Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə3/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   ...   168

 

8

İkinci cildin onüçüncü hissəsi Azərbaycanın ilk qadın bəstə-



karı Ağabacı Rzayevaya həsr olunur. Onun birinci fəsli bəstəka-

rın həyat və yaradıcılığı, ikinci fəsli isə vokal-mahnı, romanslar 

və digər janrlarda yazdığı əsərlər haqqındadır.  

Kitabda təqdim olunan böyük bəstəkarların yaradıcılıqları ilə 

bağlı bu dövrün görkəmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Məm-

mədova, R.Behbudov, balerina Q.Almaszadə və b. haqqında da 

geniş məlumat verilir. 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

9

 



 

GİRİŞ 

 

XX  əsrin  əvvəllərində Azərbaycanın ictimai fikri Rusiyada 

və Qafqazda, o cümlədən  Şərqdə proletar hərəkatının mərkəzi 

olan Bakıda, inqilabi hadisələrin təsiri altında formalaşmışdır. 

Əsrin  əvvəlində ibtidai hüquqlar uğrunda, demokratiya uğ-

runda mübarizədə Azərbaycan mədəniyyətinin mütərəqqi cəbhə-

sinin nümayəndələri fəal rol oynadılar. Bu dövrdə Azərbaycan 

mədəniyyətinin müxtəlif istiqamətlər, cərəyanlar,  əqidələrdən 

ibarət rəngarəng mənzərəsi vardı. Azərbaycan dilində onlarla qə-

zet və jurnal nəşr olunurdu. 

İlk Azərbaycan publisist-demokratları öz fəaliyyətinə baş-

layırdılar. Digər tərəfdən,  ən müxtəlif mürtəce burjua jurna-

listləri xüsusi fəallıq göstərirdilər. Lakin nüfuzlu demokrat 

cəbhədən olan yazıçılar,  şairlər və publisistlər daha çox idi. 

Bu istiqamətin daha mötədil hissəsi tamamilə maarifçilik 

mövqeyində idi. Eyni zamanda Cəlil Məmmədquluzadə, Mir-

zə Ələkbər Sabir kimi yazıçılar proletariatın ideyalarının qüv-

vətli təsiri altında əsas məsələlərdə inqilabi-demokrat mövqe-

də dayanmışdılar. 

Bu cəhətdən böyük Azərbaycan yazıçısı C.Məmmədquluza-

dənin (1866-1932) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı xü-

susi yer tuturdu. 1906-cı ildən çıxmağa başlayan jurnalın elə ilk 

nömrəsində C.Məmmədquluzadə özünün proqram felyetonunda 

nəşrin gələcək prinsiplərini müəyyənləşdirdi: 

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” !

1

  



Cəlil Məmmədquluzadə oxucularla sadə, aydın dildə danış-

mağa çalışır. Jurnalın geniş məşhurluğunun əsas səbəbi də bun-

da idi. Digər səbəb, jurnalın səhifələrində müasir həyatın ən coş-

ğun, ən kəskin problemlərinin qoyuluşu və onların xalq mənafe-

yi nəzərindən həlli idi. 

                                                 

1

  Məmmədquluzadə C. Felyetonlar, məqalələr, xatirələr, məktublar. B., 



1961, s. 9. 


 

10

Xalqın iztirabları, ictimai sistemin eybləri, müasir həyatın 



qüsurları – bütün bunlar “Molla Nəsrəddin”in satira hədəfi ol-

muşdur. “Molla Nəsrəddin” həyatdan uzaq burjua ədəbiyyatını 

da tənqid edirdi. 

“Məmmədquluzadənin hekayələrinin  əsas məziyyəti onların 

sadəliyində, təbiiliyində  və  həyat doğruluğuna yaxınlığındadır. 

Bütün bunlardan görünür ki, müəllif öz xalqının həyatı və dün-

yagörüşü ilə yaxşı tanışdır”

1



Qeyd etmək lazımdır ki, C.Məmmədquluzadənin yaradıcılı-

ğında riayət etdiyi xəlqilik tələbləri yalnız ədəbiyyata deyil, di-

gər sənətlərə  də  şamil olunur. Məsələn, o, xalq musiqisindən 

ruhlanan bəstəkarların yaradıcılığını yüksək qiymətləndirir və 

misal olaraq dahi M.Qlinkanı gətirirdi. “Musiqi təhsili” felyeto-

nunda C.Məmmədquluzadə yazırdı: “Rusiyada Qlinkalar rus 

mujikləri oxuduqları milli məqamatlarını elə bir məharət ilə gö-

zəlləndiriblər ki, bütün yer üzündə musiqi söhbəti düşəndə rusla-

rın Qlinkasına rəhmət oxuyurlar”.

2

 



“Molla Nəsrəddin”in redaktoru kimi C.Məmmədquluzadə 

jurnalın ətrafında əsrin əvvəlinin bir çox görkəmli ədib və incə-

sənət nümayəndələrini birləşdirə bilmişdir. Jurnalda şairlərdən 

M.Ə.Sabir, M.A.Qəmküsar, Ə.Nəzmi, yazıçılardan Ə.Haqverdi-

yev, M.S.Ordubadi, jurnalistlərdən M.T.Sidqi, Ö.Faiq, rəssam-

lardan Ə.Əzimzadə, Rotter, Şmerlinq əməkdaşlıq edirdi. 

Ə.Əzimzadə Azərbaycanın bir çox inqilabdan əvvəlki yumo-

ristik jurnalları ilə əməkdaşlıq edərək, təsviri sənətdə, elə C.Məm-

mədquluzadə  və M.Ə.Sabirin  ədəbiyyatda mübarizə apardığı 

prinsipləri əks etdirirdi. 

Ə.Əzimzadənin nəzəri cəlb edən, hər  şəxsə, savadsıza belə 

anlaşıqlı və aydın olan karikaturaları feodal-patriarxal cəmiyyə-

tin eybəcər xüsusiyyətlərini satira atəşinə tuturdu. Rəssam köhnə 

aləmin bütöv rəsm qalereyasını yaratmışdır. 

“Molla Nəsrəddin” jurnalının qəlbi, böyük şair-satirik 

Mirzə Ələkbər Sabir (1862-1911) idi. Sabirin xəlqiliyi ən əv-

                                                 

1

 Köçərli F. Usta Zeynal. “Bilik” qəzeti, 1906, 23 noyabr, № 31. 



2

 Məmmədquluzadə C. Elmi-musiqi. Əsərləri, II c., B., 1967, s. 385. 




 

11 


vəl onda özünü büruzə vermişdir ki, o, bizim ədəbiyyatda ilk 

dəfə olaraq poeziyaya fəhlə, kəndli obrazlarını gətirmiş, xalqa 

aydın dildə müraciət edərək qədim  ənənəvi “əruz” vəznini 

müasir danışıq dilinə uyğunlaşdırmışdır. Çoxəsrlik poeziya 

tariximizdə xalq arasında M.Ə.Sabir kimi məşhur olan şair ol-

mamışdır. Onun bir çox misraları dillər  əzbəri olmuş, zərb-

məsəllərə çevrilmişdir. 

F.Köçərlinin sözləri ilə desək, o, xalqın ağlı ilə yaşamış, 

onun ürəyi ilə hiss etmişdir. Dövrün böyük siyasi hadisələrini 

M.Ə.Sabir əməkçi insanın gözləri ilə görə bilmişdir. 

Elə bu mənəvi mühitdə, qabaqcıl ziyalıların dəstəsində dahi 

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli özünün yaradıcılıq yolu-

na başlamışdır.

1

 C.Məmmədquluzadənin, M.Ə.Sabirin,  Ə.Haq-



verdiyevin dostu və silahdaşı Üzeyir Hacıbəyli Ə.Haqverdiyevin 

irsi əsasında tərbiyələnmiş, H.Zərdabinin, F.Köçərlinin görüşləri 

ilə yaxşı tanış olmuş, “Molla Nəsrəddin” jurnalı  ətrafında bir-

ləşən yazıçılarla çiyin-çiyinə işləmişdir. Bəstəkarın özü belə ya-

zırdı: “Bəli, mən demək olar ki, M.F.Axundovun komediyaları 

“Xan Sarabi”, “Məstəli şah”, “Hacı Qara” və məşhur dramatur-

qumuz Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərləri üzərində böyü-

müşəm”


2

“Molla Nəsrəddin” jurnalında Ü.Hacıbəylinin bir neçə felye-



tonu dərc edilmişdir. Onu jurnalın mövqeyi ilə dövrün qabaqcıl 

ideyaları uğrunda mübarizə, xəlqilik, demokratiklik və incəsənə-

tin məsələlərini eyni cür başa düşməsi birləşdirirdi. Hacıbəylinin 

“Molla Nəsrəddin” jurnalının mövqeyinə yaxınlığı ümumi ideya 

istiqamətindən formal üslub xüsusiyyətlərinə,  ədəbi vasitələrə 

qədər hər şeydə özünü büruzə verirdi. Məsələn, Ü.Hacıbəyli tez-

tez üçüncü şəxsin hekayəsindən, geniş surətdə zərb-məsəllərdən, 

atalar sözlərindən, sual və cavab formasından, “xəbərlərdən” və 

s. istifadə etmişdir. Bir çox məqalələrində Ü.Hacıbəyli C.Məm-

                                                 

1

 Ü.Hacıbəyliyə həsr olunmuş bu yazıda müəllif əvvəlki illərdə bəstəkar 



haqqında nəşr etdiyi kitablarına da müraciət edərək, onlardan bəzi iqtibaslar 

etmişdi. 

2

  Гаджибеков  У.  О  воспитательном  значении  оперы  и  драмы.  



“Каспий”, 1917, 28 ноября. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə