Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə38/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   34   35   36   37   38   39   40   41   ...   168

 

124


Ü.Hacıbəyli “Советская  музыка” jurnalının səhifələrində 

dərc olunmuş “Sovet operasının yolları” məqaləsində də musiqi 

dilimizə, onun məqam xüsusiliyinə böyük əhəmiyyət verir. Hə-

min məqalədə o, bu barədə belə yazırdı: “Sovet operası haqqın-

da olan mübahisələrdə major və minordan çox danışırlar. Halbu-

ki hər bir xalqın musiqi incəsənəti məqam təfəkkürünün son də-

rəcə  zəngin və orijinallığı ilə seçilir... yaddan çıxarmaq lazım 

deyil ki, bəstəkar yalnız o zaman xalqa yaxındır ki, öz fikirlərini 

xalq musiqi dilində ifadə etsin”.

1

 

Azərbaycan məqamlarının  əmələ  gəlmə qaydaları Ü.Hacı-

bəylinin məqam sisteminin çox vacib hissəsidir. Bu hissədə 

Ü.Hacıbəyli ilk dəfə xalq musiqisini funksional əsasa, “karkasa 

oturdur” və Azərbaycan məqamlarını funksionallıqla bağlayır. 

Ü.Hacıbəyli yazır ki, “səsqatarında pərdələrin funksional müna-

sibətləri aydınlaşdırılmamış olsa, o yenə də bir səsqatarı olaraq 

qalır.  Əgər pərdələrdən biri mayə  vəziyyətini alarsa, o zaman 

başqa pərdələrin də funksional vəziyyəti müəyyənləşdirilir və 

səsqatarı məqama çevrilir”.

2

 

Qeyd etmək lazımdır ki, Azərbaycan məqamlarının səsqatarı 

Avropanın major və minoru ilə qohumdur. Məsələn, “Rast” mə-

qamının  əsas tetraxordu major tetraxorduna uyğundur; “Cahar-

gah” məqamının əsas tetraxordu harmonik minorun son tetraxor-

duna uyğun gəlir və s. Əhval-ruhiyyəsinə görə “Rast” majora, 

“Şur” və “Bayatı-Şiraz” isə minora uyğun gəlir. Azərbaycan mə-

qamlarının səsqatarının Avropanın major və minoruyla qohum-

luğu bu məqamların gələcək inkişafı  və birləşməsi üçün əsas 

vermişdir. Bunu biz artıq Ü.Hacıbəylinin özünün yaradıcılığında 

görürük.


3

 

                                                 

1

  Гаджибеков  У.  Пути  советской  оперы. "Советская  музыка", M., 



1939, № 5. 

2

 Hacıbəyov Ü. Azərbaycan  xalq musiqisinin əsasları, B, 1950, s.31. 



3

 Azərbaycan



 

məqamlarının major-minor lad sistemi ilə üzvi birləşməsini 

rus musiqişünası İ.Y.Rıjkin göstərir və təklif edir ki, bu ladları iki cür termin-

lə adlandıraq, məsələn: “Раст до-до мажор”. И.Я.Рыжкин. Некоторые осо-

бенности  национальных  музыкальных  культур. Cообщения  Института 

истории искусств. М., 1959, № 15, c. 17. 




 

125 


Ü.Hacıbəyli tədqiqatında Azərbaycan məqamlarının mayəsi 

(tonikası) üzərində çox müfəssəl dayanmışdır. Ü.Hacıbəyliyə görə, 

mayə məqam səsqatarı pərdələrinin fəal qarşılıqlı əlaqələrini göstə-

rir, o, hərəkətedici funksional dəyişikliyə əsaslanmışdır. Mayə mər-

kəzinin dəyişikliklərinin imkanları və onun digər məqam dayaqlara 

keçirilməsi Azərbaycan xalq məqamlarına böyük emosional bən-

zərsizlik verir, sərbəst məqam modulyasiya perspektivini açır. 

Bu prinsip yalnız Azərbaycan folkloru üçün deyil, o bir çox 

digər xalqların folkloru üçün də xasdır. Məqam funksional dəyi-

şikliyin münasibəti haqqında A.Kastalski yazmışdı. Bu fikir 

məşhur rus folklorşünası Melqunov tərəfindən irəli sürülmüşdür. 

Bu xüsusiyyətlər üzərində öz tədqiqatlarında Asafyev, Yavorski, 

Tyulin və b. dayanmışlar. 

Ü.Hacıbəylinin əsərinin ikinci hissəsi “Xalq üslubunda Azər-

baycan məqamlarında musiqi bəstələmək qaydaları” Azərbaycan 

məqamlarının səsqatarlarının dörd quruluşu ilə  əlaqədar olaraq 

dörd hissədən ibarətdir. 

Birinci hissə xalis kvartalar quruluşu – “Rast”, “Şur", “Se-

gah” məqamlarında melodiya bəstələmək qaydalarını başa salır. 

İkinci hissə xalis kvintalar quruluşu – “Şüştər” və “Çahar-

gah” məqamlarında, üçüncü hissə kiçik sekstalar quruluşu mü-

vafiq “Bayatı-Şiraz” məqamına həsr olunmuşdur. Dördüncü his-

sədə böyük sekstalar quruluşunda “Hümayun” məqamında me-

lodiya bəstələmək qaydalarından danışılır. Hacıbəyli köməkçi 

məqamlar “Şahnaz”, ikinci növlü “Çahargah” və “Sarənc” mə-

qamlarında melodiya bəstələmək qaydalarını da vermişdir. 

Ü.Hacıbəyli hər məqamda melodiya bəstələmək qaydalarına dia-

pazonun və həmçinin məqamın mayəsinin təyini ilə başlayır və mə-

qamın mayəsi ilə əlaqədar onun digər funksiyaları üzərində dayanır. 

Məsələn, o, “Rast” məqamı haqqında belə yazır: “Rast” səs-

qatarının bütün pərdələri mayəyə tabe vəziyyətdə olur. Bu pər-

dələrin vəzifəsi mayəyə “xidmət etmək” və onun melodiyadakı 

vəziyyətini daha da qüvvətləndirməkdir. Buna görə  də tersiya, 

kvarta və kvinta tonlarına hər pərdədən sıçrayış etmək olmaz”.

1

 

                                                 



1

 Hacıbəyov Ü. Azərbaycan  xalq musiqisinin əsasları. B., 1950, s. 41. 




 

126


Məqamlarda melodiya bəstələməklə əlaqədar olaraq Ü.Hacı-

bəylinin irəli sürdüyü çox vacib məsələ mümkün olan sıçrayışlar 

haqqında olan qaydalardır. Ümumiyyətlə, Azərbaycan musiqisi 

üçün melodik hərəkətin, inkişafın ardıcıllığı xasdır. Məqamların 

pillələrinin xromatik dəyişilməsi xarakter deyil, xromatizmlər 

yalnız bəzəkverici səslər, melizmlər kimi istifadə olunur. 

Ü.Hacıbəyli Azərbaycan məqamlarında məhdudedici xroma-

tik yolları göstərir, bunlar da yalnız “Rast”, “Şur”, “Segah” mə-

qamlarında mümkündür. Digər məqamların pillələri xromatik 

dəyişikliklərə yol vermir. 

Xromatizmin belə  məhdudlaşması ilə  əlaqədar olaraq sıçra-

yışlar haqqında olan qayda xüsusi əhəmiyyət kəsb edir. “Rast” 

məqamında mümkün olan sıçrayışlar cədvəlini gətiririk: 

 

 



 

Ü.Hacıbəyli sıçrayışlarla  əlaqədar olaraq bir sıra  əlavə qay-

daları göstərir: 1) eyni istiqamətə doğru bir-birinin ardınca iki 

sıçrayış etmək olmaz; 2) səsqatarı dairəsində və ya ondan xaric 

oktavaya sıçrayış etmək də olmaz; 3) sıçrayışdan sonra, həmin 

istiqamətdə bütöv tona hərəkət etmək olmaz; 4) bütöv ton hərə-

kətindən sonra, həmin istiqamətdə sıçrayış etmək olmaz; 5) yu-

xarıya doğru tersiya sıçrayışından sonra, həmin istiqamətdə ya-

rım ton hərəkət etmək olmaz; 6) aşağıya doğru tersiya sıçrayı-

şından sonra, həmin istiqamətdə yarım ton hərəkət etmək olmaz. 

Ü.Hacıbəylinin öz yaradıcılığında bu qaydalara necə əməl et-

diyini (“Rast” məqamında olan parçada) izləyək. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə