Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə5/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   ...   168

 

15 


lalarının gələcək ailəvi həyatlarını korlayan cahil valideynin hə-

rəkətlərinə qarşı etirazdır. 

“Ər və arvad” çadraya qarşı birinci mübarizədir. 

“Şah İsmayıl” (M.Maqomayevin operasıdır – Z.S.) müstəbid 

hökmdarları dizin-dizin süründürən inqilabçıyanə bir məzmundur. 

“Əsli və Kərəm” iki millət arasında sülh və səlamət əbqasına 

vasitə ola bilən bir hekayədir. 

“Şah Abbas” odunçuluq ilə yaşayan bir kəndli qızının ağıl və 

dərrakəsinin şahlarınkından daha artıq olduğunu göstərən ibrəta-

miz bir əsərdir. 

“O olmasın, bu olsun”a gəldikdə bu operetta məzmunca bu 

günkü yaşadığımız inqilabi yeni həyata o qədər yaxındır ki, guya 

bu günkü gün üçün yazılmış təbliği bir ədəbiyyat cümləsindəndir, 

çünki ümumi mənfi tiplərin həmin hamısı bu pyesdə mövcud olub 

bütün bəd əməlləri gülünc bir surətdə meydana qoyur”

1



Gördüyümüz kimi, Ü.Hacıbəyli həm özünün, həm də digər bəs-

təkarların yaratdıqları inqilabdan əvvəlki Azərbaycan opera və ope-

rettalarının ideyalarının dövrün mütərəqqi meyilləri ilə  həmahəng 

səslənməsini başa düşür və bunu dəqiq ifadə edir. Bu xasiyyətna-

mələrin sosioloji istiqaməti sovet dövrü üçün xarakterdir. 

İnqilabdan əvvəlki illərdə Ü.Hacıbəyli öz əsərlərinin əsasən 

əxlaqi-tərbiyəvi, mədəni-maarifçi  əhəmiyyətini qeyd edirdi. İş 

burada yalnız senzura mülahizələri ilə bağlı deyil (doğrudur, bu-

nun da müəyyən rolu vardır). Ü.Hacıbəyli inqilabdan əvvəl xal-

qın vəziyyətinin yaxşılaşması yolunu proletariatın inqilabi mü-

barizəsində deyil, demokratik azadlıqlarda və kütlələrin geniş 

maariflənməsində görürdü, incəsənət qarşısında o dövrdə qoydu-

ğu ictimai-estetik məsələlər də buradan irəli gəlirdi. 

Maraqlıdır ki, hələ inqilabdan əvvəl Üzeyir Hacıbəyli xalqı tə-

nəzzülə doğru aparan bir sıra “tənqidçilərə” qarşı çıxaraq operanın 

ictimai həyatda rolunu düzgün başa düşmüş, onun tərbiyəvi  əhə-

miyyətini göstərmişdir. Bəstəkar Azərbaycanda opera sənətinin ya-

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II c., B., 1965, 



s. 244. 


 

16

ranması  və inkişafı haqqında qiymətli fikirlər söyləmiş, musiqili 



səhnə əsərinin bədii-estetik əhəmiyyətini doğru izah etmişdi. 

İnqilabdan  əvvəlki tənqidçilərdən H.B.Şirvanski “Müsəl-

manların teatrı haqqında bir neçə söz” adlı məqaləsində yazırdı: 

“İndi, bu nə  qədər xoşa gəlməsə  də etiraf etməliyik ki, opera 

drama və komediyanı tamamilə sıxışdırıb aradan çıxarmışdır, hal-

buki müsəlmanların teatrın bu növlərinə olan ehtiyacı olduqca 

böyükdür”

1



Opera və operettaların lüzumsuzluğu haqqında “İqbal” qəze-

tinin 64-cü nömrəsində başqa birisi yazırdı: 

“İştə, drama və sairə faciələr bu qədər millətə mənəvi mənfəət 

verərkən, onları operaya və ya operettaya öyrətmək bir dürlü bizi 

məmnun edəmiyor”. Lakin eyni zamanda məqalə sahibi Ü.Ha-

cıbəylinin əsərlərinin əhəmiyyətini etiraf etməyə məcbur olmuşdu: 

“Söz yox ki, Hacıbəyli cənablarının əsərləri məslək və fikri-ali-

dən xali deyildir. Lakin biz müsəlmanlarda hələlik elə nazik baş 

yoxdur ki, o məslək və ideyanı çalğı lisanında əxz eyləyə bilək..”.

2

 



 

* * * 


 

1917-ci ildə “Kaspi” qəzetinin səhifələrində Üzeyir Hacıbəyli ilə 

mübahisəyə girən digər tənqidçi-publisist Əsəd Məmmədov-Əhliyev 

idi. Əvvəlki tənqidçilərin fikirlərini təkrar edən Əhliyev yazırdı: 

“Bizim teatr fəaliyyətimiz opera və operettalardan başlamış-

dır, halbuki bu axırıncılar tərbiyəvi mənada səhnə sənətinin ikin-

ci və hətta üçüncü dərəcəli məhsuludurlar. Təbir caizsə, ac olan 

adamı  şirin xörəkləri andıran operetta və yüngül süjetli digər 

əsərlərlə doyuzdurmaq olmaz. 

Ruhən ac olan bizim üçün əsas xörəklər, yəni dramalar la-

zımdır”

3



O, dramın birinci dərəcəli janr olmasını isbat etməyə çalışa-

raq, onun xeyrinə aşağıdakı dəlilləri gətirir: 

                                                 

1

 “Kaspi” qəzeti, 1917, 2 (15) sentyabr № 196. 



2

 “İqbal” qəzeti, 1917, № 64. 

3

 “Kaspi” qəzeti, 1917, № 246, 253. 




 

17 


“Əgər teatrın inkişaf tarixini izləsək görərik ki, bütün xalq-

larda inkişaf bir qanuna tabe olur: əvvəl tragediya inkişaf edir

melodrama və  səhnə  sənətinin digər növləri isə  həm idrakın, 

həm də estetik inkişafın müəyyən yüksək pilləsinin əlamətidir”

1



Həmin publisist azərbaycanlı tamaşaçıların aşağı  səviyyədə 



olduğunu dəlil gətirir, xalqın tərəqqisini uşağın tərbiyə və təhsili 

ilə müqayisə edir və onun opera kimi bir janrı dərk edə bilməyə-

cəyi fikrini irəli sürürdü. 

Əhliyev bunu belə ifadə etmişdi: “Xırdaca uşağı birdən-birə 

gimnaziyanın yuxarı sinfinə qoymaq, habelə ibtidai məktəb şa-

girdini darülfünuna vermək olmaz” və “ümumi inkişafın birinci 

pilləsində olan biz müsəlmanlar ilə (mən ayrı-ayrı şəxsləri yox, 

kütləni götürürəm) əlifba sinfinin şagirdləri kimi musiqi və poe-

ziyanın dilində yox, hamıya aydın dildə danışmaq vacibdir”

2



Dramın və operettanın dinləyiciyə müxtəlif təsir bağışlamasın-

dan danışan Əhliyev yeni səhf fikirlərə uyaraq deyirdi ki, “bədii te-

atrda olan və pyesə baxan hər kəs elə həmin gün özündə bir dəyişik-

lik hiss edir, elə bil tamaşaçının bütün təbiəti nəcibləşir, halbuki ope-

retta tamaşaçısının yeni təəssüratı ancaq əyləncə xarakterindədir”. 

Beləliklə, Əhliyevin fikrincə, “drama tərbiyəvi amil kimi hə-

mişə teatr sənətinin başqa növlərindən qabaqda olacaqdır”

3



Ü.Hacıbəyli mürtəce xasiyyət daşıyan, sənəti tənəzzülə apa-

ran bu hücumları etinasız buraxa bilməzdi. O, məqalələrində 

publisistlərin bu fikirlərini ifşa etmiş, Azərbaycan dram və ope-

rasının inkişaf yollarını düzgün başa salmışdı. 

Qeyd etdiyimiz kimi, o illərdə Ü.Hacıbəyli Azərbaycan ope-

ra və operettaların əsas əhəmiyyətini onların tərbiyəvi funksiya-

sında görürdü. Bu məsələyə dair o, “Səhnənin tərbiyəvi əhəmiy-

yəti haqqında” və “Opera və dramanın tərbiyəvi əhəmiyyəti haq-

qında” adlı məqalələr yazmışdır. 1917-ci ildə “Kaspi” qəzetində 

çap olunan bu məqalələri o, publisist Əsəd Məmmədov-Əhliye-

vin çıxışına cavab olaraq yazmışdır. 1917-ci ildə Bakıda Azər-

baycan teatr işçilərinin professional ittifaqı  təşkil olunmuşdur. 

                                                 

1

 “Kaspi” qəzeti, 1917, № 246, 235. 



2

  Yenə orada. 

3

 “Kaspi” qəzeti, 1917, № 253. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə