ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   ...   23

___________Milli Kitabxana_______________ 

10 

günün mübarək!”-deməkdən özlərini güclə saxlayırdılar. 

Ramiz yenə balalarını sorğu-suala tutdu: 

–  Bəlkə nənən bizi düşbərəyə, qutaba qonaq çağırıb, hə...  

Geyinib-kecinmiş  Şövkət xanım da otaqdan çıxanda daha 

Ramizdə şübhə yeri qalmadı: 

–  Ay Şövkət, hara belə? Bu uşaqlardan söz qopara 

bilmədim, kim qonaq çağırıb bizi, hara hazırlaşmısınız? 

Şövkət övladlarını çətin vəziyyətdən qurtarmağa tələsdi: 

– Bu gün heç yana getməyəcəyik, ay Ramiz, əksinə, hamı 

bizə qonaq gələcək. Bu gün biz öz evimizdə  sənin yubileyini 

qeyd edəcəyik. 

Uşaqların dördü də birdən atalarının boynundan sallandılar. 

– Ata, 50 yaşını təbrik edirik. 

Qəlbi fərəhlə çırpınan Ramiz balalarını bağrına basdı, bir-bir 

onların üzündən öpdü, sonra Şövkət xanıma sarı çevrildi: 

Bunlar nə tez böyüdülər, ay Şövkət, mən nə tez 50-yə 

çatdım?- Ramizin gözləri yaşardı. 

– Sənə sürpriz hazırlamışıq, – bunu Əbülfəz dedi və yüyürüb 

qonaq otağının qapısını tayba-tay açdı, – sən hələ bunu 

görməmisən, bax bu süfrənin hazırlanmasında mən də anama 

kömək etmişəm, – uşaq iftixarla atasına baxdı. 

Ramiz paltosunu soyuna-soyuna Şövkət xanımın burnuna 

çırtma vurdu: 

–  Axşamdan sən özünü bir az qəribə aparırdın, deməli bu 

imiş səbəbi hə? 

Kaş  mənə  də deyəydin,  ən azı dükan-bazar işində  sənə 

yardımçı olardım. Yəqin ki, qonaqlarımız da olcaq. 

Qonaqlar deyəndə, elə özümüzünkülərdir. Hə, bir də 

qonşular. Kənar adam yoxdur, mən heç kəsi çağırmamışam, 

bunlar bilənlərdir, özləri zəng vurublar ki, axşam sizdəyik, mən 

də hazırlığımı görmüşəm.. 




___________Milli Kitabxana_______________ 

11 

Ramiz otağa keçdi. Şövkət xanım mətbəxə tələsdi. Bir azdan 

gətirdiyi pürrəngi çayı hələ də təəccüb içərisində süfrəyə baxan 

ərinin qarşısına qoydu. 

– Hava çox soyuqdur. Sən çayını iç, bir az isin. Sonra istəsən 

paltarını da dəyişərsən. Bir azdan qonaqlarımız da gələcək. 



 

* * * 

 

Ramizin ad günü gözlənildiyindən də  şən keçdi. Şövkət 



xanımın başına gəlinlik fatası da qoydular. Onların  şərəfinə 

“Vağzalı” çalındı. 

Qonaqlar onların 15 illik ailə  həyatını  və ev sahibinin 50 

illik yubileyini çox böyük fərəhlə qeyd edirdilər. Ancaq Ramiz 

nədənsə narahat idi. Gülüb-danışsa da fikrini güclə 

cəmləşdirirdi, özü də birdən-birə daxilini didib parçalayan qəfil 

duyğulardan yaxa qurtarmağa çalışırdı.  

Şövkət xanımın baxışını üzündə hiss edəndə nədənsə ona elə 

gəlirdi ki, bu vida şənliyidir. O daha heç vaxt sevdiyi 

insanlarla,  əzizləri, doğmaları ilə bir süfrə arxasında 

əyləşməyəcək, əylənməyəcək, deyib gülməyəcək.  

Şövkət xanım isə xöşbəxt idi. Deyib-gülür, qonaqlarını 

şənləndirmək üçün pianoda çalır, mahnı oxuyurdu. Uşaqlar da 

analarından geri qalmamağa çalışırdılar. Bütün məclis boyu 

hamı onlara qoşulub rəqs edir, şənlənirdi. Atalarını  nə  qədər 

sevdiklərini sübut eləmək üçün uşaqlar bir-biri ilə  bəhsə 

girmişdilər. 

Ramiz gec evlənmişdi.  İndi bir-birindən gözəl uşaqlarına 

baxanda buna təəssüflənirdi. Ürəyindən keçən gizli sızıltını 

boğmağa çalışsa da daxilindəki bir səs yorulmadan pıçıldayırdı: 

– Bax, vaxtında evlənsəydin, balalarının da həddi-buluğa 

çatdığını görərdin, onları evləndirər, yerbəyer eləyib atalıq 




___________Milli Kitabxana_______________ 

12 

borcundan çıxardın, bu yaşında sən də nəvə sahibi olardın, bu 

dünyadan arxayın gedərdin. 

Gedərdin... niyə belə düşünürdü, vaxtsız-vədəsiz hara 

getməyi planlaşdırırdı, hara tələsirdi, niyə  tələsirdi ki? Sap-

sağlam, gümrah adamıydı, ağrıyan bir yeri də yoxu idi ki, 

narahatlığına əsas olsun...  

– Mənim yaşıdlarım nəvə sahibidir. Mən isə...Bəs mən 

bunları  nə vaxt boya-başa çatdırıb evləndirəcəyəm, nə vaxt 

baba olacağam? - düşündüklərini nə vaxt dilə  gətirdiyini heç 

özü də hiss eləmədi. Əvvəlcə elə bildi ki, yenə də ürəyində özü-

özü ilə danışır, səsini kimsə duymur, dediklərini kimsə eşitmir. 

Amma Arifin səsini eşidəndə başa düşdi ki, onun dediklərini 

hər kəs eşitdi. 

– Fikir eləmə, qardaşım, 16 yaşı tamam olan kimi Ceyhunu 

evləndirərsən, arzuların gerçəkləşər, o günə nə qalıb ki? - deyə 

dostu ona ürək-dirək verdi. 

– Mən istəyirəm Ceyhun prokuror olsun, maşallah, yaxşı 

oxuyur, yəqin ki, öz gücünə  qəbul oluna biləcək.  Əbülfəzi 

cərrah görmək istərdim. Amma o memarlığa meyillidir. Bütün 

günü oyuncaqlarla oynayır, özü də ancaq “ev tikir, bina 

ucaldır”. 

Asya da sözə qarışdı: 

– Heç qızlarından danışmırsan, ay Ramiz, -Asya böyrünə 

qısılmış Ülkəri qucağına alıb üzündən öpdü, -atası, bəs qızların 

hansı peşəni seçsin? 

–  Ülkər həkim olacaq, Könül isə müəllimə. 

Şövkət xanım ərinin üzünə gülümsəyib ərklə : 

– Nə yaxşı, deyəsən sən uşaqların yerinə onların gələcəkdə 

seçəcəkləri sənəti də özün müəyyənləşdirmisən axı, – dedi, – 

qoy hələ böyüsünlər atası, onda heç bizdən soruşmayacaqlar ki, 

müəllim olum, ya memar... Ürəkləri necə istəyər, o cür də 




___________Milli Kitabxana_______________ 

13 

hərəkət eləyəcəklər. Eh, təki canları sağ olsun, dünyamızda 

əmin-amanlıq olsun, bütün balalar xoşbəxt olsunlar, bizimkilər 

də onların arasında.  

Şövkət qürurla balalarını süzdü. İlahi bu an o necə xoşbəxt, 

necə  bəxtiyar idi. Dünya onun gözündə nura boyanmışdı bu 

saatlarda, ürəyi fərəhlə döyünürdü.  

Ramiz sakitcə məclisdəkiləri süzüb, köksünü ötürdü: 

– Ya qismət, ya qismət... nə bilim vallah, bu mənim 

balalarıma tövsiyyəm, övladlarıma arzularımdır. 

Arzular... Həyat arzular üzərində qurulur, insan bütün ömrü 

boyu arzularla yaşayır. Ancaq arzular həmişə  həyata keçirmi? 

Həmişə çin olurmu?! 

Artıq qonaqlar dağılışmışdı. Yenə hər tərəfdə səliqə-səhman 

bərqərar olunmuşdu. Sanki heç bir saat əvvəl 50 nəfərlik 

qonaqlıq bu evdə olmamışdı. Artıq qızlar öz otaqlarına 

çəkilmişdilər, oğlanlar isə nənələrinin yanında idilər, hərəsi bir 

tərəfdən nənələrinin boynunu qucaqlayıb, yalvarırdılar.  

– Nənə, bizə ya keçmişdən danış, ya da maraqlı bir nağıl...  

Ramiz televizoru açdı. 

–  Şövkət, deyəsən, bu gün “Minik sərçəçik” filmi 

göstəriləcək. 

– Hə, Ramiz, sənin sevdiyin film. 

Ramiz kresloda yerini rahatlayandan sonra: 

– Bilirəm, yorulmusan, – deyə  Şövkətə müraciət etdi, - 

ancaq mənə bir stəkan çay versən, lap yerinə düşər. 

Şövkət çay gətirmək üçün mətbəxə keçdi. 2 stəkan çay süzüb 

qonaq otağına qayıtdı. 

Ramiz “Xəbərlər” proqramına baxırdı. 

– Yenə də Qarabağdan danışırlar. Belə getsə, bu işlərin axırı 

heç yaxşı olmayacaq. Qonşumuzun qohumları Ermənistandan 

qovulublar. Ah, biləsən bir nələr deyirlər. Bu Qarbaçov SSRİ-




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə