Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə37/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   33   34   35   36   37   38   39   40   ...   168

 

121 


Lakin Ü.Hacıbəyli üçüncü yol tapmışdır, bu da üç bütöv 

tonun ardıcıllığını yarımtonla pozmaq yoludur. 

Ü.Hacıbəyli yazır ki, “üçtonun yaramazlığı” onun birinci və 

axırıncı pərdəsi arasında artırılmış kvarta intervalı əmələ gəlmə-

sində yox, üç bütöv tonun ardıcıllığındadır. Deməli, orta tonlar-

dan birini ucaltmaq və alçatmaqla üç bütöv tonun ardıcıllığını 

aradan qaldırmaq olar”

1



 

 

 



Bu səsqatarında üçtonun orta səsləri “sol” və “lya”dır. 

Kvinta dairəsinə  əsasən “sol”-un münasib dəyişilməsi “sol di-

yez” və “lya”-nın ən münasib dəyişilməsi “lya bemol”dur. 

Əgər “sol” notunu “sol diyez” ilə əvəz etsək, onda səsqata-

rında üç bütöv ton hərəkətinin pozulması  səsqatarının kvinta 

konsekventliyini də pozmuş olur. Pozulmuş xalis kvintanı bərpa 

etmək və ya əvvəlki vəziyyətə salmaq üçün səsqatarının birinci 

pərdəsini ucaltmaq (do diyez) lazımdır ki, bununla da xalis kvin-

taların ardıcıl sırasından ibarət düzgün təşkil olunmuş səsqatarı 

əmələ gəlir:  

 

 

Ü.Hacıbəyli qeyd edir ki, üç bütöv ton hərəkətini pozmağın 



ikinci üsulu “lya”-nın “lya bemol”a çevrilməsidir.  

                                                 

1

 Hacıbəyli Ü. Azərbaycan türk xalq musiqisinin əsasları. B., 1950, s. 22. 



c d e f g a h c  

c d e f gis a h c     

 art.2 

 üç ton 


 

122


 

Pozulmuş xalis kvintanı əvvəlki vəziyyətə salmaq üçün səs-

qatarının ikinci pərdəsini alçaltmaq (re bemol) lazımdır ki, bu-

nunla da yeni xalis kvintaların ardıcıl sırasından ibarət düzgün 

təşkil olunmuş səsqatarı əmələ gəlir:

  

 

Ü.Hacıbəyli üçtonun orta tonlarının alterasiya edilməsi yolu 



ilə yeni tetraxordlar və yeni artırılmış sekunda intervalını alır. 

Hacıbəylinin özünün mülahizəsinə görə, Azərbaycan musiqi mə-

dəniyyətinin inkişafında kvinta quruluşu sonrakı mərhələ olduğu 

kimi, eləcə də ikinci ayrı üsulla birləşmə, yeni əskilmiş və artı-

rılmış sekundalı tetraxordların yaranması Azərbaycan musiqi di-

linin tarixi inkişafının daha sonrakı dövrünə aid edilə bilər. Bu-

nunla bağlı müəyyən əlaqəni qeyd etmək olar, əskilmiş tetraxor-

dun və artırılmış sekunda ilə tetraxordun 1-1-1/2 formulu olan 

əsas aparıcı tetraxorddan əmələ gəlməsini göstərmək olar. 

Üçton Azərbaycan musiqi dilində yeni artırılmış sekunda in-

tervalının yaranması səbəbkarıdır. Ü.Hacıbəyli qeyd edir ki, üç-

tonun orta tonlarının alterasiya edilməsi yolu ilə üç bütöv ton ar-

dıcıllığının pozulması nəticəsində artırılmış sekunda əmələ gəlir. 

Qeyd etmək lazımdır ki, bu intervalın intonasiyası Azərbay-

can musiqi dili üçün xarakterdir. Bizim bəstəkarlar milli musiqi 

üçün xarakter olan bu intonasiyaya müraciət etməyə başladılar. 

Lakin elə də olurdu ki, bəstəkarlar ondan süni istifadə edib, milli 

musiqi dilinə nabələdliklərini bu intonasiya ilə gizlədirdilər. 

Ü.Hacıbəyli yazır ki, “Bəzi bəstəkarlar güman edirlər ki, əgər 

onlar təsadüfdən təsadüfə “artırılmış sekundaya” əl atsalar, bu-

nunla “milli intonasiya”ya nail olarlar. Bu “artırılmış sekun-

da”ya həm də rus “orijentalist”lərinin  əsərlərində rast gəlirik. 



c d e f g as h c  

     art.2 




 

123 


Lakin unutmaq lazım deyil ki, həmin bəstəkarlar qətiyyən  əsl 

Azərbaycan musiqisi yaratmaq niyyətində olmamışlar. Səthi sti-

lizasiya musiqi əsərinə əsl milli intonasiya verməməklə bərabər

həm də əsəri gerçəklikdən, səmimilikdən və ümumiyyətlə este-

tik və bədii dəyərdən məhrum edir. 

Mənim fikrimcə, bu vəzifə tamamilə başqa cür həll olunur. 

Hər bir xalq öz bəstəkarlarından tələb edir ki, o, öz əsərlərini, nə 

qədər mürəkkəb olursa olsun, xalqa yaxın və doğma olan musiqi 

dilində bəstələməlidir. Bunun üçün bəstəkardan həmin dili mü-

kəmməl bilməsi tələb olunur”.

1

 

Bununla əlaqədar Ü.Hacıbəylinin “oriyentalizm” adlanan üs-



luba münasibəti ilə tanış olmaq maraqlıdır. Dahi rus bəstəkarla-

rından M.İ.Qlinkanın, N.A.Rimski-Korsakovun, “Qüdrətli dəs-

tə” bəstəkarlarının oriyental üsluba meyil edən əsərlərini yüksək 

qiymətləndirən bəstəkar eyni zamanda saxta “oriyental” üslubun 

barışmaz düşməni idi. Bu yol XIX əsrin sonu və XX əsrin əvvəl-

lərində  Qərbi Avropa musiqisinin bir sıra zəif  əsərlərində, bəzi 

sovet bəstəkarlarının əsərlərində də öz əksini tapmışdır. 

Ü.Hacıbəyli bu üslub haqqında yazırdı: 

“Avropa sənətkarları Avropa üslubundan bir az qeyri olan bir 

növ “üslub” və ya “stil” çıxarıb adına “Şərq stili” deyirlər. O cüm-

lədən məsələn, musiqidə artırılmış sekunda istemalı, şeirdə “kül və 

bülbül” fiqurəsi, rəsmdə butalara bənzər güllər, teatrda rəngarəng 

əlbisə geyinib salama oxşayan hərəkətlər göstərmək və s. 

İşdə,  şərqlilərin zövqünü korlayıb, hətta ruhlarını belə inci-

dən bir şey varsa, o da bu saxta Şərq stilidir”.

2

 

O, Şərq musiqisini yaratmaq istəyən sənətkarlara məsləhət gö-

rürdü ki, “kəndi sənətlərinin müxtəlif qəvaidini sənələrcə  zəhmət 

çəkib öyrəndikləri kimi, saxta “Şərq stili”ndən  əl çəkib,  əsl  Şərq 

incəsənətinin bütün xüsusiyyətlərini kamali-səy və ehtimal ilə sənə-

lərcə öyrənməli və bu sənətə ruhən mərbut olmalıdırlar ki, yarat-

dıqları Şərq sənəti də Şərq əhlinə zövq verib ənis və munis görünə”.

3

 

                                                 

1

 Hacıbəyov Ü. Vətən müharibəsi günlərində Sovet Azərbaycanının mu-



siqisi. Giriş. Əsərləri, II c., B., 1965, s. 350. 

2

 Hacıbəyov Ü. Teatr təəssüratı. “Maarif və mədəniyyət” jurnalı, 1925, № 3. 



3

 Yenə orada. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə