Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə59/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   55   56   57   58   59   60   61   62   ...   168

 

194


Qoyulan bu vəzifə  və  məqsəddən çıxış edərək M.Maqoma-

yev, əvvəlki kimi, yenə də Azərbaycan xalq musiqisinin toplan-

ması və öyrənilməsi, təbliğinə böyük diqqət yetirir və bu sahədə 

durmadan işləyir: Ü.Hacıbəyli, M.Maqomayev, Z.Hacıbəyov və 

C.Qaryağdıoğlunun birgə əməyi nəticəsində 1927-ci ildə respub-

likada Müslüm Maqomayevin ümumi redaktorluğu ilə “Azər-

baycan türk xalq nəğmələri” adlı ilk toplu işıq üzü görür. Bu 

topluya daxil olan otuz üç mahnı Ü.Hacıbəyli və M.Maqomayev 

tərəfindən nota salınmışdı. Mahnılardan ikisini Ü.Hacıbəyli yaz-

mış, on doqquzu Azərbaycanın məşhur xanəndəsi Cabbar Qar-

yağdıoğlunun ifasından nota salınmış, digər 12 mahnını Z.Hacı-

bəyov toplamışdı. Topluda əsas yeri qədim  əmək mahnıları – 

çoban və maldar əməyinə aid mahnılar, holavarlar tutur. Məhəb-

bət lirikasına, ailə-məişət mahnılarına, rəqs mahnılarına da geniş 

yer verilib. Bu mahnıların bəziləri təksəsli verilmiş, digərlərini 

isə Ü.Hacıbəyli və M.Maqomayev harmonizə etmişlər. Bu işlə-

mələrin dəyəri ondadır ki, hər iki bəstəkar harmonizə edərkən

mahnıların məqam  əsasına dəyməmiş, melodik və ritmik xüsu-

siyyətlərinə həssas yanaşmış, xalq yaradıcılığı nümunələrinin ən 

incə detallarına belə xüsusi diqqət yetirmışlər. Ona görə  də 

Azərbaycan xalq musiqi yaradıcılığının toplanması  işində ilk 

təcrübə olan bu toplu təkcə elmi deyil, eyni zamanda yüksək bə-

dii dəyər kəsb edir. M.Maqomayev topludakı mahnılardan C.Qar-

yağdıoğlunun ifasında “Qalalıyam”, “Bağçadan gələn səs”, “Həş-

tərxana gedən”, ”Dağıstan dağ yeridir”, “Gəl-gəl”, “Gözəlim sən-

sən” mahnılarını nota salmışdır.  

Bəstəkar ümumiyyətlə 300-dən artıq xalq mahnı nümunələri-

ni toplayıb, nota salmış, bəzilərini isə  səs və orkestr üçün işlə-

mişdir. Onun şəxsi arxivində 100 mahnı  və  rəqs havalarından 

ibarət nəşrə hazırlanmış “Azərbaycan el musiqisi. Xalq mahnıla-

rı” toplusu (1927) saxlanılır.

1

 Burada toplanan mahnılar janr və 



mövzu baxımından müxtəlif olsa da çox hissəsini məhəbbət liri-

kası təşkil edir: “Küçələrə su səpmişəm”, “Gül bağçalar”, “O xal 

nə xaldır”, “Səndən mənə yar olmaz” və b. Topluda “Rast” mu-

                                                 

1

 Maqomayev  M. Biblioqrafiya. – Bakı, 2000, s. 49. 




 

195 


ğamının da not yazısı vardır ki, bu yazı məşhur tar ifaçısı Qur-

ban Pirimovun ifasından nota alınmışdır. Bu toplu Azərbaycan 

xalq yaraqdıcılığının tədqiqi üçün çox dəyərli mənbədir. Belə ki, 

topluda mahnıların yaranma, ifa, nota salınma tarixləri barədə 

qiymətli faktiki material da yer alıb.  

Yuxarıda qeyd edildiyi kimi, Müslüm Maqomayev 30-cu il-

lərdə Azərbaycanda kütləvi mahnı janrına olan tələbatı görür və 

bu problemlə bağlı narahatlıq keçirirdi. Yeni yaranmış  cəmiy-

yətdə yaşayan insanlar gündəmdə olan müasir mövzulu, aktual 

mahnılar istəyirdilər. Bu tələbatı  nəzərə alan bəstəkar Ü.Hacı-

bəyli ilə yanaşı Azərbaycanda kütləvi mahnılar yaradan ilk mü-

əlliflərdən oldu. Azərbaycan musiqisinin tarixi musiqi ilə poezi-

yanın vəhdətinin, qarşılıqlı  əlaqəsinin yüksək nümunələrini əks 

etdirən parlaq, bəşəri vokal əsərlərlə  zəngindir.  М.Маqomayev 

belə bir qarşılıqlı əlaqəni öz vokal yaradıcılığında nümayiş etdi-

rən qüdrətli sənətkarlarımızdandır. O, öz yaradıcılığında Azər-

baycan ədəbiyyatından, poeziyasından ilham almış, onun obraz 

və süjetlərindən istifadə etmişdir. Bəstəkarın bütün mahnılarının 

müəllifi Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndəsi 

M.S.Ordubadi olub. Bu sənət tandeminin yaranması,  şübhəsiz, 

səbəbsiz deyildi. Görünür, dövrlərinin fəal, müasir sənətkarları 

olan M.Maqomayevlə M.S.Ordubadi bir-birinə daha yaxın, daha 

münasib ideya-estetik görüşə malik sənətkarlar olmuşlar. Nəzərə 

almaq lazımdır ki, 20-30-cu illərdə M.S.Ordubadi öz dövrünün 

aktual problemlərinin bədii həllini verən qabaqcıl ziyalılarımız-

dan, yazıçılarımızdan, söz ustalarımızdan biri idi. Çox güman ki, 

bu şairin poeziyasında bəstəkar onu düşündürən, ona ilham ve-

rən mövzuları, obrazları axtarıb tapa bilmiş və ahəngdar musiqi-

silə bu mürəkkəb hissiyatı açıb əks etdirmişdir. Deyildiyi kimi, 

Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə kütləvi mah-

nı janrının təməlini qoyanlardan idi. Və onun da mahnılarında 

dövrünün müasir mövzuları, abu-havası özünün parlaq ifadəsini 

tapırdı. Qeyd etmək lazımdır ki, vokal janrlar musiqi tarixi pro-

sesinin ümumi inkişafını həmişə həssaslıqla əks etdirmiş və da-

im yarandıqları dövrün ən fəal axtarışları  zəminində irəliləmiş, 

dövrün aktual problemlərini, xalqın həyatını, hiss və həyəcanla-




 

196


rını daha tez ifadə etmişlər. M.Maqomayevin M.S.Ordubadinin 

sözlərinə yazılmış “Mazut ordusu”, “Neft”, “Zərbəçi yoldaşım”, 

“Zərbəçinin nəğməsi”, “Kəndimiz” mahnılarında da o dövrün 

kütləvi mahnı janrına xas olan mövzu dairəsi, patriotik ruh hökm 

sürürdü. Bu mahnıların hamısında mətnlərdə verilən Azərbaycan 

xalqının mübariz ruhunu əks etdirən poetik obrazlar ümumiləşmiş 

şəkildə,  əsasən  şən, gümrah xassəli melodiya, dəqiq marşvari 

ritm, qətiyyətli “çağırış” intonasiyalarının istifadəsilə açılır. 

“Tarla”, “Saz”, “Kəklik”, “Yaz”, “May” mahnılarında isə mətndə 

verilən doğma diyarın təbiət mənzərələri, lirik mövzular yenə də li-

rik boyalarla, aydın, melodik, axımlı, sakit xarakterli musiqi vasi-

təsilə ifadə edilir. 30-cu illərdə  М.Маqomayevin yazdığı “Bizim 

kənd” mahnısında Azərbaycan kəndlisi obrazı yaradılmışdır. Mah-

nının poetik mətnində verilən  əsas ideya – əməyin tərənnümü – 

musiqinin marşvari, qətiyyətli melodiyasında öz ifadəsini tapır. 

Mahnının poetik mətninin məzmunu musiqidə ümumiləşmiş şəkil-

də verilib. Bəstəkarın digər “Tarla” mahnısında da melodiyanın sa-

kit, axımlı, incə səciyyəsi mətnin ümumiləşmiş obrazının açılma-

sında mühüm rol oynayır. 

Əksər hallarda bəstəkarın bütün mahnılarında mətnin obraz 

dairəsi ümumiləşmiş şəkildə verilib, bu da musiqidə mətnin in-

tonasiya çalarlarının ümumiləşmiş  şəkildə eyni əhval-ruhiyyəli 

musiqilə ifadəsini, hər hecaya bir notun uyğun gəlməsini (heca-

not prinsipi), forma strukturlarının çox zaman simmetrik, kvad-

rat quruluşlu olmasını şərtləndirib. Təbiət mənzərələrinin vəsfi-

nə həsr edilən mahnılarda, “Kəklik”, “May” və s., bəzən hecala-

rın bir neçə not vasitəsilə oxunması qeyd edilir ki, bu da mətndə 

verilən lirik obrazların rəngarəng çalarlarının melodiyada ifadə-

silə bağlı olaraq, musiqiyə kantilena xüsusiyyətləri aşılayır. 

M.Maqomayevin mahnılarında həm o dövrün kütləvi mahnı-

larının, həm xalq mahnılarının üslub xüsusiyyətləri sintezləşdiri-

lib. 30-cu illərdə  bəstəkarlarımızın yaradıcılığında təşəkkül ta-

pan digər yeni janrlar kimi, mahnı janrı sahəsində də axtarışlar 

gedirdi. Ola bilsin ki, bu janrda yaranan əsərlər çox da gözəl nü-

munələr deyildilər. Lakin mövzu, musiqi ifadə vasitələri, müasir 

intonasiya çalarları, musiqi-mətn əlaqələrinin yeni ifadə axtarış-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə