Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə24/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   20   21   22   23   24   25   26   27   ...   168

 

77 


dilinin dərin bilicisi, mütəxəssisi idi. Rəşad Nuri fransız ədəbiy-

yatının bir çox görkəmli nümunələrini türk dilinə tərcümə etmişdir. 

Böyük türk şairi Nazim Hikmət Rəşad Nuri haqqında yazırdı 

ki, fransız  ədəbiyyatı  və  şəxsən Alfons Dode, Anatol Frans, 

Emil Zolya kimi yazıçılar ona böyük təsir göstərmişlər. Bütün 

bunları  nəzərə alaraq Rəşad Nurinin Azərbaycan operettalarına 

verdiyi qiymət, onları Avropa ədəbiyyatının klassik nümunələri, 

o cümlədən Molyer pyesləri ilə müqayisə etməsi xüsusi əhəmiy-

yət kəsb edir. Doğrudur, Rəşad Nuri onu da qeyd edir ki, bu 

operettalara Avropa sənəti nöqteyi-nəzərindən baxmaq düzgün 

olmazdı. Uzun tarixi olan yüksək Avropa teatr nöqteyi-nəzərin-

dən baxdıqda gənc Azərbaycan teatrının müəyyən kəsir cəhətləri 

görünür. “Fəqət şəfqət və sadəlik bu əskiklikləri emal etdirən və 

unutduran məziyyətdir”. 

Azərbaycan operettalarının başqa bir mühüm məziyyətini 

Rəşad Nuri onların realizmində, gerçəkliyində görür: “Sənət əsə-

ri üçün şərt olan həyat, həm də bugünkü şəklində Azərbaycan 

əsərlərində mövcuddur”. Yazıçı operettaların dili üzərində  də 

xüsusi dayanır. Onun fikrincə, Ü.Hacıbəyli operettalarının dili 

canlı və duzlu xalq dilidir. Bu məqalədə müəllif bəstəkarın ope-

rettalarından çıxış edərək daha geniş estetik ümumiləşdirmələrə 

də müraciət edir. O, sənətdə millilik və beynəlmiləllik məsələsi-

nə dair maraqlı mülahizələr söyləyir. “Teatr qaydaları və çərçi-

vəsi etibarilə ümumi və beynəlmiləl bir sənətdir. Fəqət ruhu eti-

barilə mütləq doğulduğu və aid olduğu mühitin qoxusuna malik 

olmaq, oradakı həyatla yaşamaq iqtidarındadır. Hər məmləkətin 

əlaqədar edə biləcək və başqa millətlərə aid əsərləri təqlidindən 

doğacaq əsərləri də məqbul ola bilər. Fəqət əsl sənət tamaşanın 

ümumi və beynəlmiləl qaydalarına riayətkar qalmaqla bərabər 

bütün şirəsini öz torpağından alır. Bu etibarla Azərbaycan teatrı 

hər yaşayan mövcud kimi böyüklərə və təkamül etməyə namizəd 

bir sənətdir”. 

Göründüyü kimi hələ o dövrdə  Rəşad Nuri Ü.Hacıbəyli sə-

nətinin ən əsas cəhətlərindən birini – doğma zəminlə bağlılıq və 

eyni zamanda başqa xalqlara anlaşıqlı olmaq prinsipini düzgün 

qiymətləndirmişdi. 




 

78

Rəşad Nurinin Ü.Hacıbəylinin operettaları haqqında məqalə-



si istər musiqi tariximizin, istərsə də Azərbaycan-Türkiyə mədə-

ni əlaqələrinin tədqiqatı üçün böyük əhəmiyyətə malikdir.

1

 

Artıq inqilabdan əvvəlki illərdə böyük şöhrət qazanmış “Ar-



şın mal alan” sonrakı dövrdə də özünün təravətini və gözəlliyini 

itirməmişdi. Komediyada gülüş  hədəfinə alınan köhnə adətlər 

keçmişdə qalsalar da, Ü.Hacıbəylinin əsəri əski SSRİ-nin səhnə-

lərini gəzərək Moskvada (Stanislavski və Nemiroviç – Dançen-

ko adına musiqi teatrında – 1932), Orta Asiya respublikalarında, 

Zaqafqaziyada və başqa yerlərdə, 60-dan artıq ölkənin 120-dən 

çox səhnəsində qoyulmuşdur. 70-dən artıq dilə çevrilərək Ü.Hacı-

bəylinin təkrarsız musiqisi səslənmişdir. Uğurlu tamaşalardan biri - 

Polşa tamaşası “Çadra altında məhəbbət” adlanırdı. 

“Arşın mal alan”ın librettosu ingilis, rus, ukrayna, belarus, 

gürcü, erməni, türk, fars, Çin, polyak, bolqar, hətta udin və s. 

dillərə tərcümə edilmişdir. “Arşın mal alan” Nyu-York, Çikaqo, 

Boston, Filadelfiya, Paris, London, Berlin, Ankara, Tehran, Qa-

hirə, Varşava, Sofiya, Pekin və s. şəhərlərdə tamaşaya qoyul-

muşdur. “Arşın mal alan” 1938-ci ildə Moskvada Azərbaycan 

incəsənəti dekadası vaxtı göstərilmişdir. Rolları ifa edənlər: Bül-

bül (Əsgər), S.Mustafayeva (Gülçöhrə), H.Rzayeva (Telli), Ə.Ana-

tollu (Vəli),  Ə.Hüseynzadə (Soltan bəy) olmuşdur. Tamaşanın 

rejissoru İ.Hidayətzadə idi.  

“Arşın mal alan”ın ekran həyatı da çox maraqlı olmuşdur. 

Bu operetta əsasında ilk bədii film 1916-cı ildə Piron qardaşları-

nın “Filma” səhmdar cəmiyyətininin rejissoru B.Svetlov tərəfin-

dən çəkilmişdir. Rolları Ə.Hüseynzadə (Soltan bəy), H.Sarabski 

(Əsgər),  Ə.Ağdamski (Gülçöhrə), J.Nərimanov (Cahan xala), 

M.Əliyev (Süleyman bəy) və b. ifa etmişdilər. Film səssiz idi, 

onu xalq çalğı alətləri müşayiət edirdi. C.Qaryağdıoğlu və b. xa-

nəndələr operettadan ariyalar oxuyurdular. 1917-ci ildə Peter-

burqdan gəlmiş Q.Belyakov “Arşın mal alan”ı yenidən ekranlaş-

dırdı. Film həmin ilin 20 aprelində ekrana buraxıldı və cəmi iki 

                                                 

1

 Bu məqalənin ilk dəfə məlum olması və Üzeyirşünaslığa daxil edilməsi 



bu sətirlərin müəllifinə məxsusdur. 


 

79 


gün göstərildi. Çox zəif alınmış bu film Hacıbəylinin təkidi ilə 

ekrandan götürüldü. Filmdə  həvəskar aktyorlar çəkilmişdi və 

Belyakov bu filmi Hacıbəylinin xəbəri və icazəsi olmadan çək-

mişdi. 1937-ci ildə “Arşın mal alan” ABŞ-da rejissor R.Manul-

yan tərəfindən ekranlaşdırılmışdı, amma bu filmdə əsərin müəl-

lifi Ü.Hacıbəylinin adı göstərilməmişdi. 

1945-ci ildə Bakı kinostudiyasında (indiki Azərbaycanfilm) 

çəkilmiş  ağ-qara, musiqili-film dünyada geniş  şöhrət qazandı. 

Ssenari müəllifi Sabit Rəhman, quruluşcu rejissorlar R.Təhma-

sib və N.Leşşenko, operatorlar Ə.Atakişiyev və M.Dadaşov, mu-

siqi redaktoru Niyazi idi. Baş rollarda R.Behbudov (Əsgər)



L.Cavanşirova-Bədirbəyli (Gülçöhrə),  Ə.Hüseynzadə (Soltan 

bəy), M.Kələntərli (Cahan xala), L.Abdullayev (Vəli), İ.Əfəndi-

yev (Süleyman bəy), F.Mehralıyeva (Telli) və b. çəkilmişdir. 

“Arşın mal alan” filminə görə H.R.Təhmasib, H.Leşşenko, 

R.Behbudov, L.Cavanşirova (Bədirbəyli), Ü.Hacıbəyli,  Ə.Hü-

seynzadə, M.Kələntərli və L.Abdullayev (1946-cı ildə) Stalin 

mükafatına layiq görülmüşlər. 

1965-ci ildə “Arşan mal alan” operettası Bakıda yenidən ek-

ranlaşdırılmışdır. Rejissor T.Tağızadə  tərəfindən çəkilmiş bu 

film (ssenari müəllifləri M.Dadaşov və T.Tağızadə) rəngli idi. 

                                                 

 Rəşid Məcid oğlu Behbudov (1915-1989) məşhur müğənni (lirik sopra-



no), musiqi-teatr xadimi və ictimai xadim olmuşdur. Ü.Hacıbəylinin “Arşın 

mal alan” operettasında yaratdığı Əsgər rolunu o, həm Azərbaycan Opera və 

Balet teatrında, həm də K.Ş.Stanislavski və V.İ.Nemiroviç-Dançenko ad. 

Moskva Dövlət Musiqili teatrının səhnəsində böyük uğurla ifa etmişdir. 

O, 1973-cü ildə “Arşın mal alan” operettasının qrammafon valına 

yazılışında da Əsgərin partiyasının ifaçısı olmuşdur. Behbudov yaratdığı  və 

rəhbəri olduğu Mahnı teatrı ilə dünyanın bir çox ölkələrində konsert verərkən 

Əsgərin ariyası mütləq müğəninin repertuarında olmuşdur və konsertlərin 

daha da uğurlu keçməsinə kömək etmişdir. Behbudovun yaratdığı  Əsgər 

rolunu Üzeyir bəy özü də çox bəyənmişdir. Bu rol onun yaradıcılığının 

zirvəsi idi. Doğrudur, müğənninin yaratdığı Balaş surəti və partiyası da 

(F.Əmirovun “Sevil” operasında) çox uğurlu olmuşdur. Rəşid Behbudov 

1945-ci ildə  çəkilmiş “Arşın mal alan” filminə görə digər  əsas ifaçılarla 

birlikdə Stalin mükafatına layiq görülmüşdür. Rəşid Behbudov 1957-ci ildə 

Azərbaycanın Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə 

Azərbaycan Dövlət mükafatı ilə təltif edilmişdir. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə