Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə30/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   26   27   28   29   30   31   32   33   ...   168

 

98

 



 

V fəsil 

 

“Sənsiz” və  “Sevgili canan” musiqi qəzəlləri 

 

Dahi bəstəkar Üzeyir Hacıbəyli böyük şair Nizami Gəncəvi-

nin anadan olmasının 800 illik yubileyi münasibəti ilə onun 

“Sənsiz” və “Sevgili canan” qəzəllərinə musiqi bəstələmişdir. 

Artıq bu qəzəl-romanslar vokal musiqimizin qızıl fonduna daxil 

olmuşlar. Bu dövr ərzində Üzeyir Hacıbəylinin Nizaminin lirik 

şeirlərinə, qəzəllərinə yazdığı musiqinin populyarlığı, şöhrəti nə-

inki azalmamış, hətta qat-qat artmışdır. Qeyd edək ki, şairin söz-

lərinə Üzeyir bəy ona qədər musiqili qəzəl yazmaq fikrində imiş, 

təəssüflər olsun ki, yalnız ikisini bitirə bilmişdir. Bu illər ərzində 

Azərbaycan musiqisində böyük Nizaminin əsərləri və motivləri 

əsasında Əfrasiyab Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov 

və  Şirin” operaları, Qara Qarayevin “Leyli və Məcnun” simfo-

nik poeması və “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizami” 

simfoniyası  və  həyatının son illərində yazdığı “Nizami” baleti 

kimi dəyərli  əsərlər yaranmışdır. Lakin Üzeyir Hacıbəylinin 

“Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin Azərbaycan vo-

kal musiqimizin inkişafında və xalqımızın qəlbində xüsusi yeri var. 

Qeyd edək ki, Üzeyir bəy öz yaradıcılığında ilk dəfə Füzuli 

qəzəllərinə müraciət etmişdir. İlk öncə Füzuli şeiri Hacıbəylinin 

“Leyli və  Məcnun” operasında, daha sonralar şairin qəzəlləri 

“Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarında səs-

lənmişdir. “Sənsiz” və “Sevgili canan” musiqili qəzəlləri isə qır-

xıncı illərin məhsuludur. “Sənsiz” 1941-ci ildə, “Sevgili canan” 

isə 1943-cü ildə yazılmışdır. 

Məlumdur ki, qəzəl yaxın  şərq xalqlarının, xüsusilə Azər-

baycan, İran, ərəb, türk, özbək, tacik və sair xalqların poeziya-

sında geniş yayılmış, aşiqanə mövzulu, həcmcə böyük olmayan 

poetik bir formadır. Uzun əsrlərdən bəri qəzəl janrı Azərbaycan 

ədəbiyyatının, eləcə  də musiqimizin ən kütləvi janrlarından ol-

muşdur. Qəzəlin məşhurluğunun bir səbəbi də ondan ibarətdir 



 

99 


ki, ədəbiyyatın bu formasını yaymaq çox asan idi. Ədəbi qəzəl-

lər yazılı şəkildə bizə gəlib çatdığı halda, musiqili qəzəllərə aid 

məlumatımız məhduddur. 

Üzeyir Hacıbəyli ədəbi və musiqi formalarının vəhdəti ənə-

nəsindən, qəzəlin musiqi ilə üzvi bağlılığı ənənəsindən yaradıcı 

surətdə istifadə etmişdir. Bəstəkar  ədəbiyyatın bu janrını yeni-

dən musiqi ilə bağlamış, qəzəli musiqiyə daxil edərək Azərbay-

can vokal musiqisində yeni bir janrın və formanın – musiqili qə-

zəlin bünövrəsini qoymuşdur. Məqalələrin birində  bəstəkarın 

özü musiqili qəzəl haqqında belə yazırdı: 

“Qəzəl Şərq poeziyası formalarından olub, lirik məzmun da-

şımalıdır. “Qəzəllər” Azərbaycan poeziyasında son dərəcə geniş 

yayılmışdır. Çox vaxt qəzəllərin mətnindən Azərbaycan məqam-

larında vokal improvizasiya üçün istifadə olunur. Böyük Azər-

baycan  şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq 

ərəfəsində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə mu-

siqi yazmışlar. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq musiqili 

qəzəllərin, artıq improvizasiya şəklində deyil, inkişaf etmiş me-

lodiya  şəklində olan, müvafiq ladlarda yazılan və Avropa ro-

mansları janrına yaxınlaşan yeni bir forması meydana gəlmişdir.”

1

 

Bəstəkarın bu məqaləsi 1944-cü ildə yazılmışdır. Lakin hələ 



1926-cı ildə “Azərbaycan musiqisinə bir nəzər” adlı məqaləsin-

də Ü.Hacıbəyli qəzəllərin bəhri, yəni vəzni kimi mürəkkəb bir 

məsələyə toxunaraq yazırdı: 

“Dəstgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış ol-

malıdır, barmaq hesabı ilə yazılmış  şeir və  qəzəllər dəstgahlar 

üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəstgahın musiqisi 

üçün dəxi vəzn məqamını tutur. Dəstgahı oxuyan xanəndə şeirin 

qısa hecasını necə ki, var qısaca tələffüz edib uzun hecasında 

avazla növ-növ “zəngulələr”, “kalaraturlar” edib istədiyi qədər 

uzadıb səsi işlədir: məsələn “məfail” vəznindəki sözün “mə-fa-

il” kimi üç hecası olsa da, dəstgahda, “mə” hecası heç vaxt uza-

dılmaz, “mə” hecası olduqca qısaca “fa” hecasına rəbt edilib 

                                                 

1

 Hacıbəyov Ü. “Azərbaycan  musiqisinə bir nəzər”.  Əsərləri, II c., B., 



1965, s. 348. 


 

100


“məfa” olar və bu yerdə, “yəni “fa”da xanəndə istədiyi kimi səsi 

uzadıb lazım gələn guşələri vura bilər: əlhasil “məfail” iki heca-

ya bölünüb oxunar.” Məqalənin bu yerində Üzeyir bəy qeyd edir 

ki, osmanlı türkləri şeirdə hecaları başqa cür ayırıb oxuyurlar”

1



Hacıbəyli hər iki əsərdə Nizami qəzəllərinin süjet xəttini və 



fikrini saxlamış,  şeir və musiqinin vəhdətini yaratmış, qəzəlin 

vəznini bacarıqla musiqiyə keçirə bilmiş,  şairin yaradıcılığının 

ruhuna uyğun əsərlər yaratmışdır.  

“Sənsiz” və “Sevgili canan” qəzəllərinin ümumi cəhətləri 

çoxdur. Hər iki qəzəl instrumental girişlə başlanır. Hər iki giriş 

qəzəllərin əsas fonunu təyin edərək, onların xasiyyətinin ilk ciz-

gilərini müəyyənləşdirir. Bu instrumental müşayiət bütün əsər 

boyu saxlanır. Qəzəllərdə giriş hissəsinin xüsusi əhəmiyyəti var-

dır. Girişdə verilən və bütün əsər boyu saxlanılan vəzn hər iki 

qəzəldə eynidir. 

Güman etmək olar ki, hələ not yazısı olmayan vaxtlar qəzəl 

həmin vəzndə musiqinin müşayiəti ilə oxunurmuş. “Sənsiz” qə-

zəlinin vəznini, bəhrini təhlil etdikdə onun qəzəl bəhrlərindən 

olan “Rəməl” əsasında bəstələndiyini görürük. “Sənsiz” qəzəli-

nin ilk dörd misrasını misal gətirək: 

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, 



Hər nəfəs çəkdim hədər, getdi o saat sənsiz. 

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, 

Hicrinə yandı canım, yox daha taqət sənsiz. 

 

Bəstəkarın “Sevgili canan” qəzəli isə “həzəc” bəhrində yazıl-



mışdır:  

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan, 



Olmuş bütün aləmdə sənin şəninə şayan. 

Gəl eylə nəvaziş, mənə ver busə ləbindən, 

Çünki gözəlin busəsidir aşiqə ehsan. 

                                                 

1

 Hacıbəyov Ü. “Azərbaycan  musiqisinə bir nəzər”.  Əsərləri, II c., B., 



1965, s. 217. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə