Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə19/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   15   16   17   18   19   20   21   22   ...   168

 

60

mı  əsasında qurulmuş orkestr epizodu xüsusilə seçilir. Bu or-



kestr epizodu özünün müstəqilliyi və bitkinliyi ilə diqqəti cəlb 

edir və şübhəsiz Azərbaycan bəstəkarlarının simfonik muğamla-

rının sələfi hesab edilə bilər. 

Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasında musiqi ya-

radıcılığının şifahi ənənələrindən müasir musiqi mədəniyyətinin 

janr və formalarına olan keçidi ilk dəfə həll etdi. 

“Leyli və Məcnun”da o, opera janrının və digər musiqi for-

malarının inkişafı üçün möhkəm bünövrə yaratmaqla bərabər, 

həmçinin Azərbaycan milli harmoniyasının və polifoniyasının 

möhkəm əsasını qoydu. 

“Üzeyir Hacıbəyli əsl novatordur, ona görə ki, o, yalnız me-

lodiyanı deyil, musiqi sənətinin bütün ünsürlərini əsl xalq ruhu 

ilə aşılamaq, onları doğru bədii məqsədə yönəltmək vasitələrini 

tapmışdır”

1



Qara Qarayev operamızın 60 illiyi münasibətilə yazdığı 



“Şərqdə ilk opera” məqaləsində qeyd edirdi: “Leyli və Məcnun” 

operası dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılıq yolla-

rında ilk addımları idi. Məsələ burasındadır ki, dahilərin sənət 

yollarındakı ilk addımları da böyük və  mənalı olur. “Leyli və 

Məcnun” operası məhz belə addımların bəhrəsi olmuşdur”

2



Səksəninci illərin  əvvəllərində Elmlər Akademiyasının rəh-

bəri olduğum “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsində Ü.Hacı-

bəylinin musiqi əsərlərinin akademik nəşrini çapa hazırlayırdım. 

İlk əsər bəstəkarın “Leyli və Məcnun” operasının partiturası idi. 

Məlumdur ki, akademik nəşr üçün musiqi əsərinin sonrakı təh-

riflərdən və əlavələrdən təmizlənmiş əsl müəllif mətninin olması 

vacibdir. Ü.Hacıbəylinin bəzi əsərlərinin əlyazmaları qalmamış, 

bəziləri isə yarımçıq şəkildə bizə gəlib çatmışdır ki, bu da onun 

əsərlərinin külliyatının nəşrini çətinləşdirir. Deyildiyi kimi, 

“Leyli və Məcnun” operasının partiturası olmamışdır, ilk dövrdə 

operanın tamaşaları “direksion” əsasında qoyulmuşdur. 

                                                 

1

 Hacıbəyov Ü. Əsərləri, II c, B, 1965, s. 275. 



2

 Qarayev Q. “Şərqdə ilk opera”, Ədəbiyyat və incəsənət qəzeti, 1968, 

20 yanvar. 



 

61 


Muğam epizodları nə “direksiona”, nə də sonralar partituraya ya-

zılmamışdır, muğamlar müğənnilər tərəfindən improvizə edilmişdir. 

Mən nəşrə hazırlanmış partituranı qol çəkmək üçün akade-

mik nəşrin baş redaktoru Qara müəllimə təqdim etdikdə o, belə 

ifadə işlətdi: “çox ağ partituradır.” Mən istədim etiraz edib de-

yəm ki, axı bu müasir musiqi partiturası deyil, “Leyli və Məc-

nun”dur. Amma susdum. Qara müəllim “Leyli və  Məcnun”u 

musiqimizin memorial dəyərli əsəri adlandırırdı. O, cildin redak-

toru bəstəkar Nazim Əliverdibəyova məktub yazıb müəyyən 

yerlərdə nəfəsli alətlərdə ştrixlərin, nüansların və artikulyasiya-

nın dəqiqləşdirilməsini məsləhət gördü. Mən məktubu Nazim 

müəllimə çatdırdım. O, məktubu oxuyub Qarayevin qeydlərini 

sözsüz qəbul etdi. Qarayev partituranı çapa imzaladı. 

1983-cü ildə  Səmərqənddə keçirilən  İkinci Beynəlxalq Mu-

ğam Simpoziumun iştirakçısı kimi ora, yeni çıxan “Üzeyir Ha-

cıbəyov” və “Mir Möhsün Nəvvab” kitablarımı və birinci cildin 

redaktoru Nazim Əliverdibəyovla hazırladığım (mən, baş  mə-

qalənin və elmi şərhlərin müəllifi, redaksiyanın üzvü kimi) 

“Leyli və Məcnun” operasının partiturasını aparmışdım. Simpo-

ziuma gələn qonaqlar, xüsusilə  də Moskva musiqişünasları qa-

lın, böyük həcmli “Leyli və Məcnun”un partiturasını görüb so-

ruşdular ki, yəqin muğamları da nota köçürmüsünüz? Biləndə 

ki, bu yalnız və yalnız Ü.Hacıbəylinin özünün bəstələdiyi musi-

qidir, çox təəccüb etdilər, cünki çoxları bilmirdi ki, bəstəkarın 

həmin operaya bu həcmdə bəstələdiyi musiqisi var. Etiraf edək 

ki, Bakıda da bir çoxları bu fikirdə idilər. 

“Leyli və Məcnun”un partiturasına müraciət edək, görək ope-

rada hansı musiqi parçaları Ü.Hacıbəylinindir və hansı parçalar no-

ta yazılmışdır? Birinci pərdədə: Müqəddimə, proloq, xor “Şəbi-hic-

ran”, Məcnun və Leylinin dueti, qızlar və  oğlanların xoru, trio – 

Məcnunun atası, anası, Məcnun; ikinci pərdədə: qızların xoru, 

ərəblərin xoru “Vermə-vermə”, Məcnunun elçilərinin xoru, İbn 

Səlamın elçilərinin xoru, üçünçü pərdədə: giriş, qonaqların xoru və 

rəqsi, Leyli və  İbn Səlamın dueti, xor “Məcnun, Məcnun dur 

gedək”; dördüncü pərdədə: giriş, qızların xoru, “Söylə bir görək”, 

Nofəlin xor ilə səhnəsi, xor “Ey Nofəl”, qasidlərin xoru, döyüş səh-




 

62

nəsi, beşinci pərdədə: Arazbarı, Leyli və  İbn Səlamın dueti, 



Məcnunun  şikayəti; altıncı  şəkildə giriş  və son xor. Otuza yaxın 

nömrədən ibarət Üzeyir musiqisi “Leyli və  Məcnun “operasının 

qalın 400 səhifədən artıq partiturasını təşkil edir. 

Bura muğamların mətni, Füzuli qəzəlləri, baş məqalə və elmi 

şərhlər də daxildir. Bəs operada hansı muğamlardan istifadə 

olunmuşdur? Bu siyahını da təqdim edirik. 

Birinci pərdədə: Mahur-hindi, Sikəsteyi-fars, Çahargah 

(Mənsuriyyə şöbəsi). İkinci pərdədə: Simai-şəms (Hicaz şöbəsi), 

Sarənc, Şur, Kürd Şahnaz, Zəmin-xara, Qatar. Üçüncü pərdədə: 

Rast (Pəncgah),  Şüştər (Tərkib). Dördüncü pərdədə: Bayatı-

Şiraz, Bayatı-Kürd, Rast-Pəncgah, Əraq, Kabili. Beçinci pərdə-

də: Arazbarı, Osmanı, Segah (sol diyez kökündə), xaric Segah

Bayatı-kürd, Şüştər (Tərkib). 

Bu muğamların adlarının dəqiqləşdirilməsində bizə tarzən 

Bəhram Mansurov köməkçi olmuşdur. Mərhum Bəhram Mansu-

rov çox illər “Leyli və  Məcnun”un tamaşalarında orkestrdə tar 

çalırdı. 

Lakin qeyd edək ki, bu muğamların heç biri nota yazılıb par-

tituraya salınmamış, yalnız müəyyən mətn əsasında ifaçılar mu-

ğamları improvizə etmişlər.  

Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının partiturası və 

klavirinin akademik nəşri, musiqi mədəniyyəti xəzinəsinə qiy-

mətli hədiyyə olaraq böyük bəstəkarın bu ölməz əsərini yeni nə-

sillərə sevdirəcək. 

Bu gün biz “Leyli və Məcnun”a musiqimizin ilkin və ibtidai 

mərhələsi kimi deyil, həmişə yeni, müasir səslənən ölməz sənət 

əsəri kimi yanaşırıq. Onun bir əsrdən artıq səhnədə uğurla get-

məsi buna parlaq sübutdur.  

 

 

 

 

 

 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə