ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   ...   23

___________Milli Kitabxana_______________ 



Müstəqil Azərbaycanımızın azadlığı  

uğrunda həlak olmuş şəhidlərimizin  

ruhuna ithaf olunur. 

 

Ramizgilin evində bayram əhval-ruhiyyəsi vardı. Uşaqlarla 



birlikdə ana da sevinirdi. Bu Şövkət xanımın  ən yaddaqalan 

günüydü. Axı bu gün həm ömür-gün yoldaşının 50 yaşı tamam 

olurdu, həm də evlənmələrinin 15 illiyi idi. 

On beş illik ailə xoşbəxtliyindən Allah-Təalanın onlara bəxş 

etdiyi 4 övlad payı indi onun ətrafında atılıb-düşür, analarına 

gücləri yetən dərəcədə kömək etmək üçün ora-bura vurnuxur, 

amma iş tapmadıqlarından daha çox əl-ayağa dolaşırdılar.  

– Ana, qonaqlarımız çox olacaq?

 

– Hə, qızım. 



– Ana, nənəm də gələcək?  

– Hə, əzizlərim, nənəsiz nə məclis? Ancaq yaxşı olar ki, siz 

əl-ayağa dolaşmaqdansa, faydalı bir iş görün, səs-küy salıb 

mənə mane olmayın. Bax qızım, sən gülləri sula, qoy qaqaşın 

da zibilləri atsın. 

– Mən...mən sənə kömək edəcəm. Çünki atamı hamıdan çox 

mən istəyirəm, – bu balaca Əbifəzin səsi idi. 

– Yaxşı, yaxşı  mənim ağıllı balam, götür bu çəngəlləri, 

səliqə ilə düz stolun üstündəki boşqabların yanına, sonra da 

salfetkaları qoy... 

– Bu saat, anacan, – uşaq güllə kimi mətbəxdən çıxdı. 

Qaqaş çağırdıqları 8 yaşlı  Əbülfəz atasını hamıdan çox 

istədiyini sübut etmək üçün bu gün daha çox canfəşanlıq edirdi.  

...Səhər həyat yoldaşını işə yola salandan sonra evin xanımı 

axşamdan planlaşdırdığı yığıncağa hazırlıq görməyə başladı. İşi 

çox idi. Salatlar hazırlanmalı, kabablıq  ət doğranılıb basdırma 

olunmalı, dolma bükülməli, plov dəmlənməli, qonaqları yüksək 



___________Milli Kitabxana_______________ 

səviyyədə qarşılamaq üçün hər kiçik detala diqqət yetiril-

məliydi. 

Ötən dəqiqələr Şövkət xanımın həyəcanını daha da artırırdı, 

hansı  işdən yapışacağını belə konkretləşdirə bilmirdi. Saata 

baxdı, 9-un yarısı idi. 

– Deməli, saat 12-yə kimi salat və soyutma, 12-dən 4-ə kimi 

isti yeməklər hazırlanmalıdı. Qohumlar da dolmaya kömək 

edər. Qalır plovun qarası. Plovu qonaqlar gələnə yaxın süzərik. 

Bu işin də ustası Aliyəynən anamdır... 

İşləri planlaşdırandan sonra (o həmişə planlı  iş görməyi 

xoşlayırdı) önlüyünü bağladı. Qapının zəngi çalındı. Gələn 

anası ilə Aliyə idi. 

– Buyurun, vaxtında gəlmisiniz. Ramizi indicə yola saldım. 

İstəmirəm heç nə bilsin, mən ona bu axşam gözəl bir sürpriz 

hazırlamışam. Həm 50 yaşını, həm də ailə qurmağımızın 15 

illik yubileyini bu geçə deyd eləyəcəyik. 

– Çox mübarək, xeyirli olsun, Allah cansağlığı versin, 

balalarınızın xeyrini görəsiniz.-anası Sara xanım məhəbbətlə 

qızını bağrına basdı. 

– Qonaqlarınız çox olacaq? – Sara xanımın arxasınca evə 

girən Aliyə soruşdu. 

– Yox, ancaq qonşuları çağırmışam, bir də qohumlar 

gələcək. 50 nəfərə yaxın adam olacaq. Axşamdan heç nə 

bişirməmişəm. Dedim ki, qoy Ramiz şübhələnməsin, 

soruşmasın ki, bu nə hazırlıqdır, nəyi qeyd edirik yenə?  Əgər 

Ramizin bundan xəbəri olsa, onda sürprizin ləzzəti də qaçar...O 

bizim üçün hər  şey edir, özünü oda-közə vurur, uşaqların da, 

mənim də  hər bir arzumuzu yerinə yetirir, amma bircə özünə 

qıymır. Bəlkə  də bu gün doğulduğunu belə unudub...Nə isə, 

səni də qapının ağzında saxladım, keç içəri, bir az rahatlan... 

–  Bəs uşaqlar hanı, səsləri gəlmir... 




___________Milli Kitabxana_______________ 

 Könül indi gələcək, dərsə getməyib, bir az nasazdı. 

Ceyhunsa dərsdən çıxıb  əmisini çağırmağa gedəcək, balacalar 

da mənə kömək eləmək üstündə yarışa giriblər... 

Anası qürurla gülümsündü.  

– Ay onlara qurban olum, şükür Allaha, nəvələrim böyüyüb-

lər, analarına kömək eləyirlər. Yaxşı, qoy mən də qaynananla 

görüşüm, gəlirəm, – deyə Sara xanım o biri otağa keçdi. 

Əbülfəz yenə  mətbəxtdəydi. Anasından yeni tapşırıq 

gözləyirdi. O ikinci növbədə oxuyurdu, deyəsən, heç bu gün 

dərsə getmək niyyəti yox idi. İndi də kömək etməkdən çox 

maneçilik törətsə də, yenə əl-ayaq edirdi. 

Atrıq masa demək olar ki, hazır idi. İşin əsas ağırlığı ancaq 

mətbəxdəkilərin üstünə düşürdü. Salat üçün bütün məəzəmələri 

yuyub bir tərəfə  yığmışdılar. Bircə qalırdı doğranıb qarışdırıl-

ması. Mətbəxdəkilərin başı  işə necə qarışmışdısa, vaxtın 

keçdiyindən heç xəbər tutmamışdılar. Hava yavaş-yavaş 

qaralırdı. 

–  Ay bala, sən get hazırlaş, paltarını dəyiş, özünü səliqəyə 

sal, indicə qonaqlar gələcək, – qayınanası Şövkəti tələsdirdi. 

– Bu dəqiqə qurtarıram, – deyə  Şövkət xanım salat dolu 

qabları masaya düzməyə başladı. Sonra da bir addım kənara 

çəkilib diqqətlə stolun üstünü nəzərdən keçirdi, hər şeyin yeri-

yerində olub-olmadığını yoxladı. Deyəsən elə bir kəm-kəsri 

yox idi yubiley masasının. 

– Hə, indi hər  şey qaydasındadır, mən də gedib geyinə 

bilərəm. 

Öz otağına keçdi. Həmişə qonaqlığa və ya gəzməyə gedəndə 

hansı paltarı geyinəcəyini, saçını necə düzəldəcəyini Ramizlə 

məsləhətləşirdi, həyat yoldaşı da ona dəyərli məsləhətlər 

verirdi, o ərinin yanında bəzəkli tovuz quşunu xatırladırdı. 

Şövkət xanım güzgününün qarşısında durub bir-bir geyimlərini 




___________Milli Kitabxana_______________ 

nəzərdən keçirir, hansını geyinəcəyini düşünürdü. Seçim çox 

müxtəlif olmasa da, qadın istəyirdi ki, bu qanaqlıqda 

geyinəcəyi paltar Ramizin ürəyincə olsun. 

Ailə qurduqları bu 15 il ərzində  Şövkət həmişə Ramizin 

zövqünə arxalanıb, onun bəyənib aldıqlarını - istər geyim olsun, 

istər ətir və ya da zinnət əşyası böyük həvəslə qəbul edib, sevə-

sevə, həm də daxili bir qürur hissi ilə geyinib, ətirlənərdi. 

Geyinəcəyi paltarı artıq qərarlaşdırmışdı. O paltara uyğun 

ayaqqabını da qutudan çıxardı. Qızıl  əşyalarını da mücrüdən 

götürdü. 

...Xəyal onu çox uzaqlara, 15 il əvvəlki günlərə qaytardı. 

Ramiz ilk görüşdə ona əqiq qaşlı gözəl bir üzük bağışlamışdı. 

Şövkət xanım bu üzüyü çox xoşlayırdı. Onun incə barmağına 

bu üzük çox yaraşırdı. Bu gün də o üzüyü taxdı, həmin üzüyə 

uyğun gələn təzə donunu geyindi. Saçlarını düzəltməyə çətinlik 

çəkmədi. Saçları qısa olduğundan ona forma vermək də o qədər 

də çox vaxt tələb etmirdi. 

Qapı  zəngi  Şövkət xanımı  təlaşlandırdı. Mətbəxdəkilərə 

səsləndi: 

– Bir az əlli tərpənin, deyəsən, Ramizdi, gələn. Könül, qaç 

qonaq otağının qapısını ört, Ülkər, sən də qapını aç, amma 

ataya heç nə demə ha.. 

Ceyhunla Əbülfəz də artıq qapının ağzındaydılar. Adəti üzrə 

yenə hay-küylə, xoş  əhval-ruhiyyə ilə içəri girən Ramiz 

uşaqlarının dördünü də qapıda, geyimli-kecimli görəndə: 

– Salamlar, yenə hara belə hazırlaşmısınız, gedəcəyiniz yer 

evimizdən yaxşıdırsa, məni də aparın, – deyə şuxluqla soruşdu

– kinoya gedirsiniz, yoxsa teatra, bəlkə futbola hazırlaşmısınız, 

ananız gedirsə, məni də unutmayın. 

Uşaqların dördü də israrla susdu, amma hamısının gözləri 

sevincdən, fərəhdən par-par yanırdı. Uşaqlar “ata, doğum 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə