Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə44/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   40   41   42   43   44   45   46   47   ...   168

 

147 


Ü.Hacıbəylinin özünün yaradıcılığından bir neçə misal gətirək. 

“Arşın mal alan”ın IV pərdəsindən Gülçöhrənin naləsində vio-

lonçelin solosunu yada salaq. Hacıbəyli burada violonçelə “Şüştər” 

məqamında melodiyanı həvalə edir. “Şüştər” məqamı “Koroğlu”da 

Nigarın ariyasında fleytanın solosunda gözəl səslənir. Soltan bəyin 

kupletlərində faqotun solosunu və s. göstərmək olar.  

Ü.Hacıbəyli belə nəticəyə gəlir ki, “Şərq musiqisində hər nə 

tövr tonlar olur olsun, vialon, alt və violonçel ilə çalmaq olar. 

Çünki bu alətin telləri çəkilmiş olan qolları üzərində pərdə işa-

rətləri yoxdu (kamança kimi). Ona görə çalanın barmağı bu alət-

dən nə tövr səda istəsə çıxarmağa qadirdir”.

1

 



Nəfəsli alətlərə gəldikdə çalanın ustalığı sayəsində cüzi ola-

raq aşağı və yuxarı getməklə lazım olan tonları almaq mümkündür. 

Bu mənada piano istisnalıq təşkil edir. Bunda sədalar yarım-

tonlarla qurulmuşdur. Hər sədaya bir dil uyğun gəlir. Hacıbəyli 

yazır ki, “Bununla belə Şərq havalarını piano üzərində dəxi ça-

larkən qulaq üçün naxoş gələn tonlar bir “Segah” və bir də “Ça-

hargah”da hiss edilir ki, bunlardan da “Çahargah”dakı bir o qə-

dər naxoş olmayıb  ən pisi “Segah”dadır ki, o da “Segah”ın  ən 

axırıncı sədasıdır. Bu uyğunsuzluq “Bayatı-Şiraz”ın dəxi axırın-

cı  pərdəsində müşahidə edilir ki, bunun hamısına “xaric bar-

maq”, yəni namüvafiq tonlar deyirlər”.

2

 



Buna baxmayaraq, Hacıbəyli belə nəticəyə gəlir ki, cüzi uy-

ğunsuzluqlar Azərbaycanın ifaçılıq sənətinə Qərb alətlərinin tət-

biq edilməsinə mane olmamalıdır. Hacıbəylinin fikrincə,  əsas 

məsələ üsluba riayət etməkdir. Bu üslubu təhrif edən musiqi 

hansı alətdə olursa-olsun, Şərq musiqisinin səslənməsini dəyişə 

bilər və onu doğru olmayan yolla apara bilər. Şərq musiqisinin 

üslub xüsusiyyətlərini saxladıqda isə onu skripka, alt, violonçel, 

hətta fortepiano

3

 kimi Qərb alətlərində ifa etmək mümkündür və 



hətta vacibdir, çünki bu alətlər, şübhəsiz, Şərq musiqisinin incə-

                                                 

1

 Hacıbəyov Ü. Şərq musiqisi və  Qərb musiqi aləti.  Əsərləri, II c., B., 



1965, s. 228. 

2

 Yenə orada. 



3

 Hacıbəyovun bu fikri təcrübi eksperiment ilə təsdiq olunur. O, fortepia-

no üçün Şərq mövzularında dörd pyes yazmışdır. Təəssüf ki, onlar qalmamışdır. 



 

148


liklərini və zənginliklərini göstərə bilərlər, ondan başqa təkmil-

ləşdirilmiş  Qərb alətləri Şərq musiqisini yeni tembr rəngləri və 

texniki imkanlarla zənginləşdirə bilərlər. 

Ü.Hacıbəylinin “Şərq musiqisi və Qərb musiqi aləti” məqa-

ləsi öz dövrünə görə prinsipial və vacib məqalə idi. Onun müs-

bət rolu ondan ibarət idi ki, Hacıbəyli faktlarla Qərb aləti ilə 

Azərbaycan xalq musiqisi və onun alətləri arasında olan səddi 

dağıdıb aradan götürürdü. Lakin məqalənin praktiki əhəmiyyəti 

böyük  deyildi. O vaxt Azərbaycan xalq musiqisini Qərb alətlə-

rində çalmaq məsələsi qoyulmurdu, hərçənd elə hadisələr artıq 

olmuşdur. Məsələn, Qərb aləti olan klarnet elə bu günə  qədər 

müvəffəqiyyətlə Azərbaycan xalq musiqisini, xüsusilə  də “Ça-

hargah” muğamını ifa edir. Bu alətdə xalq musiqisini ifa edər-

kən az adam olar ki, onun mənşəyi haqqında düşünsün. Klarnet 

üzvi surətdə Azərbaycan xalq orkestrinin tərkibinə daxil olmuşdur. 

Azərbaycan musiqi dilinin inkişafı üçün vacib olan problem 

Azərbaycan xalq alətlərinin Qərb alətləri sisteminə daxil olması, 

simfonik orkestrin tərkibinə tar, kamança, yastı balaban, zurna 

və digər xalq alətlərinin salınması məsələsi idi. Yəni bir orkestr 

daxilində milli və Avropa alətlərinin səslənməsinin vəhdətini ya-

ratmaq idi. 

Qeyd etmək lazımdır ki, Ü.Hacıbəylinin “Leyli və Məcnun” 

operasının artıq ilk tamaşasında orkestr iki tarzəndən başqa, 

Qərb alətlərindən ibarət idi. 

“Müsəlman bəstəkarı Üzeyir Hacıbəylinin benefisi” məqalə-

sində jurnalist Məmməd Saleh Axundov yazırdı: “Hamıya qəri-

bə gəlirdi ki, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur”, “Şikəsteyi-

fars” bütün şən “təsniflərlə” Asiya aləti olan tarda yox, skripka, 

fleyta, violonçel və sair alətlərdə ifa olunurdu”.

1

 



Qeyd etmək lazımdır ki, “Leyli və Məcnun” operasının sitat 

xarakteri ilə əlaqədar olaraq tar burada özünün adi ampluasında 

çıxış edərək muğam ifasını müşayiət edirdi, gələcəkdə Ü.Hacı-

bəyli tardan simfonik orkestrin tərkibində artıq müstəqil bədii 

vasitələri ilə əlaqədar istifadə etmişdir. 

                                                 

1

 “Kaspi” qəzeti, 1915, 3 may, № 97. 




 

149 


Bu yeniliyin məqsədi nə idi? Hacıbəylinin qeyd etdiyi kimi, 

əvvəla onda idi ki, xalq alətləri simfonik orkestrə təravət gətirir, 

onların səslənməsi orkestrə müəyyən milli kolorit aşılayır. 

“Sovet operasının yolları” məqaləsində Hacıbəyli musiqi di-

linin yeni bədii vasitələrlə zənginləşməsi, simfonik orkestrin tər-

kibinə xalq alətlərinin salınması haqqında danışır. O, yazırdı: 

“Musiqi dilini zənginləşdirmək, yeni bədii ifadə vasitələri tap-

maq zəruridir. Simfonik orkestrə xalq çalğı alətlərini cəsarətlə 

daxil etmək lazımdır. Bu, şübhəsiz ki, opera orkestrinin səs pa-

litrasını zənginləşdirər, ona təravət verər”

1



Milli alətlər və xüsusilə tar elə əhval-ruhiyyəni verməyə qa-



dirdir ki, heç bir digər alətlə bunu ifadə etmək mümkün deyil. 

“Koroğlu” operasının libretto müəllifi, məşhur yazıçı M.S.Ordu-

badi ilə söhbətində bəstəkar məhz bu cəhəti göstərirdi.

2

 



Ü.Hacıbəylinin bu müvəffəqiyyətli yeniliyi çox faydalı  və 

perspektivli olmuşdur. 

Ü.Hacıbəyli “Koroğlu”da milli və Qərb alətlərinin səslənmə-

sinin üzvi sintezinə nail olur. Bu cür sintezə sonralar digər Azər-

baycan bəstəkarları da müraciət etmişlər, daha sonralar isə tar və 

simfonik orkestr üçün konsertlər də yaranmışdı (H.Xanməmmə-

dovun və başqa bəstəkarların konsertlərini göstərmək olar). 

 

Vokal ifaçılığı 

 

Azərbaycan musiqi sənətinin inkişafında, xüsusilə  də opera 



sənətinin inkişafında mübahisəli və həll olunmamış problemlər-

dən biri də vokal ifaçılığı ilə bağlı idi. Bu məsələ xüsusilə sovet 

dövründə yaranmışdır. Çünki bu illərdə Azərbaycan operası 

üçün italyan məktəbinin oxuma üslubunu saxlamaq, yoxsa xalq 

xanəndələri üslubunun əsasında yeni üslub yaratmağı  qəti həll 

etmək lazım idi. Ü.Hacıbəylinin aşağıdakı məqalə və çıxışları bu 

məsələyə və vokal ifaçılığı problemlərinə həsr edilmişdir: “Vo-

kal mədəniyyəti haqqında”, “Azərbaycan musiqi mədəniyyətinin 

                                                 

1

 Hacıbəyov Ü. Sovet operasının yolları. Əsərləri, II c., B., 1965, s. 318. 



2

 Ordubadi M.S. Böyük sənətkar haqqında mənim xatirələrim. Azərb. EA 

Xəbərləri, 1948, № 12, s. 12. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə