Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə62/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   58   59   60   61   62   63   64   65   ...   168

 

203 


da, bu forma yeni ideyaların, yeni mövzu və obrazların açılması-

na mane olurdu. Zaman bu əsərin yenidən işlənməsini tələb edirdi. 

M.Maqomayevin  ən böyük yaradıcılıq uğuru “Nərgiz” ope-

rası idi. 1935-ci il dekabrın 24-də əsərin ilk tamaşası Azərbay-

can Dövlət Opera və Balet Teatrında nümayiş olundu. Ilk dəfə 

idi ki, bəstəkar ehtiyac içərisində çırpınan geniş xalq kütləsinin 

azad həyat, işıqlı gələcək uğrunda mübarizə mövzusunu qələmə 

almışdı. Müəllifin vaxtilə özünün şahidi olduğu hadisələr opera-

da təsvir edilən səhnələrdə  əks olunmuşdu. Azərbaycan opera 

səhnəsində ilk dəfə idi ki, kəndli qızı, çoban və fəhlə əsas surət-

lər kimi çıxış edirdilər. 

M.Maqomayev Azərbaycan operasına yeni mövzu ilə  bəra-

bər, fərqli ifadə vasitələri də gətirdi. “Nərgiz”də M.Maqomayev 

sənətinin ən güclü cəhəti özünü parlaq şəkildə göstərdi. Bu cəhət 

bəstəkarın gözəl melodiyalar yaratmaq istedadından irəli gəlir 

(birinci pərdədə Nərgizin poetik ariyası, “Yoxsullar xoru”, qızla-

rın bahar xoru). 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on-

günlüyündə “Nərgiz”in tamaşası böyük uğurla keçdi. Mərkəzi 

mətbuat, sənətşünaslar, musiqi tədqiqatçıları, eləcə də görkəmli 

bəstəkarlar əsər haqqında müsbət fikir söylədilər. “Nərgiz” milli 

operamızın müasir musiqi texnikasının yüksək formalarına ya-

xınlaşdırmaq sahəsində ilk uğurlu addım kimi qiymətləndirildi. 

“Nərgiz”in müəllifi yüksək dövlət mükafatına layiq görüldü. 

Ona Azərbaycan  əməkdar incəsənət xadimi fəxri adı verildi. 

M.Maqomayev bu münasibətlə deyirdi: “Nərgiz üçün verilən 

mükafat məni çox həyəcanlandırmış və ruhlandırmışdır. ... mən 

daha artıq enerji və tələbkarlıqla forma etibarilə milli ... musiqi 

əsərləri üzərində işləyəcəyəm ki, onlar respublikamıza layiq ol-

sunlar.” Lakin ağır xəstəlik və vaxtsız ölüm buna aman vermədi. 

M.Maqomayevin həyat yolu 1937-ci ildə başa çatdı. Bu elə bir 

dövr idi ki, yaradıcı sənət adamlarının qarşısında duran əsas tə-

ləblərdən biri durmadan hakim dövlət quruluşunun ideologiyası-

na uyğun sosialist realizminə yiyələnmək idi. Belə bir şəraitdə, 

sosial vəziyyətə, sovet rejiminin çətinliklərinə baxmayaraq Azər-

baycan professional musiqisi sürətlə inkişaf edirdi, başda Ü.Ha-




 

204


cıbəyli, M.Maqomayev kimi qüdrətli musiqi xadimləri olan Azər-

baycan peşəkar musiqisinin uğurları artıq hər yerdə etiraf olu-

nurdu. Bu səbəbdən də M.Maqomayevin musiqidə yaşanan hə-

yatı, xalqımızın inkişafı yolunda göstərdiyi böyük xidmətləri 

Azərbaycan  peşəkar musiqisinin əsas inkişaf dövrlərini bir növ 

özündə təzahür etdirir. 

Milli mədəniyyətimizi, zəngin musiqi irsimizi təkrarsız klas-

sik əsərləri ilə zənginləşdirən, gərgin ictimai-pedaqoji fəaliyyəti 

ilə Azərbaycan incəsənətinin inkişafında mühüm rol oynayan 

görkəmli sənətkar hər zaman xalq tərəfindən yüksək dəyərləndi-

rilib, ali mükafatlara və  fəxri adlara layiq görülüb. Vəfatından 

sonra böyük bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə Azər-

baycan Dövlət Filarmoniyasına, Bakı küçələrindən birinə M.Ma-

qomayevin adı verilib. 

  



 

205 


 

 

II fəsil 

 

“Şah İsmayıl” operası 

 

“Şah  İsmayıl” Müslüm Maqomayevin ilk operasıdır. Bütün 



yaradıcılığı boyu bəstəkar bu operaya dəfələrlə müraciət edərək 

əsər üzərində yeni redaktələr edib. Tədqiqatlar göstərir ki, 

M.Maqomayevin  əsərə  hər müraciətindən sonra “Şah  İsmayıl” 

operasında yeni motivlər öz əksini tapıb. Arxiv materiallarında 

“Şah  İsmayıl” operasına bəstəkarın dörd dəfə müraciət etdiyi 

göstərilib. 1919, 1924, 1932 və 1934-cü illərdə M.Maqomayev 

opera üzərində müəllif redaktələri edib. Məlumat üçün qeyd et-

məyi lazım bilirik ki, Q.Qasımov və Q.İsmayılova öz monoqra-

fiyalarında 1916, 1924 və 1932-ci illəri göstərir. 

Operanın librettosunun ilk variantının müəllifi dövrün tanın-

mış ziyalısı, maarifpərvər şair Mirzə Qədir İsmayılzadə Vüsaqi 

(Mikayıl Müşfiqin atası) idi. Bəstəkar sonralar dəfələrlə opera 

üzərində  işləmiş, onun yeni redaksiyalarını hazırlamış, lakin 

M.Q.İsmayılzadə vəfat etdiyindən librettonu da bəstəkar özü re-

daktə etməli olmuşdu. “Şah  İsmayıl” operasında solo ifaları  və 

muğam improvizasiyaları çox əhəmiyyətlidir.  

Bu əsnada M.Maqomayevin bu əsərə müraciət etməsinin ta-

rixi haqda danışmaq yerinə düşər. M.Maqomayev yaradıcılığı-

nın tədqiqatçısı A.Hüseynova yazır: “Şah İsmayıl Gülzar dasta-

nının musiqili səhnə vəhdətinə gətirilməsi fikrini M.Maqomaye-

və “Səadət” cəmiyyətinin məktəbində dərs deyən müəllim Mirzə 

Əbdülqədir  İsmayılzadə verib. Bu hadisə  təqribən 1912-ci ilin 

ikinci yarısında baş verib. Bəstəkar yazır ki, dastan məni maraq-

landırdı. Və bu maraq yeni opera yazmaq qərarına gəlməklə nə-

ticələndi”.

1

 



Daha sonra A.Hüseynovanın adı çəkilən kitabında qeyd olu-

nur ki, “Şah İsmayıl”ın mətn müəllifliyi haqqında fərqli fikirlər 

                                                 

1

 Hüseynova A. “M.Maqomayev – opera yaradıcılığı”, Bakı, 1997 s. 26. 




 

206


var. Bir mənbədə (27, 88, 96) mətnin Mirzə Əbdülqədir İsmayıl-

zadəyə, digərində (43, 44, 45, 46, 50) M.Maqomayevə aid oldu-

ğu göstərilir. Tədqiqatlar isə  hər iki şəxsin birlikdə yaradıcı 

əməyinin olduğunu göstərir.

1

 

“Operanın libretto variantlarının birinin giriş hissəsində 



M.Maqomayev yazır: “Operanın mətni 1912-13-cü illərdə türk 

şairi Mirzə Əbdülqədir İsmayılzadə tərəfindən mənim yaxın işti-

rakımla yazılıb. Sonralar bəstəkar tərəfindən librettonun bəzi 

hissələri dəyişib, ixtisar olunaraq əlavələr edilib”.

2

 

Xüsusi olaraq vurğulamaq lazımdır ki, operanın mətn tərtiba-



tında bəstəkarın bilavasitə  iştirakı Maqomayevlə  İsmayılzadə 

arasında əvvəlcədən razılaşdırılmış şərt olub. 

M.Maqomayev xatirələrində göstərir ki, “Mirzə Qədirin lib-

retto yazmaq təcrübəsi olmadığından  bəstəkarlıqla yanaşı libret-

tonun yaranmasına da kömək etməyi məndən xahiş etdi. Dastan 

üzərində özünə məxsus işlədikdən sonra onu aktlara bölərək dra-

matikləşdirdim. Mən hər aktın dəqiq sxemini tərtib edərək səhnə 

hərəkətlərini necə  təsəvvür etdiyimi bildirdikdən sonra Mirzə 

Qədir mətni yazdı”.

3

 



“Şah İsmayıl” əsəri üzərində işləməyə başlayanda, Maqoma-

yev muğam improvizasiyalarının ixtisar edilməsi hesabına parti-

turada öz əksini tapan yeni səhifələrin artırılmasına böyük diq-

qət yetirirdi. Və nəticədə 1924-1925-ci illərin teatr mövsümündə 

M.F.Axundov adına Opera və Balet Teatrında həmin əsərin yeni 

tamaşası hazırlandı. Əsərin yeni variantının əsas cəhəti bu idi ki, 

partiturada Azərbaycanın  ən populyar  milli çalğı aləti olan tar 

saxlanmaqla yanaşı, simfonik orkestrin rolu xeyli artırılmışdı. 

Başqa bir yenilik isə dördsəsli xordan istifadə olunması idi. 

Əgər operanın ilkin variantında muğam üstünlük təşkil edirdisə, 

yeni variantda musiqinin çox hissəsini bəstəkar özü qələmə al-

mışdı. Özü də yeni musiqinin çox hissəsi – Aslan şahın, Gülza-

rın və  Vəzirin partiyaları klassik üslubda idi. Ümumiyyətlə 

                                                 

1

 Hüseynova A. “M.Maqomayev – opera yaradıcılığı”, Bakı, 1997, s. 26. 



2

 Yenə orada. 

3

 Yenə orada. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə