Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə46/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   42   43   44   45   46   47   48   49   ...   168

 

153 


Gördüyümuz kimi, milli musiqinin inkişaf məsələlərini 

Ü.Hacıbəyli əvvəlki kimi beynəlmiləl musiqi əlaqələri və təsir-

ləri məsələlərindən ayrıca həll etmir. Bu iki məsələni o, bir-bi-

rindən ayrılmamış, vəhdətdə  həll edir: “Azərbaycan türkləri 

ümumi musiqini elm və  sənətimizdə öyrənməlidirlərmi, yoxsa 

buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə işti-

ğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə 

“Ala franga” yaxud bizlərdə “Yevropeyski” deyilən musiqini də 

öyrənmək lazımdırmı?”. 

Ü.Hacıbəyli bu suala belə cavab verir: “Bəli, lazım və vacib-

dir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi 

bundan asılıdır”. 

Ü.Hacıbəyli qeyd edir ki, musiqi sahəsində yaranmış  mədəni 

zənginlikləri bilmədən özünü savadlı müasir musiqiçi hesab etmək 

olmaz. Heç bir mədəni millət ümumi və beynəlmiləl xasiyyəti olan 

dünya mədəniyyətinin nailiyyətlərinə biganə qala bilməz. 

Ü.Hacıbəyli belə yazır: “Azərbaycanda türk əhalisi arasında mu-

siqi təhsilini yaymaq istərkən, Bax, Motsart, Bethoven kimi musiqi 

dahilərinin əsərlərini ondan gizlətsək, biz məqsədə nail olmarıq”

1



Bu fikri inkişaf etdirərək, Ü.Hacıbəyli belə  nəticəyə  gəlir: 

“Ümumi musiqi sənətini öyrənərkən, öz milli musiqimizin tə-

rəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq...  

Lakin Ü.Hacıbəyli Avropa musiqi mədəniyyətini yalnız bilik 

əldə etmək məqsədilə irəli sürmürdü. Bu məsələni o, daha dərin-

dən, dialektik həll edirdi. 

“Bizim çoxmillətli İttifaqımızda heç bir daxili milli məzmu-

nu olmayan musiqi, yəni nə rus, nə Azərbaycan, nə eston musi-

qisi sayıla bilməyən musiqi olmamalıdır. Milli xüsusiyyətlərin-

dən məhrum olan belə musiqini heç kəs başa düşmur. Lakin öz 

xalqının milli dili ilə yazılan musiqi isə, nətiçə etibarilə, interna-

sional olur”

2



                                                 



1

 Hacıbəyov Ü. Azərbaycanın musiqi-maarif məsələləri. Azərbaycan 

musiqi sənəti haqqında. B., 1966, s. 27. 

2

 Hacıbəyov Ü. Bəstəkarlar  İttifaqının plenumunda çıxışı. “Советская  



музыка” jurnalı, 1946, № 4. 


 

154


O, sənətdə həmişə böyük ideyalar carçısı olmuşdu. Bəstəkar 

musiqi əsərlərinin süjetlərinin müasir həyatdan götürülməsini tə-

ləb edirdi. 

Xalqa musiqi sənətinin yaradıcısı və tənqidçisi kimi yanaşan 

Üzeyir Hacıbəyli onu incəsənətin  ən yüksək qiymətləndiricisi 

hesab edirdi: 

“Xalq yalnız yaradıcı, yalnız kompozitor deyildir, xalq eyni 

zamanda misilsiz tənqidçidir və musiqi əsərlərinin  ən yaxşı “is-

tehlakçısıdır” və xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını 

pisdən seçir və... ideyasız dəbdəbələri amansızcasına rədd edir”

1



 Üzeyir Hacıbəylinin bu fikri rus musiqisinin banisi M.İ.Qlin-



kanın məşhur sözləri ilə  səsləşir: “Musiqini xalq yaradır, biz 

sənətkarlar isə onu aranjirə edirik”. 

Üzeyir Hacıbəylinin məqalələrini oxuyarkən diqqəti cəlb 

edən mühüm cəhət bəstəkarın hər sətrində, hər cümləsində özü-

nü büruzə verən dərin mühakimə qabiliyyəti, iti və parlaq zəka

geniş erudisiya, siyasi gözüaçıqlıq, qüvvətli bədii istedaddır. 

Bəstəkarın geniş erudisiyası onun müxtəlif məsələlərdən sərbəst 

şəkildə bəhs etməsindən görünür. 

Üzeyir Hacıbəylinin məqalələrindən onun xüsusilə fəlsəfəyə 

yaxşı bələd olması aşkar olur. O, bir çox hallarda sırf fəlsəfi ter-

minlər işlədir, antik filosoflardan Ərəstunun və Əflatunun, Şərq 

filosoflarından  İbn Sinanın,  əl-Farabinin, rus inqilabçı-demok-

ratlarından A.V.Kertsenin, N.Q.Çernışevskinin. L.Tolstoyun, 

habelə Şopenhauerin və b. fəlsəfi görüşlərinə müraçiət edir. 

Təbiidir ki, Üzeyir Hacıbəyli musiqidən başqa ədəbiyyat və 

incəsənətin digər formalarına da maraq göstərir. Onun bayatılar-

dan, zərb-məsəllərdən, atalar sözlərindən, folklorun digər forma-

larından, eləcə də Azərbaycan, rus, Qərb və Şərq ədəbiyyatından 

gətirdiyi müxtəlif misallar bəstəkarın ədəbiyyatı nə qədər gözəl 

bildiyinə canlı sübutdur. 

Üzeyir Hacıbəyli incəsənətin digər formalarından teatra xü-

susi diqqət göstərirdi. O, dərin mənalı mülahizələr vasitəsilə te-

atr sənətinin müxtəlif formalarının əhəmiyyət və rolundan danı-

                                                 

1

 Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 322.  




 

155 


şır, faciə, dram, komediyanın tarixi təhlilini verərək, onların hə-

yatı əks etdirməkdə vacib rolunu qeyd edirdi. 

Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqi teatrının deyil, 

eyni zamanda dramatik teatrın bir çox hadisələrini qiymətləndir-

miş, H.Ərəblinski, H.Sarabski və başqa teatr xadimləri haqqında 

gözəl fikirlər söyləmişdir. 

Üzeyir Hacıbəyli ümumiyyətlə sənət haqqında, sənətin fəlsəfəsi 

haqqında, estetika haqqında bir çox dərin mülahizələr yürütmüşdü. 

Üzeyir Hacıbəylinin sırf estetik problemlərə  həsr olunmuş 

əsəri olmasa da, o, ilk dəfə musiqi sənətimizdə ideyalılıq, rea-

lizm, xəlqilik,  ənənə  və novatorluq, millilik və beynəlmiləllik 

kimi problemləri irəli sürmüş  və özünün bəstəkarlıq yaradıcılı-

ğında onları həyata keçirmişdir. 

Əlbəttə, Azərbaycan musiqisinin inkişafının müasir mərhələ-

sində millilik və beynəlmiləlçiliyin, ənənə və novatorluğun konk-

ret formada həlli Üzeyir Hacıbəylinin yaratdığı illərdəkindən 

fərqlidir. Lakin Üzeyir Hacıbəyli estetikasının əsas prinsipləri də-

yişməz qalır. Bəstəkar özü bu haqda belə deyir: “Bu mürəkkəb 

problemin həllinə dair hər hansı resept vermək olmaz. Hər  şey 

bəstəkarın istedadından, həvəsindən və sənətkarlığından asılıdır”

1



Millilik və beynəlmiləlçilik problemini Ü.Hacıbəyli dünya 



və milli mədəniyyətlərin nailiyyətlərinin üzvi sintezi kimi başa 

düşürdü, bizim musiqimizin gələcək inkişafı da bu maqistral yol 

ilə addımlamışdır. 

 

* * * 



 

Sonda qeyd etmək istərdik ki, Böyük bəstəkar və alim, aka-

demik Üzeyir Hacıbəylinin yaradıcılığını bütövlükdə araşdırar-

kən, onun əsərlərini təhlil edərkən, zəngin musiqi irsindən nəti-

cələr çıxararkən,  ən  əvvəl bir keyfiyyətə  təəccüblənirsən. Dahi 

sənətkar Azərbaycan xalq musiqisinin çoxəsrlik təcrübəsini nə-

inki ümumiləşdirə bilmiş, tədqiq etmiş, sistemləşdirmiş, profes-

                                                 

1

 Hacıbəyov Ü. Cəsarətlə yaratmalı, məhsuldar işləməli.  Əsərləri, II c., 



B., 1965,  s. 341. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə