Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə48/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   44   45   46   47   48   49   50   51   ...   168

 

159 


Ü.Hacıbəyli belə nəticəyə gəlir ki, Avropa musqisini öyrən-

mək Şərq musiqisini xarablamaq üçün deyil, bəlkə “savad, elm 

və bilik kəsbi üçündür ki, bu bilik sayəsində öz Şərq musiqimi-

zin qəvaidini daha tez, xüsusiyyətlərini daha aydın dərk etmək 

və binam əliyyə tərəqqisinə də daha artıq kömək etmək olar”.

1

 



Ü.Hacıbəyli dəfələrlə muğam ifaçılarını milli musiqi mədə-

niyyətinin sərvətinə ehtiyatla yanaşmağa, onu dərindən, elmi su-

rətdə öyrənməyə çağırırdı. 

Təəssüflə qeyd etmək istərdik ki, bu gün də, Ü.Hacıbəylinin 

çox illər bundan əvvəlki xəbərdarlığına baxmayaraq, xalq musi-

qisinin böyük ustaları ilə bərabər, elə ifaçılar da vardır ki, öz ya-

radıcılığına ciddi yanaşmır, muğamları yad əlavələrlə korlayır və 

Azərbaycan xalqının musiqi dühası ilə yaranmış bu gözəl nümu-

nələrinin bənzərsizliyini tələf etmək qorxusu yaradırlar. 

Ona görə bir çox bəstəkar və musiqişünaslarımızın bu məna-

da həyəcanı  və narahatçılığı tamamilə  əsaslıdır və Ü.Hacıbəyli 

fikirləri ilə uyğun gəlir. 

Xalq alətləri ansambllarının rəhbərlərini nəzərdə tutaraq Qa-

rayev yazırdı ki, “Ansambl rəhbərlərinin əsas borcu xalq musiqi-

mizi yabançı və kənar təsirlərdən qorumaq, onun təhrif olunma-

sına, xaricdən gəlmiş “ekzotik ədviyyat” ilə qarışdırılmasına im-

kan verməməkdir. Gözəl xalq musiqisi kimi zəngin xəzinəmiz 

ola-ola başqasını  təqlid eləməyə,  əsil-nəcabəti məlum olmayan 

melodiyaları camaata sırımağa, eklektika ilə məşğul olmağa bi-

zim ixtiyarımız yoxdur”.

2

 

F.Əmirov da qeyd edirdi ki, “İndi muğam ifaçılığında mühüm 



məsələlərdən biri Azərbaycan muğamlarını yad təsirdən qorumaq 

işidir. Bəzən elə olur ki, məsələn, “Şur” dəstgahı elan edilir. Qulaq 

asanda görürsən, bir təsnif, yaxud bir rəng, məsələn, İran və ya türk 

musiqisidir. Əlbəttə, İran, türk, yaxud ərəb təsnif və rənglərini ifa 

etmək olar, lakin onu Azərbaycan muğamatına qatmamaq şərtilə. 

Bu məsələ bir də ona görə ciddidir ki, əgər muğamlarımız indi tə-

                                                 

1

 Hacıbəyov Ü. Teatr təəssüratı. Əsərləri, II c., B., 1965, s. 209. 



2

 Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qo-

bustan, 1969, № 1, s. 8. 



 

160


miz ifa olunmazsa, orada yad musiqi ünsürləri özünə yer taparsa, 

gələcək nəsil də onu beləcə qəbul edəcəkdir”.

1

 

Bu məsələ ilə sıx əlaqədə olan problem milli alətlər məsələ-



sidir. O həm millilik və beynəlmiləllik, həm də musiqi dili prob-

lemi ilə bağlıdır. Azərbayçan musiqisini onun milli xüsusiyyəti-

ni itirmədən Avropa alətləri vasitəsilə ifa etmək mümkündürmü? 

 

sualı Ü.Hacıbəylini daim düşündürmüşdür. Bəstəkarın şəxsi ya-

radıcılıq təcrübəsi, onun görüşlərinin təkamülü və Azərbaycan 

musiqisinin inkişafı Azərbaycan xalq musiqisinin Avropa alətlə-

ri vasitəsilə tamamilə verilməsi fikrinin məqsədəuyğun olmama-

sını təsdiq etmişdi. 

Lakin Avropa və milli alətlərin bir orkestr daxilində səslən-

məsi, onların üzvi sintez yolu daha perspektivli oldu. Belə ki, 

Ü.Hacıbəyli simfonik orkestrin tərkibinə tarı, kamançanı, dəfi və 

s. milli Azərbaycan alətlərini cəsarətlə daxil etdi. Sonralar digər 

bəstəkarlarımız da bu üsulu geniş işlətdilər. 

Bu  ənənə Q.Qarayevin III simfoniyasında özünün orijinal 

ifadəsini tapdı. Kamera orkestri ilə ifa olunan simfoniyanın ikin-

ci hissəsində Q.Qarayev Avropa alətləri vasitəsiylə Azərbaycan 

xalq aləti sazın səslənməsini ala bilmişdi. 

Ü.Hacıbəylinin məqam sisteminin tədqiqi (bəstəkarın öz ya-

radıcılığı buna əsaslanmışdır) bu gün müasir musiqi dilinin inki-

şafı üçün öz əhəmiyyətini saxlayır. Q.Qarayev məruzəsində bu 

haqda belə demişdir: “Üzeyir Hacıbəyli musiqisinin, xüsusilə 

“Koroğlu” operasının dərin təhlili göstərir ki, bəstəkar mürəkkəb 

və cəsarətli məqam sistemi işləyib hazırlamış və ona ciddi əməl 

etmişdir. Bu sistem bəstəkarın sonradan Azərbaycan musiqisinin 

üslubuna çevrilmiş nəzəri işindəkindən müqayisə edilməz dərə-

cədə incə və dərindir. Üzeyir Hacıbəylinin harmonik dilində heç 

bir xüsusi kəşf iddiası olmasa da, bəstəkarın musiqisi bütövlük-

də şübhəsiz müasir quruluşdadır, böyük sənətkarın özü isə müa-

sir musiqi təfəkküründə cəsarətli novatordur”.

2

 



                                                 

1

 Əmirov F. İfaçılıq-tələbkarlıq. Musiqi səhifələri, B., 1978, s. 67. 



2

 Qarayev Q. Azərbaycan bəstəkarlarının III qurultayında məruzə. Qobu-

stan, 1969, № 1, s. 8. 



 

161 


Üzeyir Hacıbəylinin nəzəri və musiqi-estetik irsi, bu dahi in-

sanın bədii yaradıcılığı kimi, Azərbaycan mədəniyyətinin xəzi-

nəsinə böyük töhfədir. 

Dahi bəstəkarın ənənələri yalnız onun ölməz musiqisində de-

yil, həm də Azərbaycan musiqi sənətinin inkişafında böyük rol 

oynamış akademik, musiqişünas-alimimizin nəzəri və musiqi-

estetik irsində yaşamaqdadır. 

Xalqın qəlbinə, məişətinə Üzeyir Hacıbəyli qədər dərindən 

nüfuz etmiş sənətkara, doğrudan da, ölüm yoxdur! 

 

*  *  * 



 

162


 

 

II HİSSƏ 

 

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  

AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNDƏ 

YARANMIŞ YENİ JANRLAR 

(Opera və operettalar haqqında diskussiya)  

 

Azərbaycanda Sovet һakimiyyəti qurulmasının ilk illərində 



Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və onların ardıcılları 

musiqi ictimaiyyətimizin qarşısında duran məsələləri düzgün ba-

şa düşən xadimlərdən olmuşlar. 

Keçmişin  һansı  ənənələrini mütərəqqi, qabaqcıl,  һansılarını 

isə mürtəce, zərərli һesab etmək olar? Novator sənəti һansı ənə-

nələrə  əsaslanmalıdır? Bu suallar Azərbaycanda Sovet һakimi-

yətinin elə ilk illərində estetik diskussiyaların mərkəzində da-

yanmışdı. Bu diskussiyalardan biri də mətbuatda milli musiqinin 

problemləri ətrafında gedirdi. 

Milli Azərbaycan operasının inkişaf yolları һaqqında diskus-

siya opera sənətinin sırf professional məsələlərindən kənara çıx-

mışdı. O, ənənə və novatorluq problemləri һaqqında estetik dis-

kussiyaya çevrilmişdi. 

Niyə  məһz operanın inkişaf məsələləri mübaһisələrin diqqət 

mərkəzində olmuşdur? Çünki bu, yazılı professional Azərbaycan 

musiqisinin movcud olan iri janrlarından biri idi ki, artıq Ü.Hacıbəy-

linin, M.Maqomayevin, Z.Hacıbəyovun əsərləri ilə təqdim olunmuş-

du. Əgər milli simfonik, xoreoqrafik, xor əsərlərinin yaranması һələ 

gələcəyin məsələsi idisə, opera janrında artıq təcrübə var idi və bu 

təcrübəni necə qiymətləndirmək məsələsini һəll etmək lazım idi. 

Həmin ruһda yeni əsərlər yaradaraq, milli opera sənətinin ənə-

nələrini davam etdirmək və yaxud onlardan tamamilə imtina edə-

rək, diskussiyanın bəzi iştirakçılarının təklif etdiyi kimi onları 

ərəb əlifbası və çadra ilə birlikdə arxivə təһvil vermək lazımdır? 

Hələ üçüncü yol da var idi: ilk təcrübələrin tarixi əһəmiyyətini in-

kar etməyərək, digər əsaslarda yeni əsərlər yaratmaq yolu idi. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə