ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

 

 

ŞÖVKƏT XANMƏMMƏDOVA 

 

 

 

 

 

 

 

20-dən 

20-yə 

 

(20 Yanvar şəhidlərinin  

əziz xatirəsinə həsr olunur) 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2010 

 

 


___________Milli Kitabxana_______________ 



 

Rеdаktоr: Tеlli Pənаhqızı 

 

 

 

 

 

 

 

 

 

Şövkət  Хаnməmmədоvа «20-dən 20-yə» (20 Yаnvаr 

şəhidlərinin əziz хаtirəsinə həsr оlunur) 

Bаkı, «MBM», 2010, 96 səh. 

 

 

 

Bu kitаb bir еlеgiyаdır. 20 illik həsrəti,  аğrını,  əzаbı ürəyində 



dаşıyаn,  аmmа  əyilməyən, sınmаyаn, ruhdаn düşməyən bir аnаnın, bir 

Аzərbаycаn qаdının hеkаyətidir. 

1990-cı ilin sоyuq qış gеcəsində təkcə Şövkət хаnım dеyil, yüzlərlə, 

minlərlə Аnаnın hаrаyı yеri-göyü titrətdi. 

Biz  о günün dəhşətlərini unutmаmаlıyıq. Unutmаmаlıyıq ki, 

unudulmаyаq. 

 

 

 



ISBN 978-99-52-29-042-9 

 

© Ş.Хаnməmmədоvа 



Bаkı, «MBM», 2010 

 

 


___________Milli Kitabxana_______________ 



 

 

 

REDAKTORDAN 

 

 

20 yanvar faciəsindən keçən 20 ilin 20 min dərdindən

bəlasından sıyrılıb çıxdıq hamımız. 20 illik zaman kəsiyində 

itkilərimiz də oldu, əbədi ayrılıqlarımız da... Ancaq heç 

birisinin dəhşəti, xofu, göynərtisi 20 Yanvara açılan o qanlı 

sabahın acısı  qədər bizi yandırmadı. 20 Yanvardan bəri 20 

milyon qərənfilin göz yaşları ilə yuduq Şəhidlər Xiyabanındakı 

məzar daşlarını... 

 

Analar yanar ağlar, 



Telini sanar ağlar, 

Dönər ağ göyərçinə 

Yollara qonar ağlar  

 

– deyilir bir bayatımızda. 20 ildir ki, hər səhər  Şəhidlər 



Xiyabanının qonşuluğundakı iş yerimə – Azərbaycan Teleradio 

Verilişləri  Şirkətinə gedəndə  məzarların hansınınsa baş daşını 

qucaqlayıb için-için ağlayan analar görürəm. Rəvayətə görə 

insan bu müvəqqəti həyatdan əbədi dünyaya köç edəndə onun 

ruhu uca göylərə - Tanrı dərgahına qanadlanır. Ulu Yaradan da 

yalnız anaların ruhunu göyərçin cildində yer üzünə qaytarır ki, 

bu dünyanı qəfil gələn bəlalardan qorusun, balalarının, ocağının 

keşikçisi olsun. Elə ona görə  də Göyərçin müqəddəs sayılır, 

onlara toxunmaq yasaq hesab olunur. Şəhid övladlarının məzarı 

başında ağ göyərçini xatırladan Analar da elə Tanrı quşları kimi 

əziz və müqəddəsdir. 



___________Milli Kitabxana_______________ 

Əlinizdə tutduğunuz bu kitab da bir göyərçin nəğməsidir. 

Bəlkə kimsə göyərçinlərin bülbül kimi oxumasının  şahidi 

olmayıb indiyəcən. Ancaq mən bu kitabı çapa hazırlayarkən o 

müqəddəs səsi – bir ananın, bir xanımın, bir Azərbaycan 

qadının səsini, həsrət, hicran nəğməsini eşitdim. 

Ömür-gün yoldaşını 20 Yanvar gecəsində itirən, onu qəfil 

ölümün pəncəsindən xilas etmək üçün görünməmiş  cəsarət və 

mərdlik göstərən, ölümünü belə göz önünə alıb sevdiyi insanın, 

körpələrinin atasının həyatını  nəyin bahasına olursa-olsun 

qurtarmağa çalışan bu Qadın o gecənin dəhşətlərini yaddaşında 

yaşadır. 20 ildir ki, o dəhşətli anlar kino lenti kimi onun gözləri 

önündə canlanır, 20 ildir ki, o xatirələrinin işığına sığınıb ara-

sıra içindəki ağrını ağ kağızlar üstundə qara sətirlərə söyləməyə 

çalışır 

Şövkət xanım Xanməmmədovanın mənə təqdim etdiyi 20-25 

səhifəlik balaca hekayəni həyəcansız, iztirabsız oxumaq 

mümkün deyildi. 

-  İstəyirəm ki, şəhidlərimizin 20 illiyində Ramizə son 

borcumu da qaytarım, onun haqqında  əl boyda bir kitabça 

çıxara bilsəm, özümü xoşbəxt sayaram – deyib əlyazmalarını 

mənə uzadanda, içimdən bir səs mənə  pıçıldadı ki, nəyin 

bahasına olursa-olsun bu kitabın işıq üzü görməsinə yardımçı 

olmalısan. 

15 gün gecə-gündüz fikrim-düşüncəm bu kitabın yanında 

qaldı,  Şövkət xanımın o kövrək xatirələri məni də yenidən 20 

Yanvar faciəsinin o sarsıdıcı günlərinə qaytardı.  

Əziz oxucular, düşünürəm ki, biz zaman-zaman o günlərə 

qayıtmalıyıq. Qayıtmalıyıq ki, tariximiz unudulmasın, 

qayıtmalıyıq ki, bizim övladlarımız kim olduqlarını, haradan 

gəlib hara getdiklərini unutmasınlar. Çünki unutsaq unudularaq. 



___________Milli Kitabxana_______________ 

Mən bu kitabın araya-ərsəyə  gəlməsində elə  Şövkət xanım 

qədər həyəcan keçirən, zəhmət çəkən  şəxslərə - ilk növbədə 

mənim Həcc qardaşlarım Rafiq Xan Sayadoğluna və Rafiq 

Savalana, sənətşünaslıq namizədi, məşhur musiqiçi və  təd-

qiqatçı Abbasqulu Nəcəfzadəyə, Suraxanı rayon “Maşın-

qayırma” zavodunun direktoru Arif Babayevə, bir sözlə, çox 

qısa zaman kəsiyində kitabın çapını gerçəkləşdirən hər kəsə öz 

minnətdarlığımı bildirirəm.  

Elə bilirəm ki, “20-dən 20-yə” bizim hamımızın 

Şəhidlərimizə ehtiram və hörmətimizin bariz təcəssümü, onlara 

minnətdarlıq borcumuzun cüzi bir hissəsi sayıla bilər...   

 

TELLİ PƏNAHQIZI 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə