Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə43/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   39   40   41   42   43   44   45   46   ...   168

 

143 


lik “akkordların düzgün ardıcıllığını əldə etmək və lad səsqatar-

ları quruluşunun dəyişilməsini tələb edən harmonik kadanslar 

təşkil etmək qanununa yox, məntiqli qurulan müstəqil melodiya-

ların uyuşması qanunlarına əsaslanmalıdır”.

1

 

Azərbaycan musiqisində çoxsəslilik probleminin doğru həlli 



çox musiqiçiləri narahat edirdi. Bu problemə Hacıbəyli xüsusi 

tədqiqat həsr etmiş, təəssüf ki, onu qurtara bilməmişdir. Lakin 

“Azərbaycan xalq musiqisinin əsasları”nda və məqalələrində yü-

rütdüyü müddəalar bu məsələdə böyük rol oynamışdır. “Azər-

baycan xalq musiqisinin əsasları”nda Ü.Hacıbəyli “Şur” məqa-

mında eyni melodiyanın harmonizasiyasının iki nümunəsini gə-

tirir; ciddi üslubda ahəngləşdirmə, xalq üslubunda ahəngləşdir-

mə nümunələrini verir.



  

 

 

 

Gördüyümüz kimi, birinci harmonizasiyada “Şur” məqamın-



da melodiya tamamilə özünün məqam xüsusiyyətlərini, milli xa-

siyyətini itirmişdir. Ciddi üslubdakı harmonizasiya melodiyanı 

re minorda tam kadansa gətirib çıxarmışdır. 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 136. 




 

144


İkinci harmonizasiya, Azərbaycan musiqi dili üçün xas olan 

kvarta-kvinta səslənmələri, ostinat bas səsinin saxlanması ilə, 

“Şur” məqamında melodiyanın spesifik səslənməsini dəyişmir. 

Bununla əlaqədar qeyd etmək lazımdır ki, musiqimizdə çox-

səsliliyin inkişafı üçün harmonizasiyanın tətbiqindən çox, kontra-

punktun işlənməsi daha vacibdir, çünki kontrapunkt ifaçını majo-

ra və ya minora məcbur etmir. 

Gördüyümüz kimi, bu məsələdə  də Ü.Hacıbəylinin böyük 

nəzəri və  bədii uzaqgörənliyi aydın olmuşdur. O, çoxsəsliliyi 

Azərbaycan musiqisinə ona aydın olan, yaxın prinsiplər əsasın-

da, bu musiqiyə ruhən yaxın, doğma olan formalarda, onun mə-

qam əsaslarına yaxın formalarda tətbiq edirdi. 

Ü.Hacıbəylinin musiqi-estetik prinsiplərinin vacib cəhəti on-

dan ibarətdir ki, böyük bəstəkar dünya musiqi təfəkkürünün for-

malarını bizim musiqiyə mexaniki surətdə deyil, onun dərin və 

üzvi sintezini yaradaraq tətbiq etmişdir. Təbiidir ki, bu yol doğru 

və perspektivli olmaqla bərabər, həm də məqsədəuyğun idi. 

Ü.Hacıbəyli yazırdı ki, “Azərbaycan ladlarının müntəzəm 

sistemi və mənalı melodiyalar əmələ gətirməyin ciddi qanunları 

çoxsəsli musiqi yaranmasına nəinki mane olur, əksinə bunlar qu-

ru, cansız qammalar əsasında deyil, Azərbaycan xalq musiqisi-

nin canlı və həyati ladları əsasında böyük formalı çoxsəsli musi-

qi əsərləri üçün möhkəm bir bünövrədir”.

1

 



Bu problemlər öz təcrübi həllini Azərbaycan bəstəkarlarının 

əsərlərində və ilk növbədə Ü.Hacıbəylinin özünün yaradıcılığın-

da tapmışdır. “Koroğlu” operasındakı  məşhur “Çənlibel” xoru 

buna parlaq misal ola bilər. Bu xor milli polifonik üslubun par-

laq nümunəsidir. Bu xorun əsasına bəstəkar elə mövzu seçmişdir 

ki, mövzunun özü milli səslənmə və polifonik inkişaf üçün bü-

tün imkanlara malikdir. Mövzunun əsas səsləri fa diyez, mi və si 

kvarta-kvinta səsləridir ki, aşıq musiqisi üçün xasdır. Mövzu elə 

bu ardıcıllıqla imitasiya şəklində işlənir. 

Ü.Hacıbəylinin kontrapunktun milli polifoniyanın tərkib his-

səsi olması haqqında vacib nəzəri fikri özünün təcrübi təsdiqini 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları.  B., 1950, s. 36. 




 

145 


bu xorda tapmışdır. Kontrapunkt səslərin eyni vaxtda səslənmə 

imkanı artıq mövzunun özündə qoyulmuşdur. 

 

 

 



Digər hallarda olduğu kimi, xor, çoxsəslilik, harmonik üslub 

məsələsində  də  bəstəkarın canlı  təcrübəsi nəzəri ümumiləşdir-

mələr üçün əsas olmuşdur, onun nəzəri müddəaları isə bəstəka-

rın yaradıçılığını doğru yol ilə istiqamətləndirirdi. 

 

Şərq musiqisi və Qərb musiqi alətləri 

 

Avropanın temperə edilmiş sistemi ilə  əlaqədar olaraq 

Azərbaycan musiqisinin inkişafında mübahisəli məsələlərdən bi-

ri də musiqi alətləri məsələsi idi. Bu məsələ Hacıbəylinin “Şərq 

musiqisi və Qərb musiqi aləti” məqaləsində aydınlaşdırılmışdır. 

Məqalədə Hacıbəyli soruşur ki, Şərq musiqi aləti mövcud ol-

duğu halda, Şərq havalarını  Qərb aləti-musiqiyyəsi ilə çalmaq 

meylinə ehtiyac varmıdır? Bu suala bəstəkar təsdiqedici cavab 

verir. Şərq alətləri azdır, özü də onlar kifayət qədər mükəmməl-

ləşdirilməmişdir. Bundan irəli gələrək həmin problemin özü, yə-

ni Şərq musiqisinin Qərb alətlərində ifa etmək məsələsi heç bir 

şübhə doğurmur. Lakin o, bu ümumi məsələdə iki çətinliyi ayırır: 

1. Qərb alətlərinin tembri Şərq musiqisinin xasiyyətinə uy-

ğun gəlirmi? 

2. Şərq musiqisində mövcud olan sədalar (tonlar) Qərb musi-

qi alətində tamamilə mövcuddurmu və  pərdələri bir-birinə mü-

vafiqdirmi? 



 

146


Ü.Hacıbəyli göstərir ki, Qərb musiqiçilərinin özləri tembrinə 

görə  nəfəsli alətlərdən  Şərq musiqisinin üslubuna digərlərdən 

daha çox “hoboyun” və “ingilis nəfiri”nin uyğun olduğunu he-

sab edirdilər. Ona görə, Qərb musiqi əsərlərində “oriyental” epi-

zodlar bu alətlərə  həvalə edilərdi. Hacıbəyli qeyd edir ki, bu 

alətlərin səslənməsi bizim nəfəsli alətlərimiz zurna və yastı bala-

banı xatırladır ki, onlar da “melanxoliya” təsiri vardır. 

Ü.Hacıbəyli Qərb alətlərindən Şərq musiqisinin incəliklərini 

ifadə edə bilən digər alət kimi skripkanı göstərir. Qərb alətləri-

nin ümumi xasiyyətnaməsindən sonra Hacıbəyli məqalədə konk-

ret olaraq hər alətin öz xüsusiyyətlərini, bu və ya digər muğamın 

ifasında onun imkanlarını göstərir. 

Məsələn, “Segah” dəstgahı öz xasiyyətinə görə Qərbin digər 

alətlərindən daha çox skripkada çalmaq üçun yaraşır.  Ən çox 

skripkaya xas olan “qlissando” üsulu daha çox “Segah” muğa-

mına müvafiq gəlir. Altın tutqun və kədərli tembri isə “Çaharga-

h”a daha çox yaraşır. 

Ü.Hacıbəylinin dediyinə görə, violonçelin füsunkar sədası 

Şərq dəstgahlarından “Şüştər”, “Bayatı-Şiraz” və “Humayun”u 

böyük bir bacarıqla ifadə etmək üçün uyğundur. Nəfəs ilə çalı-

nanlardan böyük fleyta ki, bəmdə çalınanda ney sədasına bənzə-

yir, “Bayatı-İsfahan” və “Bayatı-Şiraz” üçün çox yaraşandır. 

Klarnetin “bəm” sədası “Çahargah”, “Miyanxanəsi” isə “Hicaz”, 

“Bayatı-Kürd” və bunlara bənzər dəstgahlar üçün uyğun gəlir. 

Faqot və yumşaq səsli valtorna “Şur”, nəfəslə çalınanlardan gu-

rultulu sədaları olan truba və trombon “Rast” dəstgahını lazı-

mınca ifadə edə bilər. 

Ü.Hacıbəyli hər muğama uyğun registrləri də müəyyənləşdi-

rir, məsələn, klarnetin aşağı registri “Cahargah”a, orta registri 

“Hicaz”a və “Bayatı-Kürd”ə yaraşır.

Ü.Hacıbəyli belə hesab edir ki, “...fəqət ümumiyyətlə  Qərb 

musiqi alətlərinin “tembr”cə  Şərq musiqisinə çox gözəlcəsinə 

yaraşdığını heç bir musiqiçi inkar etməz və edə də bilməz”.

1

 



                                                 

1

 Hacıbəyov Ü. Şərq musiqisi və  Qərb musiqi aləti.  Əsərləri, II c., B., 



1965, s. 228. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə