Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə23/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   19   20   21   22   23   24   25   26   ...   168

 

74

rini yaratmışdır. Bu da ənənəvi Avropa operasına xas olan kanti-



lena ilə xalq musiqimizin bəstəkar tərəfindən işlənmiş nümunə-

lərinin vəhdətindən yaranmışdır. Dediyimiz kimi, “Arşın mal 

alan”da Ü.Hacıbəyli milli məqam sistemi ilə major-minor siste-

mini birləşdirərək milli harmoniya üsulunu yarada bilmişdir. 

Operettada o, ikisəsli instrumental faktura yaradaraq onu geniş 

tətbiq etmişdir. Xalq musiqisi üçün xas olan kuplet və periodla 

yanaşı, ikihissəli və orta hissəsi təzadlı mürəkkəb üçhissəli for-

madan geniş istifadə etmişdir. 

Azərbaycan xalq musiqisinin digər vacib spesifikası onun 

metroritmik xüsusiyyətidir. Ü.Hacıbəyli musiqisində və konkret 

olaraq “Arşın mal alan”da bu xüsusiyyətdən yaradıcı surətdə is-

tifadə etmişdir. 

Azərbaycan musiqisi üçün xas olan 6/8 və 3/4 və onların bir 

növü 3/8 Ü.Hacıbəylinin musiqi nömrələrinin metroritmik əsası-

nı  təşkil edir. İkihissəli metrin üçhissəliyə  dəyişməsi ümumiy-

yətlə onun musiqisi üçün xasdır. Qeyd etmək lazımdır ki, bir 

çox hallarda bəstəkar 6/8 və 3/4 ölçüsünü vals janrına tabe edir. 

Məsələn, buna misal, Uvertüranı, Tellinin mahnısını, Asya, Telli 

və Gülçöhrənin triosunu və s. göstərmək olar. 

“Arşın mal alan”da baş  qəhrəmanlar  Əsgər və Gülçöhrə ilə 

bərabər digər iştirakçılar da fərdi xasiyyətnamələrə malikdirlər. 

Süleyman ilə Asyanın, Cahan xala ilə Soltan bəyin, Telli və Və-

linin xasiyyətnamələri, həm onların musiqisi, həm də dialoqları 

o qədər populyar olmuşdur ki, artıq folklora çevrilmişdir. 

Birinci pərdədə Süleymanın və Cahan xalanın kupletləri – 

“Çadramı sallam başıma, üz-gözümü bəzərəm, gedib sənə  qız 

axtarıb, hər tərəfi gəzərəm”, və yaxud Süleymanın “Nədir sənin 

dərdin, bu nə ahu-zardır?”, ikinci pərdədə Tellinin mahnısı: “Sən 

o yanda, yar bu yanda”, həmin pərdədə Soltan bəyin kupletləri: 

“Bir at aldım, hər yana çapdım, gəl alım, maralım, dilbilməz”, 

üçüncü pərdədə Asyanın mahnısı “Gözəlim, yar gözəlim” və 

rəqsi, həmin pərdədən Vəli ilə Tellinin dueti “Qoy xanımı  bəy 

aparıb, tezliyilə toy eləsin” və  həmin duetin məşhur nəqarəti 

“Pulun var?”, “Var, var”, ikinci pərdədə məişət planında Qızla-

rın xoru “Arşın malçı, mal göstər”. Bütün bu nömrələri sadala-



 

75 


yıb yazdıqca, qeyri-ixtiyarı hər birinin melodiyasını oxuyursan, 

dialoqları deyirsən, çünki bu musiqi artıq dərəcədə  məşhurdur, 

dillərdə əzbərdir! 

Qeyd etmək istərdim ki, saydığımız bu nömrələrdən bəstəkar 

“Qızların xorun”da “Qaladan qalaya”, Tellinin mahnısında 

“Güloğlan”, Soltan bəyin kupletlərində “Canlar içindəki canım 

ay”, Asyanın rəqsində isə “Tərəkəmə” xalq melodiyalarından 

özünəməxsus bacarıqla istifadə etmişdir. 

Operettanın  ən böyük pərdəsi ikinci pərdədirsə,  ən kiçiyi 

dördüncüdür. Bu pərdə iki nömrədən – Gülçöhrənin “Nalə-

si”ndən və son rəqsdən ibarətdir. Bu rəqs operettanı tamamlayır. 

Bu rəqsi arzularına çatmış xoşbəxt  Əsgər və Gülçöhrə, Süley-

man və Asya, Soltan bəy və Cahan xala, Vəli və Telli ifa edirlər. 

Rəqsdə Uvertüranın musiqisi istifadə edilmişdir. 

Azərbaycanda “Arşın mal alan” operettasının tamaşaları bö-

yük müvəffəqiyyət qazandı. Lakin bu müvəffəqiyyət çox tez 

Azərbaycanın hüdudlarını aşaraq başqa ölkələrə yayıldı. Tezlik-

lə operetta erməni dilinə tərcümə edilib səhnəyə qoyuldu. “Arşın 

mal alan” dəfələrlə Bakının, Yerevanın, Tiflisin, eləcə  də Orta 

Asiyanın müxtəlif truppaları  tərəfindən ifa edildi. 1916-cı ildə 

operetta gürcü dilinə  tərcümə edildi və Gürcüstanda tamaşaya 

qoyuldu. Zaqafqaziyada belə böyük şöhrət qazanan “Arşın mal 

alan” həmin il rus dilinə tərcümə edilib, rus səhnəsində qoyuldu. 

“Arşın mal alan”ın şöhrəti bütün Şərqə yayılmış, Avropa və 

Amerikaya çatmışdı. Bəstəkarın “Arşın mal alan”, həm də “Mə-

şədi İbad” operettalarının şöhrət xəritəsi geniş miqyas alırdı. Hə-

min əsərlərin müvəffəqiyyəti müxtəlif xalqların sənətkarlarını bu 

əsərlər haqqında fikir söyləməyə sövq etmişdi. 

Ü.Hacıbəylinin operettaları haqqında maraqlı fikirlər söylə-

miş sənətkarlardan biri də məşhur türk yazıçısı Rəşad Nuri Gün-

təkindir. 

Məşhur romancı Rəşad Nuri Güntəkin ölkəmizdə böyük şöh-

rət tapmış “Çalı quşu”, “Damğa”, “Dodaqdan qəlbə”, “Yaşıl ge-

cə” və s. romanların müəllifidir. O, həm də görkəmli dramaturq, 

tənqidçi, lüğət və antologiya tərtibatçısı olmuşdur. Rəşad Nuri 

Güntəkinin böyük bəstəkarımızın əsərləri haqqında fikirləri çox 




 

76

maraqlı  və qiymətlidir. Həmin fikirlər Rəşad Nurinin 1919-cu 



ildə “Böyük məcmuə” adlı türk sənət jurnalında dərc olunmuş 

məqaləsində öz əksini tapmışdır. “Azərbaycan teatrı” adıyla nəşr 

edilmiş bu məqalə Azərbaycan artistlərinin Türkiyədəki qastrol 

tamaşaları münasibətilə yazılmışdır.

1

 

Rəşad Nuri məqaləsini aşağıdakı sözlərlə başlayır: “İki aya 



yaxın bir zamandan bəri şəhərimizdə qonaq olan Azərbaycan te-

atrını iki nöqteyi-nəzərdən əhəmiyyətə layiq bilirik. Bu kompa-

niya əvvəla qonşuluqda yaşayan və son illərdə böyük bir mənə-

vi, inkişaf istedadı göstərən millətin həyatı haqqında bizə bir fi-

kir verəcəkdir. Bir millətin mədəni səviyyəsini, kəmalını, olan 

istedadını təyin etmək üçün ən əvvəl ölçü mədəni və bədii müəs-

sisələrin olması bir qayda kimi qəbul edilmişdir. Buna görə  də 

biz Azərbaycanın teatrı haqqında məlumat almaq, oradakı həya-

tın digər səhifələri içində gözəl bir istedadlar vasitəsi əldə etmiş 

olarıq ki, bu teatrın ikinci əhəmiyyəti də bundadır”. Rəşad Nuri 

Ü.Hacıbəylinin operettalarını  təsvir edərək belə yazır: “Arşın 

mal alan” yaxud “Məşədi İbad” operettalarına baxınız. Mövzu-

larda heç bir fövqəladəlik yoxdur. Fəqət bizim tənəkə, zopa və 

küfr ilə heyvan sürüsü sövq edər kimi çığır-bağırla idarə etdiyi-

miz səhnələri onlar nə gözəl nəğmələr, nə şayən – diqqət müla-

hizələr, nə səmimi lətifələrlə doldurmuşlar”. 

Məqalə müəllifi yazır ki, bu əsərlərdə bugünkü həyatdan, 

onun xüsusiyyət, adət və ehtiraslarından çox şey var. 

Rəşad Nuri Ü.Hacıbəyli operettalarının müsbət cəhətlərindən 

birini də xarakterlərinin tipik cizgilərə malik olmasında, obrazla-

rın gözəlliyi və sadəliyində görür. 

O, Ü.Hacıbəyli operettalarının yumor səviyyəsini böyük 

fransız komediyanəvisi Molyerin əsərləri ilə müqayisə edir. 

“Azərbayan komediyalarında Molyerin əsərlərini düşündürən 

sadə və mətin bir mizan vardır”. Bu sözlərin məhz Rəşad Nuri 

tərəfindən söylənilməsi xüsusilə diqqətə layiqdir. Çünki o, fran-

sız ədəbiyyatını ötəri bilən şəxs deyil, bu ədəbiyyatın və fransız 

                                                 

1

 Güntekin Rəşad Nuri. “Azərbaycan teatrı”. Türk sənət jurnalı, Böyük 



məcmuə, İstanbul, 1919,  № 1. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə