Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə33/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   29   30   31   32   33   34   35   36   ...   168

 

109 


“Ərəb-fars sistemini qəbul etmiş xalqlar, zaman keçdikcə hə-

min sistemdə yerli şəraitdən irəli gələn dəyişikliklər etmişlər; 

hər bir xalq ərəb-fars sistemi əsasında öz xüsusi musiqi binasını 

ucaltmağa başlamış və onu öz estetik tələbatına uyğun bir tərti-

bata salmışdır. Bu əsas üzərində  ərəb, fars, türk, Azərbaycan, 

Türkistan üslubları meydana gəlmişdir”

1



Ü.Hacıbəylinin Azərbayçan xalq musiqisi üzərində apardığı 



dərin tədqiqat və müşahidələri onu daha dəqiq və əsaslanmış nə-

ticəyə gətirib çıxarmışdır. Artıq 1939-cu ildə o, qeyd edirdi ki, 

bir sıra tarixi səbəblərə görə Azərbaycan xalq musiqisi xüsusi 

sistemə malikdir. Ü.Hacıbəyli “Musiqidə xəlqilik” məqaləsində 

yazırdı: “hazırda Azərbaycan incəsənəti  ərəblərin və osmanlı 

türklərinin incəsənətindən olduqca yüksəkdə durur. Azərbaycan 

incəsənəti yavaş-yavaş  hər cür yabançı, qondarma və xüsusilə 

Şərq musiqisi adı verilən təsirlərdən azad olmaqdadır”

2



Azərbaycan musiqisinin bənzərsizliyi haqqında Ü.Hacıbəylinin 



çox yığcam və  dəqiq formada ifadə edilmiş fikri uzun illər boyu 

apardığı  tədqiqat nəticəsində onun əsas nəzəri  əsəri “Azərbaycan 

xlaq musiqisinin əsasları”nda aşağıdakı formada ifadə edilmişdir. 

“...Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğ-

ru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürc-

lü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsin-

dən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afri-

kadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. 

XIV əsrin axırlarına doğru baş verən içtimai-iqtisadi və siya-

si dəyişikliklərlə  əlaqədar olaraq bu möhtəşəm musiqi “binası-

nın” divarları  əvvəllər çatlamış  və sonralar isə büsbütün uçub 

dağılmışdır. 

Yaxın  Şərq xalqları uçub dağılmış bu “musiqi binasının” 

qiymətli “parçalarından” istifadə edərək, özlərinin “lad tikinti” 

ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda 

yeni “musiqi barigahı” tikmişdir”

3



                                                 



1

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c., 

B., 1965, s. 258. 

2

 Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 323. 



3

 Hacıbəyov Ü. Azərbaycan  xalq musiqisinin əsasları. B., 1950. 




 

110


Səs sistemi 

 

Azərbaycan musiqi tarixinin inkişafında çoxlu mübahisəli 



məsələlər olmuşdur ki, onların həllini biz nəzəriyyəçi, estetik və 

bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında tapırıq. 

Bir çox musiqiçilər Azərbaycan xalq musiqisinin əsas və 

spesifik xüsusiyyətini onun musiqi sistemində görürdülər. Elə 

rəy var idi ki, Azərbaycan musiqisində də, Şərq musiqisində ol-

duğu kimi, yarım tondan kiçik intervallar mövcuddur, yəni 1/3 

və 1/4 tonlar. Elə buradan da Azərbaycan musiqisinin inkişafın-

da bir sıra mübahisəli məsələlər və suallar meydana çıxırdı. Av-

ropanın on iki pərdəli musiqi sistemini qəbul etmək mümkün-

dürmü? Xalq musiqisi bundan öz təkrarsızlığını itirməzmi? 

Azərbaycan musiqisini Avropanın temperə olunmuş alətlərində 

təhrifsiz ifa etmək olarmı? 

Bu suallar “Üzeyir Hacıbəylinin “Azərbaycanda musiqi tə-

rəqqisi”, “Şərq musiqisi və Qərb musiqi aləti”, “Musiqidə xəlqi-

lik” məqalələrində  və “Azərbaycan xalq musiqisinin əsasları” 

tədqiqatında işıqlandırılmışdır. 

“Azərbaycanda musiqi tərəqqisi” məqaləsində Ü.Hacıbəyli bu 

məsələyə o illərdə Xalq maarif komissarı olan M.Quliyevin məru-

zəsi ilə əlaqədar toxunmuşdur. Quliyev Avropanın 12 pərdəli musi-

qi sistemini qəbul etməyi təklif edirdi. Hacıbəyli da M.Quliyevin 

bu təklifi ilə razılaşırdı və onu bu məsələdə müdafiə edirdi. Lakin 

bəstəkar Şərq musiqisi ilə Avropa musiqisi arasında olan fərqi, uy-

ğunsuzluqları da göstərir və qeyd edir ki, bu uyğunsuzluqlar tempe-

rə olunmuş Avropa musiqi sisteminin qəbul olunmasına mane ol-

mamalıdır. Hacıbəyli yazırdı ki, Avropa musiqisində tonlar iki növ-

dur, tam və yarım ton, yarım tondan kiçik ton yoxdur, oktava 12 

yarım tondan ibarətdir. Əgər oktavanı do, re və sairə notlardan qur-

saq, onların hamısı 12 tondan ibarət olacaq. “Bugünkü Azərbaycan 

tarında oktavanı bir telin (simin) üzərində götürsək, on yeddi ton 

əmələ gələr, əgər oktavanı iki tel üzərində hesab etsək, on doqquz 

ton mövcud olduğunu görərik. Digər tərəfdən, yenə eyni oktavanı 

tarın başqa bir yerindən götürsək, on üç ton əmələ gələr və yenə o 

oktavanı bir ayrı yerdən götürsək, on iki ton çıxar! 



 

111 


Bundan belə görunür ki, bizim musiqimizdə müəyyən bir 

sistem yoxdur. Başqa sözlə, bizim musiqi sistemi “Temperas-

yon” edilməmişdir. Sədalarımızın münasibətləri müxtəlifdir. Be-

lə ki, bir yerdə “Re” ilə “Mi” arasında üç ton vardır. Digər bir 

yerdə “Re” ilə “Mi” arasında iki ton vardır və i. a.”

1

 



Ü.Hacıbəyli qeyd edir ki, Avropa musiqisində də temperasi-

ya qəbul olunmamışdan əvvəl iki yarım ton var idi: böyük və ki-

çik yarım ton.  Məsələn, “do” və “do diyez” sədaları kiçik yarım 

ton adlandığı halda, “do” ilə “re bemol” böyük yarım ton adla-

nırmış. Onlar muxtəlif cür də səslənirmiş. Temperasiyadan sonra 

bu fərq götürülmüşdür. Şərq musiqisində isə bemollar ilə diyez-

lər arasında fərq saxlanılır. 

Daha sonra Ü.Hacıbəyli Şərq melodiyalarının fortepiano kimi 

temperə olunmuş Avropa alətində ifası vaxtı alınan bəzi uyğun-

suzluqları göstərir. O, yazır ki, “Şərq havalarını piano vasitəsilə 

çalarkən boylə bir şeylər müşahidə edirik. “Segah” və “Segah” 

kökündə olan mahnıların “qərar” tonu piano ilə düz gəlməz. Mə-

sələn:  əsas ton “Do” olarsa, “Segah”ın “Qərar” tonu “mi” və 

“mi”dən ikincisi isə (sağ tərəfə)  “fa”dan sonra gələn “mi” Şərq 

havalarına öyrənmiş qulaq üçün pis təsir edir və qulaq tələb edir 

ki, “mi” bir az bəm olsun. Pianoda “mi”dən bəm olan səs “mi be-

mol”-dur. Bu isə “Segah”a qətiyyən yaraşmaz. Boylə olan surətdə 

“Segah” düz çıxmaq üçün “mi” ilə “mi bemol” arasında bir ton 

dəxi olmalı idi. Halbuki pianoda oylə bir şey yoxdur”

2

:  



 

 

 



Ü.Hacıbəyli eyni uyğunsuzluqların “mi minorda” “Bayatı İs-

fahan” və bu kökdə olan mahnıları çaldıqda da alındığını göstə-

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II c., B., 1965, s. 241. 



2

 Yenə orada. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə