Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə31/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   27   28   29   30   31   32   33   34   ...   168

 

101 


Qəzəllərdə melodiyanın ölçüsü üç çərək (3/4), instrumental 

müşayiət isə Azərbaycan xalq musiqisinə xas olan 6/8 ölçüsündə 

bəstələnmişdir. Buna biz musiqimizin bir çox janrlarında rast 

gələ bilərik. “Sənsiz” və “Sevgili canan”ın giriş hissələrində 

vaxtilə  qəzəl ifaçılarını müşayiət edən musiqi alətlərinin xüsu-

siyyətləri aydın hiss olunur. 

Ü.Hacıbəyli qədim musiqi qəzəlinin bir çox cəhətlərini – 

onun muğamat  əsasında qurulan melodik xəttini, müşayiətçi 

alətlərin xüsusiyyətlərini saxlaya bilmişdir. Hər iki qəzəlin mü-

şayiətində bir səsin saxlanılması nəfəslə və zərblə çalınan Azər-

baycan xalq çalğı alətlərini – balabanı, qavalı, tütəyi xatırladır.  

Kvarta, kvinta səslənmələri isə aşıqları müşayiət edən sazın 

üslubuna yaxındır. 

Girişdə verilən kiçik melodik parçalar dinləyicini  əsərlərin 

ümumi xasiyyəti ilə tanış edir. 

Girişdə vokal partiyanın kiçik melodik parçaları imitasiya 

yaradaraq, hər iki əsərdə  bəstəkarın polifoniya üsullarından da 

istifadə etdiyini göstərir.  

Üzeyir Hacıbəylinin novatorluğu ondadır ki, onun yazdığı 

musiqi adi romans çərçivəsindən çıxaraq, daha geniş və sərbəst 

bir forma almışdır. Bəstəkar romans janrında çox işlənən üçhis-

səli formanı öz qəzəllərində muğamatla əlaqələndirmişdir. 

“Sənsiz” və “Sevgili canan”da musiqinin inkişafı muğamatın 

improvizə xüsusiyyəti ilə  səsləşir. Buna görə melodiya tədriclə 

deyil, sıçrayışlarla, qeyri-bərabər pillələr şəklində zilə qalxaraq, 

son nöqtəsinə çatır. Bundan sonra melodiya, muğamda olduğu 

kimi, bəmə enməyə başlayır. “Sənsiz” və “Sevgili canan” musi-

qili qəzəlləri ehtiraslı  və eyni zamanda həzin təsir bağışlayır. 

Görkəmli şərqşünas-alim Y.E.Bertels haqlı olaraq yazır ki, qəzə-

lin hər sözü musiqidir, lakin bu, simfonik orkestrin gürultusu de-

yil, tarın xəfif titrəməsi, aylı gecədə neyin həzin iniltisidir. “Sən-

siz” və “Sevgili canan”da böyük bəstəkar qəzəl janrının bu ruhu-

nu gözəl ifadə edə bilmişdir. 

“Sənsiz” qəzəlində melodiyanın hərəkət xəttinə diqqət yetir-

sək, deklamasiya şəklini görərik. Melodiyanın danışıq tərzi onun 

bir səs üzərində təkrarlanıb, kiçik sıçrayışdan sonra yenə həmin 




 

102


səsə qayıtması ilə əldə edilir. Məhz belə melodik xəttdən istifadə 

edərək Üzeyir Hacıbəyli Nizami qəzəlində ifadə olunmuş qüssə 

və kədəri musiqi dilinə çevirə bilmişdir. Qəzəldə işlənən “Sən-

siz” rədifi müxtəlif rənglərə boyanaraq, müxtəlif intonasiyalarla 

səslənir. Bu gah kədər, gah ümidsizlik, gah sual, gah da şadlıq 

intonasiyalarıdır. “Sənsiz” qəzəlində “Segah” məqamından isti-

fadə edilməsi Ü.Hacıbəyli musiqisinin Nizami qəzəlindəki  şei-

riyyətlə, bu qəzəllərin fəlsəfi kədəri ilə gözəl ahəngini yaradır. 

Birinci hissə “Şikəsteyi-fars” şöbəsində başlanır. İkinci hissə isə 

“Segah” məqamının səs qatarının genişləndirmiş  “Əraq”  şöbə-

sində yazılmışdır. Bu hissədə başqa kökə keçməklə bərabər, öz-

gə məqama “Bayatı-Şiraz”a meyil göstərilir. Qəzəlin orta hissə-

sində eyni bir məqamın və kökün verilməsi əsərdə müəyyən bir 

təzad yaradır, onu təzə rəngə boyayır. 

 

 

 



 


 

103 


“Sənsiz”dən fərqli olaraq, “Sevgili canan” qəzəlinin məzmu-

nu bir qədər başqa səpgidə verilmişdir. “Sənsiz” qəzəlində bö-

yük rol oynayan rədif burada yoxdur. Lakin onu “Şüştər” məqa-

mının “Tərkib” şöbəsinə xas olan və bütün qəzəl boyu təkrarla-

nan intonasiya əvəz edir. Bu intonasiya qüssə-qəm hissi oyadır. 

Qəzəl “Şüştər” məqamının ikinci şöbəsi olan “Tərkib”dən başla-

yaraq orta hissəsində “Bayatı-Şiraz”a meyil göstərir. Melodiya 

“Tərkib”ə qayıdaraq üçüncü hissənin başlanmasına səbəb olur. 

Qəzəlin orta hissəsi – “Bayatı Şiraz”ın “Hüzzal” şöbəsi inamla 

doludur. Qəzəl də məhz bu inamla-sevincə, səadətə, şadlığa də-

rin inam hissi ilə bitir.  

 

 



             

 



 

104


Şübhəsiz, hər iki qəzəldə ümumi cəhətlərin olması  təsadüfi 

deyildir. Görünür, Üzeyir Hacıbəyli həmin ədəbi janrı musiqidə 

məhz bu cür təsəvvür edirmiş.  

Böyük sənətkarın musiqimizdə yaratdığı bu janrda başqa 

bəstəkarlarımız da gözəl qəzəl-romanslar yazmışlar. Fikrət Əmi-

rovun “Gülüm”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, Cahangir 

Cahangirovun “Nazənin” və bir çox başqa musiqili qəzəllər bu-

na misaldır. 

Lakin Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” mu-

siqili qəzəlləri vokal lirikamızın ilk və klassik nümunələri kimi 

yaşayır və yaşayacaqdır.  

Nizami və Hacıbəyli dühası bu iki musiqili qəzəldə qovuş-

muş və hər iki sənətkarın adını bir daha əbədiləşdirmişdir. 

 

 



 

 

 



 

 

 



 

 



 

105 


 

 

VI fəsil 

  

Üzeyir Hacibəylinin elmi   

yaradıcılığında nəzəri problemlər 

 

Azərbaycan musiqi dilinin inkişafını Üzeyir Hacıbəyli musi-



qisindən ayrı, təcrid olunmuş halda təsəvvür etmək mümkün ol-

madığı kimi, musiqimizin nəzəri cəhətdən  əsaslanıb inkişafını 

da alim-musiqişünas Hacıbəylinin yaradıcılığından kənarda təh-

lil və  tədqiq etmək qeyri-mümkündür. Azərbaycan musiqi dili-

nin özünəməxsusluğunu müəyyənləşdirmək, onun təsnifatını 

vermək, inkişaf yollarını göstərmək üçün Ü.Hacıbəyli çox illər 

sərf etmişdir. Bəstəkarın musiqi-nəzəri fikirlərinin daha dolğun 

və sistemləşmiş ifadəsi onun sanballı  tədqiqatı – “Azərbaycan 

xalq musiqisinin əsasları”nda öz əksini tapmışdır. 

Azərbaycan – musiqisinin bənzərsizliyini, spesifikliyini, onu 

digər Şərq xalqlarının musiqisindən ayıran cəhətləri təyin etmək, 

müəyyənləşdirmək Hacıbəylinin musiqişünaslıq fəaliyyəti boyu 

əhəmiyyətli inkişaf yolu keçmişdir ki, biz də onu izləməyə çalı-

şacağıq. 

Musiqişünas fəaliyyətinin  əvvəlində Azərbaycan musiqisini 

“Şərq musiqisi” kimi müəyyənləşdirir, yalnız sonrakı illərdə 

Azərbaycan musiqisini ümum “Şərq musiqisi” anlayışından ayı-

raraq, onun haqqında xüsusi danışır. Burada iş terminologiyada 

deyil, məsələyə prinsipial münasibətdədir ki, bunun da həm icti-

mai-tarixi, həm də musiqi-nəzəri səbəbləri vardır. 

Ümumiyyətlə, “Şərq sənəti” anlayışının, termininin (bura 

Şərq ədəbiyyatı, Şərq musiqisi, Şərq təsviri sənəti və memarlığı 

da daxildir) ictimai-tarixi planda geniş intişarı Avropanı mərkəz 

sayan Qərb alimlərinin fikirləri ilə bağlı idi. Şərq xalqlarının ay-

rı-ayrılıqda incəsənətə  gətirdikləri yenilikləri və xüsusiyyətləri 

bilmədən və ya ayırmadan, onlar Şərq xalqlarının yaradıcı  fəa-

liyyətini birgə araşdırırdılar. Tədqiqatçıların bir çoxunu, məsə-

lən, Azərbaycan musiqisini İran musiqisindən və ya türk musiqi-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə