Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə11/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   7   8   9   10   11   12   13   14   ...   168

 

34

dudlaşmır. Onun bir sıra  Şərq xalqlarının müasir professional 



musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu olmuşdur. 

Hələ inqilabdan əvvəl Azərbaycan artistləri bu operanı Zaqafqa-

ziyada, Orta Asiyada və  İranda göstərmişlər. Hər yerdə opera 

böyük hərarətlə qarşılanmışdı. 

“Özbək musiqisinin inkişaf yolları” kitabının müəllifi 

S.Ginzburq yazırdı ki, “Xalq ənənəsi ilə rus mədəniyyəti nailiy-

yətləri vəhdəti nəticəsində ilk milli opera “Leyli və  Məcnun”u 

yaratmış Azərbaycan teatrının qabaqcıl xadimlərinin təcrübəsi 

özbək ziyalılarına böyük təsir göstərmiş və onlarda eyni səpgili 

özbək əsərləri görməyə canlı həvəs oyatmışdır”.

1

 

Məhz bu operadan sonra Özbəkistanda da R.Qliyer və Q.Sa-



dıxov tərəfindən həmin əfsanə əsasında “Leyli və Məcnun” ope-

rası yaranmışdı. Bu operanın musiqisini də xalq yaradıcılığının 

nümunələri və makomlar təşkil edirdi. 

“Leyli və Məcnun” operasının müvəffəqiyyətindən ruhlanan 

Ü.Hacıbəyli 1909-cu ildən 1915-ci ilə qədər beş muğam operası-

nı – 1909-cu ildə “Şeyx Sənan”, 1910-cu ildə “Rüstəm və Söh-

rab”, 1912-də “Şah Abbas və Xurşid Banu” və həmin ildə “Əsli 

və  Kərəm”, 1915-də “Harun və Leyla”nı yazdı. Bu operaların 

librettosunu o, xalq dastanları  əsasında, “Rüstəm və Söhrab” 

operasını isə Firdovsinin “Şahnamə”si əsasında yazmışdır. 

Ü. Hacıbəylinin inqilabdan əvvəlki altı operasından (onlar-

dan biri – “Harun və Leyla” səhnədə qoyulmamışdır), “Leyli və 

Məcnun”dan savayı, böyük müvəffəqiyyət qazanmış  “Şah Ab-

bas və Xurşid Banu” və “Əsli və Kərəm” operaları oldu. 

“Əsli və Kərəm”in ilk parlaq tamaşasından sonra qəzetlərdən 

biri yazırdı: “Musiqi burada demək olar ki, xalqın içindən çıx-

mışdır.”

2

 



İnqilabdan  əvvəlki operaların  bir xüsusiyyətini də qeyd et-

mək maraqlıdır. Ü.Hacıbəyli  ilk operalarında  bəzən özünün 

mənfi obrazlarında xalq musiqi xasiyyətnaməsindən istifadə et-

mirdi. Məsələn, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu” 

                                                 

1

 Гинзбург С. Пути развития узбекской музыки, М-Л., “Искусство”, 



1946, с. 22. 

2

 Агаева Х. Узеир Гаджибеков. Баку,  1955, с. 61. 




 

35 


operalarında Qara Keşiş ilə Məstəvərin partiyalarında folklor si-

tatları yoxdur. Onların partiyaları xalq musiqisinə yabancı xüsu-

siyyətlərdən ibarətdir. “Leyli və Məcnun” operasının uğurundan 

ruhlanan Ü. Hacıbəyli, özünün ikinci operası “Şeyx Sənan”ı ya-

zır. Bu opera əvvəlkindən özünün bədii xüsusiyyətləri və musiqi 

folklorundan istifadə üsulu ilə seçilir. 

Ü. Hacıbəyli yaradıcılığının ilk tədqiqatçılarından olan Xur-

şid xanım Ağayeva  bu opera haqqında belə yazır: Hacıbəyli 

“Azərbaycan dinləyicilərinin  ənənəvi opera formalarına zövq 

aşılamaq, onların musiqi inkişafının daha yüksək zirvəsinə qal-

dırmağa çalışırdı. Amma musiqi üslubunda belə sərt dönüş, xal-

qa aydın və yaxın olan  musiqi improvizəsinin ənənəvi üsulların-

dan imtina, üstəlik bəstəkarın özünün və artistlərin – “Şeyx Sə-

nan” operasınnın ilk ifaçılarının texniki cəhətdən yetişməməsi  

onu tam müvəffəqiyyətsizliyə gətirib cıxarmışdır”.

1

 



Dünya musiqi sənətində nadir hadisə olan “Muğam operala-

rı”, yalnız Ü.Hacıbəylinin yaradıcılıq yolunda deyil, bütün Azər-

baycan musiqi sənətinin inkişafında böyük rol oynamışdır. 

Bu gün biz “muğam operası”nı köhnəlmiş və şifahi xalq ya-

radıcılığından bəstəkarlığa keçid dövrü kimi deyil, milli opera 

janrının müstəqil inkişaf yolu kimi qiymətləndiririk. 

Azərbaycan simfonik muğamı kimi, bu janr da, müasir şəra-

itdə, müasir tələblərə uyğun olaraq davam etdirilə bilər. 

 

* * * 


 

Üzeyir Hacıbəylinin yaradıcılığında və Azərbaycan musiqi 

sənətinin inkişafında bəstəkarın inqilabdan əvvəl yazdığı “Ər və 

arvad” (premyerası 10 may 1910-cu il), “O olmasın, bu olsun” 

(premyerası 25 aprel 1911-ci il), “Arşın mal alan” (premyerası 

25 oktyabr 1913-cü il) operettaları xüsusi yer tutur. Operetta 

janrına müraciət etmənin səbəbini Hacıbəylidən soruşduqda o, 

belə cavab vermişdir: “Musiqinin qüvvəsinə inam və musiqi va-

sitələri ilə ictimai-məişət eyblərini qamçılamaq həvəsi, musiqidə 

                                                 

1

 Агаева Х. Узеир Гаджибеков. Баку,  1955, с. 61. 




 

36

Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət və mədə-



niyyətsizliyə qarşı mübarizəsini  əks etdirmək səyi məni komik 

musiqi janrı – operettanı yaratmağa sövq etdi.

1

 

Ü.Hacıbəyli ilk iki operettasını yazdıqdan sonra 1911-ci ildə 



musiqi təhsilini davam etdirmək üçün Moskvaya gedir və filar-

moniya nəzdində pullu kurslarda solfeciodan N.M.Laduxində, 

harmoniyadan isə N.N.Sokolovskidə məşğul olur. Lakin o, çox 

tez ağır maddi şərait üzündən təhsilini dayandırıb Bakıya qayıt-

mağa məcbur olur. 1913-cü ildə o, yenidən oxumağa, bu dəfə 

Peterburq konservatoriyasına gedir. 

 

 

 



Üzeyir Hacıbəyli  

həyat yoldaşı Məleykə xanım ilə – 1913-cü il 



 

Ü.Hacıbəylinin konservatoriyada harmoniya üzrə müəllimi 

böyük rus bəstəkarı N.A.Rimski-Korsakovun tələbəsi V.P.Kala-

                                                 

1

 Агаева Х. Узеир Гаджибеков. Баку,  1955, с. 68. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə