daha da artırırdı. 

“Arşın mal alan”ın səhnə və ekran həyatı çox zəngin olmuş-

dur. O, dəfələrlə qrammafon vallarına da yazılmışdır (Azərbay-

can, rus, fars dillərində). Əsərdə Gülçöhrə partiyasının gözəl ifa-

çılarından Xalq artistləri Fidan və Xuraman Qasımovaları xüsusi 

qeyd etmək lazımdır. Musiqili komediyanın yeni redaksiyası Ni-

yaziyə məxsusdur. 

Mən arxivdə  işləyərkən, “Arşın mal alan”ın hətta baletinin 

klavirinə də rast gəldim. Görünür, “Arşın mal alan”ı balet şək-

lində görmək istəyənlər də varmış. Amma bildiyimiz kimi bu 

hələ ki, həyata keçməmişdir. Şübhəsiz ki, “Arşın mal alan”ın öl-

məz musiqisinə hələ dəfələrlə müraciət ediləcəkdir. 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın 

mal alan” əsərinin  şöhrət xəritəsi bu gün də artmaqda və ge-

nişlənməkdədir. 

Operetta böyük uğurla Avstriyanın Vyana şəhərində qoyul-

muş (həmin şəhərin gözəl parkında Üzeyir bəyin büstü ucaldıl-

mışdı), Amerikanın Los Anjeles şəhərində göstərilmiş, Türkso-

yun xətti ilə Parisdə nümayiş etdirilmişdir. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə