Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə4/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   ...   168

 

12

mədquluzadənin yaradıcılığı haqqında vəcdlə danışır, jurnalın 



çar senzurası  tərəfindən təqib olunmasına qarşı  çıxış edirdi. 

1907-ci ildə senzura “Molla Nəsrəddin”in nəşrini qadağan etdik-

də Hacıbəyli yazırdı: 

“Molla Nəsrəddin” haqq və həqiqətin timsalıdır, onun ağzını 

yummaq olmaz. “Molla Nəsrəddin”in bir o qədər siyasi töhməti 

yox idi ki, hökumət  əhlinin xatirinə  dəyə  və onu da “müzürr 

məsləkinə görə” bağlaya idi. Xeyr! “Molla Nəsrəddin”in rus hö-

kuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi bizim öz höku-

mətimiz ilə idi”. 

Yəni, “Molla Nəsrəddin” haqq söz danışırdı. Və haqq və hə-

qiqət acı olduğuna görə həmişə “şirin” yeməyə öyrənmiş “höku-

mətimizin” xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hö-

kumətə danos verib, haqq və həqiqətin ağzını yumdurdu... 

Lakin yumdura bildimi? 

Bu özgə məsələdir. Bunu get camaatdan xəbər al, desin”

1



Ü.Hacıbəyli “Molla Nəsrəddin” jurnalının inqilabi ideyalar təb-

liğ etdiyini yaxşı başa düşürdü. O, jurnalın baş redaktoru C.Məm-

məquluzadənin nasir və dramaturq kimi fəaliyyətini də yüksək qiy-

mətləndirirdi. C.Məmmədquluzadənin “Ölülər” pyesinin ilk tama-

şası günü Ü.Hacıbəyli bir cümlədə həm bu pyesin, həm də “Molla 

Nəsrəddin” jurnalının dəqiq xasiyyətnaməsini verə bilmişdir. 

“Ölülər” pyesi, “Molla Nəsrəddin” kimi baltanı dibindən vurur”

2



Təbii ki, Ü.Hacıbəylinin görüşləri və prinsipləri mürtəce bur-

jua publisistlərinin dayandıqları mövqeyə tamamilə zidd idi. 

Özü də mədəniyyətin mütərəqqi xadimlərinə, o cümlədən Ü.Ha-

cıbəyliyə qarşı mübarizədə cəhalətpərəstlər hər bir vasitəyə əl at-

maqdan çəkinmirdilər (yerlibazlıq ittihamından tutmuş  təhqir-

edici karikaturalara qədər). 

“Zənbur” jurnalının səhifələrində Ü.Hacıbəylini bədnam et-

mək üçün bütün vasitələrə əl atılırdı. 

 

 

                                                 



1

 Hacıbəyov Ü. “İrşad” qəzeti, 1906, № 169. 

2

 “Açıq söz” qəzeti, 1916, № 173. 




 

13 


 

 

 



 

 

 

“Opera dramanı məhv edir” 

mövzusunda karikatura. 

“Zənbur” jurnalı,  

1913-cü il. 

 

 



 

 

 



 

 

 



Lakin Ü.Hacıbəyli öz düşmənlərinə, nəinki ciddi opponentlə-

rə, hətta xırda yazanlara belə  ləyaqətlə cavab verirdi. Özü də 

onun nəzakəti, nəcibliyi, qüvvətli məntiqi hamını təəccübləndi-

rirdi. Bu, Ü.Hacıbəylinin yalnız böyük polemist, parlaq publisist 

istedadı, ağlı, erudisiyası ilə deyil, həm də onun tutduğu dəqiq 

və aydın ideya mövqeyi ilə bağlı idi, o, həmişə əsas məsələlərdə 

dövrün, zamanın qabaqcıl ideyaları mövqeyində dayanmışdır. 

Akademik F.Köçərli yazır ki, “Hökumət ilə xalq arasında 

olan ziddiyyət ideyası Ü.Hacıbəylinin publisist məqalələrinin 

ana xəttini təşkil edir. O, bu ziddiyyətləri yalnız təsvir etməklə 

kifayətlənmir, həm də aradan qaldırılması yollarını göstərməyə 

təşəbbüs edirdi”

1



Alimin qeyd etdiyi kimi, Ü.Hacıbəylinin publisistikasının 



əsas pafosu xalqın gücünə böyük inamdan ibarət idi. 

Ü.Hacıbəylinin xəlqilik problemini özündə  təcəssüm edən 

ilk musiqi əsəri “Leyli və Məcnun” muğam operası olmuşdur. 

                                                 

1

 Köçərli F. Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri. B., 1965, s. 28. 




 

14

C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının yaranma 



səbəbini başa salaraq belə bir fikir söyləmişdir: “Molla Nəsrəd-

din”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”

1

. Həmin bu sözləri 



“Leyli və Məcnun” operası haqqında da demək olar. Elə Hacı-

bəyli özü də dəfələrlə qeyd edirdi ki, ilk Azərbaycan operasının 

yaranması o dövrün xüsusiyyətləri ilə bağlı idi. 

“1905-ci il inqilabının dalğaları hələ sakitləşməmişdi. Bakı-

da Azərbaycan mətbuatı, xalq operası və s. şəkildə milli mədə-

niyyətinin ilk əlamətləri yaranmağa başlayırdı”

2



“Leyli və Məcnun” operası XVI əsrin dahi Azərbaycan şairi 



Məhəmməd Füzulinin eyniadlı poeması  əsasında yazılmışdır. 

Ü.Hacıbəylinin sonrakı operalarının ədəbi əsasını xalq dastanları 

təşkil edir (“Rüstəm və Söhrab” operası isə Firdovsinin “Şahna-

mə”si  əsasında yazılmışdır). Bu operalar “Əsli və  Kərəm”, 

“Şeyx Sənan”, “Şah Abbas və Xurşid Banu”, “Harun və Ley-

la”dır. Bütün bu operalar əfsanəvi tarixi süjetə  əsaslanmışdır. 

Özünün operettalarının – “Arşın mal alan”ın, “Ər və arvad”ın, 

“O olmasın, bu olsun”un süjetini Ü.Hacıbəyli müasir həyatdan 

almışdır. 

Bəstəkar bunu xüsusi olaraq qeyd edirdi: “...müasir hadisələ-

rə həsr etdiyim... musiqili komediyalarımda o zamankı Azərbay-

can ziyalılarının qabaqcıl hissəsini düşündürən ideyaları əks et-

dirməyə çalışmışam”

3



Gördüyümüz kimi, Ü.Hacıbəyli öz yaradıcılığında zamanın 

qabaqcıl ideyalarının təcəssümü haqqında açıq danışır. 

Bəstəkar 1926-cı ildə inqilabdan əvvəlki Azərbaycan opera və 

operettalarının ictimai-tarixi əhəmiyyətini belə qiymətləndirirdi: 

“Tək-tək götürüb baxsaq görərik ki, türk opera və operettala-

rının hərəsinin öz-özlüyündə inqilabi, ictimai və mədəni vəzifəsi 

inkar qəbul etməyən bir həqiqətdir. 

“Leyli və Məcnun”, “Aşıq Qərib” (Hacıbəylinin qardaşı Zül-

füqar Hacıbəyovun operasıdır – Z.S.) və “Arşın mal alan” öz ba-

                                                 

1

 Məmmədquluzadə C. Seçilmiş əsərləri, I c., B., 1966, s. 9. 



2

 Hacıbəyov Ü. Əsərləri, II c., B., 1965, s. 298. 

3

 Hacıbəyov Ü. “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər”. Əsərləri, II c., 



B., 1965,  s. 277. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə