Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə13/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   9   10   11   12   13   14   15   16   ...   168

 

40

musiqisi kimi işıqlı musiqisi, polifonik səslərlə zərif, incə hörül-



məsinə baxmayaraq, fakturanın aydınlığını, şəffaflığını saxlayır. 

Bəstəkar aşıq musiqisi üçün xas olan “Şur” məqamının intonasi-

yalarını gah major, gah da minora boyayaraq, gözəl səslənmələr 

yaradır. Ənənəvi “sonata allegro” forması burada rondo və vari-

asialılığın xüsusiyyətləri ilə qəribə uyğunlaşır.  

60-cı illərdə Ü.Hacıbəylinin tələbəsi Qara Qarayev bu əsərin 

kamera orkestri üçün maraqlı transkripsiyasını yaratmışdır. 

Üzeyir Hacıbəyli dövrün, zamanın nəbzini həssaslıqla duya 

bilən, xalqın daxili tələblərini hiss edə bilən və bu tələblərə mu-

siqidə uyğun janrlar, formalar tapa bilən böyük sənətkar olmuşdur. 

Ü.Hacıbəyli sovet dövründə özünün bəstəkarlıq fəaliyyətinə 

mahnı janrı ilə başlamışdır. Bu illərdə o, “Komsomolçu qız”, 

“Süvari”, “Pilotlar” və s. mahnılar yazır.  Bu mahnılar intonasi-

ya xüsusiyyətlərinə görə sovet kütləvi mahnılara yaxın idi. 

İnstrumental müşayiəti ilə xor üçün yazılmış əsərlər arasında 

xüsusi yeri onun kantataları tutur. Bu janra o, dəfələrlə müraciət 

edir. 1934-cü ildə Firdovsinin 1000 illiyinə həsr edilmiş kanta-

tanı, 1938-ci ildə M.F.Axundovun anadan olmasının 125 illiyi 

ilə əlaqədar “Ölməz sənətkar” kantatasını, 1942-ci ildə isə “Və-

tən və cəbhə” və s. kantatalarını yazır. 

Böyük Vətən müharibəsi illərində Ü.Hacıbəyli yenidən mah-

nı janrına müraciət edir və vətənpərvərlik mahnıları – “Çağırış”, 

“Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət bacısı”, “Döyüş-

çülər marşı”nı və xalq çalğı alətləri orkestri üçün “Cəngi” qəh-

rəmanlıq pyesini yazır. 

Ü.Hacıbəyli Moskvada Azərbaycan incəsənəti dekadası  ərəfə-

sində “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində ya-

zırdı: “Bu il Azərbaycan operasının otuz illiyi tamam olmuşdur. 

Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi ol-

maq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, “Leyli və Məcnun”dan 

“Koroğlu”ya qədər” keçən yol təkcə Azərbaycan operasının otuz 

illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur”.

1

 

                                                 



1

 Hacıbəyov Ü. “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər. Əsərləri, II c., 

B., 1965, s. 274. 



 

41 


 

 

Ü.Hacıbəyli 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat  

və incəsənət dekadasının iştirakçıları ilə bərabər 

(sağda şair Rəsul Rza) 

 

Azərbaycan epik qəhrəmanlıq operasının şah əsəri olan “Kor-



oğlu” Bakıda M.F.Axundov adına Opera və Balet Teatrında 30 ap-

rel 1937-ci ildə göstərilmişdir. Operanın librettosunu xalq qəhrə-

manlıq dastanı əsasında H.İsmayılov, şeirlərini M.S.Ordubadi yaz-

mışdır. Operanın quruluşunu  İ.Hidayətzadə vermiş, bədii tərtibat 

R.Mustafayevindir. Koroğlunun obrazını bu rolun klassik ifaçısı 

Bülbül yaratmışdır. Nigar G.İsgəndərova, prima balerina Q.Almas-

zadə idi. Tamaşanın dirijorluğunu Ü.Hacıbəyli özü edirdi. Gələ-

cəkdə operanın gözəl təfsirçisi dirijor Niyazi olmuşdu. 

Əgər “Leyli və  Məcnun” operasının qəhrəmanları  tək-tənha 

və faciəvi qiyamçılar idilərsə, “Koroğlu” operasının, Ü.Hacıbəy-

linin özünün dediyi kimi, “əsas iştirakçıları xalq və onun nüma-

yəndələridir”. Bu cəhətdən o, böyük rus bəstəkarları Qlinkanın, 

Borodinin, Musorqskinin operalarına yaxındır. Xalqın obrazının 

təcəssümünü biz operanın birinci pərdəsindəki xorlarda, III pər-

dədən Koroğlunun ariozosunda və final apofeozunda görürük. 

Xalqın parlaq obrazını Ü.Hacıbəyli məşhur “Çənlibel” xorunda 

yaratmışdır. Bu xor həm də polifonik üslubun yüksək nümu-

nəsidir. Bu xor üçün bəstəkar elə mövzu seçmişdir ki, artıq o öz-




 

42

özlüyündə milli səslənmə ilə polifonik inkişaf üçün böyük im-



kanlar yaradır. Mövzunun əsas dayaq səslərini aşıq musiqisinə 

xas olan kvarta-kvinta səslənmələri təşkil edir. 

Milli polifoniyanın vacib tərkib hissəsi kimi kontrapunktun rolu 

haqda Ü.Hacıbəylinin nəzəri fikri öz əməli həllini bu xorda tap-

mışdır. Koroğlunun özünün obrazı xalq həyatının geniş fonunda 

barelyefə  bənzər ön planda, qabarıq  şəkildə verilmişdir. Koroğlu 

xalq qəhrəmanı  və  aşıqdır, ona görə onun surəti aşıq musiqisinin 

üslub xüsusiyyətləri və formaları ilə  səciyyələnir. Məsələn, Qırata 

həsr edilmiş mahnı aşıq janrı “Gözəlləmə”də yazılmışdır. 

Operanın lirik səhifələri Koroğlunun sevgilisi, mərd, xalqın 

içərisindən çıxmış Nigarın obrazı ilə bağlıdır. Ü.Hacıbəyli onun 

partiyasında geniş leytmotiv sistemindən istifadə etmişdir ki, o 

da qəhrəman qızın gözəl, bütöv surətini qavramağa kömək edir. 

“Koroğlu”da Ü.Hacıbəyli klassik opera formasına riayət edə-

rək bitmiş ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar

balet nömrələri, reçitativlər yaradır.  

Azərbaycan musiqisinin inkişafında “Koroğlu” operasının əhə-

miyyəti çox böyükdür. Bu yalnız opera janrı ilə  məhdudlaşmır, 

həm də simfonik və balet janrlarını da əhatə edir. “Koroğlu” keç-

miş SSRİ-nin bir çox şəhərlərinin səhnəsində tamaşaya qoyulmuş-

dur. 1941-ci ildə “Koroğlu” operasına görə Ü.Hacıbəyli SSRİ 

Dövlət mükafatına (Stalin mükafatına) layiq görülmüşdü. 

Böyük  şair Nizami Gəncəvinin anadan olmasının 800 illiyi 

ilə əlaqədar Ü.Hacıbəyli onun qəzəllərinə iki romans  “Sənsiz” 

(1941) və “Sevgili canan”ı (1943) yazır. Bu zərif lirik qəzəl-ro-

manslar qüvvətli təsir bağışlayırlar. Ü.Hacıbəyli orta əsr  ədəbi 

formasına müraciət edərək bu qəzəl-romanslarda melodik xəttin 

hərəkətini muğamın inkişafı ilə uyğunlaşdırır. Hər iki musiqi qə-

zəlində ümumi cəhətlər çoxdur, görünür Ü.Hacıbəyli bu ədəbi 

janrı musiqidə məhz bu cür təsəvvür edirmiş. 

1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının musiqi 

ongünlüyü keçirildi. Ü.Hacıbəyli bu ongünlüyün ən fəal təşkilat-

çılarından biri idi. O, bütün respublikalarda musiqinin inkişafını 

diqqətlə və maraqla izləyərək, öz əqidəsini “Bir-birimizdən öy-

rənək” qanadlı ifadə ilə formalaşdırmışdır. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə