Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə7/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   10   ...   168

 

21 


Ü.Hacıbəyli düzgün olaraq qeyd edir ki, səhnə  əsərlərinin 

müxtəlif növlərinin vəzifəsi heç də birini o birinin başa düşmək 

üçün hazırlıqdan ibarət deyildir. “Nəhayət, dram, opera, gimna-

ziya, universitet nisbəti” düzgündürsə, bu da düzgündür ki, əsas-

lı “dram kursu” keçən və “opera kursuna” daxil olmağa hazır 

olan tamaşaçının daha drama baxmasına heç bir ehtiyacı yoxdur, 

çünki gimnaziyanı bitirən şəxs yenidən gimnaziyaya daxil olmur”. 

Ü.Hacıbəyli musiqili səhnə  əsərlərinin tərbiyəvi  əhəmiyyə-

tini inkar edən Əhliyevdən fərqli olaraq, dramatik janrların bö-

yük rolunu heç də inkar etmir. Bəstəkar başqa cürə düşünə  də 

bilməzdi, axı öz etirafına görə o, M.F.Axundovun komediyaları 

və Ə.Haqverdiyevin dramı əsasında böyümüşdür. 

Lakin Ü.Hacıbəyli Əhliyevdən fərqli olaraq tamamilə doğru 

olaraq qeyd edirdi: “Axı, xalqı hər şeydən əvvəl dram vasitəsilə 

tərbiyə etmək haqqında vətəndaş Əhliyevin tələbi bizdə çoxdan 

həyata keçirilmişdir; artıq 70 ildən çoxdur ki, xalqımız ancaq 

dramlardan, musiqi dili ilə ifadə etsək “solo” istifadə edir”

1



İncəsənətin tərbiyəvi əhəmiyyətini dərindən anlayan Ü.Hacıbəyli 

istəyirdi ki, milli incəsənət bu funksiyasını  bədii yaradıcılığın həm 

musiqi, həm də bütün başqa forma və janrlarında yerinə yetirsin. İş 

orasındadır ki, Hacıbəyli xalqın tərbiyəsi probleminin özünü də Əh-

liyevdən daha geniş  və  dərindən başa düşürdü, yalnız etik planda 

yox, həm də estetik planda düşünürdü. Bu da onun inqilabdan əvvəl-

ki dövrdə mütəfəkkir-estetik kimi böyüklüyünü sübut edir. 

“Teatrın  əhəmiyyətinə  vətəndaş  Məmmədov-Əhliyev kimi 

birtərəfli baxılarsa və teatrın vəzifəsi yalnız  əxlaqi nöqteyi-nə-

zərdən müəyyən edilərsə, qarşıya belə bir sual çıxar: onda opera 

nəyə gərəkdir, dram nəyə gərəkdir? İş burasındadır ki, teatr icti-

mai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya 

qoyulan  əsərlər həyatımızın təkcə  əxlaqi cəhətlərini tərbiyə et-

məməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalı-

dır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii 

ünsür də olmalıdır; musiqi əsərlərində bədiilik ünsürü musiqi ilə 

                                                 

1

 Гаджибеков У. О воспитательном значении сцены. “Каспий”, 1917, 



27 октября,  № 241. 


 

22

ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə, səhnə sənə-



tinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu buradan irəli gəlir”

1



Gördüyümüz kimi, incəsənətin janr və növləri haqqında ilk 

baxışda uzaq və sxolastik görünən mübahisə arxasında Ü.Hacı-

bəylinin dünyanı qavramaq və  bədii tərbiyənin yeni formaları 

uğrunda, xalqın həm əxlaqi, həm də estetik planda tərbiyəsi uğ-

runda mübarizə məsələsi dayanmışdır. 

Ü.Hacıbəyli başa düşürdü ki, bu tərbiyə birtərəfli, Əhliyevin 

təklif etdiyi kimi incəsənətin hansısa formalarının müəyyən 

müddətdə qadağan edilməsi yolu ilə olmamalıdır.  İncəsənətin 

müxtəlif növləri təbii inkişaf etməlidir və bir-birilə qarşılıqlı əla-

qədə olmalıdır. Məhz belə geniş  və  zəngin bədii xəzinə estetik 

və əxlaqi tərbiyənin hərtərəfli təsirinə qulluq edə bilər. 

Ü.Hacıbəyli qeyd edirdi ki, “bütün səhnə emosiyası, iştirak 

edən aktyorların lirik əhval-ruhiyyəsi, onların daxili aləmi musi-

qinin ecazkar dili ilə ifadə olunursa, bütün bunlar tamaşaçının 

əqlinə və qəlbinə o qədər nüfuz edir ki, belə bir tamaşadan ibrət 

götürməmək üçün gərək gözlərin kor və qulaqların kar olsun!”

2



Beləliklə, Ü.Hacıbəyli incəsənət əsərlərinin, konkret musiqi-



nin əxlaqi, tərbiyəvi dəyərini bilavasitə onların estetik, emosio-

nal-bədii təsiri ilə bağlayır. 

Məhz buna görə də bəstəkarın iti və aktual ədəbi süjetlə, yad-

da qalan, gözəl və melodik musiqisi ilə seçilən operettaları xalq 

arasında böyük müvəffəqiyyət qazanmış və ona yaxşı xidmət et-

mişlər. 


“Opera və operettaların tamaşası – musiqi ilə  şeirin bahəm 

təsiri camaatın  əxlaq və  təbiətində  də  əsərsiz qalmadı. Qanı 

qəlblərin boşalmasına, qaba və urişt adətlərin tərk edilməsinə 

dəxi xidmətlər göstərmiş olduğunu bitərəf şəxslər təsdiq edirlər. 

Əvvəla, Bakı  şəhəri sanki daima bir yas içində idi, heç kəs 

öz evində, azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məş-

ğul ola bilməzdi; çünki qonşusundakı hacı, molla və ya axund fi-

lankəs eşidər – deyə çəkinirdi. Opera və operettalardan sonra ha-

                                                 

1

 Гаджибеков У. О воспитательном значении сцены. “Каспий”, 1917, 



27 октября, № 256. 

2

 Yenə orada. 




 

23 


valar camaatın ağzına düşüb, hər bir yerə yayılmağa və  hətta 

mollaların evlərinin içinə qədər icrayi-hökm etməyə başladı”.

1

 

Burada belə bir xüsusi əlaqə də qeyd olunmalıdır: operettala-



rın melodiyaları məhz öz estetik keyfiyyətlərinə görə məşhur ol-

muşlar, məşhur olduqlarına görə isə eyni zamanda digər vacib 

əxlaqi məsələni də həll etmişlər, dini qadağalara üstün gəlmişlər. 

Ü.Hacıbəyli qadınların emansipasiyası üçün musiqili səhnə 

mədəniyyətinin əhəmiyyətini qeyd edir və yazırdı ki, “pəncərə-

ləri taxtalanmış evlərin qaranlıq küncündə cəhalət qurbanı olan 

türk qadının “emansipasiyası” yolunda türk opera və operettaları 

azmı xidmətlər gördülər?” 

Nəhayət, Ü.Hacıbəyli opera və operettaların sosioloji və es-

tetik təsirindən əlavə, psixoloji mənasını da qeyd edir. “İl uzunu 

ahu-nəvayə və ağlamağa adət etmiş olan xalqı bir az da olsa gü-

lərüzlü və yeni həyatlı edən türk opera və operettaları deyildimi?”

2

 

Ü.Hacıbəyli belə hesab edirdi ki, xalqın tərbiyəsi işində mu-



siqi əsəri yalnız ona aydın olduğu vaxt özünün estetik və əxlaqi 

rolunu yerinə yetirir. 

                                                 

1

 Hacıbəyov Ü. Türk operaları haqqında. Əsərləri,  II c., B., 1965, s. 212. 



2

 Hacıbəyov Ü. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II c., B., 1965, s. 244. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə