Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə56/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   52   53   54   55   56   57   58   59   ...   168

 

185 


də Şərq və  Qərb, monodik və homofon düşüncə tərzlərinin üzvi 

vəhdətinə nail olmuşdur.”

1

 

Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 



1885-ci ildə Qroznı şəhərində anadan olub. Kiçik Müslümün do-

ğulub boya-başa çatdığı ailədə ədəbiyyata, dram əsərlərinə, mu-

siqiyə çox böyük həvəs və maraq var idi. Demək olar ki, ailə 

üzvlərinin hamısı qarmonda çalmağı bacarırdı. Müslümün bö-

yük qardaşı  Məhəmməd parlaq musiqi istedadına malik olub, 

qarmon və fleytada gözəl çalırdı. Geniş erudisiya və yaradıcı qa-

biliyyətə malik olan qardaşı Məhəmmədin kiçik Müslümün for-

malaşmasında böyük rolu olub. Dünyaya göz açdığı ilk günlər-

dən belə bir yaradıcı atmosferdə, musiqi və ədəbiyyat maraqları-

nın qovuşduğu bir şəraitdə böyüməsi nadir musiqi istedadına 

malik olan Müslüm Maqomayevin gələcək yaradıcılıq uğurları-

nın əsas təməlini qoyub. O, ilk təhsil aldığı Qroznı şəhər məktəbin-

də skripkada çalmağı öyrənir, məktəb xorunda oxuyur. 1900-cü 

ildə  həmin məktəbi bitirib, Qoridəki Zaqafqaziya müəllimlər se-

minariyasına müdavim qəbul edilir. Öz xalqının maariflənməsində 

fəal rol oynayan bir çox Azərbaycan ziyalıları  məhz bu təhsil 

ocağında oxuyurdular. Azərbaycan mədəniyyətinin N.Nərimanov, 

C.Məmmədquluzadə, Ü.Hacıbəyli, S.S.Axundov, R.Əfəndiyev, 

M.Mahmudbəyov və başqaları kimi ən mütərəqqi nümayəndələri-

nin təhsil aldığı bu seminariyada Müslüm Maqomayev dövrün 

maarifpərvər ziyalıları ilə dostlaşır.  Bir ildə, bir ayda, bir gündə 

anadan olmuş iki istedadlı cavan Üzeyir Hacıbəyli və Müslüm 

Maqomayev  məhz  bu seminariyanın divarları arasında bir-biri-

nə yaxınlaşır və ömürlərinin sonunadək Azərbaycan musiqi mə-

dəniyyətinin inkişafına birlikdə xidmət edirlər.  

Qori seminariyasında M.Maqomayev bir sıra musiqi fənnləri 

üzrə təhsil alır. Skripka təhsilini çox ciddi və tələbkar müəllim kimi 

tanınan M.L.Pekkerdə davam etdirir. Eyni zamanda qoboyda çal-

mağı öyrənir, simli və nəfəsli tələbə orkestrlərində çıxış edir, dünya 

musiqisinin inciləri ilə tanış olur, onların bəzi nümunələrinin ifası 

                                                 

1

 Hüseynova A.  Müslüm Maqomayev və Azərbaycan musiqisi. Müslüm 



Maqomayev (Oçerklər). Bakı, 2003, s. 6. 


 

186


ilə məşgul olur. Musiqi ifaçılığı ilə yanaşı o, musiqi nəzəriyyəsinə 

də biganə qalmır. S.P.Qoqliçidze adlı vokal müəllimindən həm vo-

kal, həm də nəzəriyyə dərsləri alır. Musiqi bu gəncin həyat tərzinə 

çevrilir. Dərslərdən boş olan vaxtlarında da Ü.Hacıbəyli ilə birgə 

müxtəlif opera tamaşalarına və klassik musiqidən ibarət konsertlərə 

gedirlər. Sonralar Üzeyir Hacıbəyli Müslüm Maqomayevin tələbə-

lik illərini xatırlayarkən yazırdı: “Müslüm Maqomayev aramızda 

ən yaxşı skripkaçalan və qoboyçalan sayılırdı. Seminariyada şa-

girdlərin qüvvəsilə təşkil edilmiş simfonik və nəfəsli orkestrin tez-

tez konsertləri olurdu. Əlbəttə, bu konsertlərin heç biri istedadlı, 

musiqini bütün qəlbi ilə sevən Müslümün ən fəal iştirakı olmadan 

keçmirdi. Müslüm Maqomayev artıq on səkkiz yaşlı  gənc ikən 

simfonik orkestrin baş musiqiçisi idi və çox vaxt dirijoru əvəz edir-

di”.


1

 Beləliklə, musiqi sənəti sahəsində xüsusi təhsil almayan 

M.Maqomayev fəal surətdə  gənclik illərindən başlayaraq öz üzə-

rində çalışır, dünya və eləcə də rus musiqi sənətinin möhtəşəm nü-

munələrini mənimsəməklə musiqi ifaçılığına və nəzəriyyəsinə dair 

qazandığı bilikləri artırmağa ciddi səy göstərirdi. 

Hələ seminariyada oxuyarkən Qafqaz və Zaqafqaziya xalqları-

nın, xüsusilə  də Azərbaycan musiqisinin vurğunu olan Müslüm 

Maqomayev Azərbaycan xalq mahnılarının füsünkarlığını, Azər-

baycan xalq rəqslərinin dinamikliyini, Azərbaycan muğam sərvəti-

nin misilsiz təsir gücünü çox yüksək qiymətləndirir və böyük hə-

vəslə Azərbaycan xalq musiqisi nümunələrini toplayıb öyrənməyə 

başlayır. Təsadüfi deyil ki, onun bu sahədə olan ilk  folklor yazıları 

1900-cü ildə Parisdə beynəlxalq sərgidə nümayiş etdirilir.  

1905-ci ilin əvvəlləri çar Rusiyasını və onun ucqar yerlərini 

bürüməkdə olan inqilabi hərəkatın getdikcə gücləndiyi bir dövr 

idi. Belə bir dövrdə müstəqil fəaliyyətə başlayan M.Maqomaye-

vin yaxın məsləkdaşı Ü.Hacıbəyli ilə birlikdə Azərbaycanın qa-

baqcıl ziyalılarının, N.Nərimanovun, M.Ə.Sabirin, S.S.Axundo-

vun, C.Məmmədquluzadənin, H.Zərdabinin, N.Vəzirovun, Ə.Haq-

verdiyevin, F.Köçərlinin, H.Cavidin, A.Şaiqin xalqın maariflən-

                                                 

1

  Гаджибеков  Узеир.  О  музыкальном  искусстве  Азербайджана.  Сб. 



статей, Баку, 1966, с. 72. 


 

187 


məsi və mədəni inkişafı üçün apardıqları ardıcıl mübarizəyə bö-

yük həvəslə qoşulması tamamilə təbii idi.  

1904-cü ildə Qori müəllimlər seminariyasında təhsilini  əla 

qiymətlərlə bitirdiyinə  və seminariyanın ictimai həyatında fəal 

iştirakına görə skripka aləti ilə mükafatlandırılan   Müslüm Ma-

qomayev bir müddət Şimali Qafqazın Bekoviçi kənd məktəbin-

də dərs deyir. O, bu məktəbdə işlədiyi zaman özünün seminari-

yadakı musiqi müəllimi M.Pekkerə yazmışdı: “Tale məni uzaq 

bir kəndə salmışdır. Burada yeganə sevincim, sizin mənə verdi-

yiniz “taxta parçasıdır”. Məhz bu skripka vasitəsilə  M.Maqo-

mayev Bekoviçi və  Lənkəranda, Bakı  və Sabunçuda tələbələr 

xoru, rəqs dərnəyi, xalq çalğı alətləri orkestri  yaratmış, ictimai 

konsertlər təşkil etmişdi”.

1

 Bu konsertlərdə Azərbaycan və digər 



xalqların mahnıları, ayrı-ayrı bəstəkarların müxtəlif janrlı əsərlə-

ri, valslar, marşlar, popurrilər, orkestr işləmələri ifa edilirdi. Bə-

zi konsertlərdə M.Maqomayevin skripkada solist qismində çıxış-

ları da olurdu. 

M.Maqomayev 1905-ci ilin sentyabrında Lənkəran  şəhər 

məktəbinə təyinat alır və altı il orada çalışır. Lənkəranda şagird 

orkestri və xoru, xalq çalğı alətləri orkestri təşkil edir.  Onun pe-

daqoji fəaliyyəti çox zəngin və hərtərəfli idi. O, şagird emalatxa-

naları, etnoqrafiya, təbiətsevərlər, tədbiqi incəsənət və xalq folk-

loru nümunələrini toplayan həvəskarlar dərnəyi təşkil edir, on-

larla yorulmadan və həvəslə məşğul olurdu.  

Lənkəranda Müslüm Maqomayev tərəfindən təşkil olunan 

dram dərnəyi əhali arasında böyük rəğbət qazanmışdı. Bu dərnə-

yin repertuarına Azərbaycan və rus müəlliflərinin kiçik həcmli 

əsərləri, vodevilləri daxil edilmişdi. Tamaşalarda Müslüm Ma-

qomayevin rəhbərliyi ilə ifa edilən instrumental musiqi və xor 

nömrələri xüsusi əhəmiyyət kəsb edirdi. Lənkəran dram tamaşa-

larının uğurları haqqında Bakı  mətbuatı yazırdı: “Səhnədə türk 

dilində “Axşam səbri xeyir olar” pyesi və “Kimdir müqəssir” 

vodevili göstərilirdi. Gənc ifaçılar öz rollarını tam kafi dərəcədə 

                                                 

1

 Qasımov Q. Müslüm Maqomayev.  Əbdül Müslüm Məhəmməd oğlu 



Maqomayev. Biblioqrafiya. Bakı, Elm, 2000, s. 23. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə