Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə10/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   6   7   8   9   10   11   12   13   ...   168

 

31 


baycanda opera sənətinin əsasını qoymuşdur, unikal ona görədir 

ki, bu əsərdə Azərbaycan professional bəstəkarlıq məktəbinin 

bünövrəsi qoyulmuşdur, unikal həm də ona görədir ki, muğam-

lara əsaslanaraq, “Leyli və Məcnun” musiqimizdə muğam ope-

rasının təməlini qoydu. Bu operadan sonra Ü.Hacıbəylinin 

“Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşud Banu”, 

“Harun və Leyla”, M. Maqomayevin “Şah  İsmayıl”, Z.Hacıbə-

yovun “Aşıq Qərib” muğam operaları yarandı. Lakin bu operala-

rın arasında “Leyli və Məcnun”un Azərbaycan musiqisi tarixin-

də oynadığı rol, xalqımızın qəlbində tutduğu yer xüsusidir. 

100 ildən artıqdır ki, bu opera səhnədən düşmür, yeni-yeni 

ifaçılar – Leylilər, Məcnunlar nəsli yetişir. 22 yaşlı gənc Üzeyir 

Hacıbəylinin yaratdığı “Leyli və Məcnun” operasının 100 il ər-

zində daimi, stabil uğurunun sirri nədədir? Qədim muğam-

larımızın gözəlliyində, təkrarsızlığında, yoxsa dahi Füzulinin 

eyniadlı poemasında, qəzəllərində, ya da gənc Üzeyirin operaya 

yazdığı musiqi parçalarında, bəlkə o vaxtlar Hüseynqulu Sa-

rabskinin yaratdığı  təkrarsız Məcnun rolunda? Daha doğrusu, 

bunların ayrı-ayrılıqda heç birində, eyni zamanda hamısında, on-

ların vəhdətində. Üzeyir bəyin istedadı bunların hamısının vəh-

dətini, sintezini yarada bilmişdir. 

İlk Azərbaycan operasının əsas və xarakter xüsusiyyəti həm 

də ondan ibarət idi ki, bu əsərdə Ü.Hacıbəylinin özünün bəstələ-

diyi musiqi ilə xalq musiqisini bir-birindən ayıran səddi tapmaq 

mümkün deyildi. “Leyli və Məcnun” operasının bu xüsusiyyəti-

ni qeyd edən Ü.Hacıbəyli yaradıcılığının ilk tədqiqatçılarından 

olan V.Vinoqradov yazırdı: “Folklorun bəstəkarlıq yaradıcılığı-

na keçməsinə musiqi tarixində bundan bariz nümunə tapmaq çə-

tindir. Bu kecid o qədər ardıcıl və üzvi idi ki,  indi Azərbaycan 

opera sənətində özfəaliyyət və həvəskarlığın yerini peşəkarlığın 

nə vaxtdan tutduğunu  təyin etmək asan deyil. Bu həm Hacıbəyli 

yaradıcılığına, həm də aktyor oyununa, həm də bütünlüklə tama-

şaya aiddir”.

1

 



                                                 

1

 Виноградов В. Узеир Гаджибеков и азербайджанская музыка. М., 



Музгиз, 1938, с. 14. 


 

32

Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının musiqisində 



Füzuli poemasının lirik və romantik ruhunu, ümumi tonallığını 

böyük ilhamla verə bilmişdir. 

“Leyli və  Məcnun” operasının geniş dinləyici kütlələri ara-

sında böyük müvəffəqiyyət qazanmasının əsas səbəblərindən bi-

ri, əlbəttə operanın musiqi dilinin xəlqiliyidir. Bəstəkar başa dü-

şürdü ki, ilk mərhələdə xalqı operaya alışdırmaq üçün ona aydın 

və yaxın musiqi dilində yazmaq lazımdır. Bu musiqinin mühüm 

sahəsini xalqın  əsrlər boyu sevdiyi muğam sənəti təşkil edirdi. 

Ü.Hacıbəyli operada xalq musiqisinin digər nümunələri olan təs-

niflərə də geniş yer vermişdi. Bu barədə o özü yazırdı: 

“1907-ci ildə mənim başıma belə bir fikir gəldi. Hər hansı bir 

dramatik süjetin müşayətilə solo şəklində oxumağa bizim mu-

ğamlardan, xor şəklində oxumağa isə təsniflərdən istifadə edim”

1



Beləliklə bu prinsiplə bəstələnmiş “Leyli və Məcnun” operasın-

da muğam səhnələri sadə opera formalarını əvəz edirdi, hadisələrin 

bir qədər ağır, ləngərli ritmi, müəyyən statikliyi musiqinin inkişa-

fından, muğam sənətinin improvizə xüsusiyyətlərindən doğurdu. 

Bu da elə “Leyli və Məcnun” operasının qəhrəmanlarının xarakte-

rinə uyğun gəlirdi, çünki fəal hərəkət onlara xas deyildi. 

“Leyli və Məcnun” operasında Ü.Hacıbəylinin özünün bəstə-

lədiyi musiqi fraqmentləri əsasən orkestr üçün yazılmış epizod-

lar, muğamların girişi və sonluqları, III və IV pərdələrə yazılmış 

giriş musiqisi və s. idi.  

Bu hissələr o qədər xalq musiqi ruhuyla aşılanmış  və onun 

nümunələriylə üzvi vəhdət təşkil etmişdi ki, onları klassik mu-

ğam və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın artıq ilk 

əsərində xalq musiqisinin məqam-intonasiya əsasına sərbəst yi-

yələnməsini sübut edirdi.  

 

* * * 

 

1908-ci il yanvarın əvvəllərində Bakının müxtəlif yerlərində 

qəribə afişalara rast gəlmək olurdu. Bu afişalarda  şənbə günü 

                                                 

1

 Hacıbəyov Ü. Tərcümeyi-hal. Azərb. EA-nın əlyazmalar fondu, arx. 22. 



T-23 (159). 


 

33 


yanvarın 12-də, Tağıyev teatrında ilk dəfə müsəlman səhnəsində 

Füzuli poemasının əsasında “Nicat” cəmiyyətinin opera artistləri 

tərəfindən hazırlanmış 5 pərdə 6 şəkilli “Leyli və Məcnun” ope-

rasının göstərilməsi haqda xəbər verilirdi. Bu tamaşanın maraqlı 

tarixi vardı. Professional ifaçı qüvvələrinin yoxluğundan qəribə 

vəziyyət alınırdı. Dirijor pultunun arxasında görkəmli  ədib və 

dramaturq  Əbdürrəhimbəy Haqverdiyev dayanmışdı.  Əsərin 

müəllifi Üzeyir Hacıbəyli orkestrdə skripka çalırdı. Hacıbəylinin 

Qori seminariyasındakı yoldaşlarından bir çoxu, maarif və  mə-

dəniyyət xadimləri, müəllimlər orkestrdə çalır, xorda oxuyurdu-

lar. Bunlardan Ə.Terequlovu, A.Qasımovu, F.Ağayevi və başqa-

larını göstərmək olar. 

“Leyli və Məcnun” operasında musiqi poeziyanı rövnəqlən-

dirir, poeziya isə musiqini yüksəldir. Elə bil müxtəlif  əsrlərdə 

yaşamış iki böyük sənətkar bir-birinə yaxınlaşmış, əbədi məhəb-

bəti tərənnüm edən bir əsərdə qovuşmuşlar. 

Əgər əvvəllər xanəndələr tərəfindən oxunan muğamlar kon-

sert ifasında mücərrəd bir halı,  əhvali-ruhiyyəni, məsələn, mə-

həbbəti, sevinci, kədəri ifadə edirdilərsə, bu operada həmin mu-

ğamlar əsərin ümumi məzmununa tabe olaraq ilk dəfə səhnədəki 

hərəkətlə, aktyor oyunu ilə birləşərək, operanın məzmununun 

açılmasına, onun əhvali-ruhiyyəsinin  əks edilməsinə kömək 

edən musiqi vasitəsi olmuşdu. Bu da “Leyli və Məcnun”un əsas 

müvəffəqiyyətlərindən biri sayıla bilər. Üzeyir Hacıbəyli ilk də-

fə operaya vacib, dramaturji əhəmiyyəti olan xorları daxil edir. 

Ü.Hacıbəyli “Leyli və Məcnun”da opera janrının və musiqi-

nin digər formalarının möhkəm təməlini qoymuşdur. Ü.Hacı-

bəyli ilk dəfə bu operada çoxsəsliliyin sadə formalarını Azərbay-

can xalq musiqisinin təksəsli quruluşu ilə uyğunlaşdırmış və bu-

nunla da bəstəkar Azərbaycan məqamlarının major və minor sis-

temiylə birləşməsinə nail olmuşdu. Şərq və Qərb məqam sistem-

lərinin vəhdətinin həyata keçirilməsi, sonrakı illərdə həm Ü.Ha-

cıbəylinin özü üçün, həm də digər Azərbaycan bəstəkarlarının 

yaradıcılığı üçün xarakter oldu. 

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının əhəmiy-

yəti Azərbaycan musiqi tarixində oynadığı misilsiz rolu ilə məh-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə