Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə55/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   51   52   53   54   55   56   57   58   ...   168

 

181 


landıraraq böyük qətiyyətlə öz operalarından imtina etmişdi. Mən 

indi öz familiyamı afişalarda bu operalar altında oxumağa utanıram

1



Əli Kərimov Ü.Hacıbəylinin çıxışından bu iki cümləni ope-



ramızın arxivə təһvil verilməsi üçün yeganə dəlil kimi gətirmişdi. 

Bizə elə gəlir ki, bəstəkarın bu tövbə ərizəsindən türk opera-

larını lazım olmayan qalıq kimi ərəb  əlifbası, çadra və feodal 

köһnəliyinin başqa ünsürləri ilə birlikdə arxivə  təһvil verməyi 

tələb etmək һəddən artıq eһtiyatsızlıqdır. 

Biz һörmətli teatr xadimi Şövkət xanım Məmmədovanın yu-

xarıda dediyi fikrilə razılaşırıq. Çünki ola bilsin ki, bəstəkar bu 

sözləri tamaşaların zəif quruluşda getməsi ilə əlaqədar olaraq de-

mişdir. Hələ 1924-cü il diskussiyası zamanı Ü.Hacıbəylinin ope-

raların tamaşası һaqqında dediklərini yada salaq. O, yazırdı: 

“Əgər bu il də oylə bir “xalturalar” vaqe olacaq –  onda һəqi-

qətən türk opera və operettalarını tamamilə səһnədən qaldırmaq 

lazım gələcəkdir”

2



1929-cu ildə “Azərbaycan türk operası һaqqında” məqaləsin-

də  tənqidçi Həsən Səbri 28-ci il diskussiyasına yekun vuraraq

əvvəlki tənqidçilərin fikirlərini davam etdirir. O da inqilabdan 

əvvəlki operaları ideya-məzmun cəһətindən tənqid edir, operada 

müasir mövzu görmək istəyirdi. 

 “Na rubeje Vostoka” jurnalında redaksiya tərəfindən verilən 

məlumata görə diskussiya üzrə qərar qəbul olunmuşdu. 

1928-ci il diskussiyası  əvvəlkilər kimi məһdud idi. Çıxış 

edənlər müasir opera tələb etməklə bərabər, əvvəlki əsərlərə eti-

nasız yanaşırdılar. 

Ona görə Ü.Hacıbəyli, M.Maqomayev, Ş.Məmmədova və 

musiqimizin digər mütərəqqi sənətkarları köhnə irsi, inqilabdan 

əvvəlki operaları saxlamaq uğrunda fəal mübarizə aparırdılar. 

Biz gərək türk operalarının keçmişdəki xidmətlərini unutma-

yaq, onlar geniş türk kütlələrini musiqi teatrına cəlb etdi. Türk 

operasının dinləyicilərinin yalnız baqqallardan ibarət olduğunu 

iddia etmək düzgün olmazdı. 

                                                 

1

 “Бакинский рабочий”, 1928, 23 декабря, № 309. 



2

 “Kommunist”, 1924, 3 oktyabr. 




 

182


Türk operasına gedənlərin sayı azalmır, əksinə çoxalır və bu da 

geniş kütlələrin mədəni səviyyəsinin yüksəlməsinə bir sübutdur. 

Şövkət xanımın bu sözləri çox səciyyəvidir. 

Maraqlıdır ki, 1928-ci il diskussiyası ətrafında aparılan mü-

baһisələrin  əksəriyyəti inqilabdan əvvəlki operaların süjeti, qu-

ruluşu, professional artist qüvvəsinin zəifliyi  ətrafında gedirdi. 

Bunların musiqisindən isə danışan olmamışdı. Belə nəticə çıxar-

maq olar ki, һətta bu operaların bədxaһları belə Üzeyir Hacıbəy-

linin musiqisinin dəyərini dana bilmirdilər. 

Gördüyümüz kimi, diskussiya vaxtı Azərbaycan musiqisinin 

inkişafının bir çox məsələlərinə – milli operaya, operettaya, musiqi 

təһsilinə, Avropa musiqi klassikasını öyrənməyə, xalq musiqisinə 

münasibətə və s. toxunulmuşdu. Lakin bütün bu məsələlər arxasın-

da daһa ümumi problemlər və ilk növbədə  ənənə  və novatorluq 

problemi dayanmışdı. Diskussiya ərəfəsində iştirakçıların görüşlə-

rinin һəm uyğun gəlməsi, һəm də onları ayıran cəһətlər aşkar ol-

muşdu. Ü.Hacıbəyli və M.Maqomayevin tutduğu mövqe düzgün 

və mütərəqqi idi. Canlı musiqi təcrübəsi diskussiya dövründə irəli 

sürülən fikri təsdiq etdi: Azərbaycan musiqisinin novator əsərlərini 

keçmişin mütərəqqi ənənələrinin əһəmiyyətini inkar etməyən bəs-

təkarlar yaradacaqlar. 30-cu illərdə M.Maqomayevin və Ü.Hacı-

bəylinin yaratdığı operalarda onların ənənə və novatorluq anlayışı 

öz ifadəsini tapmışdır. Belə operalardan biri M.Maqomayevin mü-

asir inqilabi mövzuya һəsr edilmiş  “Nərgiz” operası, digəri isə 

Ü.Hacıbəylinin şaһ əsəri “Koroğlu”sudur. Bu əsərlərin milli opera-

nın inkişafında böyük əһəmiyyəti olmuşdur. 

Daһa sonra müasir mövzuda yazılmış operaları və digər janr-

larda olan  əsərləri, Üzeyir Hacıbəylinin dediyi kimi, Azərbayca-

nın gənc bəstəkarları yaratdılar.  



 

183 


 

 

III HİSSƏ 

 

MÜSLÜM MAQOMAYEV 

 

(1885-1937) 

 

 

 



 

I  fəsil 

 

Həyat və yaradıcılığı 

 

Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyəti tari-

xində görkəmli bəstəkar, maarifçi və ictimai xadim kimi şöhrət 

tapmışdır. O, milli  musiqimizin müxtəlif sahələrinin, opera sə-

nətinin, simfonik musiqinin, mahnı janrının inkişafında əhəmiy-

yətli rol oynayaraq, peşəkar Azərbaycan musiqisinin təşəkkülü 




 

184


və inkişafında əlindən gələni əsirgəməyib. M.Maqomayev kino 

və tamaşalar üçün musiqi yazan ilk bəstəkarlardandır. Azərbay-

canda ilk peşəkar dirijor olan M.Maqomayev milli opera ifaçılı-

ğının inkişafına böyük təsir göstərib. Onun Azərbaycan musiqi 

folklorunun toplanması, öyrənilməsi və  təbliği işində  fəaliyyəti 

mühüm əhəmiyyət kəsb edir.  

Müslüm Maqomayev Azərbaycan bəstəkarlıq məktəbinin ba-

nisi Üzeyir Hacıbəylinin yaxın dostu, məsləkdaşı kimi, onunla çi-

yin-çiyinə Azərbaycan peşəkar musiqisinin inkişafında, opera sə-

nətinin təşəkkülündə gərgin və fəal mübarizə aparıb. Hər iki dahi 

sənətkar birlikdə XX əsrin əvvəlində musiqi aləminə gəlib. Bu elə 

bir dövr idi ki, 1905-ci il birinci rus inqilabının təsiri nəticəsində 

maarifpərvər ziyalılar milli incəsənətin, o cümlədən musiqili teat-

rın inkişafında əzmlə çalışırdılar. Ü.Hacıbəyli və M.Maqomayev 

milli musiqi sənətinin  əsrlər boyu yaranan zəngin  ənənələrinə 

əsaslanaraq onları ümumdünya klassik musiqisinin nailiyyətləri 

ilə birləşdirməyi bacardılar. Onlar Azərbaycanda yeni – opera, 

operetta, simfonik, vokal, kino və teatr musiqisi kimi klassik janr-

ların banisi olaraq ilk musiqi təhsil ocaqları, ifaçı kollektivlərinin 

təşkilinə nail oldular. Azərbaycanda musiqi elminin, folklorşünas-

lığın yaranması da bu iki böyük bəstəkarın, maarifpərvər ziyalı-

nın, vətənpərvər ictimai xadimin adı ilə bağlıdır. “Tale əzəldən 

Müslüm Maqomayevə həddən ziyadə mürəkkəb rol hazırlamışdı. 

Dahi Üzeyir Hacıbəylinin müasiri, məsləkdaşı olan Maqomayev 

onun nəhəng  şəxsiyyətinin təsiri altına düşərək, onun bir növ 

“dublyoruna”.... çevrilə bilərdi. Lakin bu baş vermədi. Maqoma-

yevin musiqisi orijinal, dərhal tanınan və Hacıbəylidən fərqli olan 

intonasiya ilə seçilir. Bu fərq iki sənətkarın  əsərlərinin artıq 

empirik qavrama prosesində duyulur... Lakin başlıcası odur ki, 

Maqomayev Hacıbəylinin musiqidə Şərq və Qərb sintezi ideyası-

nı özünəməxsus yolla həyata keçirmişdir. Üzeyir bəy bəstəkar ya-

radıcılığı normalarını bir növ oriyentir tutub milli bədii təməldən 

yeni yaradıcılıq prinsipləri hasil etmiş, daha doğrusu, icad etmiş-

dir. Maqomayev isə klassik Avropa modellərini bilavasitə tətbiq 

etmiş, onları milli musiqi kontekstində uyğunlaşdırmış və nəticə-



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə