Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə12/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   8   9   10   11   12   13   14   15   ...   168

 

37 


fatti idi. Fortepiano və orqan üzrə dərslərini isə Hacıbəyli kon-

servatoriyanın görkəmli müəllimləri V.V.Şerbakov və J.J.Qand-

şindən alırdı. Hacıbəyli Peterburq konservatoriyasında təəssüf 

ki, çox az müddət, cəmi altı ay oxumuşdur. Lakin bu kiçik müd-

dət də ona çox şey vermişdir.  

Ü.Hacıbəyli Peterburqda geniş, beynəlxaq  şöhrət qazanan 

üçüncü operettası “Arşın mal alan”ı yazır. Hacıbəylinin yazdığı 

operettaların  ədəbi mətnində cavan, gözəl sevgililərin surətləri 

məişət planında, parlaq nikbin çalarlarla verilmişdir, həm də bu 

dövr gənc Üzeyir bəyin həyatında xoşbəxt illər idi. O, həyat yol-

daşı Məleykə xanımla yeni evlənmişdi. 

Muğam operalarından fərqli olaraq Ü.Hacıbəyli operetta jan-

rında, demək olar ki, xalq musiqisindən sitat gətirmir, lakin bu 

əsərlər folklor intonasiyaları, döngələri, üsulları ilə  zəngindir. 

Bəstəkar xalq musiqisinin ruhunu, özü də peşəkar səviyyədə, 

xüsusilə “Arşın mal alan”da yaradır. 

Ü.Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” 

operettaları dünyanın bir çox dillərinə tərcümə edilmiş və dəfə-

lərlə ekranlaşdırılmışdır. Dünyada bir neçə şəhər var ki, musiqi 

onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə  şəhər-

lərdən, ilk növbədə Avstriyanın Vyana, İtaliyanın Neapol, Azər-

baycanda isə Qarabağın  Şuşa  şəhərini göstərmək olar və  bəlkə 

təbiidir ki, bu şəhərlərin ikisində böyük bəstəkarımız Ü.Ha-

cıbəylinin abidəsi ucaldılmışdır (Vyana və  Şuşada). Lakin tə-

əssüflər olsun ki, Şuşada bəstəkarın abidəsi erməni işğalçıları tə-

rəfindən gülləbarana tutulmuş və deşik-deşik edilmişdir. Böyük 

çətinliklərlə Bakıya gətirilmiş bu abidə, Xurşidbanu Natəvanın 

və Bülbülün abidələrilə bərabər R.Mustafayev adına Azərbaycan 

Dövlət  İncəsənət muzeyində saxlanılır və erməni işğalçılarının 

vandalizmini bir daha nümayiş etdirir. 

 

* * * 


 

Ü.Hacıbəyli 1918-1920-ci illərdə Azərbaycan Demokratik 

hakimiyyəti dövründə “Azərbaycan” qəzetində  fəal çalışır. Bu 

qəzetin ilk redaktoru Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy idi. 

Hacıbəylinin özü isə bir ildən artıq bu qəzetin müdiri olmuşdur. 



 

38

Həmin qəzetdə Ü.Hacıbəylinin “İstiqlaliyyət”, “Partiyalarımız”, 



“Azərbaycan parlamanı”, “Andronik məsələsi”, “Vəzifəmiz nə-

dir?”, “Lənkəran faciəsi”, “Qarabağ haqqında”, “Naxçıvan və 

Qarabağ”, “Milliləşmək”, “Rusiya əhvalı”, “İçimizdəki denikin-

lər”, və s.mühüm məqalələr dərc edilmişdir. 1919-cu ildə Azər-

baycan Cumhuriyyətinin bir ili münasibətilə  “İstiqlal” məcmu-

əsindəki “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsi 

xüsusi önəm daşıyır.

1

 



Ü.Hacıbəyli 1926-cı ildə Azərbaycan Dövlət Konservatori-

yasının əvvəl prorektoru, sonra rektoru olmuş, həmin ildə kon-

servatoriya nəzdində xor kollektivi yaratmışdı, lakin o çox tez 

dağılmışdı. Bəstəkar yalnız 10 ildən sonra 1936-cı ildə respubli-

kada filarmoniyanın nəzdində xor sənətinin möhkəm təməlini 

yaradır. Hacıbəyli xor mədəniyyətinin böyük əhəmiyyətini başa 

düşür və inkişafı üçün hər bir şərait yaratmağa çalışırdı. Hələ in-

qilabdan əvvəlki operalara o, təksəsli xorları daxil edirdi. O vaxt 

bəstəkar kollektiv oxuma üçün başqa vasitə görmürdü. O dövrdə 

çoxsəsli xorun təşkili işində Hacıbəylinin qarşısında bir sıra cid-

di çətinliklər dayanmışdı, bu da ilk növbədə repertuar məsələsi 

idi. Repertuara daxil olunacaq xalq mahnıları təksəsli idilər. On-

ları çoxsəsli xor üçün harmonizə etmək lazım idi. Təbii ki, belə 

melodiyaların mexaniki harmonizə edilməsi xalq mahnısının üs-

lubunun təhrif olunmasına, bəzən isə melodik xəttin pozulması-

na gətirib çıxara bilərdi. 

Ü.Hacıbəyli belə hesab edirdi ki, “çoxsəsli xor sənətinin in-

kişafını milli əsas üzərində qurmaq lazımdır. Yəni Azərbaycan 

xalq musiqinin özünün əsasında çoxsəsli formanın elementlərini 

tapmaq lazımdır. Hər mahnının ritmik, melodik və digər xüsu-

siyyətlərinin öyrənilməsi və  şərti harmonizasiyanın tətbiq edil-

məsi xor ifasında da Azərbaycan melosunun bütün xüsusiliyini, 

bütün koloritini dinləyiciyə çatdırmaq imkanı verir”.

2

 



Qeyd etmək lazımdır ki, musiqimizin adi harmonizasiyası is-

tər-istəməz kadansların tətbiq olunmasını  tələb edir. Kadanslar 

                                                 

1

 Hacıbəyli Ü. Azərbaycan türklərinin musiqisi haqqında. B., 2005. 



2

 Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., B., 1965, s. 271. 




 

39 


melodiyanı ya majora, ya minora gətirib çıxarır. Bu zaman 

Azərbaycan musiqisini yaradan məqamlar çox vaxt öz xüsusiy-

yətini itirir. Ona görə bəstəkar qeyd edirdi ki, mahnıları harmo-

nizə edərkən o, adi dördsəsliliyi deyil, kontrapunkt çoxsəsliliyi 

və unison imitasiyaları tətbiq edir.

1

 Azərbaycan musiqisinin in-



kişafında özəl xor formasının yaranması mühüm rol oynadı. 

1931-ci ildə o, Radio komitəsinin nəzdində birinci notlu xalq 

çalğı alətləri orkestri yaradır. Ü.Hacıbəyli bu orkestri yaratmaq-

dan  əvvəl milli alətlərin xüsusiyyətlərini dərindən öyrənmişdir. 

Bu illərdə o, tarın pərdələrinin dəyişilməsi planı üzərində işləyir, 

tar üçün qanon tipli texniki məşğələlər və s. yazır. Bu məşğələ-

lər ilə o, Avropa not sisteminin milli Azərbaycan alətlərinə tət-

biq etmə imkanlarını isbat edirdi. Ü.Hacıbəyli 1926-cı ildə yaz-

dığı “Şərq musiqisi və Qərb musiqi aləti” məqaləsində Azərbay-

can musiqisinin Qərb musiqi alətləri ilə qarşılıqlı əlaqələrini ge-

niş  işıqlandırır. O, əsaslı  dəlillərlə  Qərb musiqi aləti ilə Azər-

baycan xalq musiqisi və onun alətləri arasında olan səddi aradan 

götürür. 

Ü.Hacıbəylinin təşkil etdiyi “not” orkestri Qlinkanın, Motsar-

tın, Şubertin, Bizenin və digər bəstəkarların əsərlərini müvəffəqiy-

yətlə ifa edirdi. İlk illərdə orkestrə Ü.Hacıbəyli özü dirijorluq edirdi. 

Bəstəkar 1931-ci ildə bu orkestr üçün iki fantaziya yazır. 

Bunlarda o, milli alətlərin birgə çoxsəsli ansamblda səslənmə 

imkanlarını nümayiş etdirir. Ü.Hacıbəyli birinci fantaziyada 

“Çahargah” muğamının, ikincidə isə “Şur” muğamının məqam-

intonasiya  əsasını  işlədir. Hacıbəylinin simfonik musiqinin ilk 

nümunələri olan “Çahargah” və “Şur” fantaziyaları, özünün üs-

lubu, musiqisinin xarakterinə görə “Koroğlu” operasının simfo-

nik epizodlarını hazırlamışdır. 

Ü.Hacıbəylinin skripka, violonçel və fortepiano üçün 1931-

ci ildə yazdığı “Aşıqsayağı” triosu Azərbaycan musiqisində ilk 

ansambl pyeslərindən biridir. Hacıbəyli milli musiqi üçün yeni 

olan bu janrda aşıq üslubunun bəstəkarlıq texnikasının müxtəlif 

xüsusiyyətləri ilə vəhdətini yaradır. “Aşıq sayağı”nın Motsartın 

                                                 

1

 Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., B., 1965, s. 271. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə