Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə40/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   36   37   38   39   40   41   42   43   ...   168

 

132


Ü.Hacıbəyli Azərbaycan melodiyasının bu xüsusiyyətini yalnız 

nəzəri cəhətdən müəyyən etməmiş, həm də onu yaradıcı surətdə in-

kişaf etdirmişdi. Xalq mahnılarının bu xüsusiyyəti bir bəstəkar kimi 

Ü.Hacıbəylinin melosunun əsasını təşkil etmişdir. Xalq mahnılarının 

prinsipinə əsaslanaraq Ü.Hacıbəyli melodiyası da böyük olmayan in-

tonasiyalardan, tersiya intervalını aşmayan intonasion hissəciklərdən 

yaranır. Məsələn, Gülçöhrənin II pərdədəki ariyasını gətirək: 

 

 



 

Bir çox xalq mahnılarının quruluşunun harmonik əsasını ter-

siyalılıq təşkil edir. Harmonik əsasın daha çox sabit səsləri üç-

səsliklərdir: birinci, üçüncü və beşinci səslərdir. Misal üçün, 

“Ağacda leylək” xalq mahnısını götürək (“Azərbaycan xalq 

mahnıları”, II c., 1958):



  

 

 

Mayə üçsəsliliyi Ü.Hacıbəylinin komediyalarının bir sıra 



nömrələrinin əsasını təşkil edir (məsələn, “Ər və arvad”dan Kər-

bəla Qubadla Mərcan bəyin dueti, Minnətin mahnıları; “O olma-




 

133 


sın, bu olsun”dan Rüstəm bəy və Gülnazın dueti, Rüstəm bəylə 

Məşədi İbadın dueti, qonaqların xoru və i.; “Arşın mal alan”dan 

Asyanın mahnıları, Asiya, Telli və Gülçöhrənin triosu və i. a.)

1



Qeyd edək ki, Azərbaycan məqam sisteminin Avropanın ma-

jor-minor sistemi ilə kəsişdiyi nöqtələrdən biri də elə budur. 

Tersiyalılıq çoxsəslilik üçün də  əsaslar yaradır.  İkisəsliliyin 

ilk nümunələrini yaradarkən Ü.Hacıbəyli melodiyanı tersiya 

şəklində artırır. Artıq “Leyli və  Məcnun” operasında bəstəkar 

qızların xorunda (“Bu gələn yara bənzər” xalq mahnısında) ikin-

ci səsi belə yaradır: 

 

 



 

“Əsli və Kərəm” operasında “Axşam oldu” xorunda Ü.Hacı-

bəyli xalq mövzusundan istifadə etməyərək, xalq melodiyasına 

həm xasiyyətinə, həm də üslub xüsusiyyətlərinə bənzər melodi-

ya yaradır. Burada da ikisəslilik tersiya paralel hərəkətin vasitə-

silə əmələ gəlir: 

 

 

 



Melodik xüsusiliyin digər inkişaf növü muğamatın melodik 

prinsipidir. Ü.Hacıbəyli bu janrı belə xarakterizə edir: 

                                                 

1

 Bu xüsusiyyəti X.Məlikov özünün “Особенности стиля и драматур-



гия  музыкальных  комедий  Узеира  Гаджибекова” kitabında da göstərir. 

(B., 1963, s. 99-100). 




 

134


“Deməli, dəstgah musiqisi vəzncə şeirə tabe, bəhrsiz, havası qey-

ri-müəyyən, cümlələri qeyri-mütənasib bir növ musiqidir ki, hüsn ic-

rası xanəndə və ya sazəndənin qabiliyyət və məharətinə bağlıdır”.

1

 



Melodik hərəkətin sərbəstliyini qeyd edərək, Ü.Hacıbəyli gös-

tərir ki, muğamatın bu xüsusiyyəti xanəndələrin melodik impro-

vizasiyaları üçün böyük genişlik yaradır. “Xanəndə üçün dəstgah 

oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi 

altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini 

“bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larda işlədir”.

2

 

Muğamatın melodiyası xalq mahnılarının melodiyasından daha 



böyük imkanlara malik olması ilə  fərqlənir. Bu imkanlara da 

Ü.Hacıbəyli geniş estetik mövqedən yanaşır. Muğamatda melodiya 

tez-tez dəyişən metrik xanələrə, bölgülərə ayrılmır, xalq mahnıları-

na xas olan qısamotivli ayrılma, variantlıq ona xas deyil. Geniş me-

lodik nəfəs tələb edən və böyük emosiyalar tərənnüm etməyə im-

kan verən muğamatın melodiyası özünün yuxarı qalxan hərəkətin-

də elə bil ən yüksək səsi fəth edir, sonra bu səsin işlənilməsi ilə ma-

yəyə yönəldilmiş melodik xəttin enməsi baş verir. 

Muğamatın, eləcə də xalq mahnılarının melodikasının xüsu-

siyyətlərini dərindən bilən Ü.Hacıbəyli öz yaradıçılığında hər iki 

prinsipdən geniş istifadə etmişdir. Məsələn, romans-qəzəl “Sən-

siz” “Segah” məqamının “Şikəstəyi-fars”  şöbəsində başlanır. 

Sonra mayə bir oktava yuxarı “Əraq” şöbəsinə keçir, orta hissə-

nin musiqisi daha çox dolğunlaşır, yüksək səs olan sol diyezə 

çatdırılır. “Bayatı-Şiraz” məqamına modulyasiya edir, daha son-

ra melodik xəttin enməsi baş verir. 

Ü.Hacıbəylinin Azərbaycan melosunun spesifikliyinin təyini 

musiqimizin gələcək inkişafı üçün vacib amil olmuşdur. Bu növ 

melodik inkişaf yeni harmonik, polifonik üsulların yaranmasına 

səbəb olmuş, yeni musiqi formalarının yaranmasında müəyyən 

rol oynamışdır.  

Bütün bu xüsusiyyətlər ilk növbədə Üzeyir Hacıbəylinin ya-

radıcılığında öz ifadəsini və inkişafını tapmışdır. 

                                                 

1

 Hacıbəyli Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri, II c., B., 



1965, s. 218. 

2

 Yenə orada. 




 

135 


Metroritm 

 

Azərbaycan xalq musiqisinin metroritmik bənzərsizliyi onun 



vacib spesifik xüsusiyyətidir. Metroritmin sərbəstliyi xalq musi-

qisinin incisi – muğamata təkrarsız gözəllik verir. Hacıbəylinin 

məqalələrində və əsas tədqiqatında Azərbaycan xalq musiqisinin 

metroritmik xüsusiliyinə böyük diqqət verilmişdir. 

Ü.Hacıbəylinin mülahizələrində Azərbaycan xalq musiqisinin 

janrları aşağıdakı təsnifatını almışdır: dəqiq göstərilmiş metrik ölçü 

ilə qeydə alınmış musiqi və heç bir ölçüsü olmayan musiqi. “Bəhrli” 

adını almış birinci qrupa xalq mahnıları, təsnifləri, rəqslərin bütün 

növləri, rənglər daxildir. “Bəhrsiz” adını almış ikinci qrupa muğamat 

aiddir (muğamlarda olan vokal-instrumental improvizasiya). 

Ü.Hacıbəyli yazır ki, “bu gəzişmə zamanı musiqi ifadələrini 

xanələrə tətbiq etmək olmur. Burada qruplaşma hər hansı bir to-

nun yardımçı səslərlə bəzədilməsindən ibarətdir”.

1

 



 

O, məqalələrinin birində qeyd edir ki, “Oxunan və çalınan 

musiqi “şəkil” cəhətindən ümumiyyətlə iki növdür: bəhrli ha-

valar və bəhrsizlər; bunlardan bəhrlilərin həm havası və həm də 

şəkli müəyyən olub oxunan və çalınan zamanda zərb vurmağa 

ehtiyacı vardır; yəni onların çalğısında zərb alətləri dəxi iştirak 

edir. Bəhrsizlər çalğısında isə  zərb aləti vurula bilməz. Belələ-

rinə, yəni bəhrsizlərə Azərbaycanda (İranda dəxi) dəstgah deyir-

lər (osmanlılarda boylə şəkildə musiqiyə “təqsim” deyirlər)”.

2

 



“Bəhrsiz” musiqini müəyyən xanələrə güclə yerləşdirmə ifa 

olunan  əsərin yazılışının dəqiq olmamasına gətirib çıxarır və 

musiqinin improvizasiya üslubunun pozulmasına səbəb olur. 

Məsələn, 6/8 ölçüdə musiqini yazarkən ikihissəli və üçhissəli 

xanələrin ardıcıllığının xüsusiliyi gözlənilmir. Bu da musiqinin 

                                                 

1

 Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 108. 



2

 Hacıbəyli Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri, II c., B., 

1956, s. 217. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə