Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə35/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   31   32   33   34   35   36   37   38   ...   168

 

115 


siqimizdə 1/3 və 1/4 tonların mövcudluğunu hesab etdikdə, gös-

tərirdi ki, musiqimizi ayıran cəhətlər bunlar deyil. Hələ o illərdə 

bəstəkar tamamilə haqlı olaraq deyirdi ki, əgər Şərq və konkret 

Azərbaycan musiqisi müntəzəm temperə edilsə belə o, bundan 

özünün spesifikliyini və xüsusiliyini itirməz, çünki Azərbaycan 

musiqi dilinin spesifikliyi 1/3 və 1/4 tonlarda deyil, daha əsaslı 

amillərdən ibarətdir ki, bunlar da kök, hava, vəzndir. Onlar haq-

qında sonrakı səhifələrdə danışılacaqdır. 

 

Məqam nəzəriyyəsi 

 

Azərbaycan xalq musiqisinin məqam sistemini Ü.Hacıbəyli 



bütün yaradıcılığı boyu öyrənmişdir. Bizim musiqinin milli tək-

rarsızlığının əsas şərtlərindən birini o, yeddi əsas və bir sıra əla-

və məqamlarda ifadə olunmuş məqam sistemində görürdü. Yed-

di əsas məqamlar bunlardır: “Rast”, “Segah”, “Şüştər”, “Çahar-

gah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”,  əlavə  məqamlar isə: 

“Şahnaz”, “Sarənc”, “Bayatı-Kürd”, “Hicaz”, “Qatar” və başqa-

larıdır. Bu nəticəyə  də Ü.Hacıbəyli birdən-birə  gəlməmişdir. 

1929-cu ildə "Azərbaycan türk xalq musiqisi haqqında" məqalə-

sində o, yazırdı: “Hazırda Azərbaycan musiqisi çoxlu şöbə  və 

guşələri ilə birlikdə aşağıdakı müstəqil köklərə malikdir: “Rast”, 

“Segah”, “Şur”, “Çahargah”, “Şüştər”, “Zabul”, “Şahnaz”, “Ba-

yatı-Şiraz” və "Hümayun". Bütün Azərbaycan xalq türk musiqisi 

ancaq yuxarıda göstərilən köklərə əsaslanır”

1

. 



Gördüyümüz kimi, əsas köklərin, məqamların siyahısında 

Ü.Hacıbəyli “Zabul” və “Şahnaz” kimi məqamların adlarını çə-

kir. “Azərbaycan xalq musiqisinin əsasları”nda “Zabul”, “Sega-

h”ın variantı, “Şahnaz” isə köməkçi məqam kimi verilmişdir. 

"Musiqidə xəlqilik" məqaləsində Ü.Hacıbəyli yeddi əsas məqam 

əvəzinə səkkizinin adını çəkir: “Azərbaycan musiqisində həştəda 

qədər muğam olduğunu iddia edənlərin fikrinə zidd olaraq, mən 

bizim musiqimizdə öz xüsusi quruluşu olan sərbəst muğamların 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c., 



B., 1965, s. 258. 


 

116


sayının səkkizdən artıq olmadığı fikrindəyəm, bundan başqa əla-

və muğamlar vardırsa da bunlar əsas muğamlardan ayrılmır”

1

. 



Ü.Hacıbəylinin ilk çıxışları və məqalələri bəstəkarın məqam-

lar haqqında  əsas tədqiqatı olan “Azərbaycan xalq musiqisinin 

əsasları” üçün hazırlıq materialı olmuşdur. 1945-ci ildə  dərc 

edilmiş bu tədqiqatda Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin 

məqam nəzəriyəsinin yaradıcısı kimi çıxış edir. 

“Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi 

əsərlər, nə  də başqa bir vəsait olmadığına görə, mən ancaq öz 

şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatın nəticələri-

nə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formaları-

nın dərin təhlilinə əsaslanmağa məcbur oldum”

2

. 



Məqamların, onların struktur xüsusiyyətlərinin, daxili funk-

sional  əlaqələrinin və onların bir-birilə  əlaqəsinin öyrənilməsi 

xüsusilə bizim dövrümüzdə, incəsənətdə milli forma məsələsi 

qoyulan vaxtda, böyük əhəmiyyətə malikdir. Məqam intonasiya-

sının qanunauyğunluqları haqqında nəzəriyyə bəstəkarın xalq və 

xalq professional sənətinin ənənələrini tətbiq etmək üçün vacibdir. 

Ü.Hacıbəylinin məqam nəzəriyyəsi bəstəkarın nəzəri və mu-

siqi-estetik konsepsiyasının əsas qoludur. Hacıbəyli yazırdı: 

“Azərbaycan musiqisini öyrəndikdə, ondan istifadə etdikdə mu-

ğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oy-

nayan canlı muğamlara xüsusi diqqət verilməlidir. Çalışmaq lazım-

dır ki, bu muğamlar öz sərbəst əhəmiyyətlərini itirməsinlər. 

Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi kul-

turasına bir çox yeniliklər və təravət gətirəcəkdir”

3



Ü.Hacıbəyli Azərbaycan məqamları haqqında nəzəriyyəsində 



hansı əsas müddəaları irəli sürmüşdür? 

O, özü belə qeyd edir: “Ümidvaram ki, bir elmi əsər olaraq 

bu kitabda musiqi elm xadimlərinin diqqətini aşağıdakı maraqlı 

mühüm məsələlər cəlb edəcəkdir: 1) səsqatarlarının qurulmasın-

da kvarta, kvinta və seksta konsekventliyi; 2) artırılmış sekunda-

                                                 

1

 Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 324. 



2

 Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisinin əsasları. B., 1950, s. 9. 

3

 Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri. II c., B., 1965, s. 324. 




 

117 


nın əmələ gəlməsi; 3) tetraxordların yeni növləri; 4) tetraxordla-

rın dörd birləşmə üsulu”. 

Ü.Hacıbəyli ilk dəfə müəyyən etmişdir ki, Azərbaycan mə-

qamlarının səsdüzümü tetraxordların birləşməsindən qurulur

yəni dörd pillənin ardıcıl irəliləməsindən ibarətdir. Hacıbəyli 

Azərbaycan musiqisində tetraxordların birləşməsinin dörd üsu-

lunu müəyyənləşdirmişdir: 

1)

 



zəncirli və ya qovuşuq birləşmədir; burada, alt tetraxor-

dun axırıncı tonu eyni zamanda üst tetraxordun birinci tonu ol-

duğuna görə bu iki tetraxord arasında xalis prima intervalı əmələ 

gəlir; 


2)

 

ayrı birləşmədir; burada, alt tetraxordun axırıncı tonu ilə 



üst tetraxordun birinci tonu böyük sekunda intervalı təşkil edir; 

3)

 



orta yarımton vasitəsilə birləşmədir; burada, alt tetraxor-

dun axırıncı tonu ilə üst tetraxordun birinci tonu kiçik tersiya in-

tervalı təşkil edir; 

4)

 



orta ton vasitəsilə birləşmədir; burada, alt teraxodun axı-

rıncı tonu ilə üst tetraxodun birinci tonu böyük tersiya intervalı 

təşkil edir. 

Bizə elə gəlir ki, tetraxordların birləşməsinin bölünməsində be-

lə variant da mümkündür: 1) qovuşuq birləşmə; 2) ayrı birləşmə. 

Yeni variantda, tetraxordların birləşmə üsulunun bölünmə-

sində biz yeni “xüsusi birləşdirici səs” anlayışını da yürüdürük. 

İş orasındadır ki, Avropa sistemində, tetraxordların birləşməsi 

xüsusi birləşdirici tonsuz həyata keçirilir. 

Ü.Hacıbəyli Azərbaycan məqamlarının səsdüzümünün əsası-

nı  təşkil edən beş müxtəlif növlü tetraxord irəli sürür: 1-1-1/2 

(əsas), 1-1/2-1 (köməkçi), 1/2-1-1 (köməkçi), 1/2-1-1/2 (əskil-

miş), 1/2-1 1/2-1/2 (artırılmış sekunda). Birinci üç tetraxord qə-

dim yunan tetraxordlarına tamamilə uyğundur, onlar da beş 

müxtəlif növlü tetraxordlardan ibarət idi. Lakin iki axırıncı tetra-

xord üç bütöv tonun (üçtonun) ardıcıl irəliləmə qaydasının po-

zulmasının nəticəsində yaranmışdır. 

Mərhum musiqişünas X.Ağayeva özünün “Ü.Hacıbəyov” ki-

tabında tamamilə doğru olaraq yazırdı ki, “Bütün bunları majora 

və minora gətirmək üçün min illər gözləmək lazım deyil, elə in-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə