Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə20/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   16   17   18   19   20   21   22   23   ...   168

 

63 


 

 

III fəsil 

 

“Arşın mal alan” operettası 

 

Üzeyir Hacıbəyli 1913-cü ilin 30 iyulunda Peterburqdan Ba-



kıya məşhur aktyor Hüseynqulu Sarabskiyə göndərdiyi məktub-

da yazırdı: “Mən bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də 

“Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta 

olacaqdır.  İnşallah sentyabrda göndərərəm... Mən Bakıda olar-

kən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada düşünü-

rəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir... mə-

nim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir 

hala salaq ki, nəinki təkcə Bakı və ya Qafqaz, bəlkə hər bir yer-

də və hər bir şəhərdə teatr verməyə imkanımız olsun”.

1

 



Üzeyir bəyin Peterburq konservatoriyasında oxumağı daha 

geniş, estetik səbəblərə görə də qiymətli sayıla bilər. Azərbaycan 

musiqisini ümumxalq səhnəsinə  cıxarmaq, onu ümumi qəbul 

edilmiş janrlarla zənginləşdirib, hamı üçün anlaşıqlı etmək, Av-

ropa və rus musiqisini isə xalqımıza catdırmaq, onun Peterburq-

da təhsil aldığı vaxt qarşısına qoyduğu dəqiq, düşünülmüş məq-

sədəuyğun hərəkət proqramı idi. Peterburqdan Məcnunun ilk 

ifaçısı müğənni Sarabskiyə yazdığı  məktub Azərbaycan musiqi 

sənətinin inkişafı naminə yaşamaq və yaratmaq ehtiraslarıyla 

dolu idi. O, özünü bütünlüklə elə musiqi teatrı yaranmasına həsr 

etmək istəyirdi ki, həmin teatr Azərbaycan xalqının sənətini la-

yiqincə təmsil edərək hər hansı ölkədə müvəffəqiyyətlə  təqdim 

edə bilsin. 

Ü.Hacıbəylinin arzuları  xəyal deyildi. Artıq o illərdə  bəstə-

kar özünün “Arşın mal alan” əsərini yazmış və əsər baynəlxalq 

miqyasda tezliklə müvəffəqiyyət qazanmışdır. “Arşın mal alan”ı 

Azərbaycan musiqisinin bütün dünyanı dolanmış ilk qaranquşu 

adlandırmaq olar. 1911-1913-cü illərdə yazılmış bu operettanın 

                                                 

1

 Hacıbəyov Ü. Əsərləri, II c., B., 1965, s. 370. 




 

64

ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev 



teatrında olmuşdur. Premyerada müəllif özü iştirak etməmişdir. 

Tezliklə operetta başqa dillərə tərcümə olunmuş, şöhrəti bütün 

Şərqə yayılmış, Avropa və Amerikaya çatmışdı. İranda, Türkiyədə 

milli musiqi teatrlarının yaranmasına əhəmiyyətli təsir etmişdir.  

Əsərin təhlilinə keçməzdən əvvəl “Arşın mal alan”ın janrını 

müəyyənləşdirib dəqiqləşdirmək istərdik.  İndiyə  qədər bir sıra 

yazılarda bu əsər “musiqili komediya”, digərlərində isə “operet-

ta” adlandırılmışdı.  

Doğrudur, bəzən bu terminləri eyniləşdirirlər. Lakin əgər biz 

“Musiqi ensiklopediya”sına müraciət etsək, bu janrlar arasında 

müəyyən fərqin olduğu barədə  məlumat alarıq: “Operettadan 

fərqli olaraq musiqili komediyada musiqi, hadisənin inkişafı ilə 

elə  sıx bağlı deyil, burada geniş musiqi səhnələri, ansambllar, 

solo ariyaları, xorlar azdır. Musiqili komediya janrı üçün xüsusi-

lə müxtəlif mahnı janrlarının… və  məişət rəqslərinin istifadəsi 

xasdır”. Musiqili komediya janrından fərqli olaraq operetta janrı 

isə ensiklopediyada “kiçik opera” kimi xarakterizə edilmişdir. 

Bu xasiyyətnamələri nəzərə alaraq, belə nəticəyə gələ bilərik ki, 

Ü.Hacıbəylinin “Ər və arvad”, “O olmasın, bu olsun” (“Məşədi 

İbad”)  əsərləri daha çox musiqili komediya janrına, “Arşın mal 

alan” isə operetta janrına, daha dəqiq desək, “lirik operaya” aiddir. 

Bu əsərdə musiqi səhnələri hadisənin inkişafı ilə bağlıdır, onu inki-

şaf etdirir, bütün iştrakçılara xüsusi, fərdi xasiyyətnamələr məxsus-

dur. Ariyalar, xor, ansambl və çox önəmli musiqi nömrələri arasın-

da intonasiya bağlılığı, leytmotiv sistemi mövcüddur. 

Ü.Hacıbəylinin özü əvvəldən “Ər və arvad”, “O olmasın, bu 

olsun” və “Arşın mal alan” əsərlərini operetta adlandırmışdır. Ya-

radıcılığının ilk tədqiqatçılarından olan Xurşudxanım Ağayeva ilə 

söhbətində bəstəkar belə demişdir: “Musiqinin qüvvəsinə inam və 

musiqi vasitələri ilə ictimai məişət eyiblərini qamçılamaq həvəsi, 

müsiqidə Azərbaycan ziyalılarının mütərəqqi qüvvələrinin  ətalət 

və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi, məni 

komik musiqi janrı – operettanı yaratmağa sövq etdi”.

1

 



                                                 

1

 Ağayeva X. Üzeyir Hacıbəyov. B., 1955, s. 68. 




 

65 


Bu musiqi əsərlərinin ədəbi mətnləri, yəni librettoları bütün-

lüklə Ü.Hacıbəyliyə  məxsusdur. Bəstəkar gənc sevgililərin ob-

razlarını məişət planında, parlaq nikbinlik rəngləri ilə vermişdir.  

Ü.Hacıbəylinin operettalarını Qərbi Avropa müsiqi janrları – 

İtaliyada “opera buff”, Fransada “opera komik”, Almaniyada 

“zinqşpil”, Rusiyada “komik opera” janrları ilə müqayisə etmək 

olar. Məşhur italyan bəstəkarı C.V.Perqolezinin “Qulluqçu xa-

nım” operasından başlayaraq ilk dəfə zadəganları, ruhaniləri və 

s. tənqid edən komik operanın demokratik tipi təsdiq edilmişdir. 

İtaliyadakı “opera buff”dan sonra yaranmış “rus komik opera”sı, 

“zinqşpil alman opera”sı, “fransız komik opera”sı  həmin xü-

susiyyətlərə malikdir. 

Ü.Hacıbəylinin operettaları da elə bu xüsusiyyətlərlə – de-

mokratizmi, aydınlığı ilə, riyakarlığın,  şöhrətpərəstliyin tənqidi 

ilə seçilirdi. 

Bəstəkar məqalələrinin birində bu janrı etinasız qiymətlərdən 

qoruyaraq qeyd edirdi ki, həmin janrda dahi bəstəkarlar Haydn 

və Motsart yazmışlar. Milli alman operettası “zinqşpil” isə vaxtı 

ilə italyan opera və operettalarının möhkəm kök salmış təsirləri 

ilə mübarizədə böyük rol oynamışdır. 

Üzeyir Hacıbəylinin operettaları arasında ictimai əhəmiyyəti-

nə və yumor gücünə görə “O olmasın, bu olsun” xüsusi yer tu-

tur. Məhz bu operetta özünün ümumi istiqamətinə görə “Molla 

Nəsrəddin” jurnalının platformasına,  Ə.Əzimzadənin “Köhnə 

Bakı tipləri” karikaturalarına yaxın idi.  

Ü.Hacıbəyli operettada Məşədi İbad və onun adamlarını mü-

şayiət edən yüngül rəqs və mahnı melodiyalarının köməyi ilə 

parlaq, komik effektlərə nail olur. O, lirik mahnılarla, ariozo ilə 

cavan sevgililəri Gülnaz və Sərvəri xarakterizə edir. 

Ü.Hacıbəylinin özü “Arşın mal alan” haqqında qeydlərim” 

məqaləsində, operetta haqqında belə yazırdı: “Onun süjeti (yəni, 

“Arşın mal alan”ın – Z.S.) Qarabağın Şuşa şəhərinin həyatından 

alınmışdır. “Arşın mal alan” yazılıb qurtarandan sonra mən çar 

senzurasından əsərin çap etdirilməsi və oynanılması üçün icazə 

almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim”. Yenə həmin 

məqalədə Ü.Hacıbəyli təəssüflə qeyd edir ki, ilk dəfə bu əsər 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə