95
Nigarın mərd, cəsarətli xarakteri operanın dördüncü pərdə-
sində düşmənlərin alçaq hərəkətlərini ifşa etdiyi zaman açılır.
Dördüncü pərdədən Nigarın ariozosu ilə Koroğlunun birinci
pərdədən “Təngə gəldik, yox tavan” ariozosu arasında mövzu ümu-
miliyi vardır. Beşinci pərdədə xalqın və Nigarın leytmotivləri sanki
bir-birini tamamlayır. Onun leytmotivi operanın finalında da səs-
lənir. Koroğlunun partiyasında Nigarın leytmotivi daha şən səslə-
nir, burada birinci pərdədən Koroğlunun “Səni gördüm” ariozosun-
dan leytmotiv melodiyada eşidilir. Nigarın gözəl obrazının qav-
ranılmasında leytmotivlərlə yanaşı, onun xalq və Koroğlu partiya-
ları ilə intonasiya birliyi böyük əhəmiyyətə malikdir.
“Koroğlu”da Ü.Hacıbəyli klassik opera formalarına riayət
edərək, bitmiş ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambl-
lar, balet nömrələri, reçitativlər yaratmışdır. Ü.Hacıbəyli özü
qeyd edirdi ki, “Opera əsərinə məxsus olan bütün ünsürlər…
“Koroğlu” operasında vardır, lakin bunların hamısı Azərbaycan
musiqi folkloru – muğamlar əsasında qurulmuşdur”
1
.
O, yazırdı ki, “Azərbaycan xalq musiqisinin əsaslarını öyrən-
mək sahəsindəki işimin bir bəstəkar olaraq, mənim üçün əməli
əhəmiyyəti o oldu ki, mən “Koroğlu” operasını yazdım”
2
.
Operanın mənfi obrazları da, xüsusilə də bu cəbhənin mərkəzi
personajı Həsən xan “Koroğlu”da parlaq səciyyələnir. Onun
“Qamçıdır saxlayan bu rəiyyəti” birinci arizosunda zalım xanın
qəddarlığı öz əksini tapmışdır. İkinci ariozosunda (“Xanların xa-
1
Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 266.
2
Hacıbəyov Ü. Böyük sənətkar barəsindəki xatiratım. B., 1965, № 12, s. 89.
96
nıyam”) təkəbbürlü lovğa xanın obrazı ifadə olunmuşdur. Bu
ariozonun musiqisində bəstəkar xanın özündən razılığını əks etdi-
rir. Operanın ən gözəl vokal nömrələrindən biri ikinci pərdədən
Həsən xanın “Mina ibriklərə şərab doldurun” mərkəzi ariyasıdır.
Ariyanın geniş melodik sıçrayışlarında və qırıq “Şərab, şərab”
əmrlərində qəddar, hökümlü xanın obrazı bacarıqla verilmişdir.
Müsbət qəhrəmanların obrazları kimi, operanın mənfi perso-
najları da ümumi intonasiyalar ilə, pilləli xromatik gedişlə, sek-
vensiya ilə, iti qırıq ritmlə sərt harmoniyalarla və s. birləşir.
Saray təlxəyinin obrazı operada xüsusi xarakterizə edilmiş-
dir. Ü.Hacıbəyli ilk dəfə birinci hissədə, verdiyi ritmik deklama-
siya, xarakter xalq alətlərilə müşayiət edilir.
Mahnının ikinci hissəsi xalq mahnı-rəqs melodiyaları üslu-
bunda yazılmışdır, təlxəyin rəqsi satirik xarakterlidir.
“Koroğlu” operasında dəbdəbəli xan sarayının məişətinin əks
etdirilməsinə xüsusi yer verilmişdir. Bu, operanın ikinci və dördün-
cü pərdələrindəki rəqs nömrələri və “Xanəndə qızın” mahnısı ilə
xarakterizə edilmişdir. Mahnı İran musiqisi üslubunda bəstələnmiş-
dir. Bu pərdələrin zərif rəqsləri isə, Ü.Hacıbəylinin özünün qeyd et-
diyi kimi, XVII əsrin musiqi üslubunda yazılmışdır.
“Koroğlu” operasının simfonik dili çox maraqlıdır. Ü.Hacı-
bəyli simfonik orkestrin tərkibinə xalq çalğı alətləri – tarı, bala-
banı, zurnanı daxil edərək, bütün partituranın səslənməsini zən-
ginləşdirir.
Ü.Hacıbəyli deyirdi ki, milli alətlərin, xüsusilə də tarın ifadə
etdiyini heç bir başqa alət əvəz edə bilməz. Bu barədə bəstəkarın
M.S.Ordubadi ilə söhbəti maraqlıdır.
Bəstəkar bu operada milli və qərb alətlərinin səslənmələrinin
dərin vəhdətinə nail olur. Ü.Hacıbəylinin bu yeniliyi çox səmə-
rəli və perspektivli olmuşdur. Sonralar belə səslənmələrə Azər-
baycanın digər bəstəkarları da müraciət etmişlər, hətta tar və
simfonik orkestr üçün konsertlər də yaranmışdır.
“Koroğlu” operasının qəhrəmani-vətənpərvərlik ideyasının
ən dolğun ifadəsi, onun uvertürasında əks olunmuşdur.
P.İ.Çaykovskinin fikrincə, palıd ağacı bütünlükdə qozadan çıx-
dığı kimi, rus simfonik məktəbi də “Kamarinskaya”dan çıxmışdır.
97
Azərbaycanın simfonik musiqisi də öz başlanğıcını “Koroğ-
lu”nun uvertürasından və onun simfonik hissələrindən alır.
Azərbaycan musiqisinin inkişafında “Koroğlu” operasının
əhəmiyyəti çox böyükdür. Bu, yalnız opera janrı ilə məhdudlaş-
mır, həm də simfonik və balet janrlarını əhatə edir. Bu opera öl-
kəmizin bir çox şəhərlərində tamaşaya qoyulmuşdur.
“Koroğlu” operası rus dilinə tərcümə edilərək 1938-ci və
1959-cu illərdə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti
dekadalarında, 1965-ci, 1975- ci illərdə isə “Zaqafqaziya musiqi
baharı” festivallarında göstərilmişdir. Azərbaycan artistləri “Kor-
oğlu” operasını 1941-ci ildə İranda nümayiş etdirmişdir. Orada
opera böyük müvəffəqiyyət qazanmışdır.
“Koroğlu” operası həm də türkmən, erməni, özbək dillərinə
tərcümə edilmiş və Aşxabadda (1938), Yerevanda (1942), Daş-
kənddə (1950) tamaşaya qoyulmuşdur.
Bəstəkarın anadan olmasının 90 illiyi münasibəti ilə M.F.Axun-
dov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
operanın yeni quruluşunu həyata keçirmişdir.
1941-ci ildə “Koroğlu” operasına görə Ü.Hacıbəyli Stalin
mükafatına layiq görülmüşdür.
“Koroğlu” operası Azərbaycan musiqi sənətinin böyük qələ-
bəsi, mədəniyyətimizin parlaq təntənəsi oldu.
2009-cu ildə Türksoyun təşəbbüsü ilə beynəlxalq layihə əsa-
sında Üzeyir bəyin “Koroğlu” operası yenidən səhnələşdirilmiş-
dir. Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ta-
tarıstan, Başqırdıstan sənətçiləri iştirak etmişlər. “Koroğlu” ta-
maşası Beşkek, Ankara, Alma-Ata, Bakıda göstərilmişdir. 78 il
öncə yazılmış bu opera Hacıbəyli yaradıcılığının zirvə nöqtəsi,
Azərbaycan opera sənətinin böyük nailiyyətidir. Onun Türkso-
yun layihəsi əsasında atdığı qədəmləri və yürüşləri uğurlu oldu.
Dostları ilə paylaş: |