Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə45/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   41   42   43   44   45   46   47   48   ...   168

 

150


öyrənilməsinə  həsr edilmiş müşavirədə  çıxış”, “Muğamat və 

xalq mahnılarının ifası haqqında”, “Milli vokal kadrlarının 

ümumittifaq müşavirəsinin açılışında giriş sözü” və s. 

Ü.Hacıbəyli hesab edirdi ki, Azərbaycan vokal sənəti inkişa-

fının perspektiv yolu Avropa musiqinin çox əsrlər ərzində keçdi-

yi inikşaf yolu olmalıdır ki, o da bel canto üslubunda oxumadır. 

Görkəmli sovet musiqişünası B.V.Asafyev bel canto oxuma 

üslubunu Avropa musiqi intonasiyasının inkişafında böyük hadi-

sə kimi xarakterizə edirdi. 

B.V.Asafyev yazırdı ki, “Məhz  İtaliyada xalqın musiqililiyi 

və bədii həssaslığı, mütərəqqi vokal mədəniyyəti bel cantoya tə-

bii oxumağa, bütünlüklə nəfəs ilə bağlı olan mədəniyyətə gətirib 

çıxarmışdır”.

1

 



Ü.Hacıbəyli öz məqalələrində Azərbaycan və Avropa vokal 

sənəti arasında sərhəd yaradıb oxuma sənətimizi dar milli çərçi-

vələr və müəyyən qəbul olunmuş ənənələrdə saxlayanlara qarşı 

çıxış edirdi. 

Bu cəhətdən musiqi müəllimi Berqelsonun məruzəsi xarak-

terdir.  

Ü.Hacıbəyli öz çıxışında məruzəçini milli vokal sənətinə eti-

nasız, ekzotik münasibətinə görə ciddi tənqid edir. 

Digər çıxışında, solo oxuma xüsusi sinfinin təşkilinə  həsr 

edilmiş müşavirədə Hacıbəyli belə demişdi: 

“Avropa oxuması hələ ki, bizim qulaqlarımız üçun nə isə qə-

ribədir, xoşagəlməzdir, hətta bəzən elə xoşagəlməz hallar olur 

ki, dinləyicilər teatrı tərk edib gedə bilərlər, ona görə mən opera 

üzərində işləyərkən heç də istəmirəm ki, operanın elə ilk səsləri 

eşidiləndə camaatın bir hissəsi teatrdan getsin”

2



Gördüyümüz kimi, Hacıbəylini burada məsələnin sırf prakti-

ki tərəfi maraqlandırır. Hacıbəylinin inqilabdan əvvəlki muğam 

operalarının qarşısında belə problem dayanmamışdı. Bu opera-

larda vokal texnika bütünlüklə xalq muğam operası əsasında idi. 

                                                 

1

 Асафьев Б.В. “Музыкальная форма как процесс”, II kitab, L, 1971, 



с. 350. 

2

 Hacıbəylinin çıxışının stenoqramı. 14 dekabr 1931-ci il. EA-nın Me-



marlıq və İncəsənət İnstutunun arxivi. 


 

151 


Ü.Hacıbəylinin bu dövrdə yazdığı “Koroğlu” operası yalnız 

musiqi fakturası sahəsində deyil, vokal texnikası  mənasında da 

tamamilə yeni əsər kimi düşünülmüşdür. Bu vokal texnikanı 

həm bəstəkarların özü, həm də Avropa vokal məktəbini keçmiş 

ifaçılarımız bilməli idilər. Bülbül Məmmədov məhz belə gözəl 

sənətkar olmuşdur. Bülbül inqilabdan əvvəl muğam ifaçısı, xa-

nəndə kimi çıxış etmiş, inqilabdan sonra yeni Azərbaycan vokal 

sənətinin banisi olmuşdur. O dünya vokal musiqisinin təcrübəsi-

ni mənimsəmişdir. 

Bakı konservatoriyasındaki illər, İtaliyada ən yaxşı belkanto 

ustalarından aldığı dərslər, rus, sovet və dünya ustalarının sənə-

tini öyrənməsi Bülbulü tamamilə yeni tipli Azərbaycan müğən-

nisi etmişdir, O, öz sənətində milli özünəməxsusluğu dünyəvi 

texnika ilə birləşdirə bilmişdir. 

Ü.Hacıbəyli yuxarıda adını çəkdiyimiz müşavirədə çıxış edə-

rək soruşurdu: “Məni bir şey maraqlandırır ki, yoldaş Bülbül öz 

təcrübəsini elə uyğunlaşdıra bilərmi ki, qoyulmuş Avropa səsləri 

bizim türk əsərlərinin üslubunu verə bilsin. Biz ona baxmırıq ki, 

səs nəfəslə və ya onsuz qurulub. Bizi maraqlandıran artistin oxu-

masıdır. Deməli, musiqidən başqa tembr kimi tələblərin də əhə-

miyyəti var. 

Mən xahiş edərdim ki, yoldaşlar fikirləşsinlər, nə cür etmək 

lazımdır ki, qoyulmuş  səslər üslubu saxlayaraq Şərq  əsərlərini 

ifa edə bilsinlər”.

1

 

Bununla əlaqədar olaraq Ü.Hacıbəyli Bülbülün sənətinə yük-



sək qiymət verir. Bülbül Hacıbəylinin irəli sürdüyü ideyalarını 

təcrübədə  həyata keçirərək, öz sənətində  dərin millilik və bey-

nəlmiləlliyin vəhdətini yaradır. Məhz bu cəhətləri ilə Bülbül Ha-

cıbəyliyə yaxın idi. O, həmişə belə hesab edirdi ki, dünya musi-

qisinə yaxınlaşma milli musiqinin məhv edilməsi hesabına ol-

mamalıdır. Sənətkarın öz milli sənətinə  məhəbbəti isə dünya 

musiqisinin nailiyyətlərinə onun gözünü bağlamamalıdır. 

Ü.Hacıbəyli yazır ki, “Bülbül Şərq  əsərlərini gözəl oxuyur. 

Mən bunu onun İtaliyada olması ilə  əlaqələndirmirəm.  İtaliya 

                                                 

1

 Hacıbəyli Ü. 14 dekabr 1931-ci il çıxışının stenoqramı. Göstərilən arxiv. 




 

152


onun oxumasını yetişdirmişdir, yalnız üslubu o, İtaliyadan qabaq 

burada mənimsəmişdir. Ona görə səsin doğru quruluşundan baş-

qa türk (yəni Azərbaycan – Z.S.) oxuma üslubunun tembrinin 

mənimsənilməsi vacibdir. Ona görə buna nail olmaq lazımdır ki, 

tələbələr də Şərq musiqisini onun özü kimi oxusunlar. Əgər bu-

na nail olsalar, bu, böyük dönüş yaradar”.

1

 

Bu dönüş baş verdi və Azərbaycan vokal sənəti məhz bu yol 



ilə inkişaf edərək, böyük müvəffəqiyyətlər qazandı, böyük mü-

ğənnilər yetişdirdi. Bülbülün özü isə Ü.Hacıbəylinin ölməz 

“Koroğlu” operasında Koroğlu rolunun klassik ifaçısı oldu. 

Araşdırdığımız bütün bu nəzəri problemlər ilk dəfə 

Ü.Hacıbəylinin öz yaradıcılığında qoyulmuş  və  həll edilmiş, 

onun musiqisinin intonasiyasını, melodiyasını, ritmik quruluşu-

nu, formasını, üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir. 

Azərbaycan musiqisinin xüsusiyyətlərinin Ü.Hacıbəyli tərəfin-

dən dərin və  elmi təhlili musiqi dilimizin  və ümumiyyətlə musiqi 

sənətimizin gələcək inkişafı üçün qüvvətli nəzəri əsas olmuşdur. 

 

* * * 


 

Ü.Hacıbəyli 1921-ci ildə “Vəzifəyi-musiqiyyəmizə aid mə-

sələlər” məqaləsində yazırdı: “Azərbaycanda vəzifəyi-musiqi ic-

rasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir 

neçə  məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman 

varsa, o da yaşadığımız bu zamandır... O məsələlər hansılardır? 

Bizim fikrimizcə, o məsələlər bunlardır: 

– vəzifəyi-musiqiyyənin ümumi surətdə və cumhuriyyət ən-

dazəsində icrası; 

–  Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi 

yolunda elmi və fənni, nəzəri və əməli surətdə çalışmaq əmri; 

– ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr 

və təmiminə həqiqi çarələr axtarmaq”

2



                                                 

1

 Hacıbəyli Ü. 14 dekabr 1931-ci il çıxışının stenoqramı. Göstərilən arxiv. 



2

 Hacıbəyov Ü. Vəzifəyi-musiqiyyəmizə aid məsələlər.  Əsərləri, II c.,  

B., 1965, s. 199. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə