Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə57/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   53   54   55   56   57   58   59   60   ...   168

 

188


ifa etdilər. Tamaşa bitəndən sonra xor dəstəsi ana dilində alqış-

larla qarşılanmış “Ayın aydınlığı” nəğməsini oxudu”

1



Müslüm Maqomayev 1911-ci ilin payızında Tiflis müəllimlər 



institutunda imtahan verib, Bakıya – neft mədəni rayonlarından biri 

olan Sabunçuya müəllim göndərilir. O, burada da təkcə  dərs de-

məklə  kifayətlənmir; məktəbdənkənar işlərə çox zaman ayırır, öz 

şagirdlərinin – sadə fəhlə uşaqlarının mədəni səviyyəsini artırmağa, 

onlarda musiqiyə məhəbbət yaratmağa çalışır, məktəblilərə musiqi-

nin  əsaslarını öyrədir. Xalqın maariflənməsi və inkişafı yolunda 

əlindən gələni əsirgəmir; fəhlələrin savadsızlığını ləğv etmək üçün 

təşkil olunmuş axşam kurslarında gərgin iş aparır, dram dərnəkləri-

nin təşkilində həvəslə iştirak edir, maraqlı konsertlər verir. 

O dövrdə Azərbaycanın bir qrup görkəmli maarifpərvər ziyalısı 

başda Üzeyir Hacıbəyli olmaqla milli musiqili teatrın yaradılması 

uğrunda mühüm işlər görürdülər. Bu qrupun fəal üzvlərindən biri 

də M.Maqomayev idi. Burada Ü.Hacıbəylidən əlavə, Z.Hacıbəyov, 

H.Ərəblinski,  Ə.Ağdamski, H.Sarabski, Q.Pirimov, M.Əliyev, 

M.Terequlov  kimi digər qabaqcıl yaradıcı ziyalılar da iştirak edir-

di. M.Maqomayev əvvəllər teatr orkestrində skripka çalır. 1912-ci 

ildə Ü.Hacıbəylinin “Əsli və Kərəm” əsərinin tamaşasında ilk dəfə 

peşəkar dirijor kimi çıxış edir, bundan sonra dirijor çubuğu onun 

əlindən düşmür. Qeyd etmək lazımdır ki, elə həmin gündən M.Ma-

qomayev Ü.Hacıbəylinin bütün səhnə  əsərlərinə dirijorluq edərək 

ömrünün sonunadək yaxın dostunun yaradıcılığının alovlu təbliğat-

çısı olub. Onun dirijorluq fəaliyyəti Azərbaycanda peşəkar opera 

dirijorluğu tarixində ilk səhifədir. Musiqili teatrla bağlı fəaliyyətinə 

məhz opera dirijoru kimi başlayan M.Maqomayevin bu sahədə 

apardığı mübarizə  həyatının  əsas məqsədinə çevrilir, bəstəkar az 

zaman içərisində böyük uğurlar əldə edir.   

XX əsrin əvvəllərində Azərbaycanda musiqili teatr böyük zəh-

mət tələb edən çətin bir şəraitdə yaranırdı. Bu yolda əzmlə çalışan 

Azərbaycan ziyalıları gerilik və  ətalətlə üzləşir, bir çox dairələrin 

teatra göstərdikləri coxlu maneələrlə rastlaşmalı olurdular. Teatrın 

maddi çətinlikləri də çox idi. Bütün bu çətinlikləri qəhrəmanlıqla 

                                                 

1

 Bakı, 1909, 19 dekabr. 




 

189 


aradan qaldırmaqda, gənc teatrın mövqeyini möhkəmləndirməkdə 

ətrafında Müslüm Maqomayev kimi həmfikirlərini toplayan dahi 

Üzeyir Hacıbəylinin xüsusi xidməti olub. Onun Peterburqda təhsil 

aldığı dövrdə isə bəstəkarın bu şərəfli missiyasını M.Maqomayev 

başda olmaqla dövrün məşhur teatr xadimləri, Hüseynqulu Sarab-

ski və Məmməd Hənəfi Terequlov həyata keçirirlər. Müəyyən na-

razılıqlar üzündən tezliklə musiqili teatr qrupu “Nicat” mədəni-ma-

arif cəmiyyətinin tərkibindən ayrılıb, Ü.Hacıbəylinin rəhbərliyi ilə 

müstəqil qurum kimi uğurla fəaliyyətini davam etdirir. Lakin sabit 

məkanı, aktyor truppası, geyimləri və dekorasiyası olmayan Azər-

baycan musiqili teatrına hələ peşəkar adı vermək tez idi. Tamaşalar 

qeyri-müntəzəm qoyulur, səhnə  tərtibatı  zəif olurdu. M.Maqoma-

yev də təşlikatın digər üzvləri kimi, bir neçə işi öz öhdəsinə götü-

rürdü: həm aktyor təşkili, həm afişa tərtibi ilə məşğul olur, tamaşa-

ların məşqlərini keçirir, dirijor kimi çıxış edirdi.  

 

 



 

“Şah İsmayıl” operasının proqramı 




 

190


Tezliklə Azərbaycan musiqili teatrının fəal təşkilatçısı, or-

kestrin dirijoru olan M.Maqomayev məşhur “Şah İsmayıl” ope-

rasının müəllifi kimi də geniş şöhrət tapır. Opera üzərində işlə-

məyə 1913-cü ildə başlayan M.Maqomayev sonralar yazırdı: 

“İşim çox cəld gedirdi, royalda ifa etdiyim ilk parçalar tanışla-

rım tərəfindən rəğbətlə qarşılanmışdı”.

1

 Partiturası 1916-cı ildə 



tamamlanan “Şah İsmayıl” operası ilk dəfə 1919-cu ildə tamaşa-

ya qoyuldu, premyerası böyük müvəffəqiyyətlə keçdi.

2

  

Opera tamaşaçılar tərəfindən sonsuz maraqla qarşılandı, uğur 



qazandı.  Şah  İsmayıl rolunu məşhur aktyor H.Sarabski, Aslan 

şahı – H.Şərifov, Gülzar obrazını Y.Olenskaya ifa edirdi. Tama-

şanın dirijoru isə M.Maqomayev özü idi. Mətbuatda “Şah İsma-

yıl” operasının gənc müəllifi nadir istedada malik bir sənətkar 

kimi yüksək dəyərləndirilir, operanın musiqi dilinin melodikliyi-

ni, orkestr partiyasının ifadəliliyini, harmoniyasının rəngarəngli-

yini vurğulayırdılar. Xalq arasında geniş yayılmış məşhur dasta-

nın dramaturji əsasının məhəbbət və qəhrəmanlıq qollarını müəl-

lif musiqi dili ilə məharətlə ifadə edə bilmişdi. Obrazların zən-

gin daxili dünyasını ustalıqla xarakterizə edən bəstəkar tamaşa-

çıların dərin məhəbbətinə layiq gözəl səhnə əsəri yaratmışdı. La-

kin müsbət rəylərlə yanaşı bəzi iradlar da göstərilirdi. Bəstəkar 

özü də əsərin zəif tərəflərini hiss edirdi. Belə ki, qarşısına klas-

sik opera sənətinin ifadə vasitələrindən istifadə edərək milli ope-

ra yaratmaq məqsədi qoyan sənətkar, hələ bu işi tam şəkildə hə-

yata keçirməyə qadir deyildi. Həm dinləyicilərin tam hazırlıqsız-

lığı, həm də özünün klassik opera sənətinin incəliklərinə hələ la-

zımi səviyyədə  bələd olmaması müəyyən çətinliklər yaradır, 

bəstəkarı  əsas məqsədinə nail olmasına imkan vermirdi. Buna 

görə  də M.Maqomayev bütün yaradıcılığı boyunca dəfələrlə 

“Şah  İsmayıl” operasına qayıtmış, onun üzərində  işləmiş, yeni 

redaksiyalarını həyata keçirmişdi. 

                                                 

1

 İsmaylova Q.  Müslüm Maqomayev (rus dilində), Bakı, 1975, s. 17. 



2

 1916-cı ildə operanın partiturası artıq hazır idi, tamaşa 1916-cı ilin de-

kabr ayında göstərilməli idi, lakin H.Z.Tağıyevin teatrında baş verən yanğın 

premyeranı təxirə salır. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə