Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə58/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   54   55   56   57   58   59   60   61   ...   168

 

191 


Müslüm Maqomayevin yaradıcı  və ictimai fəaliyyəti Azər-

baycanda Sovet hakimiyyətinin qurulduğu ilk illərdə daha geniş 

vüsət alır. O, yeni sosial-ictimai vəziyyət şəraitində bəstəkar və  

ictimai xadim kimi qızğın fəaliyyətə başlayır. Maqomayevin ya-

radıcı, təşkilati, maarifçi istedadının inkişafı üçün yenı üfüqlər 

açılır. Ü.Hacıbəyli ilə çiyin-çiyinə çalışan M.Maqomayevin qa-

baqcıl ictimai baxışları yeni yaranmış respublikanın mütərəqqi 

ziyalıları tərəfindən rəğbətlə qarşılanır. Hər iki bəstəkarın qızğın 

təşkilati fəaliyyəti, həqiqi patriotik ruhu, milli musiqi mədəniy-

yətinin inkişafına dair düzgün istiqamətlənmiş prinsipləri Azər-

baycanın musiqi və teatr həyatında yeni inqilabi çevrilişlər döv-

rünün başlanmasına təkan verdi. Bu illərdə M.Maqomayev Bakı 

Sovetinə üzv seçilən incəsənət xadimlərindən biri olur və sənət 

cəbhəsinin bir çox mürəkkəb sahələri ona etibar edilir. M.Maqo-

mayev 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı-

nın incəsənət  şöbəsinə, 1929-cu ildə Azərbaycan radiosunun 

musiqi verilişlərinə rəhbərlik edir, M.F.Axundov adına Opera və 

Balet Teatrının direktoru (1924-cü il) və baş dirijoru olur.  

Xalq Maarif Komissarlığında işləyərkən M.Maqomayev res-

publikanın mədəni həyatının ən müxtəlif sahələrinin yenidən qurul-

ması, inkişafı ilə bağlı çoxsaylı problemlərin həlli yollarını axtarır. 

O həmişə  çıxış  və  məruzələrində Azərbaycan milli incəsənətinin 

xalq çalğı alətləri ilə bağlı məsələləri, uşaqların bədii-estetik tərbi-

yəsi, musiqi təhsilinin aktual problemləri kimi mövzulara xüsusi 

yer ayıraraq gündəmə gətirirdi. Məruzələrinin birində M.Maqoma-

yev deyirdi: “Bu vaxtadək, böyüməkdə olan nəslin tərbiyə edildiyi 

məktəblər  İncəsənət  şöbəsinin təsirindən kənarda qalırdı... və  hər 

bir məktəb bu işi müəlliminin başa düşdüyü kimi görürdü. Azacıq 

da olsa oxumağı bacaran hər-hansı bir müəllim, uşaqlara özü bildi-

yini öyrədir”

1

. Bu məsələnin həlli ilə əlaqədar bəstəkar uşaq mahnı 



toplularının yaradılması təklifini irəli sürür. 

M.Maqomayev  İncəsənət  şöbəsinə  rəhbərlik etdiyi dövr ər-

zində “Türk Satira-Təbliğat Teatrı” yaradılır, 1924-cü ildə isə o

                                                 

1

  Исмайлова  Г. “Муслим  Магомаев”.  Композиторы  Азербайджана.  



Баку, 1986, т. 1, с. 88. 


 

192


Azərbaycan Dövlət Opera və Balet teatrının direktoru vəzifəsinə tə-

yin edilir, eyni zamanda teatrın dirijoru kimi də fəaliyyət göstərir.  

30-cu illərdə respublikanın mədəni həyatında gedən inkişaf te-

atr sənəti, ədəbiyyatla yanaşı musiqi sənəti sahəsində də özünü gös-

tərir. Yeni musiqi kollektivləri, musiqi təhsil ocaqları yaranır. Rən-

garəng musiqi janrları və formaları təşəkkül tapır, peşəkar musiqi 

təhsilli cavan bəstəkarlar nəsli formalaşır. Azərbaycan bəstəkarları-

nın  əsərləri qonşu respublikalarda ifa edilməyə başlayır. Musiqi 

kollektivlərinin digər respublikalara qastrol səfərləri tədricən adi 

hal şəklini alır. Belə qastrol səfərlərindən birinin ünvanı Leninqrad 

(Hal-hazırda Peterburq) şəhəri idi. 1931-ci ildə Peterburq filarmo-

niyasında böyük uğurla keçən konsertdə Azərbaycan bəstəkarları-

nın  əsərləri – Ü.Hacıbəylinin Azərbaycana həsr edilmiş himni

A.Zeynallının “Fraqmentlər”, M.Maqomayevin “Azərbaycan çöl-

lərində” və b. böyük maraqla qarşılanmışdı.

1

 Bütün bu yeniliklərin, 



proqressiv hadisələrin əsas hərəkətverici qüvvələri, sütunları yenə 

də, iki məsləkdaş, iki qüdrətli sima – Ü.Hacıbəyli və M.Maqoma-

yev idi. Bu dövrdə hər iki incəsənət xadiminin fəaliyyət diapozon-

ları genişlənir, məsuliyyəti ağırlaşır, musiqi sənəti sahəsində  həll 

olunması vacib olan ən ciddi məsələlər məhz onların çiyinlərinə 

düşür. M.Maqomayevin 1929-cu ildə Azərbaycan Radio Mərkəzi-

nin musiqi rəhbəri təyin edilməsi onun qarşısında yeni vəzifələr qo-

yur. Bəstəkar ilk növbədə radioda peşəkar ifaçıların, daimi musiqi 

kollektivlərinin yaranması ilə bağlı mühüm addımlar atır. Maqo-

mayevin təşəbbüsü ilə H.Sarabski, H.Hacıbababəyov, Y.Kələntərli 

və Azərbaycanın digər görkəmli musiqi ifaçıları radioya daimi so-

list kimi işə götürülür.  

“Müslüm Maqomayev respublikamızda radionun fəaliyyətə 

başladığı ilk illərdə musiqi kollektivlərinin təşkilinə  və istedadlı 

ifaçıların mikrofona cəlb olunmalarına gərgin əmək sərf etmişdir.  

İlk illərdə radioda bir neçə kiçik musiqi kollektivi – musiqi 

üçlükləri, ansambllar, rus və Qərbi Avropa bəstəkarlarının əsər-

lərini ifa edən trio və kvartetlər, eləcə də tar, kamança, qarmon, 

skripka və royalda çalan solistlər fəaliyyət göstərirdi.  

                                                 

1

 İsmaylova Q. Müslüm Maqomayev (rus dilində). Bakı, 1975, s. 25. 




 

193 


Musiqi şöbəsinin bədii rəhbəri Müslüm Maqomayevin təşəb-

büsü ilə 1929-cu ildən radioda böyük və kiçik heyətli simfonik 

orkestr təşkil olundu. Orkestrın heyətinə istedadlı musiqiçilər – 

skripka, violonçel, kontrabas, fleyta və qoboyçalanlar cəlb olun-

muşdu. Onların arasında musiqi məktəbində və konservatoriya-

da təhsil alan çoxlu azərbaycanlı kadrlar vardı.  

Bakının musiqi məktəblərində milli çalğı alətləri üzrə təhsil 

alan gənc kadrlar ildən-ilə çoxalırdı. Bunlardan bəziləri radioda-

kı ansambllarda işə düzəlmişdi. Belə bir vaxtda M.Maqomayev 

radioda notlu xalq çalğı alətləri orkestri yaratmaq fikrinə düşdü. 

O, bu barədə öz sənət dostu Üzeyir Hacıbəyli ilə məsləhətləşdi. 

Ü.Hacıbəyli o zaman Azərbaycan Dövlət Konservatoriyasında 

nəzəri fənnlərdən dərs deyirdi. O, Müslümün bu təşəbbüsünü al-

qışladı, radioda belə bir orkestrin təşkilini və ona rəhbərlik et-

məyi öhdəsinə götürdü. 1931-ci ildə radioda ilk notlu xalq çalğı 

alətləri orkestri yarandı.”

1

  

M.Maqomayev radioda musiqi verilişlərinin repertuar prob-



leminə də xüsusi önəm verirdi. Muğamatla yanaşı radio efirində 

aşıq yaradıcılığına, mahnılara geniş yer verilir, tədricən simfonik 

musiqi nümunələri repertuara daxil edilir. Milli mahnı repertua-

rının zənginləşməsi məsələsi ilə bağlı bəstəkar deyirdi: “Keçmiş 

irsimiz olan xalq mahnıları ilə yanaşı, yeni məişəti, yeni qurucu-

luğu əks etdirən, yeni qələbələrə səsləyən müasir mahnılar yarat-

maq lazımdır”.

2

  



Lakin o, bu sahədə də müəyyən problemlərin olduğunu gö-

rür, ciddi iş aparır, ilk növbədə xalq mahnılarının toplanmasını 

vacib vəzifə kimi musiqi xadimlərinin qarşısına qoyurdu: “Türk 

xalq mahnısının toplanılması və öyrənilməsinə xüsusi əhəmiyyət 

verilməlidir. Bu məsələ indiyədək həll olunmamış qalır. Halbu-

ki, türk harmoniyasının üzə çıxarılması bilavasitə bu məsələdən 

asılıdır.”

3

 



                                                 

1

 Nəcəfov S. Unudulmaz xatirələr. Ədəbiyyat və incəsənət. 1975, 12 dek., s. 6. 



2

 İsmaylova Q. Müslüm Maqomayev (rus dilində), Bakı, 1975. s. 30. 

3

  Исмайлова  Г. “Муслим  Магомаев”.  Композиторы  Азербайджана. 



Баку, 1986, с. 93.   


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə