Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə15/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   11   12   13   14   15   16   17   18   ...   168

 

47 


baycan türkləri arasında opera əmələ gəlməsinin birinci amillə-

rindən birisinin “şəbeh” olduğu şübhəsizdir. 

...Azərbaycan operalarının forması  (şəkli) Avropa operala-

rından əxz edilmişsə, iştirak edənlərin üsulu-təğənnisi şəbehlər-

dən götürülmüşdür. Təvafüt bir bundadır ki, operalar şəbehdən 

daha artıq və daha geniş bir surətdə mövcud dəstgahlarımızdan 

istifadə edib səhnə tərtibatı və “orkestr” istemalı ilə zahirdə Av-

ropa operasına yavuq bir şəkil alır”

1



İlk Azərbaycan operasının yaranmasında ola bilsin ki, müəy-



yən təkan rolunu belə bir fakt da oynamışdır: “Leyli və Məcnun” 

operasının yaranmasından hələ çox qabaq böyük maarif xadimi

“Əkinçi” qəzetinin redaktoru Həsənbəy Zərdabi Ü.Hacıbəyliyə 

“xalq melodiyaları əsasında opera yazmaq” ideyasını vermişdi.

2

 

Əlbəttə, ilk Azərbaycan operasının yaranmasında bir çox ha-



disələrin mühüm amillər kimi əhəmiyyəti olmuşdur. Bunlardan 

biz həm  əsrlər boyu xalq arasında musiqi ilə müşayiət olunan 

müxtəlif tamaşaları, oyunları, həm  Şuşada və Bakıda verilən 

məşhur “Şərq konsertləri”ni, Azərbaycan dram teatrının bir çox 

tamaşalarını, həm də  qərb və rus bəstəkarlarının klassik opera 

nümunələrini göstərə bilərik. 

İlk Azərbaycan operasının xalq arasında qazanmış böyük 

müvəffəqiyyəti haqda Üzeyir Hacıbəyli özü belə yazırdı: “Zən-

nimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan 

xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözlə-

yirdi, “Leyli və  Məcnun”da isə  əsl xalq musiqisi ilə  məşhur 

klassik süjet birləşmişdir”.

3

 

Üzeyir Hacıbəylinin elə ilk musiqi əsəri “Leyli və Məcnun” 



operası orta əsr dini ehkamlarına, feodal-patriarxal üsulun 

mühafizəkar ənənələrinə meydan oxuyan əsər oldu. 

                                                 

1

 Hacıbəyov Ü. Əsərləri, II cild, B., 1965, s. 222. 



2

 Bu faktı bəstəkarın müasiri F.Ağazadə (Şərqli) Azərbaycan mətbuatının 

50 illiyinə həsr edilmiş kitabında göstərmişdir. Həmin faktı Zərdabinin həyat 

yoldaşı  Hənifə xanım Məlikova da xatirələrində  gətirmişdir. Bu faktları biz 

A.Sarabskinin “Azərbaycan musiqi teatrının yaranma və inkişafı” kitabı üzrə 

gətiririk. B., 1968, s. 42-43 (rus dilində). 

3

 Hacıbəyov Ü. Əsərləri, II cild, B., 1965, s. 275. 




 

48

 



* * * 

   


“Leyli və Məcnun” operasının librettosunu Üzeyir Hacıbəyli 

XVI  əsrin böyük şairi Məhəmməd Füzulinin eyniadlı poeması 

əsasında yazmışdı. Bəstəkar operadakı  qəzəllərin bəzilərini Fü-

zulinin “Divan”ından götürmüşdü. Bəşər tarixində əbədi mövzu 

olan yüksək, ülvi məhəbbət mövzusunu tərənnüm edən “Leyli 

və  Məcnun”  əfsanəsinin tarixi çox qədimdir. Bu mövzu hələ 

ərəb şifahi xalq ədəbiyyatında mövcud imiş. Leyli və Məcnunun 

saf və faciəvi məhəbbəti  əsrlər boyu bir çox sənətkarları  həyə-

canlandırmışdı. İlk dəfə bu mövzunu qələmə alan XII əsrin bö-

yük mütəffəkir şairi Nizami Gəncəvi olmuşdur. Nizamidən son-

ra bir sıra xalqların sənətkarları bu mövzuya müraciət etmişlər. 

Onlardan hindli Əmir Xosrov Dəhləvi (XII əsr), özbək  Əlişir 

Nəvai (XV əsr), tacik Cami (XV əsr) və başqalarını göstərmək 

olar. 


Lakin Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını yazar-

kən məhz Füzulinin poemasına müraciət etmişdir.  Əvvəla ona 

görə ki, Füzulinin poeması doğma Azərbaycan dilində yazılmış-

dır, həm də ona görə ki, şairin qəzəlləri əsrlər boyu özünün axı-

cılığı, musiqililiyilə xalq arasında məşhur idi. Azərbaycan xa-

nəndələri isə illər boyu muğamları oxuyarkən Füzuli qəzəllərinə 

müraciət etmişdilər.  

Opera janrının xüsusiyyətiylə  əlaqədar olaraq Üzeyir Hacı-

bəyli  əsərin librettosunu yazarkən Füzuli poemasının mətnini 

xeyli ixtisar etmişdi. Bir sıra hissələrin mətnini isə bəstəkar özü 

yazmışdı. Ü.Hacıbəyli Füzuli poemasında olan bəzi hadisələri, 

məsələn Məcnunun doğulmasını, onun atası ilə Məkkəyə getmə-

sini, atasının məzarı üzərində  Məcnunun naləsini və poemanın 

axırıncı səhnəsini verməmişdir. Lakin bununla bərabər, bəstəka-

rın yüksək dramaturji hissiyatı, ona Füzuli poemasının əsas süjet 

fabulasını, ictimai fəlsəfi, əxlaqi ideyasını saxlamağa kömək et-

mişdi. Ü.Hacıbəyli başqa dövrün sənətkarı kimi XVI əsrin poe-

masına öz münasibətini bildirmiş, məhz ona görə poemadakı 

Leyli surətini operaya olduğu kimi köçürməmiş, onu daha fəal, 



 

49 


öz hüquqsuzluğunu daha aktiv bildirən qadın obrazı kimi ver-

mişdir. Öz gələcək əsərlərində Azərbaycan qadınının emansipa-

siyası uğrunda mübarizə aparan Ü.Hacıbəylinin yaratdığı qadın 

obrazları qalereyasında onun Leylisi ilk müvəffəqiyyətli surət 

olmuşdur. Orta əsr feodal cəmiyyətinin əxlaq normalarına mey-

dan oxuyan Füzuli poemasının əsas pafosu Ü.Hacıbəylinin mu-

siqisində müasir demokratik cizgilərlə daha da zənginləşmişdir.  

 

* * * 

 

“Leyli və Məcnun” operasını bəstəkar 1907-ci ildə yazmağa 

başlamışdı. Lakin bu mövzuda opera yazmaq fikrinə Ü.Hacıbəy-

li hələ çox qabaqlar, 1897-1898-ci illərdə  Şuşada yaşayarkən 

düşmüşdü. Biz bu faktı təkrar olduğuna baxmayaraq gətirməyə 

bilmirik. Bu illərdə 13 yaşlı Üzeyir doğma Şuşa şəhərində səhnə 

həvəskarlarının oynadığı “Məcnun Leylinin məzarı üstündə” 

mövzusunda kiçik bir səhnəni görmüşdü. Həmin səhnədə  məş-

hur xanəndə Cabbar Qaryağdıoğlu Məcnun rolunu oynayırdı. 

Üzeyirin özü isə xorda oxuyurdu. Bu səhnə kiçik Üzeyiri elə hə-

yəcanlandırmışdı ki, bir neçə ildən sonra Bakıya gələndə onda 

opera yazmaq fikri daha da güclənmişdi. Operanın yaranma tari-

xini xatırlayan bəstəkar yazırdı: “Mən xalq yaradıcılığının klas-

sik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə 

etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının 

sözlərinə forma və  məzmunca zəngin, rəngarəng muğamlardan 

musiqi seçmək, hadisələrin dramatik planını  işləyib hazırlamaq 

idi”


1

                                                 



1

 Üzeyir Hacıbəyov. Əsərləri, II cild, B., 1965, s. 274-275.  

Operanın məzmunu belədir: iki qonşu  ərəb qəbilələrinin övladları Qeys 

və Leyli bir-birini böyük məhəbbətlə sevirlər. Onların gizli məhəbbəti çox tez 

aşkar olur. Leylinin yoldaşları bu xəbərlə onun anasını agah edirlər. Leylinin 

anası qızına öyüd-nəsihət verir. Qeysin ata-anası Leylinin evinə elçi göndərir. 

Lakin Leylinin atası iki gəncin məhəbbətinə mane olaraq Qeysi Məcnun ad-

landırır və elçilərə rədd cavabı verir. Bu xəbəri eşidən Qeys səhralara düşərək 

həqiqətən Məcnun olur. Məcnunun atası onu səhrada tapır, oğluna yalvarır ki, 

evə qayıtsın, lakin Məcnun yalnız Leyliyə olan məhəbbəti və onun xəyalıyla 

yaşayır. Səhradan keçən ərəblər və onların sərkərdəsi Nofəl Məcnunun dərdi-



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə