Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə47/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   43   44   45   46   47   48   49   50   ...   168

 

156


sional musiqinin müasir inkişafının irəli sürdüyü problemləri 

işləmiş, o, həm də gələcəyi görə bilmişdir. Özünün daxili duyumu 

və ciddi düşünülmüş elmi uzaqgörənliyi ilə o, bu gün bizim mu-

siqimiz qarşısında duran bir çox problemləri qabaqlamışdır.  

Ü.Hacıbəylinin ölümündən çox illər keçsə  də, Azərbaycan 

musiqisi bu müddətdə  əhəmiyyətli nailiyyətlərlə  zənginləşmiş, 

musiqi sənətinin inkişafında bütöv dövrü təşkil edən adlar irəli 

sürmüşdür. Lakin Ü.Hacıbəylinin ölməz yaradıcılığı kimi, onun 

dərin elmi fikri indi də Azərbayçan musiqiçilərinin yeni nəsli 

üçün canlı ilham mənbəyi olaraq qalmışdır. 

Üzeyir Hacıbəyli ənənələri yalnız onun təkrarsız musiqisinin 

ənənələri deyildir. Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin 

əsaslarının xüsusiliyi sahəsində apardığı tədqiqatları nəticəsində 

bizim müasir musiqiçilərimiz və nəzəriyyəçilərimiz tədqiqatları-

nı davam etdirirlər. Xalq mahnılarının, rəqslərin toplanması, sis-

temləşdirilməsi və nəşri, orta əsr musiqi mədəniyyətimizin öyrə-

nilməsi, musiqi haqda risalələrin tədqiqi və nəşri, aşıq musiqisi-

nin və muğamların yazılması və tədqiqi, qədim xalq musiqi alət-

lərinin bərpası  və  tədqiqi,  Şərq və  Qərb musiqisinin qarşılıqlı 

əlaqəsi problemlərinin təhlili – bu gün bizim müasir musiqişü-

nasları  cəlb edən bütün bu mövzu və problemlər Üzeyir Hacı-

bəylinin tədqiqatları ilə başlanmışdır. Ü.Hacıbəylinin nəzəri və 

musiqi-estetik konsepsiyasının ənənələri incəsənətin daha geniş 

sahəsinə, onun ümumi nəzəriyyəsinə təsir etmişdir. Bizim bir sı-

ra müasir bəstəkarlarımız da Ü.Hacıbəyli kimi özlərinin nəzəri 

konsepsiyaları ilə çıxış edirlər. Elə bu cəhət də Ü.Hacıbəyli ənə-

nələrinin davamıdır. Onlar həm  şəxsi yaradıcılığının təcrübəsi-

nə, həm də Azərbaycan və dünya musiqisinin inkişaf təcrübəsinə 

əsaslanmışdılar. Bununla əlaqədar Q.Qarayevin, F.Əmirovun 

mühüm nəzəri məqalələrini qeyd etmək kifayətdir. 

Biz son sözdə vaxtilə Üzeyir Hacıbəylinin irəli sürdüyü müd-

dəalarla müasir nəzəri, musiqi-estetik problemlər arasında bəzi 

paralelləri izləmək istərdik. 

Ü.Hacıbəylinin xəlqilik konsepsiyasının çox mühüm müddə-

ası  bədii yaradıcılığın zamanın qabaqcıl ideyalarıyla möhkəm 

əlaqəsi problemidir. 




 

157 


Ü.Hacıbəyli yazırdı: “Biz ətrafımızda törənən hadisələrə la-

qeyd baxa bilmərik. Öz yaradıcılığında həyatdan qida almayan, 

xalqın ruhunu bilməyən, mübarizədən kənarda qalaraq hadisələ-

rə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, yalnız özü 

üçün yarada bilər”.

1

 



Ü.Hacıbəylinin bu sözlərilə bizim digər böyük bəstəkarımız 

Q.Qarayevin musiqi sənətimiz haqqında dediyi sözlər necə  də 

həmahəng səslənir: 

“Zamanın tələbi, cəmiyyətimizin inkişaf prosesi, müasir dün-

yada baş verən dramatik hadisələr, elmin həyrətamiz nailiyyətlə-

ri və imperialist təcavüzkarların dəhşətli cinayətləri – dünya ha-

disələrinin bu başgiçəlləndirici ritmi milyonların diqqətini özunə 

cəlb edir, insanları bir çox şəxsi və ictimai kompleks məsələləri 

həll etmək zəruriyyəti qarşısında qoyur. Bütün bunlara Azərbay-

can sənətkarı laqeyd qala bilməz. O, öz xalqının həyatına qırıl-

maz tellərlə bağlıdır. Odur ki, dünyanın qaynar hadisələrinə 

seyrçi kimi kənardan baxmır. Bu, yaradıcılığın təbiətindən do-

ğur. Əsl sənətkar, istər-istəməz öz estetik idealları uğrunda dö-

yüşə atılır, həyat səhnəsində fəal rol oynamağa çalışır, o həmişə 

xalqla birlikdədir, xalqın özüdür”.

2

 



Millilik və beynəlmiləllik, ənənə və novatorluq problemləri-

nə aid Ü.Hacıbəyli konsepsiyasının bir çox müddəaları bu gün 

də öz aktuallığını saxlamışdır. F.Əmirov yazırdı: 

“Müasir dövrdə xalqların bir-birinin mədəni nailiyyətlərin-

dən vaxtında xəbər tutması üçün hər cür imkan vardır və belə bir 

əlaqəyə indi həmişəkindən daha çox ehtiyac duyulur. Musiqi 

əlaqəsi mədəniyyətlərin bir-birinə qarşılıqlı  təsiri və qarşılıqlı 

zənginləşmə prosesinə, xalqların yaxınlaşmasına ciddi təsir gös-

tərən amillərdən biridir”.

3

 



Azərbaycan musiqisinin digər xalqların musiqi mədəniyyəti 

ilə qarşılıqlı  əlaqəsi və  təsiri məsələlərində  ən mühüm cəhəti 

                                                 

1

 Hacıbəyov Ü. Dövrümüzə layiq musiqi əsərləri yaradaq. Əsərləri, II c., 



B., 1965, s. 181. 

2

 Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qobu-



stan, 1969, № 1, s. 8. 

3

 Əmirov F. İfaçılıq-tələbkarlıq. Musiqi səhifələri, B., 1978, s. 63. 




 

158


Ü.Hacıbəyli musiqimizin yeni janr və formalarla zənginləşmə-

sində görürdü. Doğrudan da, bizim musiqinin, Ü.Hacıbəylinin 

özünün yaradıçılığının, onun müasirlərinin 

 

Azərbaycan bəstə-

karlarının sonrakı nümayəndələrinin təcrübəsi bəstəkarın bu fik-

rinin doğruluğunu sübut etdi. 

Azərbaycan musiqisinin inkişafı yeni janrların, formaların, ifa-

də vasitələrinin mənimsənilməsi ilə seçilir. Q.Qarayev yazırdı: “Bi-

zim çoxumuz, bəstəkarların yaşlı nəsli Azərbaycan musiqisinin bir 

neçə inkişaf dövrünü görmüşük. Biz “Koroğlu”nun ilk tamaşasında 

iştirak etmişik. Xalqımızın tarixində simfoniya janrı, kamera musi-

qisi, balet sənəti gözlərimiz qarşısında yaranmış və bərqərar olmuş-

dur. Vaxt var idi bizi 

 

Azərbaycan bəstəkarlarını barmaqla saymaq 

olurdu.  İncəsənətimiz gözlərimiz qarşısında möhkəmləndi və boy 

atdı, cəsarətlə Ümumittifaq miqyasına çıxdı, sonra isə dünyanın 

bütün qitələrində gur, gənc səslə öz varlığını bildirdi. Hazırda vətə-

nimizin çoxmillətli incəsənəti içərisində Azərbaycan bəstəkarlıq 

məktəbi özünəməxsus ləyaqətli yer tutur”.

1

 



Əgər Ü.Hacıbəyli dövründə bizim balet sənətimiz yalnız bir 

əsərlə 



 

Ə.Bədəbəylinin “Qız qalası” baleti ilə təmsil olunurdusa, 

indi Azərbaycan baleti ümumi balet məktəbinin qüvvətli qoludur.  

Musiqimizin yeni, ümumbəşəri janr və formaları, Azərbay-

can musiqisinin digər xalqların musiqi mədəniyyəti ilə sıx əlaqə-

si uğrunda mübarizə aparan Ü.Hacıbəyli eyni zamanda milli 

ənənələrə böyük ehtiyatla yanaşmağı daima tövsiyə edirdi. O, 

musiqimizin xüsusiliyini, spesifikliyini göz bəbəyi kimi qoruma-

ğa çağırırdı. Bəstəkar yazırdı: 

“Avropa musiqisini öyrənərkən bir şeyi yaddan çıxarmaq la-

zım deyildir ki, o da Avropa musiqisi ilə Şərq musiqisini qatış-

dırmamaq. Məsələn: “Şur” oxuyarkən içinə Avropa qina (oxuma 



 

Z.S.) stili salıb, “romansa” döndərməmək, “Bayatı-Şiraz” çalar-

kən Qərb musiqisinin “Arpecio”suna bənzər yaraşıqsız barmaq-

lar vurmamaq, bir Şərq havasını “harmonizə” edərkən xaric səsli 

“akkordlar” istemalı ilə havanı korlamamaq”. 

                                                 

1

 Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qo-



bustan, 1969, № 1, s. 8. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə